Feminizim hər kəs üçündür – Bell Hooks

0
0

Feminizim hər kəs üçündür – Bell Hooks

Bell Hooksun “Feminizm Hər Kəs Üçündür” əsəri media və yayğın kültürdə feminizmlə bağlı ortaya qoyulan yanlış tərifləri hədəf alır. Feminizmi “kişi düşmənliyi” olaraq tanıtmağa, bu fikri toplumlara aşılamağa cəhd edənlərin iddialarının nə qədər əsassız olduğunu vurğulamaq istəyir.

O, feminizmin, “cinsi ayrı seçkiliyə, cinsiyyətçi istismar və basqıya son verdirməyə çalışan bir hərəkat” olduğunu xatırladır. Bell Hooks bütün insanları cinsi ayrı seçkiliklə mübarizəyə dəvət edir. O, feminizmi irq, sinif və etnik kontekstdə yenidən incələməyi təklif edir.

Giriş
Feminizmə yaxın gəlin

Getdiyim hər yerdə, kim olduğum və nə iş gördüyümü soruşan insanlara, yazar, feminist teorisiyən və kültür ələşdirməni (tənqidçisi) olduğumu qürurla söyləyirəm. Filmlər və sevilən kültür qonusunda yazdığımı, aracın içindəki mesajı1 təhlil etdiyimi anladıram. Bir çox insan bunların həyəcanlı olduğunu düşünür və daha artıq öyrənmək istəyir.

Nəticədə hamı sinemaya (kinoya) gedir, televiziyanı izləyir və dərgilərə göz atır; hamının anladığı mesaj və baxdığı görüntülər haqqında bəzi fikirləri var.

Qarşılaşdığım bu qədər fərqli insanın kültür ələşdirməni olaraq etdiklərim və yazı yazma istəyimin haradan qaynaqlandığını anlamaq heç də çətin olmur; necə olsa insanların çoxu bir şeylər yazmaq istəyir və ­yazırlar, amma nədənsə sıra feminist teoriyə gəlincə sorular bitir.

Bunun yerinə, feminizmin şəri və pis feministlər haqqında eşitmədiyim şey qalmır: “onların” erkəklərdən necə nifrət etdiyini, “onların” doğaya (təbiətə) və Tanrıya necə qarşı çıxmaq istədiyini, “onların” bütününün lezbiyan olduğunu, “onların” bütün işləri ələ keçirərək qarşılarında heç bir şansı olmayan ağ erkəklərə dünyanı necə zəhər etdiyini genəlliklə eşidirəm.

Eyni insanlara hansı feminist kitab ya da dərgiləri oxuyursunuz, hansı feminist müsahibələri dinlədiniz, hansı feminist aktivistləri tanıyırsınız deyə soruşduğumda isə feminizm haqqında bütün bildiklərinin qulaqdan dolma şeylər olduğunu, feminist hərəkətdə gerçəkdən nələr yaşandığını bilmədiklərini, hərəkətin tam olaraq nəylə ilgili olduğunu söyləyə biləcək qədər feminizmə yaxınlaşmadıqlarını söyləyirlər.

Çoxunun gözündə feminizm erkəklər kimi olmaq istəyən bir ovuc hirsli qadın anlamına gəlir. Feminizmin haqlarla və qadınların eşit haqlar əldə etməsilə ilgili olduğunu düşünməyirlər belə.

Öz bildiyim və öz yaşadığım şəklində feminizmdən danışdığımda isə diqqətlə dinləyirlər. Yenə də danışıqlarımız bitdiyində mənim fərqli olduğumu; erkəklərdən nifrət edən hirsli “gerçək” feministlər kimi olmadığımı deyirlər o an.

Mən də bir insan nə qədər gerçək və radikal feminist ola bilərsə o qədər gerçək və radikal bir feminist olduğumu deyirəm və feminizmə yaxından baxarlarsa_feminizmin düşündükləri şey olmadığını onların da görəcəyini söyləyirəm.

Nə zaman belə bir qarşılaşma yaşasam, oradan ayrıldığımda keşkə əlimdə kiçik bir kitab olsaydı və buyurun bu kitabı oxuyun, sizə feminizmin nə olduğunu, hərəkətin nəylə ilgili olduğunu anladacaqdır deyə bilsəm deyə keçirirdim ağlımdan.

Əlimdə qısa və açıq, oxuyub anlamağı olduqca rahat bir kitab olsun istəyirəm; zorlayıcı terminlər və ya akademik dillə yazılmış qalın bir kitab deyil, açıq və anlaşılan bir kitab.

Feminist düşüncənin, politikanın və praktikanın həyatımı dəyişdirdiyi andan bəri bu kitabı istəyirəm. Davamı, politik həyatımın təməlini oluşduran və sonuna qədər inandığım feminist politikanı daha yaxşı anlaya bilsinlər deyə bu kitabı sevdiyim insanlara vermək istəyirəm.

“Feminizm nədir?” sorusuna qorxuyla ya da fantaziyaya dayanmayan bir cavabları olsun istəyirəm. Bu bəsit tanım və ya tərif əllərində olsun, onu təkrar- təkrar oxusunlar və “feminizm cinsiyyətçiliyi, cinsiyyətçi sömürünü və basqını sona çatdırmağa çalışan bir hərəkətdir” görüşünü bilmələrini istəyirəm.

İlk dəfə bundan ən az on il öncə Feminist Theory: From Margin to Center (Feminist Teori: Çevrədən Mərkəzə) adlı kitabımda önərdiyim bu tanımı sevirəm; çünki hərəkətin erkək qarşıtı olmaqla əlaqəsi olmadığını açıqca ortaya qoyur və bu açıqlıq bir gərçəyi unutmamamıza yardımçı olur:

istər qadın istər erkək, hamımız, doğulduğumuz andan etibarən toplumsallaşma vasitəsilə cinsiyyətçi düşüncə və eyləmi (fəaliyyəti) qəbul etməyə yönləndirilirik.

Bunun bir sonucu olaraq, qadınlar da erkəklər qədər cinsiyyətçi ola bilər. Bu durum erkək təhəkkümünə haqq qazandırmaz, ya da onu gərəkli etməz; fəqət feminist düşünürlərin hərəkətin erkək qarşılığından ibarət olduğunu var saymasının zəif və yanlış olacağı anlamına gəlir.

Qurumsallaşmış cinsiyyətçiliyi adlandırmanın bir digər yolu olan ataərkilliyi sona çatdıra bilmək üçün bunu açıq bir şəkildə ortaya qoymamız gərəkir: biz həm məntiq, həm də ürəkdən dəyişmədikcə, cinsiyyətçi düşüncə və eyləmin yerinə feminist düşüncə və eyləmi gətirmədikcə cinsiyyətçiliyi davam etdirmiş oluruq.

