Freddie Mercury həyat qanunları.

Əslində — mən illyustrator olmağa hazırlaşırdım. Ancaq yaxşıki, fikrimi dəyişdim.

Doqquz il — pansion-məktəbdə olmuşam. Valideyinlərimi nadir hallarda görürdüm. Nəticədə öz problemlərimi özüm həll etməyi örgəndim və öz ayaqlarım üzərinə qalxdım.

Cavnlığımda, — ümumiyyətlə pulum olayan vaxtlarda az-az kənara pul qoyurdum. Təxmini deyəkki, iki həfdə boyunca. Sonra isə bir gün ərzində böyük həvəslə hamsını xərcləyirdim.

Mən sadəcə musiqi fahişəsiyəm — mənim əzizlərim.

İnsanlar davam edirlər — sevməyə və ayrılmağa. Bu proses sonsuzdur. Mən isə bu mövzuda mahnı yazmağa davam edirəm.

Mahnılar — təzə paltar və ya yeni köynək kimidir: müəyyən müddət onları geyinirsən, sonra isə bir kənara tullayırsan.

Rod Stewart, Elton Con və mən — qrup yaradaraq adını “Saç, burun və dişlər” qoymaq istəyirdik. Hər birimizin şərəfinə. Ancaq bu alınmadı. ÇüNki biz adda sözlərin sıralaması ilə bağlı razılığa gələ bilmədik. Əlbətdə, mənim fikrimcə “Dişlər” birinci gəlməlidir.

Əgər mənə qismətdirsə — sabah ölmək, təəsüflənmərəm. Mən həqiqətəndə edə biləcəyim hər şeyi etmişəm.

Sabahkı gün üçün — yaşayıram. Cəhənnəm olsun bu gün.

Xoşlayıram xırıltılı səsimi — bunun hamsı siqaretlə əlaqəlidir. Elə ona görə çəkirəmki, səsim xırıltılı olsun.

Mənim üçün ən çətini — növbəti konsert üçün geyim seçməkdir. Artıq hamsını geyinmişəm.

Səhnədə ekstravert biriyəm — həyatda necəyəm? Bu təmiz başqa tarixcədir.

Dişlərim xoşuma gəlmir — onlar sallanırlar. Bunu düzəltmək istəyirəm, sadəcə əllərim çatmır. Başqa şeylərdə isə idealam.

Mən konsertlər vermirəm — dəb nümayişləri keçirirəm.

Problemlərim çox olduqca — mahnılarım o qədər yaxşı olur.

Sevgim təhlükəlidir — bəs kim təhlükəsiz sevgi istəyir? Təsəvvür edin, mahnı yazıram: “Mənim sevgim təhlükəsizdir”. O heç vaxt satılmazdı.

Çox tez sevirəm, vuruluram — nəticədə hər zaman ağrı çəkirəm.

Sənin hər şeyin ola bilər — buna baxmayaraq yenədə özünü tənha hiss edə bilərsən. Bu tənhalığın ən üzücü növüdür.

Uğur — mənə milyonlarla pərəstişkarlar və funt sterlinglər gətirdi. Ancaq məni tək qalmaqdan məhrum etdi. Bizə nə lazımdır – uzunmüddətli münasibətlər.

Özümü fərqli görüşlərdən çəkindirib münasibətlərə həsr edə bilmərəm — buna görədə mənimlə yaşamaq və xöşbət olmaq çətindir.

Sevgi — rusların ruleti kimidir. Heç kim mənim əsl kim olduğumu sevmir. Hamı mənim məşhurluğumu və uğurlarımı sevir.

Kişini — qadını sevdiyim kimi sevə bilmirəm.

Əsl dostlarım yoxdur — fikrimcə insanları yaxınıma buraxdıqca, onlar məni dağıdırlar.

