Flirtin kralı olan bürclər. İnsanların flirt etmək bacarıqları, kimlə etmək bacarıqları bir çox faktorlardan aslıdır: yaraşıqlıq, söhbət etmək bacarığı, maraqlı olmaq qabiliyyəti, ən əsası isə nə istədikləri bilmək üstünlüyü.

Bu faktorları müəyyənləşdirən zaman ulduzalrın və bürclərin təsirini də unutmaq lazım deyil. Bəzi bürc nümayəndələrinə bir neçə kəlmə belə yetərlidir ki, qarşı tərəf özü sohbətə maraq göstərsin, dialoqu davam etdirməyə həvəs nümayiş etdirsin.

Bəzi hallarda məsələyə yanaşma ünsürlərdən də aslıdır:

Od ünsürü nümayəndələri: aktiv və dürüsdürlər.

Hava ünsürü nümayəndələri: intellektual oyunçudurlar.

Yer ünsürü nümayəndəri isə: uzun oyunların həvəskarlarıdırlar. Onlar istəklərinə səbirləri nəticəsində nail olurlar.

Beləliklə flirti yüksək səviyyədə bacaran 5 bürc nümayəndələri

Əgər nə zamansa gözəl danişiq maneralarına sahib biriləri ilə rastlaşsanız, toxunuşu ürəyi titrədən biri ilə üz-üzə gəlsəniz deməli, çox gümanki, tərəzilərlə rastlaşmısınız. Bu insanlar romantik məsələlərdə çox irəli gedə bilirlər. Əgər tərəzilər sizi flirtə laiq bilərlərsə, (onların öz seçim meyarları mövcutdur) o zaman çox düşünülmüş plan hazırlamış olarlar. Kişi tərəzi ilə münasibətlərin başlanğıcı şeirlə, xoş sözlərlə başlayar. Xanımı özünü xüsusi hiss etməyə və gülümsəməyə vadar edərlər. Onların tələlərinə düşməmək qəliz məsələdir.

Şir bürcünn nümayəndələrində fərqli cəzb etmə gücü vardır. Onların yaradıcılıq qabiliyyətləri? Qürurları? Xoş sözlər deməkləri? Bütün bu xüsusiyyətlər eyni anda baş verirsə, deməli şirlər kimisə hədəfə alıblar. O sankı səhnədədir. İstənilən qadın onun işindən valeh olur. O digər od ünsürünün bürcləri kimi utanğaclıqdan uzaq biridir. Bu səbəbdən də qarşısındakı qadına onun diqqət mərkəzində olduğunu hiss etdirəcəkdir.

Ünsiyyətçil xasiyyətləri ilə əkizlər çox məşhurdular. Olduqca maraqlı olmaqla yanaşı iti ağıla sahibdirlər. Hər hansısa gecədə, tədbirdə, xanımın arxasında dayanaraq maraqlı və gülməli söhbətə başlayan insan varsa bu mütləq əkizlərdir. Onların filirt etmə qabiliyyətləri olduqca sadədir. İstənilən mövzuya utanmadan, narahat olmadan keçid al bilirlər. İstənilən darıxdırıcı yığıncağı şənləndirə bilirlər. Toxunduqları mövzular səbəbindən heç kim toplantını yarımçıq qoymaq, tərk etmək istəməz.

Marsın idarə etdiyi bürc altında cəmləşən insanlar mütləq qaydada enerjili və cəsarətli olurlar. Qoçlar nəyisə və ya kimisə istədikləri halda onlar inadlı şəkildə hədəfə doğru addımlayırlar. Bu səbəbdən də hər iki insan üçün flirt olduqca maraqlı və rəgarəng keçəcəkdir. Qadın öz üzərində həddindən artıq diqqət hiss edəcək, kişi isə bunan ilhamlanaraq daha da irəli getməyə can atacaq. Qoçlar olduqca cəlbedici olduqlarından, söhbətləri və zarafatları ilə bu toru dahada qəlizləşdirməyə çalışırlar. Demək olar ki, hər bir gözəl qadın hər şeyi unudaraq onların cazibələrinə düşə bilərlər.

Əqrəblərin məşhur asosiasiya olunduqları gizlilikləri və ətrafa saçdığı maraq hisləri çox şeyə qadirdir. Onların ümumiyyətlə filirt üçün cəht göstərməyə ehtiyacları yoxdur. İstənilən ortamda sadəcə mövcut olmaqları və varlıqlarını nümayiş etdirməsi yetərlidir. Əqrəblər müxtəlif hədiyyələrlə, qeyri-ciddi komplimentlərlə qadınları ovsunlamağa çalışan kişi tiplərindən deyillər. Hipnotik maqnetizmlə ağılı başdan çıxartmağa çalışırlar. Nəticədə münasibətlər və yataq məsələləri üçün uzun muddət tələb olunmur.

Flirti sevməyənlər:

Quru oğlar üçün – bu nonsens deyil, maraq kəsb etmir. Bu kişilər söz oyunlarını sevməsələrdə özlərindən əminlik hissini qarşı tərəfə yaya bilirlər. Bəzən bu qarşı tərəfi valeh etmək üçün yetərli hesab olunur.

Xərçənglərin daxilləri qorxmazlıq nümayişi ilə olduqca zəngindir. Onlar olduqlarından daha güclü və dayanıqlı görünməyə çalışırlar. Bu zaman komplekslər öz sözünü deyir və nəticədə uyğun olmayan zamanda özlərini itirirlər.

Qız bürcünün flirt məsələlərinə yanaşması isə bir növ oğlaqlar kimidir. Olduqca ciddidirlər və flirtə axmaqliq kimi yanaşırlar. Onlar heç vaxt portnyorla oyun oynamazlar. Bu onların seçim meyyarlarının qəlizliyi ilə bağlıdır.

Fiziki baxımdan ən güclü bürc nümayəndələriBürclərə görə “ana uşağı” kimdir?Hər zaman cavan görünən bürclər

Fikirlərinizi bildirin.