Bir qrup olaraq ataərkilliyin səfasını ən çox sürənlər, erkəklərin üstün olduğu və bizə hökm etmələri gərəkdiyi varsayımının (fərziyyəsinin) faydasını ən çox görənlər, erkəklər olmuşdur və bu, bu gün də belədir. Fəqət bu səfanın bir də bədəli olmuşdur.

Erkəklər ataərkilliyin nemətləri qarşılığında qadınlara hökm etməklə, ataərkilliyin zərər görməməsi üçün gərəkirsə zorakılıqdan istifadə edərək bizləri sömürmək və basdırmaqla “yükümlüdürlər”. Halbuki erkəklərin çoxu üçün ataərkil erkək olmaq çətindir.

Bir çoxu qadınlara qarşı duyulan nifrət və qorxudan və qadınlara qarşı olan zorakılıqdan rahatsız olur. Hətta bu durum söz qonusu zorakılığı davam etdirənlər üçün də keçərlidir. Ancaq bir tərəfdən də ataərkilliyin nemətlərindən keçməkdən qorxarlar.

Ataərkillik dəyişərsə ovuclarının içi kimi bildikləri bu dünya nə hala gələr, heç bir fikirləri yoxdur. Dolayısıyla həm ağıl həm də məntiqlə yanlış olduğunu bilsələr də, erkək təhəkkümünü passiv bir şəkildə dəstəkləmək işlərinə gələr.

Erkəklər mənə sürəkli feministlərin nə istədiklərini bilmədiklərini söyləyirlər. Onlara inanıram. Dəyişə və olğunlaşa biləcəklərinə də inanıram. Üstəlik feminist haqqında nə qədər çox şey öyrənsələr o qədər feminizmdən qorxmazlar; çünki feminist hərəkət, erkəklər üçün də ataərkinin köləliyindən qurtuluş umudunu barındırır.

Bu qısa əl kitabını, ən az iyirmi ildir həsrətini çəkdiyim bu kitabı, gənciylə, yaşlısıyla erkəklər üçün də yazdım. Hamımız üçün yazdım. Yazmaq məcburiyyətində qaldım; biriləri yazar deyə gözlədim, amma kimsə yazmadı.

Nə var ki bu kitab olmadan, bu ölkədə hər gün anti-feminist təpkinin bombardmanına məruz qalan, özlərinə, haqqında çox az şey ­bildiklərim bir hərəkətdən nifrət etmələri və bu hərəkətə dirənmələri söylənən kütlələrə səslənmək imkansız idi.

Bəlkə bizə feminizmdən danışan bir sürü öyrətim amaclı kitabça, rahat oxuna bilən kitab və bültən olsaydı (ki olması gərəkən də budur), bu kitab da feminist politika adına bizlərə səslənən tutqulu səslərdən yalnızca biri olardı.

Dünyanın hər yanında, feminizm sözünün yayılmasına nədən olan reklam tabloları qurulmalıdır; dərgilərdə və avtobuslarda yayınlanmalıdır. Bu gün hələ o nöqtədə deyilik; yalnız feminizmi paylaşmaq, hərəkət adına hamının ağlına və ürəyinə səslənmək üçün etməmiz gərəkən budur.

Feminist dəyişim hal-hazırda yaşamlarımızı olumlu yöndə etkiləyir. Ancaq feminizm haqqında eşitdiyimiz hər şey olumsuz olanda, onun olumlu yönlərini də görməməyə başlayırıq.

Erkək təhəkkümünə dirənməyə, ataərkil düşüncəyə baş qaldırmaya (və həyatımdakı ən güclü ataərkil səsə, anamın səsinə qarşı çıxmağa) başladığımda hələ yetkinlik çağındaydım; intihar etməyi düşünürdüm, depresyondaydım, həyatımın anlamını və həyatın içində özümə aid bir yeri necə və harada tapa biləcəyimi bilmirdim.

Mənə, üzərində ayaqda qala biləcəyim bir eşitlik və ədalət zəmini sunması üçün feminizmə ehtiyacım varıydı. Zamanla anam da feminizm düşüncəsini mənimsədi, mən daxil ­qızlarının (altı bacıyıq) feminist politika sayəsində daha yaxşı bir yaşama qovuşduğunu, feminist hərəkətdəki vədəni və umudu gördü.

Mən də bu kitabda, sizlərlə və hər kəslə bu umudu və vədəni paylaşmaq istəyirəm.

Heç kəsin heç kəsə hökm etmədiyi bir dünyada yaşadığımızı düşünün. Qadınlarla erkəklərin bir-birinə bənzəmədiyi və hətta hər zaman eşit də olmadığı; amma ilişkilərimizi şəkilləndirən yaşam fəlsəfəsinin qarşılıqlıq əsası üzərində qurulduğu bir dünyada yaşadığımızı düşünün.

Hər birimizin özümüz ola bildiyimiz bir dünyada, barış və olanaqlar dünyasında yaşadığımızı düşünün. Feminist devrim təkbaşına belə bir dünya yaratmaz; İrqçiliyə, sinif elitizmini və imperializmi də sona çatdırmamız gərəkir.

Ancaq feminizm, özünü bütünüylə gerçəkləşdirmiş qadın və erkəklər olaraq özlədiyimiz toplumu yarada bilməmizi mümkün qılacaqdır; özgürlük və ədalət xəyallarımızı gerçəkləşdirə biləcəyimiz bir toplumda birlikdə yaşaya bilməmizi təmin edəcəkdir.

Yaxına gəlin və Feminizmin yaşamınıza, hamımızın yaşamına necə toxunub bu yaşamları dəyişdirə biləcəyini görün. Yaxına gəlin və feminist hərəkətin dərdinin nə olduğunu öz gözlərinizlə görün. Yaxınlaşın, bunu görəcəksiniz: Feminizm hər kəs üçündür.

1.Bell Hooks burada ilətişim teorisiyəni Marshall McLuhan’ın “arac mesajdır” sözünə işarə edir. McLuhan bu sözüylə ilətişim aracının özünə özgü (özünəməxsus) biçiminin, mesajın doğurduğu alqını etkilədiyini önə sürər.

1
FEMİNİST POLİTİKA
Dirəniş nöqtəmiz

Sadə dillə söyləmək istəsək feminizm cinsiyyətçiliyə, cinsiyyətçi sömürüyə və basqıya son verməyi hədəfləyən bir hərəkətdir. Bu on il qabaq Feminist Theory: From Margin to Center’da (Feminist Teori: Çevrədən Mərkəzə) önərdiyim bir tanımdır.

O zaman bu tanımın gələcəkdə hamının işlədəcəyi, yayqın bir tanım olacağını umurdum. Xoşuma gəlmişdi, çünki erkəklərin düşmən olduğunu işarə etməyən bir tanım idi. Sorunun adını “cinsiyyətçilik” olaraq qoyur və bu yolla bir başa məsələnin özünə enirdi.

