Fidel Kastronun həyat qanunları. Kuba inqilabçısı, 1959-2008-ci illərdə Kuba lideri. 25 noyabr 2016-cı ildə Qavana, Kubada rəhmtə getmişdir.

Mənim adım Fidel Kastrodur — mən Kubanı azad etmək üçün gəlmişəm. Mənim burda dediklərimlə çox adam razılaşmaya bilər. Ancaq, digərlərinə hörmət saxlamaq şərti ilə fikirlərimi bildirəcəyəm.

Kasıb doğulmamışam — Atamın minlərlə hektar torpağı olub. Ancaq indi açıq şəkildə bəyan edə bilərəmki, Buşun ciddi cəhdləri sayəsində əlavə 1 dollara belə sahib deyiləm. Bütün varidatım onun səliqləli və kraxmallı köynəyinin kiçik cibinə yerləşə bilər. Və haçansa var-dövlətimi təminatlı yerdə, dünya terorizm həmlələrindən uzaq bir yerdə, gizlətmək istəsəm, o zaman mütləq çox mədəni şəkildə Buşdan həmin o cibini mənə müvəqqəti verməyini istiyəcəm. Bundan sonra belə, imkanlarım ona böyük görünərsə, öncədən bütün pulmu cibin kirayə haqqısı kimi Buşa ödəməyə hazıram.

Özümü necə xatırlayıram — altıncı və yeddinci sinif şagirdi kimi. 12 ya da 13 yaşlarım olardı. Yaşadığım kəntdə elektrik enerjisi yox idi və məkətəbə yalnız palçıqla dolu cığırlarla at üstündə çatmaq olardı. Santyaqo-de-Kuba internatında oxuduğum illərin çox hissəsində öz üzərimdə ağır sexsual təzyiqlər hiss etmişəm. Fərqli məktəblərə paylanmış uşaqlar (oğlanlar) qızlardan olduqca uzaq məsafədə aralı olurdular. Bununla barışmaq asan məsələ deyildi.

Mən inqilaba başladım — 82 nəfərlə. Əgər bunu yenidən başlasaydım bəlkədə 15, hətda 10 nəfərdə mənə bəs edərdi. 10 nəfər və təmiz inam. Sayımız önəmli deyil. Ən önəmlisi inanmaq və dəqiq plana sahib olmaqdır.

Qələbə — bu yorulmadan mücadilə etməkdir.

Mən marksist-lelinistəm — həyatımın sonun qədər də bu cür qalacağam.

Təzəlikcə — böyük və güclü dövlətlərin birinin dövlət nümayəndəsi Buşdan onun Kuba ilə bağlı siyasəti haqqında soruşur. Buş cavabında “Mən Kastronun ölümünü güzləyirəm” deyə cavab vermişdir. Düzünü desəm, bu böyük gücə sahib centilmenin gözləntiləri məni çox az maraqlandırır. Mən Buşun ölümlə hədələdiyi nə birinci adamam, nədəki, sonuncu. Bu dəqiqə Botistov hərbisinin patrul komandiri, qaradərili leytinanat, Sarianın sözlərini xatırladım: “İdeaları öldürmək mümkün deyil”. Bu çoxdan olub. O məni və mənim kiçik ordumu əsir götürmüşdü. Yadımdadır, qarşısında dayanan insanın kim olduğunu bilmədən mənə silah tuşladı. Həmin gecə biz dağda kiçik, dar daxmada gecələdik və bu zaman leytinant özündən asılı olmayaraq həmin sözləri yenidən təkrarladı. Bu gözəl sözləri cənab Buş, mən sizə ünvanlayıram.

Buş — apokaliptik şəsxiyyətdir. Mən hər zaman onun gözlərini, üzünü, “görünməz ekranda” gördüyü şeylərin güyaki gözlənilmədən onun ağlına gəlməsi kimi özünü aparmasını diqqətlə izləyirəm. Mən onu siyasətlə bağlı atasının danlağını eşidən zaman özünü necə itirdiyini görmüşəm. İraqla bağlı siyasi qərarlar barədə söhbətlərdə. Daha sonra isə, senatırların qarşısında şəxsi əmri ilə düşmənlərini məhv etdiyi barədə öyünürdü.

Əgər — suyiqəsdən sonra həyatda qalmaq bacarığı üzrə olimpiya yarışları olsaydı, mən mütləq bu yarışlarda qızıl medal qazanardım.

