Filimlərdə SEX səhnələri necə çəkilir? Artıq bir neçə yüz illiklərdir ki, sex məsələləri incəsənətdə olduqca önəmli yer tutur. Kinomataqrafiyada erotik səhnələr çox incə məsələlərdir. Sex səhnələri üçün bu sahənin işçiləri olduqca böyük əziyyət çəkmiş olurlar. Bəs bu səhnələr necə çəkilir? Aktyorlar çəkiliş zamanı kadrlarda həqiqətənmi sexlə məşğul olurlar? Ümumiyyətlə bu mövzu necə yaranıb? Beləliklə keçək mövzumuza.

Hər şey necə baş verib?

İlk sex səhnəsi 1933-cü ildə səhnələşdirilmişdir. Sözü gedən yenilik “Ekstaz” filimində nümyaiş etdirilmişdir. Filimin qadın qəhramanı Hedy Lamarr ilk qadın orqazmını tamaşaçılara nümayiş etdirmişdir. Yeri gəlmişkən, məhs bu filimdən sonra, aktrisa Hollivuda giriş əldə etməyi bacarmışdır.

ABŞ-da 30-cu illərin ortalarında Heys dəyərləri önəmli yer tutdu və bu səbəbdən əxlaqsızlıq filimləri prakatlarına buraxılmırdı. Nəticədə cəsarətli sex-exsperimentlər yalnız 60-70-ci illərdən sonra amerikan filimlərində nümayiş etdirildi.

SSSR-nin ilk kinosexsi isə Vasili Piçulinin çəkdiyi filimdə görmək mümkündür. 1988-ci ildə filimə baxış üçün kinoteatrlarda olduqca böyük növbələr yaranırdı. Xeyli sayda insanlar öz gözləri ilə SSSR-də sexsin həqiqətən mövcud olduğunu görmək istəyirdilər.

Gözləntilər – reallıqlar.

Filimlərdə sex daha çox gözəl, hissiyyatlı, incə təsərrüfat bağışlayır. Ancaq yataq səhnələri realda sözü gedən görüntələrdən çox fərqlənir. Saatlarla məcburən ehtiraslı səslər çıxartmaq, ahıldamaq, yorulana qədər öpüşmək, sevişmək o qədərdə ürək açan məsələ deyil.

Rəyi soruşulan bir çox aktyorlar və aktrisalar intim epizodlarda çəkilməkdən məmnun olmadıqlarını söyləmişlər. Ancaq maraqlıdır ki, Hugh Grant bu cür düşünmür. Onun sözlərinə görə:

“Mən hər zaman yataq səhnəərindən böyük zövq almışam. Qəribə görünsə də bu beədir. Hamı deyir ki; – bu sexsual deyil, sənə böyük insan kütləsi baxır. Məni isə əksinə, bu kimi şeylər hər zaman ehtiraslandırır.”

Bu sözləri tamaşaçıların sevimlisi, romantik komediyaların qəhramanından eşitmək maraqlı səslənir.

Əslində hər şey necə baş verir?

Bəzən gözləntilər sankı reallıqlar uçurumunda məhv olur. Kinoda da bu cürdür.

İmitasiya

Filimlərdə təqdim olunan yataq səhnələrinin bir çoxu fiziki yaxınlığın imitasiyasıdır. Hollivudda ekran önündə əsl sex ümumiyyətlə qadağandır. Ancaq bu bir çox exsperemental-rejisorların işini ləngtmir. Onar işlərinə daha çox naturalizimlik, təbiilik qatmağa çalışırlar.

Ortam

İşlərində rejisorlar ortamın uyğunluğuna və dekoratsiyaya çox diqqət yetirilər. Yatağın başlığının hündür olması, geyim asılmış stollar, aktyorların bədənlərinin müəyyən hissələrini gizlədən mebellər – bütün bunlar çəkiliş zamanı aktyorların rahat və sərbəst ola bilmələri üçündür.