Bu tanım, sorunun praktikada, cinsiyyətçi düşüncə və eyləmin bütün biçimlərində yatdığına, cinsiyyətçilik edən adamın qadın, erkək, uşaq ya da yetişkin olmasının bir şey dəyişdirmədiyinə işarə edər.

Sistemi başdan sona qədər etkiləyən qurumsallaşmış cinsiyyətçiliyə dair bir qavrayış içərəcək qədər də qapsamlıdır. Başı açıq bir tanımdır. İnsanın feminizmi anlaya bilməsi üçün öncə cinsiyyətçiliyi anlaya bilməsi gərəkdiyini ortaya qoyar.

Feminist politikanın bütün savunucularının (müdafiəçilərinin) da bildiyi kimi, insanların çoxu cinsiyyətçiliyi anlamır və ya anlasa belə, bunu bir sorun olaraq görmür. Çoxları feminizmin hər zaman və yalnızca erkəklər ilə eşit olmağı hədəfləyən qadınlardan ibarət olduğunu düşünür.

Ayrıca bu insanların çoxu feminizmi erkək qarşıtlığı sanır. Feminist politikaya dair bu yanlış yorumlar, insanların çoxunun feminizmi ataərkil kütlə medyasından öyrəndiklərini göstərir.

Haqqında ən çox şey eşitdikləri feminizm, özünü hər şeydən öncə toplumsal cinsiyyət eşitliyinə adamış qadınların rəsm etdiyi bir feminizm olur: eşit işə eşit ödəniş və bəzən də qadın ilə erkəyin gərək ev işlərində gərəksə valideynlikdə eşit dərəcədə sorumluluq almasını tələb edən bir feminizm.

İnsanlar söz qonusu qadınların genəlliklə ağdərili və maddi olaraq da imtiyazlı olduqlarını görürlər. Başqa tərəfdən qadın özgürləşməsinin abort edə bilmək (kürtaj) özgürlüyü, lezbiyan ola bilmək, təcavüz və ev içi zorakılığa qarşı çıxmaq kimi qonulara odaqlandığını da media sayəsində bilirlər.

İnsanların çoxu bu qonuların arasından, iş yaşamında toplumsal cinsiyyət ədaləti fikrinə, yəni eşit işə eşit ödəniş tələbinə qatılırlar.

ABŞ toplumu əsasən bir “Xristian” kültürü olmağa davam etdiyi üçün, insanların çoxu hələ də Tanrının ev yaşamında qadının erkəyə tabe olmasını buyurduğuna inanır.

Bu gün milyonlarca qadının çalışmasına və çoxlu ailədə evi keçindirən tək insanın qadın olmasına rəğmən, ulusun təsəvvürünə hakim olan ev içi yaşam təsəvvürü, hələ də əl dəyməmiş erkək hakim bir məntiq içərir. Erkək, ev yaşamında yer alsın və ya almasın, bu məntiqlə hər hansı bir şey dəyişmir.

Feminist hərəkətin erkək qarşıtı olduğunu işarə edən yanlış düşüncə, qadınlardan formalaşmış bir sahədə ataərkinin və cinsiyyətçi düşüncənin heç bir şəkildə var olmayacağı kimi ayrı bir yanlış düşüncəni də içində barındırır. Keçmişdə çoxlu qadın, hətta feminist politikanın içindən gələnlər belə buna inanmağı üstün bildilər.

Əslində, erkək hakimliyinə qəzəblə qarşılıq verən ilk feminist aktivistlər arasında erkək qarşıtı duyğular gerçəkdən də yayqın idi. ədalətsizliyin qarşısındakı bu qəzəb , qadın qurtuluş hərəkətinin yaradılmasında hərəkət verici güc oldu.

Bir çox ağdərili olan erkən dönəm feminist aktivistlərin erkək hakimliyinin təbiəti qonusunda bilgilənməsi, sinifçilik və irqçilik qarşıtı çevrələrdə erkəklər ilə birgə çalışdıqları zaman gerçəkləşdi. Bu erkəklər bir yandan dünyaya özgürlüyün önəmini anladıb, başqa tərəfdən də öz sıralarındakı qadınları əzirdilər.

Çoxlu ağdərili qadın sosializm adına, vətəndaşlıq haqları və qaraların özgürləşməsi adına çoxlu qaradərili qadın, ya da yerli haqları adına çoxlu yerli amerikalı qadın mübarizədə yer almış olsalar da, erkəklərin liderliyi vermək istəmədiyi və qadınlardan onların arxasınca getmələrinə dair tələbləri ortadaydı.

Radikal özgürlük mübarizələrində yer almaq, irəliləyişçi qadınlarda dirəniş və üsyan ruhunu oyandırmaq onları günümüzün qadın qurtuluş hərəkətinə yönəltdi.

Dönəmimizin feminizmi gəlişdikcə, toplumumuzda cinsiyyətçi düşüncə və davranış yalnız erkəklərin savunmadığı, qadınların da ən az erkəklər qədər cinsiyyətçi ola biləcəyi yenə qadınlar tərəfindən anlaşıldı. Bundan sonra da erkək qarşıtı feminist anlayış, hərəkətin bilincini şəkilləndirən ünsür olmaqdan çıxdı.

Bütün çalışmalar toplumsal cinsiyyət ədalətinin yaradılmasına odaqlandı, amma biz qadınlar öz cinsiyyətçi düşüncələrimiz ilə üzləşmədən feminizmi irəliyə aparacaq bir güc yarada bilmirdik. Qadınlar bir-biriylə savaşıb rəqabət elədikləri müddət içində, “bacılıq” güclü ola bilməzdi.
Bütün qadınların erkək hakimliyi tərəfindən bir şəkildə zərərçəkmişlik anlayışından başqa bir şey üzərinə təməlləndirilməyən utopik bacılıq təsəvvürləri, sinif və irq dartışmaları ilə qırıldı. Sinif fərqliliyi ilə ilgili dartışmalar, çağdaş feminizmin ilk dönəmlərində, irq dartışmalarının öncəsində yürüdülmüşdü.

1970-ci illərin ortası kimi yaxın bir tarixdə Diana Press, Class and Feminism (Sinif və Feminizm) başlıqlı dərləməsində qadınların arasındakı sinif bölünməsi ilə ilgili devrimçi görüşlər yayımlamışdı.

Bu dartışmalar “bacılıq güclüdür” sözünə olan feminist vurğunu dəyərsizləşdirmədi, ancaq diqqətləri buna çəkmişdi: Mübarizədə bacılığın ola bilməsi üçün öncə biz qadınların, başqa qadınları (cinsiyyət, sinif və irq fərqlilikləri üçün) necə basqı altına alıb sömürdüyümüzlə üzləşməmiz gərəkirdi.