Bütün amerika prezindentləri arasında — və prezidentliyə namizətlər arasında mən Kubaya qarşı qəddar terrorçuların tərəfini tutmayan, etik və dini inanclarla buna qarşı çıxan yalnız bir insanı tanıyıram – Jeyms Karter. Əminəm ki, digər amerika prezidentlərindən fərqli olaraq Kater heç vaxt məni öldürmək əmri verməzdi. O Kubaya qarşı dost niyyətli addımlar atan yeganə ABŞ presidenti olmuşdur.

Yeganə doğru söz — amerikan yalanları arasında yeganə doğru söz Kubanın ABŞ-dan 90 dəniz mili uzaqlıqda olmasıdır.

Ən təkmilləşdirilmiş silah – böyük dövlətlərin hərbi arsenalını bəzəyən silahlar təhsilsiz, xəstə, kasıb insanları rahatlıqla öldürə bilər. Ancaq, bu güc kasıbçılığı, xəstəliyi və aclığın özünü məhv edə bilməz.

Dünya qədəm qoyur — çox çətin dövürə. Hələ bu çətinlikdən necə çıxacağımıza baxmaq lazımdır.

Nəsə etmək lazımdır — insanlığın xilası üçün. Ancaq, gənclər ümüdləri doğrultmasa hər şey məhv olacaq.

Kapitalizm irgəncdir — o yalnız müharibə gətirir. Rəqabət və ikiüzlülük aşılayır.

Mən həmişə özümü — xöşbəxt insan hesab etmişəm. Ən azından özüm üçün uyğun siyasi nəzəriyyə formalaşdırmışam. Kuba siyasi böhranına daxil olub, özüm üçün marksizim kəşf etmişəm. Sanki, meşədə itmisən və gözlənilmədən xəritəni tapırsan.

Mən heç vaxt — İsa peyğəmbərin yaşadığı həyat ideaları ilə öz idealarım arasında fərqli nələrsə yaşamamışam.

Mən Kubalıyam — Ancaq Uqo Çavis deyirki, məndə irqlərin qarışığını hiss edir. Onunla razılaşmağa yönəliyəm. Mənim qanımda həqiqətəndə hindulardan, kanarlardan, keltlərdən və ağlıma belə gəlməyənlərdən nəsə var.

Kuba — müstəqil dövlətdir. Əgər Avropa birliyi digər ölkələrdə olduğu kimi eyni münasibətlə yanaşmırsa, deməkki, yanılır.

Bizim ölkə — mənəvi baxımdan bir cənnətdir. Dəfələrlə dediyim kimi, biz cənnətdə ölməyi cəhənnəmdə var olmaqdan üstün tuturuq.
İnqilab — bu qızılgül ləçəkləri ilə bəzədilmiş yataq deyil. Bu keçmişlə gələcəyin ölümlə mübarizəsi və müharibəsidir.

İdealar — əgər onu insanlar dəstəkləyirsə, onun silah dəstəyinə ehtiyacı olmaz.

Yadımdadır — Bir gün, çoxdan biz Çe ilə qolf oynamağa getdik. Ancaq, başqa şey duşunməyin. Bir zamanlar o keddi idi. O başqaları üçün top daşıyırdı. Lakin, idea insanı idi.

Mənə de görüm — hansı idman növü ilə məşğulsan, mən sənə səni kimin klonlaşdırdığını deyim.

Vətən — bu insanlıqdır.

İndi, mən xəsdə olduğum zaman — suallarım yaranır. İndi bəzilərinin hökümət adlandırdıqları vəzifəyə gəlsəm nə edərdim? Doğurdan, nə edərdim? Dincəlmədən mübarizə apara bilərdim? İndiyə qədər etdiyim kimi?

İndi mən məşğul olmalı olduğum işlə məşğulam — qocaların məşğul olmalı olduqları işlə. Dəyərli şeylər haqqında düşünürəm və yazıram. Bitirmədiyim çox materiallar var. Filimlərə və şəkillərə zamanım yoxdur. Üzümü və saqqalımı qırxmağa bel vaxtım yoxdur. Qocalıqda bunlar önəmli olmur. Sağlamlığım stabildi, çəkim təxmini 80 kiloqramdır.

İdealar insanlarla birlikdə doğulmurlar — insanlarla birlikdə də ölə bilməzlər.

Bəzən — gündəlik mübarizəmdə fasilə verirəm.

Hislər — bilikdən daha önəmlidir.

Mənə elə gəlirki — cavanlara baxanda biz hamımız təqaüdə çıxmalıyıq.

Bruce Willisin həyat qanunlarıBen Affleckin həyat qanunları

Fikirlərinizi bildirin.