Freddie Mercury haqqında 20 fakt

  • Müğənninin sonuncu ad günündə (1991-ci ilin 5 sentyabrında) “Freddie ölüb” filimiinin premyerası keçirilmişdir.
  • Freddie Mercury 7 il boyunca Mary Austinlə münasibətdə olmuşdur. 1976-cı ildə öz bisexuallığını boynuna almış və cütlüyün münasibətləri pozulmuşdur. Lakin, həyatlarının sonuna qədər dostluqlarını qoruyub-saxlamışlar.

  • Freddie Mercury BBC-nin dünyanın ən dahi britaniyalılar reytingində 59-cu yerdə qərarlaşmışdır. Musiqiçinin özü isə Zinzibarda anadan olmuşdur.
  • 1985-ci ildə müğənni bər-bəri Jim Huttonla münasibətə başlamışdır. Onlar Mercurynin hyatının son 6 ilini birlikdə olmuşlar. Hutton sənətçinin xəstəliyi və ölüm anında onun yanında olur. Bir müddət sonra isə Hutton birlikdə yaşanan həyatları haqqında “Mercury və mən” adlı kitab yazır.
  • Freddie gələnə qədər Queen qrupu Smile olaraq adlandırılmışdır. Mercury salist olduqdan sonra, yəni 1970-ci ildə onun istəyi ilə qrup adını dəyişmişdir.
  • Britaniyanın poçtu dahi müğənninin şəkillərindən ibarət markalar buraxmağa başlayır. Şəkillərdə Mercurydən başqa baraban ifaçısı Roger Taylorda yer alırdı. Nəticədə müəyyən qaydalar pozulur: belə ki, sağ olan insanlar arasında yalnız kral ailəsinin üzüvlərinin şəkilləri markalarda həkk oluna bilərdi. Ölkənin jurnalistləri və media nümayəndələri hadisəyə narazılıqlarını bildirdikdə isə, poçtun rəhbər vəzifəliləri markanın dizaynının II Elizabeta tərəfindən təsdiqləndiyini bildirmişlər.
  • Səhnədə enerjili və olduqca açıq xarakterli görünən Freddie əslində həyatda olduqca utanğac və qapalı insan olmuşdu. O nadir hallarda müsahibələr verir və şəxsi həyatı, eyni zamanda ailəsi haqqında danışmağa çalışardı.
Freddie Mercury Jim Hutton
  • Freddienin özündən kiçik, Kashmira Cooke adlı bacısının sözlərinə görə müğənni uşaqlıqdan musiqi eşqi ilə alovlanırdı. Bu hisləri isə ona xalası aşılamışdır. Freddie məhs onlarda ilk dəfə fortopianoda ifa etməyi örgənir.
  • Freddie müsahibələrinin birində demişdir: “Sonda bizi yenə də Rusyaya buraxmadılar. Qorxdular ki, biz onların gənclərini pozmuş olarıq”.
  • Grazy Little Thing Called Love hiti Mercury tərəfindən London otellərinin birində yazılır. Cakuzidə uzanarkən o ilhamın gəldiyini hiss edir, ancaq həvəsin qaçacağından qorxaraq vannanı tərk etmir. Bu səbəbdən də o otelin adminstrasiyasından royalın məhs hamam otağına gətirilməsini xahiş edir. Xahiş icra olunur.
  • Freddie hər zaman özü ilə içində siqaret və blaknot olan kiçik çanta gəzdirirdi. Kitabçada onun dostlarının adgünləri qeyd edilmişdir. Mercury heç vaxt təbrik tarixlərini unutmurdu.
  • Sonuncu dəfə tamaşaçılar qarşısında konserti 8 oktaybr 1988-ci ildə baş tutur. O Barselona festivalında Montserrat Caballé ilə birlikdə duet halında Golden Boy, How Can I Go On və Barcelona mahnılarını oxuyur.

  • 1996-cı ilin 25 noyabırında İsveçrə Montresində Freddie Mercurynin heykəlinin açılışı olmuşdur. Daha bir heykəlin açılışı isə 18 iyun 2003-cü ildə Londonda həyata keçirilmişdir. Heykəl Dominion Theatrenin yanında yerlşir və daimi olaraq We Will Rock you muzikli səhnələşdirilir.
  • Freddie heç vaxt uşaq arzusunda olmamışdır. Bu o demək deyil ki, o uşaqları sevmirdi, sadəcə qrupundakı yoldaşların təcrübəsindən uşağa nə qədər diqqət yetirməli olacağını anlayırdı. Bəzən imkan olduqca dostlarının uşaqları ilə zaman keçirsədə, sonradan böyük məmnuniyyətlə valideyinlərinə qaytarırdı.
  • Mercurynin heç vaxt sürücülük vəsiqəsi olmasada, onun beş maşını olub.
  • O ilk The Hectics qrupunu məktəb dostları ilə birlikdə 1958-ci ildə yaratmışdır.
  • Queen liderinin ən sevdiyi ölkə Yaponiya idi. Məhs bu ölkədə digər ölkələrdə olmadığı kimi enerji yığa bilirdi.
  • Freddie şəxsi həyatının mediada sərgilənməməsi üçün ciddi cəhdlə çalışırdı. Ancaq, onun portnyorları heçdə hitlərindən az müzakirə olunmurdu. Bir dəfə jurnalistin “Mən eşitmişəm ki, siz kişilərlə yatırsınız” sualına Mercury demişdi: “Mən kişilərlə yatıram, mən qadınlarla yatıram, mən pişiklərimlə yatıram. Bunun mənim musiqimə nə aidiyyatı var?”.
  • Maraqlısı ondadır ki, Freddienin tək dogma dili qudjar deyil, ingilis dili olmuşdur. Şəxsi asisentinin sözlərinə görə o doğmaları ilə danışıqlarında və məktublarında yalnız bu dildən istifafə edirdi.
  • Mercury pişikləri olduqca çox sevirdi. Onun evidə xeyli sayda pişik var idi: Oskar, Tiffani, Qoliaf, Delayla, Miko, Romeo, Lili. Delayla adlı pişiyinə mahnı həsr etmişdir.

Anal sex haqqında maraqlı faktlarKişi bədəni haqqında maraqlı sex faktlar

Fikirlərinizi bildirin.