Bu fərqliliklərin ələ alına bildiyi politik bir platform oluşduran da yenə bu dartışmalar idi.

Qaradərili qadınlar çağdaş feminist hərəkətin doğuşundan etibarən hərəkətin içində tək-tək aktiv rol oynamışlar, amma hərəkətin “ulduzu” halına gələn, kütlə mediasının diqqətini üzərinə çəkən şəxslər arasında yer almadılar.

Çağdaş feminist hərəkətin içində aktiv rol oynayan qaradərili qadınlar Genəlliklə devrimçi feminstlər idilər (çoxlu ağdərili lezbiyan olduğu kimi). Hərəkətin tək amacını var olan sistemdə erkəklər ilə eşitlik yaratmaq imiş kimi göstərmək istəyən reformist feministlər ilə araları çoxdan dəymişdi.

İrq məsələsinin feminist ­ortamlarda ­dartışılmaya ­başlanmasının öncəsində belə qara qadınlar və mübarizə içindəki devrimçi müttəfiqləri, var olan ağdərili üstünlükçü kapitalist ataərki içində heç bir zaman eşitlik yarada bilməyəcəklərini bilirdilər.

Feminist hərəkət başlanğıcından bəri qütbləşmişdi. Reformist düşünürlər toplumsal cinsiyyət eşitliyini vurğulamaq yolunu seçmişdilər, ancaq devrimçi düşünürlərin istədiyi, qadınları var olan sistem içərisində daha artıq haqqa qovuşduracaq bir sıra dəyişimlər yaratmaqdan ibarət deyildi.

Biz o sistemi dəyişdirmək və ataərkil və cinsiyyətçiliyə bir son vermək istəyirdik. Ataərkil kütlə mediası, daha devrimçi bir feminizm ilə ilgilənmədiyi üçün heç bir zaman bu görüşə yer vermədi.

Genəldə insanların təxəyyülündə yerləşən və bu yerləşmiş mövqeyini bu gün də davam edən “qadın özgürləşməsi” təsəvvürü isə, qadınları, erkəklərin sahib olduqları şeyləri istəyirlərmiş kimi yansıdırdı.

Həyata keçirilməsi daha rahat olan təsəvvür də elə bu idi. Ölkə ekonomisindəki dəyişimlər, ekonomik böhran, işsizlik və bunun kimi faktorlar ABŞ vətəndaşlarının, iş gücündə toplumsal cinsiyyət eşitliyini qəbul etməsini rahatlaşdırdı.

İrqçi zehniyyət nədənindən dolayı ağdərili erkəklərin, ağdərililərin hakimiyyətini sürdürməyə xidmət etdiyi zaman içində qadın haqlarını diqqətə almağa nədən daha istəkli olduğunu anlamaq rahat idi.

Bunu əsla unutmamalıyıq ki ağdərili qadınlar özgürlük tələblərini vətəndaşlıq haqlarının elan edilməsindən sonra, tam da irq ayrı-seçkiliyi sona çatmaq olduğu halda və qaraların özəlliklə də qaradərili erkəklərin iş gücündə ağdərili erkəklər ilə eşit haqlara sahib olmağa başladıqları zaman ortaya qoymuşdular.

Öncəliklə iş gücündə qadın-erkək eşitliyinə odaqlanan reformist düşüncə, çağdaş feminizmin radikal əsaslarına kölgə saldı.

O halda ki bu əsaslar, reformçuluğa çağırış etmənin yanı sıra ABŞ millətinin təməldən cinsiyyətçilik qarşıtı bir ulus halına gələ bilməsini təmin etmək üçün toplumu başdan sona yenidən düzəltməyi də hədəfləyirdi.

Başda imtiyazlı ağdərili qadınların olmasıyla birgə qadınların çoxu, var olan toplumsal quruluş içərisində ekonomik güc qazanmağa başladığında devrimçi feminist anlayışı düşüncəsindən sildi. Bu anlamda devrimçi feminist düşüncənin ən çox akademik ortamlarda qəbul edilmiş olması isə gülüncdü.

Bu ortamlarda devrimçi feminist teori inkişaf etdirildi, ancaq heç bir zaman xalqa açılmadı. Zamanla ətrafımızdakı oxuyub yazan, yaxşı eyitim görmüş və genəlliklə maddi anlamda imtiyazlı olan insanlara özəl bir söyləm halına gəldi və hələ də elədir.

Feminist Theory: From Margin to Center (Feminist Teori: Çevrədən Mərkəzə) kimi feminist dəyişimlə ilgili özgürləşdirici bir təxəyyül verən əsərlər heç bir zaman böyük medianın ilgisini çəkmir. İnsanların çoxu bu kitabın adını belə eşitməyib. Verilən mesajı rədd etdikləri söylənilə bilməz, çünki “mesaj”dan belə xəbərli deyillər.

Erkək qarşıtı olmayan qadınların, erkək kimi olmaq haqqını əldə etmələrinə odaqlanmayan xəyalpərəst feminist düşüncəni dartışmaq, ağdərili üstünlükçü kapitalist hakim ataərkinin işinə yarayırdı. Ancaq reformçu feministlər də bu gücləri susdurmağa həvəsliydilər.

Reformist feminizm o baxımdan sinifi aşmanın bir yoluydu. Beləliklə, iş gücündə erkək hakimliyindəki quruluşdan qurtula bilərlər və öz yaşam tərzlərini bəlli etdikləri zaman daha çox qərar ala bilərdilər.

Cinsiyyətçilik bitməsə də var olan sistem içində özgürlüklərini maksimum dərəcəyə çıxara bilirdilər. Bir də bu gerçəyə bel bağlaya bilərdilər: özlərinin etməyi rədd etdikləri “kifir” işləri boynuna götürməyi məcbur edilib sömürülən, hakimlik altına alınan, daha aşağı sinifdən olan qadınlar hər zaman olacaqdı.

Reformist feministlər, işçi sinfinin və yoxsul qadınların ikinci mövqeyə gedilməsinə göz yumaraq və hətta bu sömürüyə iştirak edərək, sırf ortada olan ataərki və onun müttəfiqi cinsiyyətçilik ilə iş birliyi görmüş olmur, eyni zamanda özlərinə ikili bir yaşam sürmə haqqı tanıyırlar: Yəni biri erkəklər ilə eşit olduqları iş yaşamı, başqası da “istədikləri zaman” eşit ola biləcəkləri ev yaşamı.

Lezbiyanizmi seçdikləri təqdirdə, bir yandan iş yaşamında erkəklərlə bərabər olma ayrıcalığını əldə edərkən bir yandan da sinif gücünü qullanaraq erkəklər ilə çox az görüşməyi ya da heç görüşməməyi seçə biləcəkləri ev içi yaşam tərzləri oluşdurmaları mümkün olur.

