Filmlərinə görə sürətlə əzələ yığan aktyorlar

677
Filmlərinə görə sürətlə əzələ yığan aktyorlar 5

Filmlərinə görə sürətlə əzələ yığan aktyorlar

Gerard Butler

Xeyli sayda rollar və şanslar olsa da, kino həvəskarları hələdə “300 spartalı” filmindən Batleri xatırlayırlar. Rol uçun qəhərman Leonid, yəni Gerard Butler idman zalında kifayət qədər tərləyərək 15 kiloqram əzələ kütləsi toplayır. Çəkilişlərdən sonra aktyor idman məşqlərini dayandırır və əvvəlki çəkisinə qayıdır.

Christopher Pratt

Filmlərinə görə sürətlə əzələ yığan aktyorlar 2

Aktyor heç vaxt idman bədən quruluşu ilə öyünə bilməyib. Lakin, “Qalaktikanın mühafizəçiləri” filmində rola görə o ilk baxışdan mümkünsüz olanı edərək bədənini əzələ çuvalına çevirə bilmişdir. Gözlənilməz dəyişiklik Christopheri qadınların sevimlisi etsədə çəkilişlərdən sonra yenidən idmanı atır və əvvəlki çəkisinə qayıdır.

Thomas Hardy

Thom Hardy – planetin ən sexual aktyorlarından biridir. Qadınların sevimlisi hər zaman qibtə doğuracaq görkəmdədir. Lakin, bəzi rollara görə idman zallarında daha çox zaman keçirməli olmuşdur. “Döyüşçü” filminin çəkilişləri zamanı Hardy əlavə olaraq 10 kiloqram artaraq nəzərəçarpacaq əzələlər formalaşdırmışdır. Nəticədə bir çoxları filmin sujetində fikir cəmləməkdə çətinlik çəkirlər.

Jason Momoa

Filmlərinə görə sürətlə əzələ yığan aktyorlar 4

Məşhur yalnız gözəgəlimli çəkisi ilə fəxr etmir. Onun boyu da olduqca yüksəkdir. Hər bir rolunda Jason maksimal həcimli görünür. “Akvamen” və “Taxtların oyunu” filimlərində isə xüsusi hazırlıqlı olduğu hiss olunur. Çəkilişlərarası pres əzələlərini çalışdırmağa çox həvəslidir.

Christopher Evans

Filmlərinə görə sürətlə əzələ yığan aktyorlar 5

Kapitan Amerika güc nümayiş etdirməyə borcludur. Chris Evans eyni adlı filmin qəhrəmanını canlandırmamışdan öncə fərqli görkəmi ilə öyünə bilmirdi. Bu səbəbdən də, bir çox hallarda kölgədə qalmalı olurdu. Qərarlaşdırdığı dəyişiklikdən sonra çox şeylər dəyişdi. İndi dəmir kimi möhkəm əzələlər çox qadının yuxusunu korlaya bilir.

Zachary Efron

Aktyor ciddi cəhdlə çalışmalı olur. “Disney” əhatəsindən çıxıb yetkinlik formasına sahib olmaq üçün az əziyyət çəkmir. Zach imicini dəyişir, vaxtının çox hissəsini idman zallarında keçirir. Əziyyətləri yerdə qalmır, “Malibu xilasediciləri” filmində özünü fərqli tərəfdən göstərə bilir.

Christian Bale

Filmlərinə görə sürətlə əzələ yığan aktyorlar 7

Bale aktyorlar arasında çəkilişlərə və işinə olduqca ciddi və məsuliyyətli yanaşması ilə seçilir. Oynadığı rollar üçün o dəfələrlə arıqlamış, çəki almış, qısa zamanda əzələ kütləsi toplamışdır. Əgər onun “Maşinist” və “Betmen” filimlərindəki rollarını müqayisə etsək hər iki ekran işində eyni adamın olmasına inanmaq çətindir. Superqəhrəman rolu üçün Bale bir neçə ay ərzində 30 kiloqram əzələ kütləsi toplamağa nail olmuşdur.

Hugh Jackman

Hughın filimoqrafiyası həqiqətən də insanı təəcübləndirir. “Təcridedilmişlər” filmindəki rol üçün 15 kiloqram çəki atmış, sonra isə iki dəfə artıq kökələrək “Rosomaxa: Ölümsüz” filminə çəkilmişdir. Pərəstişkarlarını xeyli təəcübləndirmişdir.

7 ən məşhur porno aktyor və aktrisaTOP 10 ən varlı aktyor

Əvvəlki məqaləHİV haqqında 10 ən məşhur və təhlükəli mif
Növbəti məqaləKişi reproduktiv sağlamlığı barədə yayılmış yanlışlıqlar

Fikirlərinizi bildirin.