Futbol (ing. foot — ayaq ,ball — top ) — hər biri 11 oyunçu olmaqla iki komanda arasında sferik topla komanda şəklində oynanılan idman növü. Dünyanın 200-dən çox ölkəsində 250 milyon futbolçu tərəfindən oynanılır, bu da onu dünyanın ən populyar idman növü edir. Oyun hər sonunda qapı olan düzbucaqlı meydanda oynalınır. Oyunun məqsədi mümkün qədər çox dəfə rəqib qapısına qol vurmaq və öz qapından qol keçirdməməyə çalışmaqdı.

Futbol-Canlı hesablar.​​​

Champions League
UEFA Çempionlar liqası

UEFA Avropa Çempionatı

Azərbaycan Premyer Liqası
Azərbaycan

Türkiyə

İspaniya

İngiltərə Premyer liqası
İngiltərə

Almanya Bundesliqa
Almanya

İtaliya

Rusiya Premyer Liqası
Rusiya

Braziliya milli futbol komandası
Braziliya

Fransa Çempionatı
Fransa

Portuqaliya milli futbol komandası
Portuqaliya

Argentina milli futbol komandası
Argentina

Gürcüstan

BƏƏ

Ukrayna

İran

Avstraliya Çempionatı
Avstraliya

Belçika milli futbol komandası
Belçika

Belarus futbol çempionatı
Belarus

Avstriya Futbol Federasiyası
Avstriya

Macarıstan çempionatı
Macarıstan

Bolqarıstan

Kanada

ABŞ

Çexiya

Danimarka

Yaponya

Paraqvay

Qapıçılar əllə oynamaq icazəsi olan yeganə oyunçulardılar. Bir şərtlə ki, onlar bunu öz qapılarının önündəki cərimə meydançasının daxilində edirlər. Digər oyunçular zərbə vurmaq və ya pas vermək üçün əsasən ayaqlarından istifadə edirlər. Həmçinin onlar başlarını və bədənlərinin qoldan başqa hissələrini də istifadə edə bilərlər. Oyunu ən çox qol vuran komanda udur. Əgər hesab bərabər olarsa, yarışın formatından asılı olaraq ya heçheçə elan edilir, ya da oyun əlavə vaxtla və ya penaltilər seriyası ilə davam etdirilir. Futbolun qaydaları ilkin olaraq 1863-cü ildə İngiltərənin Futbol Assosiasiyası tərəfindən sistemləşdirilmişdir. Futbol beynəlxalq səviyyədə Beynəlxalq Futbol Federasiyaları Assosiasiyası (FİFA; fr. Fédération Internationale de Football Association) tərəfindən tənzimləşdirilir. Hər 4 ildən bir kişilər və qadınlar üçün Dünya Çempionatlarını təşkil edir.

FİFA və Beynəlxalq Olimpiya Komitəsi “futbol” sözünü oyunun rəsmi beynəlxalq adı kimi istifadə edirlər.

Oyunun ingilis dillində tam adı «association football» (“Assosiasiyanın qaydalarına görə futbol”) 1863-ci ildə İngiltərə futbol assosiasiyasının yaradılmasından sonra seçildi ki, o vaxt mövcud olan futbolun digər növlərindən ayırd etmək mümkün olsun, məsələn, əllə oynamağa icazə verilən reqbi futbolundan. Zaman keçdikcə oyunun uzun variantda olan adları gündəlik nitq və mətbuatda istifadəsi azaldı. İngiltərədə əvvəlcə “assoc” qısaltması yayıldı, ondan sonra “soc” qısaltmasına “-er” şəkilçisi əlavə etməklə 1880-ci illərdə “sokker” (ing. soccer) termini yarandı. Dövri mətbuatda “soccer” termini ən azı 1892-ci ildən istifadə olunur.

Bizim günlərdə “sokker” adı bir sıra ingilisdilli ölkələrdə yayılıb, hansında ki futbolun digər növləri tarixən populyarlığını saxlaya biliblər. Məsələn, Avstraliya və Yeni Zelandiyada futbol adını Avstraliya futbolu və Reqbi liqinə aid edirlər. İrlandiyada “futbol” termini Gal futbolunda işlədilir, ona görə də mətbuatda “soccer” istifadə olunur. CAR-da oyun daha çox “soccer” kimi tanınır ki, bu da həm ölkə çempionatının adında Premier Soccer League, həm də 2010 DÇ-nın finalı keçirilən Sokker Siti stadionun adında əks olunub. ABŞ və Kanadada “soccer” termini işlədilir, çünki oralarda futbol adı Amerika futbolu və Kanada futboluna aid olunur. İngiltərədə “sokker” termini köhnəlmişdi və yeni nəsil azarkeşləri o sözü etinasız hesab edirlər.

Oyunun adı başqa dillərdə belə adlandırılıb:

Ya ingilis dillindən football alınma sözünü götürüblər, Azərbaycan dillindəki kimi “futbol”
Ya football sözünü kalkalaşdıraraq mənimsiyiblər. Məsələn, alman dillində Fußball, yunan dillində ποδόσφαιρο, fin dillində jalkapallo
Ya “təpik atmaq”, “ayaq” sözlərindən törəmə düzəldiblər, italiyan (calcio) və xorvat (nogomet) dillərində olduğu kimi.

Futbol-Canlı hesablarUEFA Çempionlar liqasıUEFA Avro liqaAzərbaycan Premyer Liqası

Fikirlərinizi bildirin.