Yaşam tərzi feminizm, nə qədər qadın varsa feminizmin də o qədər biçimi ola biləcəyi fikrinə qapı açdı. Bir anda feminizmin politik içəriyi yavaş-yavaş boşaldılmağa başlandı.

Ayrıca, siyasi görüşü hər nə olursa olsun, istər mühafizəkar istərsə liberal hər qadının, feminizmi öz yaşam tərzi içinə yerləşdirə biləcəyi varsayımı (fərziyyəsi) sürətlə qəbul olundu.

Bu baxış, əlbəttə, ki feminizmin qəbul edilməsini daha da artırdı; çünki altında qadınların özlərini ya da kültürü təməldən sorğulamadan və ya dəyişdirmədən feminist ola biləcəkləri düşüncəsi yatırdı.

Örnək olaraq abort etmək məsələsini ələ alaq. Feminizm cinsiyyətçi basqıya son qoymağı amaclayan bir hərəkət isə və qadını törəməyə bağlı seçim haqlarından məhrum etmək də cinsiyyətçi basqı biçimlərindən biriysə, demək ki, şəxs həm abort etmək seçiminə qarşı, həm də feminist ola bilməz.

Bir qadın əsla abort etməyi seçməyəcəyi qonusunda israr etməklə birgə qadınların abortu seçmə haqqını savuna bilər və hələ də feminist politikanın savunucusudur. Yalnız eyni zamanda həm abort qarşıtı, həm də feminizmin savunucusu ola bilməz.

Bu çərçivədə, “iqtidardan” amac başqalarının sömürülməsi və basqı altına alınması yolu ilə əldə edilən iqtidar isə “iqtidar feminizmi” deyə bir şey də ola bilməz.

Feminist politika sürətlənməsini əldən verməkdədir, çünki feminist hərəkətin dəqiq tanımları anlaşılmazlaşmışdır. Biz bu tanımlara sahibik. Onları yenidən işlətməyə başlayaq. Paylaşaq.

Yenidən başlayaq. Köynəklərin, maşın tamponlarına yapışdırılan şəkillərin, kart postalların, hip-hop musiqinin, televiziya və radio reklamlarının, hər tərəfə elan və reklam panellər asmanın, dünyaya feminizmi anladan basqını bitirmək üçün bir hərəkət olduğunu söyləyən sadə, amma güclü mesajını paylaşa bilərik. Buradan başlayaq. Hərəkəti yenidən başladaq.

2
BİLİNC YÜKSƏLTMƏ
Duyğu və düşüncələrin durmadan dəyişimi

Feminist doğulmaz, olunar. İnsan, sadəcə, qadın olaraq doğulmaq imtiyazına sahib olduğu üçün feminist politikanın savunucusu (müdafiəçisi) ola bilməz. Bütün siyasi tutumlarda olduğu kimi, insan feminist politikaya seçim və əməl yolu ilə inanır.

Qadınlar cinsiyyətçilik və erkək hakimliyi məsələsini danışmaq amacı ilə ilk bir araya toplaşmağa başladıqlarında, qadınların da erkəklər kimi cinsiyyətçi düşüncə və dəyərlərə inanacaq şəkildə toplumsallaşdırıldıqlarını bilirdilər.

Aradakı fərq erkəklərin cinsiyyətçilikdən daha çox fayda görmələri və buna görə də ataərkil (patriarxal) imtiyazlardan vaz keçməyə çox da niyyətli olmamalarıydı, o qədər. Biz qadınların ataərkiliyi dəyişdirə bilməmiz üçün öncə özümüzdə bir dəyişimdən başlamağımız gərəkliydi; bilincimizi yüksəltməmiz gərəkirdi.

Devrimçi feminist bilinc yüksəltmə, bir hakimlik sistemi olaraq ataərkiliyi, bunun necə qurumsallaşdırıldığını, yürüdüldüyünü və davam etdirildiyini öyrənmənin önəmini vurğulayırdı.

Erkək egəmənliyinin və cinsiyyətçiliyin gündəlik həyatda nə şəkildə ortaya qoyulduğunu anlamaq, biz qadınlarda necə zərər çəkmiş olduğumuza, sömürüldüyümüzə və daha da acınacaqlı, necə zülmə məruz qaldığımıza dair bir bilinc yaratdı.

Çağdaş feminist hərəkətin ilk dönəmlərində qadınlar, zərər çəkməkdən dolayı duyduqları kin və qəzəbi göstərə bilmirdilər. Bilinc yüksəltmə qruplarında bu duruma necə müdaxilə edilə biləcəyinə ya da bunun necə dönüşdürülə biləcəyi ilə əlaqəli, az qalsın ki, heç bir strateji olmadan kin və acıqlarını göstərməyə başladılar.

İncimiş və sömürülmüş çoxlu qadın, bilinc yüksəltmə qrupunu bir psixoloji müalicə aracı olaraq işlədirdi. Bura onların məhrəm yaralarının üstündəki qasnaqları götürdükləri və bu yaraların dərinliyini ortaya çıxardıqları yer olurdu.

Etiraf edərək və təməli adətə günah çıxartmaq işi üstündə qurulan bu boyut, bir sağaltma mərasimi atmosferi yaradır. Bilinc yüksəltmə yolu ilə, qadınlar işdəki və evdəki patriarxal güclərlə savaşmağa güc qazanırdılar.

Amma bu da önəmlidir: bu çalışmanın təməlləri, cinsiyyətçi düşüncəni incələyən, feminist düşüncəyə yönəlib feminist politikaya bağlanaraq davranış və inanclarımızı dəyişdirmə yolunda stratejilər oluşduran qadınlar tərəfindən atılıbdır.

Bilinc yüksəltmə qrupları öncəliklə feminizmə keçiş, yəni örgütlənmə qruplarıydı. Kütlə təməlli bir feminist hərəkət qurmaq üçün qadınlar örgütlənməliydi. Kirayələnən, ya da bağış yoluyla əldə edilən ümumi bir yerdən daha çox genəlliklə birilərinin evində gerçəkləşən bilinc yüksəltmə iclasları, bir görüşmə yeriydi.

Bu toplantılar təcrübəli feminist düşünürlərin və aktivistlərin yeni üyələr ilə örgütləndiyi yerlər idi.

Başqa önəmli bir nöqtə də, bilinc yüksəltmə iclaslarında əsl gündəmin ilətişim və dialoq olmağı idi. Qrupların çoxunda hamının sözünə sayğı göstərmək ilkəsi mənimsənirdi. Hamının sözünün eşidilməsi üçün qadınlar sırayla söz haqqı alıb danışırdılar.

