Fiziki məşqlər qorxu və narahatlıqla mübarizədə necə kömək edir?

411
Fiziki məşqlər qorxu və narahatlıqla mübarizədə necə kömək edir 1

Fiziki məşqlər qorxu və narahatlıqla mübarizədə necə kömək edir? “Gündə 10-12 dəqiqə məşq etmək kifayətdir. Əsas odur ki, onu intensivlik səviyyəsinə gətirməyin” – deyə psixoloqlar məsləhətlərini bölüşmüşlər.

İdman panik qorxuları aradan qaldırmağa kömək edirmi? Bu necə işləyir?

Çox güman ki, hər kəsin zaman-zaman qarşılaşmalı olduğu öz fobiyaları vardır. Onlar izaholunmaz qorxu və narahatlıq hissi yaradır. Mənfi emosiyalar ciddi xəstəliklərə və psixi pozğunluqlara səbəb ola bilər. Bunlardan qurtulmaq üçün ilk növbədə həkim və psixoloqların köməyinə müraciət etməlisiniz. Bir çox mütəxəsislər müalicə üsullarına idmanı da daxil edirlər.

Fiziki aktivlik fobiya və narahatlıqdan qurtulmağa necə kömək edə bilər?

İdmanda psixo-emosional vəziyyəti ağırlaşdıracaq əlavə stress olmamalıdır. Öz rejiminizə uyğun olaraq, əyləncəli şəkildə məşq etməyə çalışın.

Yetərli fiziki aktivliyin olmaması psixikamıza necə təsir edir?

JAMA Psixiatriya mərkəzinin çap etdirdiyi dərgisinin məlumatlarında istənilən növ fiziki fəaliyyətin stressi idarə etməyə və depressiyanın qarşısını almağa kömək etdiyi geniş formatda işıqlandırılmışdır. Alimlər sübut ediblər ki, idmanla məşğul olmaq hipokampusa – beynin emosiyalara reaksiya verən və yaddaşa cavabdeh olan hissəsinə müsbət təsir göstərir. Şizofreniya, bipolyar pozğunluq, depressiya və qocalıq demensiyasında hipokampus azalmalı olur.

Bu xəstəliklərin qarşısının alınması üçün gündə cəmi 10-12 dəqiqə idman kifayətdir. Üç aylıq sistematik məşqlər isə stressə meylli olanlara əvəzsiz fayda verəcəkdir.

Fiziki və psixi sağlamlıq üçün aşkar faydalarına baxmayaraq, təəssüf ki, hamı idmanı asudə vaxt kimi seçmir. İtirilmiş gücün bərpası üçün çoxları passiv istirahətə meyil göstərir: sosial şəbəkələrdə ünsiyyət qurur, video oyunlar oynayır, filmlərə baxır və s. Bu, bədən və beyin arasında kənarlaşmalara səbəb ola bilər. Məşq zamanla hər şeyi öz yerinə qaytarır.

İdman niyə psixi (mental) sağlamlığı yaxşılaşdırır?

Psixoloji travmaların müalicəsi zamanı bir çox mütəxəssis müalicə planına fiziki fəaliyyətin daxil edilməsini tövsiyə edirlər. İdman özünəinam hissini bərpa etməyin sürətli və uğurlu yolu olaraq qalmaqdadır. Zəif hərəkətlilik həyat keyfiyyətinə mənfi təsir göstərir.

Narahatlıq səviyyəsi yüksəldikdə bütün bədən gərginləşir və diqqət yayınır. Bu vəziyyət “döyüş və ya qaçış” rejiminə keçid adlanır. Bu bədənin qıcıqlanmaya qarşı avtomatik reaksiyasıdır və idarə ediləcək hal hesab edilir. Məsələn, yoqanın köməyi ilə düzgün nəfəs almağı öyrənə, bədəninizi və zehninizi rahatlaşdıra bilərsiniz. Səkkiz həftəlik gündəlik məşqdən sonra özünə hörmətiniz artacaq, stress səviyyəniz azalacaq. Bu stress, qorxu və narahatlığı normallaşdırmaq üçün cavabdeh olan dərin beyin strukturu – beyincik amigdalasının büzülməsi ilə əlaqədardır.

Bir çox araşdırmalar istənilən fiziki fəaliyyətin və aktiv həyat tərzinin (qaçış, gəzinti, krossfit və ya aerobika) hormonal fona təsir göstərdiyini təsdiqləyir. Aktiv fəaliyyət zamanı dopamin, serotonin, endorfin və s. ifrazı artır. Bu nörotransmitterlər emosional vəziyyətə təsir edir və narahatlığı aradan qaldırır. Nəticədə xoşbəxtlik, sevinc hissi və eyforiya yaranır. Panik ataklarla işləyən bir çox həkim xəstələrə müntəzəm olaraq idman etməyi tövsiyə edir. Lakin, nəzərə alın ki, məşqlərin intensivliyi həddindən artıq olmamalıdır.

Məşqlər stress və qorxu ilə mübarizədə necə kömək edir?

Psixiatriya baxımından fobiya idarəolunmaz qorxunun artan təzahürüdür. Onun əlamətlərindən biri müəyyən vəziyyətlərdə həddindən artıq narahatlıq yaşamaqla bağlıdır.

Yüksək səviyyədə narahatlıq digər pozğunluqların riskini artırır, həmçinin diabet və ürək-damar xəstəliklərinin inkişafına şərayit yaradır. Psixoloqun sözlərinə görə, bir qayda olaraq oturaq həyat tərzi keçirənlər daha çox risk qrupuna daxil insanlar hesab edilirlər. Narahatlığın qarşısını almaq, müalicə etmək üçün ən yaxşı qeyri-tibbi həllərdən biri məhs fiziki fəaliyyətdir.

Velosiped sürmək, rəqs dərslərinə qoşulmaq və ya sürətli gəzinti kimi aşağı intensivlikli hərəkətlər bu halda ən yaxşı seçim hesab edilir. Bu cür fəaliyyətlər, vacib imtahan, çıxışdan əvvəl həyəcan və əsəbilik yaşayanlara da kömək edə bilər.

Hansı nəticələr çıxarmaq olar?
  • Fiziki fəaliyyət əzələlərin rahatlaması səbəbindən narahatlıq hissini azaldır.
  • Kardio məşqləri beyindəki proseslərə təsir edərək, narahatlığa qarşı hormonlar istehsal etməyə imkan verir.
  • Məşq bədənə real və xəyali təhlükələrə cavab verməyə kömək edən frontal lobları aktivləşdirir.

Daimi məşq terapiyanı qismən əvəz edə bilər, stresə qarşı müqavimət və özünə inam səviyyəsini artırır.

Cristiano Ronaldodan evdə icra edilən 7 məşq hərəkəti30-dan sonra məşqlərə, qida rasionuna yenidən baxmaq gərəklidir

Əvvəlki məqaləQoç ♥ Əkizlər
Növbəti məqaləYaşınızdan asılı olmayaraq yenidən başlamanıza kömək edəcək 20 stat

1 COMMENT

Fikirlərinizi bildirin.