Flirt haqqında 7 fakt

665
Flirt haqqında 7 fakt

Flirt haqqında 7 fakt. Flirt – yataqdan öncə baş verən yaxınlıq hesab edilə bilər. Şansdan düzgün istifadə edə bilmə qabiliyyəti yatağa gedən yolun müddətini kifayət qədər qısalda bilər.

Bəzən tanımadığınız cazibəli qadına yaxınlaşma bacarığı və onunla maraqlı, qeyri-ciddi söhbətlərə başlamaq ehtimalı bir çoxları üçün kənardan imkansız görünür. İnanın, yaranmış çətinliklər alimləri də dərindən düşündürmüşdür. Bu səbəbdən də, onlar flirt elmini yaxından örgənmək və xırda məqamları incələmək həvəsinə gəlmişlər. Olduqca maraqlı faktlar ortaya çıxmışdır.

İnsanlar müxtəlif səbəblərə görə flirt edirlər

Şimali İllinoys universitetinin professoru David Drayden Hennigens insanların flirt etməsini 6 müxtəlif səbəblər olmaqla qrupladırmışdır:

  • Cəlbetmə. Qarşısındakı insanı yatağa çəkməyin başlıca yolu.
  • Maraq. Konkret insanla münasibət qurmaq ehtimalının yoxlanılması.
  • Münasibətlər. İntim həvəsin dərəcəsini müəyyənləşdirmək. Yəni, frend-zonadan çıxmaq, dosta əsl intim hislərini və həvəslərini bəyan etmək.
  • Eqoizim. Bəziləri öz gözlərində cazibəli görünmək üçün belə edirlər.
  • Manipulyasiya. Digər insandan nəsə almaq istəyi.
  • Əyləncə. Bəziləri üçün flirt idmanın bir növü kimidir. Bu halda hislərin və ya cinsi həvəsin heç bir rolu olmur.

Hennigens uzun müddətli və silsiləli araşdırmalar aparmışdır. O 101 qadına və 99 kişiyə eyni söhbətin səs yazısını dinlədir. Öncədən hazırlanmış səs yazısında qəhrəmanlar bir-biriləri ilə flirt edir, maraqlı ortam yaratmağa çalışırlar. Dinləyicilər isə eşitdikləri flirtin səbəblərini müəyyən etməyə çalışmışlar. Kişilərin çox hissəsi baş verənlərə yatağa sürükləmə cəhdi kimi yanaşmış, qadınlar isə motivasiya naminə olanları münasibətlər kimi qiymətləndirmişlər.

İnsanlar söhbətdən sonra yaxınlıq hiss edirlər

Nyu-York universitetinin psixoloqu Aron Jonson 1997-ci ildə maraqlı eksperiment keçirmişdir. O bir-birilərini tanımayan insanlara bir-birilərinə 36 sual vermələrini istəmişdir. Suallar sadə, qeyri-ciddi suallardan tutmuş daha məntiqli suallara qədər mütəlif mövzuları əhatə etmişdir: Siz məşhur olmaq istərdinizmi?, Telefonla danışmamışdan öncə edəcəyiniz söhbəti beyninizdə məşq edirsinizmi? Ailənin hansı üzvünün dünyadan köçməsi sizi daha çox kədərləndirərdi?, Evinizdə yanğın olsaydı ən çox hası əşyanı çıxarmağa çalışardınız? və s.

Nəticədə cütlüklərin bir-birilərinə maraqları yaranmış, iki cütlük isə bir müddət sonra daimi görüşməyə başlamışdır. Deməli, flirt zamanı şəxsi suallara ehtiyyatla keçmək gərəklidir. İlk öncə nisbətən rahat mövzulara toxunub, zamanla daha yaxından tanımağa cəht göstərə bilərsiniz.

Kişilər bəzən qadınların onlara olan maraqlarını normadan artıq qiymətləndirirlər

Bəzi araşdırmaların nəticələrinə görə kişilər bəzən qadınların onlara olan maraqlarını real qiymətləndirə bilmirlər. Özlərinin daha yaxşı olduqlarını düşünürlər. Qadınlarda isə bu düşüncələr tamami ilə fərqlidir.

Flirtdən sonra rəfdar cinsdən aslıdır

Kanadadakı Makgill universitetinin alimlərinin araşdırmalarına görə qadınlarla münasibətdə olan kişilər məhs onlarla gözəl flirt etməyi bacaran qadınları seçmişlər. Maraqlısı ondadır ki, bundan sonra onlardan “qadınlarının başqa kişi ilə flirt etdiyini gördükdən sonra onları bağışlaya bilərlərmi” – sualına kişilərin çoxsu inadkarlıqla “yox” cavabı vermişlər.

Eyni araşdırma qadınlar arasında da keçirilmişdir. Lakin, qadınların bir çoxu bağışlaya biləcəklərini bildirmişlər.

Ələalmaq asan görünən qadınlar ən cazibəli qadınlar hesab edilir

Webster universitetinin psixoloqu Monika Mur ictimai-iaşə yerlərində 200 qadının rəfdarını araşdırmışdır. Gəldiyi nəticələrə əsasən restoranlarda, barlarda, kafelərdə, parklarda, kitabxanalarda və s kimi məkanlarda kişilərə yalnız və həvəsli olduğu siqnalını göndərə bilən qadınlar digər, özlərinə qapılan və bunu nümayiş etdirməkdən çəkinən qadınlara nisbətən daha cazibəli və maraqlı qadın obrazı kimi görünürlər.

Onun gözlərinə bax!

Gözlərə baxmaq həqiqətən işə yarıyır. Amerika psixologiya assosiasiasıın rəsmi saytında dərc edilən məqalədə sözü gedən fakt təsdiqlənməkdədir. Bir-birilərini tanımayan 48 fərqli tələbədən iki dəqiqə müddətində bir-birilərinin gözlərinə baxmaq xahiş edilmişdir. 48 fərqli tələbə isə eyni müddət ərzindən bir-birilərinin əllərinə baxmışlar. Nəticədə ilk halda qarşılıqlı maraq və simpatiya 54% rastlansada, ikinci halda yalnız 3% təşkil etmişdir.

Toxunuş uğur şansını artırmış olur

Burda söhbət çiyin masajından getmir. Sadəcə ani toxunuş yetərlidir. 2004-cü ildə fransız psixoloqu Nikol Gegenin keçirdiyi eksperiment sayəsində 20 kişi tanımadıqları qadından telefon nömrələri istəmişlər. Onların yarısı ötəri şəkildə qızların əllərinə toxunduqlarından uğur şansları daha yuxarı olmuşdur.

Flirtin kralı olan bürclərDünyanın ən elit sex-klubunda əslində nələr baş verir (şəkillər əlavə edilir)?

Əvvəlki məqaləNəqliyyat vasitəsinin tanınma nişanları (maddə 72)
Növbəti məqaləQızlardan ayrılandan sonra oğlanlara keçid alan məşhurlar

Fikirlərinizi bildirin.