Dartışmanın içində hiyerarxik olmayan bir model yaratmağa yönəlik olan bu çalışma, gerçəkdən də hər qadına danışmaq haqqı tanıyır, amma çox vaxt hərarətli bir dialoq ortamı oluşdurmurdu. Yenə də çox vaxt, hər kəs ən az bir dəfə danışdıqdan sonra nəzərvermə və dartışma başlanırdı.

Bəlli bir iddianı önə sürmək və ardından dartışmaya başlamaq, bilinc yüksəltmə qruplarında yayğın şəkildə qullanılan bir yöntəm idi; çünki bu bizim üçün erkək egəmənliyin doğasına dair kollektiv anlayışımızı dəqiqləşdirmənin bir yolu idi.

Toplumsal cinsiyyət sömürüsünə və toplumsal cinsiyyət basqısına dair gerçəkçi bir baxış açısını, ancaq dartışmaq və ixtilaf yolu ilə kəşf etməyə başlaya bilərdik.

Başlanğıcda şəxslərin genəlliklə bir-birini tanıdığı (birlikdə çalışmış olduğu və ya dost olduğu) kiçik qruplardan doğulan feminist düşüncə, daha geniş bir kütləyə əl tapa bilmək üçün yazılı mətnlər ilə quramsallaşmağa başladıqca kiçik qrup yapısı dağıldı.

Qadın araşdırmalarının akademik bir disiplinə dönüşməsi ilə qadınların feminist düşüncə və feminist teoridən xəbərli ola biləcəkləri bir alan daha doğulmuş oldu.

Qadın araşdırmalarının universitetlərdə dərs olaraq oxudulmağına öncüllük edən qadınlar, vətəndaşlıq haqları mücadilələrində, gey haqları alanında və feminist hərəkətin ilk dönəmlərində rol almış radikal aktivistlər idilər.

Çoxunun doktorası yox idi; bu da akademik quruluşlarda və başqa bölümlərdə çalışan məsləkdaşlarıyla qiyasda daha az ödəniş və daha çox mesaj ilə çalışmaqları anlamına gəlirdi.

Akademiyada feminist çalışmaları legitimləşdirmək fəaliyyətinə gənc lisans üstü öyrənciləri də qatılmağa başladığında, daha yaxşı ünvanlar almağın gərəkli olduğunu anladıq. Çoxumuz qadın araşdırmalarına olan bağlılığımızı politik bir eyləm hesab edirdik; feminist hərəkətə akademik bir alan oluşdurmaq üçün fədakarlıq etməyə hazır idik.

1970-ci illərin sonlarında, qadın araşdırmaları qəbul görmüş bir bölüm olmaq yolunda irəliləyirdi, amma qadın araşdırmalarının quramsallaşmasına doğru gedən yolu açan çoxlu qadının, sadəcə, yüksək lisansı bitirmiş olduğu və doktora dərəcəsinin olmadığı üçün işdən atıldığı gerçəyini də kölgədə buraxırdı.

Aramızdan eyitiminə geri dönüb doktoraya davam edənlər oldu; yalnız ən parlaq və ən başarılı olanlarımızın bir qrupu akademiyaya dönmədi. Universitet onları böyük bir xəyal qırıqlığına uğratmışdı və çox işləməkdən dolayı yorğun düşmüşdülər.

Ayrıca qadın araşdırmalarının arxasındakı hərəkətləndirici güc olan radikal politikanın yerinə yavaş-yavaş reformizmin keçdiyindən dolayı umudları qırılmışdı; bunun üçün qəzəbli idilər. Çox keçmədən qadın araşdırmaları dərsləri, hamıya açıq olan pulsuz bilinc yüksəltmək qruplarının yerini almağa başladı.

Fərqli bilinc yüksəltmək qruplarında həyatın fərqli cığırlarından gələn qadınlar, məsələn, yalnızca ev qadını olaraq çalışan, ya da xidmət sektorunda yer alan qadınlar və ya üst düzey professional qadınlar yer ala bilirdi; halbuki akademiya, sinif imtiyazına dayalı bir yer idi və hər zaman da belə qaldı.

İmtiyazlı ­ağdərili orta sinifdən gələn və sayı baxımından üstün olan qadınlar, hər zaman çağdaş feminist hərəkətin radikal liderləri arasında yer almasalar da, diqqətləri özlərinə çəkdilər; çünki egəmən media mücadilənin təmsilçiləri olaraq onları göstərirdi. Hərəkət əsas axım medianın diqqətini çəkməyə başladıqca, devrimçi feminist bilinc sahib olan qadınlar görünürlüklərini əldən verdilər.

Bir çoxu lezbiyan və işçi sinifindən idi. Qadın araşdırmalarının əslən mühafizəkar bir şirkət quruluşu olan universitetlərdə yerini sağlamlaşdırmağı ilə birlikdə bu qadınlar da bütünü ilə yerlərindən oldular.

Toplumsal dəyişimi gerçəkləşdirməyi amaclayan feminist düşüncə və stratejilərin yayıldığı ilk adres olaraq bilinc yüksəltmə qruplarının yerini qadın araşdırmaları dərsliklərinin almağı, hərəkətin kütləsəl qüvvəsini itirməsinə nədən oldu.

Bir anda getdikcə daha çox qadın özünə “feminist” deməyə ya da ekonomik qonumunu dəyişdirməyə başladı. Feminist çalışmaların qurumsallaşması həm akademik dünyada həm də yayınçılıq dünyasında iş sahələri yaratdı.

Bu karyer təməlli dəyişimlər isə karyer oportonizminin çeşidli biçimlərini ortaya çıxartdı: siyasi anlamda örgütlü feminist mücadiləyə heç qatılmamış qadınlar, sinif yüksəltmələrini sağladığı qoşullarda feminist duruşu və dili mənimsəyirdilər.

Bilinc yüksəltmə qruplarının dağılmağı ilə, insanın feminizmin savunuçusu ola bilməsi üçün öncə feminizmi öyrənməsi və bilincli bir seçim ilə feminist politikanı mənimsəməyi gərəkdiyi gerçəyi ağıllardan silindi.

Qadınların, başqa qadınlara qarşı bəslədikləri cinsiyyətçilik ilə üz-üzə gəldikləri yer funksionu görən bilinc yüksəltmə qrupları olmadığında, feminist hərəkət fərqli bir yönə doğru gedərək iş gücündə eşitlik tələbində və erkək hakimliyi ilə mücadiləyə odaqlandı.

Qadının, toplumsal cinsiyyət eşitsizliyinin bir “zərər çəkmişi” olduğunun və bu durumun (ya ayrımçı yasalarda ediləcək dəyişikliklər, ya da fürsət eşitliyi politikaları yolu ilə) yerini doldurması gərəkdiyinin gedərək daha çox vurğulanması ilə, qadınların özlərinə feminist bir kimlik qurarkən öncə öz içsəlləşdirilmiş keçərliliyini itirdi.