Məşqlər və primyeralar

Sex səhnələrində çəkilişdən öncə bir neçə gün boyunca aktyor həmin səhnələri geyimlə məşq edir. Bu zaman qəhramanların utancaqlıq hissini dəff etmək üçün bəzi məsələlər onlara yardımçı olur – kimisi spirtli içki qəbul edir, kimisi isə çəkiliş meydançasına çıxmamışdan bir neçə saat öncədən özünü yalnız işinə yönəltməyə çalıır. İntim məqamların çəkilişərində ekrandan iştirakçıların bədənlərinin daha korrektə və ideal görənməsi üçün xüsusi bədən boyalarından da istifadə edilir. Bu həmdə, sanki aktyorların bir-birilərinə olan birbaşa toxunuşunun qarşısını alır.

Dublorlar

Bu insanlar təhlükəli səhnələrlə yanaşı, yataq səhnələrində də çəkilirlər. Bu zaman kombinə edilmiş çəkilişlərdən istifadə edilir. Yəni, məşhurların üz cizgiləri kadrların dəyişməsi nəticəsində ekranda sərgilənir. Bu zaman tamaşaçı dublorun bədənini, sevdiyi aktyorun isə üzünü görür. Bəzi hallarda isə, ümumiyyətlə portnyora ehtiyac duyulmur. Hərəkətlər protezlər vasitəsi ilə icra olunur. Aktyorlar öz bədən hissələrini tamaşıçılara nümayiş etdirmək istəmədikdə, həmin hissə müəyyən edilmiş və bənzdilmiş protezlə əvəz edilir. Yeniliklər sırasında isə, kompüter qrafikaları xüsusi yer tutur. Nəticədə maraqlı görüntülər meydana gəlir. Məsələn: Lars von Trierin “Nimfoman qadın” filimində aktyorlar özlərini cinsi əlaqədə olmuş kimi aparmışlar. Həqiqətdə isə, sonradan rəqəmsal yolla, bədənlərinin üstlərinə porno aktyorların bədənləri həkk edilmişdir. Üz mimikaları və səsləndirmə aktyorların özlərinə aitdir.

Ümumilikdə intim səhnələrə rejisorların yanaşmaları çox fərlidir. Bəziləri məsələyə olduqca ciddi yanaşır, hər xırdalığa xüsusi diqqət yetirir, bəziləri isə improvizə etmək üçün seçim imkanlarına icazə verir. Birinci haldakı kimi ciddiyə alanlar bunun üçün hətda sex-horeoqrafları dəvət edirlər. Nəticədə, çəkilişdən öncə aktyorlarla məşqlər aparılır, xırdalıqlar izah olunur.

Qaydasız filimlər

Hər il streotipləri qırmağa cəht göstərən, ümumi qəbul edilən qaydalara əks çıxan rejisorların sayı durmadan artır. Bu cəsarətlilərdən biri də Lars ven Trier hesab olunur. Bir dəfə erotik səhənələrdən öncə aktyorları həvəsləndirmək üçün özü çəkiliş meydançasına lüt gəlmişdir. O, “Axmaqlar” (1998) filimində bütün çılpaqlığı ilə artxaus dalğası nümayiş etdirilmişdir. “Nimfoman qadın” filimi isə olduqca böyük tamaşaçı marağına səbəb olmuşdur. Filimin produserinin sözlərinə görə:

“Əvvəlcə biz aktyorları çəkdik, onlar sex yaşamış kimi özlərini apardılar. Sonra isə dublorların iştirak etdiyi əsl sexsi videoya aldıq. Ekran üçün hər iki görüntünü birləşdirdik. Nəticədə, beldən yuxarı real ulduzlar, beldən aşağı isə dubolrları görə bilərsiniz.”.

Gaspar Noe-nin “Sevgi” filimində isə hər şey canlı olmaqla yanaşı, 3D formatındadır. Argentinalı sərhədsiz sex nümayiş etdirmək istəyində olub. Kann festifalında kino tənqidçiləri filimin həddən artıq real səhnələrlə zəngin olduğunu dilə gətirmişlər.

Yaxın dostla SEX – 5 səbəb, 5 filmBirlikdə porno filmə baxmanın gözləntiləri və reallıqları

Fikirlərinizi bildirin.