Qazandım — böyük pulları. Ömrümün sonuna qədər züm-zümə edərək yaşaya bilərdim. Ancaq mənə nəsə etmək lazımdır. Çoxlu enerjim var və bu çıxmalıdır. Bütün günümü heçnə etmədən yataqda veyillənə bilmərəm.

Zirvəyə çıxdığın vaxt — yeganə yol aşağı düşməkdir. Və bu olduqca çətindir.

Mənə yetərlidir — üç, dörd saat yuxu. Batareya kimi özümü yenidən doldurub, döyüşə atılıram.

Xöşbəxtliyi pulla ala bilmərsən — ancaq pullar onu əldə etməyə kömək edə bilər.

Hollivud filimlərinə baxan zaman, — hadisələr bahalı evlərdə cərəyan edən zaman eyni şeyləri istədiyimi düşünürdüm. İndi mənim varımdır, ancaq mənə bu evin pulunu qazanmaq bura köçməkdən daha önəmli idi. Yəginki nəyəsə nail olduqdan sonra ona marağını itirən insanlardanam.

Əlbətdə vəsiətimdə — valideyinlərim və pişiklərim yer alıb. Ancaq varidatımın əsas hissəsi Mary Austinə çatacaq.

Müasir incəsənət — qadına bənzəyir. Onu anlamağa çalışsanız ondan həzz almayacaqsınız.

Dünyanı dəyişmək fikrim yoxdur — məim üçün ən əsası xöşbəxtlikdir. Həyatda xöşbəxt olmaq və ondan bacardıqca hər şeyi almaq. Həyatımın qalan illərini bacardıqca sevincli və xöşbəxt yaşamaq istəyirəm.

20 ildən sonra nə edəcəm? — Əlbətdəki ölmüş olacam.

Nə qədər çoxdursa — o qədər yaxşıdır. Hər şeydə belədir.

Michael Jackson və mən — onun “Trilleri”-nin inanılmaz uğurundan sonra bir-birimizdən uzaqlaşdıq. O sadəcə öz dünyasında özünü qapadı. Ona qədər biz birlikdə klubları fəth edirdik, indi isə öz qalasından bayıra çıxmır. Kədərli haldır.

Demək olar ki, kitab oxumuram — fikrimcə bu zaman itkisidir. Bilirəmki insanlar bu sözlərimə görə məni öldürəcəklər.

Jurnalistlər bəzən — uydururlarki, güya mən kobudam, vəhşiyəm, Queenin digər iştirakçıları isə sakitdirlər. Bu doğru deyil. Mən sizə Brian May haqqında elə şeylər danışa bilərəmki!

Konsertdən sonra — çıxışda bizi dörd limuzin gözləyir. Hər kəz öz maşınına oturur və öz yoluna davam edir.

Mətbuat məni sevmir — məndə onlara qarşılıq verirəm.

İstəyirəm — qəzetlər mənim haqqımda heç vaxt belə yazmasınlar: “O həqiqətəndə gözəl insandır”. Mənim qəlbimin iki tərəfi var: işıqlı və zülmət.

Hər gün dəyişirəm — həmişə eyni olmaq istəmirəm.

Bəzən — özüm özümə çay hazırlamalı oluram. Bu çox əziyyətlidir.

Ölümümdən sonra cənnətə düşmək istəmirəm — cəhənnəm daha yaxşıdır. Bircə düşünün cəhənnəmdə necə maraqlı insanlar ola bilər. Düşünsəz sizdə ora istəyəcəksiniz.

Mən fikirləşmirəm — ölümümdən sonra məni xatırlayacaqlar ya yox. Bu artıq mənim işim deyil. Öləndən sonra nəyimə lazımdır axı.

İstəmirəm — yetmiş yaşına kimi yaşayım. Bu çox darıxdırıcıdır.

Bizi sonda Rusyaya buraxmadılar — qorxdular ki, onların gənclərini yoldan çıxararıq.

Monica Bellucci həyat qanunlarıWhitney Houston həyat qanunları

Fikirlərinizi bildirin.