Hər yaşdan qadın, “feminist” olmaq üçün erkək hakimliyi və ya toplumsal cinsiyyət eşitsizliyi qonularında maraqlanmağa və ya hirslənməyə yetərli imiş kimi davranmağa başladı. Öz içlərindəki cinsiyyətçilik ilə üzləşmədən feminizmin bayrağını əlinə alan qadınlar, başqa qadınlar ilə qarşılıqlı etkilərində sıxlıqla mübarizəyə xəyanət etdilər.

Feminist hərəkətin başlanmasında çox önəmli bir yer tutan politik “bacılıq”, siyasi görüş nə olur olsun, hər qadının feminist ola biləcəyini önə sürən yaşam tərzi əsasında təməlləndirilmiş feminizm anlayışının radikal feminist politikanı kölgədə buraxması ilə 1980-ci illərin başında unudulmağa doğru getdi.

Bu tərz bir düşünmə tərzinin feminist teori və praktikanın, feminist politikanın zəiflətdiyini deməyə gərək yoxdur əlbəttə.

Feminist politika hamının məruz qaldığı cinsiyyətçiliyi, cinsiyyətçi sömürünü və basqını yox edə biləcək gücdə bir kütləvi hərəkəti mümkün qılacaq stratejiləri dəfələrcə canlandırıb yeniləndiyində, bilinc yüksəltməkdə yenidən ilk zamanlardakı önəmini qazanacaq.

Topluluqlar arasında, AA2 görüşmələrindəki modeli etkili biçimdə təqlid edən, sinif, irq və cinsiyyət fərqini nəzərə almadan hər kəs feminist düşüncənin mesajını verən bilinc yüksəltmə qrupları olacaq.

Paylaşılan kimliklərə dayalı qruplar ortaya çıxa bilsə də, hər ayın sonunda şəxslər qadın- erkək qarışıq qrupların içinə alınacaqlar.

Devrimçi hərəkət içində erkəklər üçün düzənlənəcək feminist bilinc yüksəltmə qrupları da ən az qadın qrupları qədər önəmlidir.

Əgər erkəklərin, erkək uşaqlara, ya da yetişkin erkəklərə, cinsiyyətçiliyi və bunun necə dönüşdürülə biləcəyini anladan bilinc yüksəltmə qrupları olsaydı, kütlə mediasının feminist hərəkəti erkək düşmənliyi olaraq yansıtmasının önünə keçilərdi. Eyni zamanda antifeminist bir erkək hərəkətin oluşumu da əngəllənirdi.

Erkək qruplarının çoxu, çağdaş feminizmin həmən ardından quruldu; bu qruplar cinsiyyətçilik və ya erkək hakimliyi məsələsinə heç bir şəkildə baxış bildirmədi.

Düz qadınların yaşam tərzi haqqında təməlləndirilmiş feminizm kimi bu qruplar da çox vaxt erkəklərin patriarxlığa hər hansı bir eləştiri yönəltmədən sırf öz yaralarıyla üzləşdiyi psixoloji müalicə amaclı bir ortam halına gəldi və erkək hakimliyinə dirənən bir platforma dönüşmədi. Gələcəkdə feminist hərəkət bu xətaya düşməyəcək.

Neçə yaşında olur olsun, erkəklər də cinsiyyətçiliyə qarşı dirənişlərini olumlu etkiləyən və bu dirəncə dəyər verən ortamlara ehtiyac hiss edər. Feminist hərəkət, mücadilə içində əyər erkəklər ilə birlik olmazsa yoluna davam edə bilməz.

Kültürəl mənliyimizə qazılmış olan, feminizmin erkək qarşıtlığı olduğu görüşü dəyişdirmək üçün çox çalışmağımız gərəklidir. Feminizm, cinsiyyətçilik qarşıtlığıdır. Erkək olmağın ayrıcalığından sıyrılmış, feminist politikaya qucaq açmış bir erkək, mücadiləmizdə dəyərli bir yoldaşımızdır və heç bir şəkildə feminist mücadilə açısından təhdid deyil.
Amma feminist hərəkət içinə sızan və cinsiyyətçi düşüncə və ya davranışdan əl çəkməyən bir qadın ciddi bir təhdiddir. Bilinc yüksəltmə qruplarının ən güclü müdaxiləsi, bütün qadınlardan öz içlərindəki cinsiyyətçilik ilə, ataərkil düşüncə və eyləm ilə qurduqları birlik ilə üzləşmələrini və feminist eyləmə bağlılıqlarını gözdən keçirmələrini tələb etməsi olmuşdur.

Bu müdaxilə bu gün də gərəklidir və feminist politikanı seçən hər kəs üçün aşılması gərəkən bir səhifədir. Dışarıdakı düşmən ilə üzləşməkdən qabaq öz içimizdəki düşmənin dönüşdürülməsi gərəkir. Təhdid və düşmən, cinsiyyətçi düşüncə və davranışdır.

Qadınlar, öz içlərindəki cinsiyyətçiliyi ələ alıb dönüşdürməyə çalışmadan feminist politikanın bayrağını daşıdıqları sürəcə, hərəkət zəifləməyə doğru gedəcəkdir.

2.Alcoholics Anonymous”, yəni “Adsız Alkoliklər”, alkolik şəxslərin bir-birlərinə dəstək olmaq amacı ilə qurduqları bir oluşumdur. Çox yayğın olan Adsız Alkoliklər qrupları kiçik görüşmələrdə danışaraq və bir-birlərinə qulaq asaraq bir dəstək mexanizması oluşdurmağa çalışdılar.

3
“BACILIQ” HƏLƏ DƏ GÜCLÜDÜR

“Bacılıq güclüdür” şüarı ilk işlədildiyində möhtəşəm bir etki buraxmışdı. Feminist hərəkətə tam anlamı ilə qatılmam universitetdəki ikinci ilimdə oldu.

Stanford universitetinə girmədən öncə bir il boyunca, sadəcə, qadınların eyitim gördüyü bir universitetdə oxumuş biri olaraq, erkəklər və qadınlardan oluşan siniflər ilə sırf qadınlardan oluşan siniflər arasında, qadın özünə inamı və cəsarəti baxımından necə bir fərq olduğunu öz təcrübələrimdən bilirdim.

Stanfordda bütün siniflərdə erkəklərin sözü keçərdi. Qadınlar daha az danışar, daha az görüş bildirərdilər və danışmağa başladıqlarında söylədikləri çətinliklə eşidilərdi. Səsləri güclü və güvənli çıxmazdı.

