Fiziki baxımdan ən güclü bürc nümayəndələri. Fiziki güc hər bir insanın sahib olduğu məsələ deyil. Bunun üçün mütamadi olaraq çalışmaq və əziyyət çəkmək gərəklidir. Bu günki məqaləmizdə siz statistikaya əsasən ən çox fiziki gücə sahib, öz üzərində çalışan, daimi məşqlərini edən bürc nümayəndələrini, daha doğrusu üç bürcü diqqətinizə çatdırmaq istərdik. Məhs bu bürclərin nümayəndələri arasında daha çox bodybilderlərə və tanınmış idmançılara rast gəlmək olur. Düzdür, bütün insanlar özləri üçün hədəf müəyyənləşdirə, ona doğru addımlayıb nəticəyə sahib ola bilərlər. Lakin, böyük iradəyə sahib olmaq nisbətən qəliz məsələdir.

Balıqlar

Mənəvi baxımdan olduqca yumşaq xarakterə malik bürc hesab edilsədə, fiziki baxımdan çox vaxt güclü və formada olmağı sevən insanlardırlar. Bir qayda olaraq hədəfə doğru, irəliləmək və fiziki nəticələrə olduqca ciddi yanaşma onları güclü, əzələli kişi kimi formalaşdırır və idman nəaliyyətlərini arıtırır. Güc, ağırlıq qaldırma tələb olunan bütün sahələrdə bunu rahatlıqla nümayiş etdirirlər və bacardıqca kömək etməyə çalışırlar. İdman hər zaman onlara gözəl bədən quruluşu təqdim edir. Adətən bodybilding yarışlarının qalibləri olurlar.

Tərəzilər

Tərəzlilər arasında çox vaxt doğuşdan fiziki gücə sahib insanlara rast gəlinir. Ancaq, tərəzi kişi ciddi şəkildə hər hansı idmanla məşğul olmaq istəyirsə, çətin ki ona rəqib tapılsın. Adətən ağırlıq qaldırma üzrə rekordları yeniləyirlər. Fiziki gücün inkişafı və bədənin buna uyğunluğu bir qayda olaraq tərəzi kişilər üçün keçərli hesab edilir. Lakin, qadınlar üçün fərq etmir. Düzdü qadınlarpın buna heç ehtiyaclarıda yoxdur.

Buğalar

Buğalar anadan olan zaman həddindən artıq sağlam şəkildə doğulurlar. Lakin, uşaq yaşlarından idmanla məşğul olmaqla bu sağlamlığı qoruya bilərlər. Təəsüf ki, onlar çox vaxt tənbəl olurlar və artıq çəkiyə meyillidirlər. Bu keyfiyyətlər isə fiziki gücü zəiflədir, əzələlərin inkişafını dayandırır. Buğalar adətən özlərini düzgün qiymətləndirə bilmirlər. Fiziki baxımdan hər birinin içində böyük potensial gizlənir. Sadəcə əziyyət çəkib onu inkişaf etdirmək gərəklidir.

Bürclərin günahları. Hansı qorxulu xüsusiyyətlərə sahibdirlər?Bürclərə görə “ana uşağı” kimdir?

Fikirlərinizi bildirin.