Daha da pisi, əsla “böyük” bir yazar ya da düşünür ola bilməyəcəyimizi söylərdilər. Bunların hamısı məni çox şaşırdardı, çünki aydınlıq dəyərimizin və nə qədər qiymətli olduğumuzun, bir çox qadın olan professorlarımızın həm bizim həm də özləri üçün bəlli etdiyi akademik mükəmməllik standartlarına uyğun təsdiq edildiyi, tamamən qadınlardan oluşan bir ortamdan gəlirdim.

Əslində, ağdərili bir qadın olan və ən çox sevdiyim İngiliscə dili və ədəbiyyatı professoruma çox şey borcluydum. Qadın universitetində ağırlaşdırılmış bir yazı proqramı olmadığı üçün yetərli akademik yönləndirməyi ala bilmədiyimi deyən də o idi. Stanforda baş vurmağım üçün məni cəsarətləndirdi.

Bir gün önəmli bir düşünür və yazar ola biləcəyimə inanırdı. Stanfordda isə yetənəyim sürəkli şübhə altındaydı. Özümə şübhə etməyə başladığım zaman feminist hərəkətlər universitet mühitini qarışdırmışdı. Qadın öyrəncilər və professorlar sinfin içində və dışında toplumsal cinsiyyətə dayanan ayrı-seçkiliyin ortadan qaldırılmasını tələb edirdilər.

Çox intensiv və möhtəşəm bir zamanlar idi. O zaman, yazar Tillie Olsenin verdiyi, ilk qadın araşdırmaları dərsimi aldım. Olsen, öyrəncilərini öncəliklə işçi siniflərindən gələn qadınların qədəri haqqında düşünməyə məcbur edilirdi.

Yenə bizim ustadımız olan və sonralar bir gün də Anne Sextonun bioqrafiyasını yazacaq olan Diane Middlerbook, bir gün şeirlərimdən birini adımı vermədən bütün sinfə payladı və yazarın qadın, ya erkək olduğunu soruşdu.

Bizi, yazıya, toplumsal cinsiyyətə ilişkin ön yarqılar üzündən dəyər vermək haqqında ələşdirəl biçimdə düşünməyə yönəldən bir təcrübə idi bu. Orada Aint I a Woman: Black Woman and Feminism (Mən Bir Qadın Deyiləmmi: Qaradərili Qadınlar və Feminizm) adlı ilk kitabımı yazmağa başladım; on doqquz yaşındaydım.

Qadınlar arasındakı dayanışmanın təməlini qoyan feminist hərəkət olmadan bu inanılmaz dönüşümlərin heç biri gerçəkləşə bilməzdi.

Söz qonusu təməl, içsəlləşdirdiyimiz cinsiyyətçiliyə qarşı duran və o zamanlar “içimizdəki düşmən” deyə adlandırdığımız şeyin ələşdirisinə dayanırdı.

Hamımız öz denəyimlərimizdən bunu bilirdik: Ataərkil düşüncə bizləri, özlərini erkəklərdən aşağı görən, ataərkinin gözünə girmək üçün bir-biri ilə sıx rəqabət edən, qısqanclıq, qorxu və nifrət bəsləyərək bir-birini xor görən qadınlar olaraq toplumsallaşdırdı.

Cinsiyyətçi düşüncə bizə, bir-birimizi mərhəmətsizcə yarqılayıb acımasızca cəzalandırmağı öyrətdi. Feminist düşüncə isə biz qadınların özümüzə duyduğumuz nifrəti başımızdan söküb atmağımıza yardımçı oldu. Bilincimizi ataərkil düşüncənin boyunduruğundan qurtarmağımıza nədən oldu.

Erkək dostluğu, ataərkil kültürün qəbul edib onayladığı bir yönü idi. Topluluqlar içində erkəkərin bir-birlərinə sıxlıqla bağlanacağı, bir-birlərinə dəstək olacağı, taqım yoldaşı kimi davranacağı, topluluğun mənfəətlərini şəxslərin və etibarının üstündə tutacağı var sayılırdı.

Qadın dostluğu isə ataərki içində mümkün deyildi, xaincə bir davranış idi. Feminist hərəkət qadın dostluğunun oluşması üçün ortam yaratdı. Dostluğumuzu erkəklərə qarşı oluşdurmadıq, qadınlar olaraq öz çıxarlarımızı qorumaq üçün oluşdurduq.

Dərslərdə qadınların yazdığı heç bir kitabı qullanmayan professorlar ilə didişdiyimizdə isə, bunu onları sevmədiyimiz üçün (genəldə sevərdik) etmədik. Haqlı olaraq, dərs proqramındakı və dərsdəki toplumsal cinsiyyət ön yarqılarını ortadan qaldırmaq istəyirdik.

1970-ci illərin başında qadın-erkək qarışıq okulumuzda gerçəkdən feminist dönüşümlər eyni zamanda ev və iş dünyasında da gerçəkləşirdi. Feminist hərəkət biz qadınları hər şeydən öncə, özümüzü və bədənimizi erkəklərin malı kimi görməkdən vaz keçməyə doğru yönəltdi.

Cinsəlliyimizin təcrübəsinin bizə aid olmağını, etkili doğum kontrol yöntəmlərini və törəməyə dair haqları, təcavüz və cinsəl əziyyətin sona çatmasını tələb edəcəksək, sağlam bir dayanışma içində olmalıydıq.

İş həyatındakı ayrı-seçkiliyi dəyişdirə bilmək üçün qrup olaraq lobbi etməmiz və genəl politikaları dəyişdirməyimiz gərəkli idi. Nəhayətində ölkəni qarışdıracaq olan güclü bir “bacılıq” qurmaq yolunda ilk addım, qadınlardakı cinsiyyətçi düşüncə ilə mübarizə etmək və onu dəyişdirmək idi.

Vətəndaşlıq haqları devriminin həmən sonrasında canlanan feminist hərəkət, 1970 və 1980 on illiklərində ABŞ-ın üzünü dəyişdirdi. Bu dəyişimlərin gerçəkləşməsinə nədən olan feminist aktivistlər bütün qadınların mutluluğu və rifahı üçün çalışdılar.

Qadınların arasında qurulan “bacılıq” biçimində ifadə olunan politik dayanışmanın, qadın təcrübəsini olumlu (müsbət) bir şəkildə tanımanın, hətta ortaq dərdlərin qarşısında bir-birimizin halından anlamanın o tərəfində bir şey olduğunu anlayırdıq.

Feminist “bacılığın” kökləri, ataərkil ədalətsizliyin bütün biçimləri ilə mübarizə sorumluluğunu paylaşmaqda yatar. Qadınların arasındakı politik dayanışması, cinsiyyətçiliyi hər zaman zəiflədir və ataərkinin yıxılması üçün uyğun qoşulları yaradır.

Bəlkə qadınlar, basqı altındakı qrupların içində yer alan başqa qadınların üstündə hakimlik və sömürgəyə imkan tanıyan iqtidarlarından vaz keçməyə şəxsi bir zəmində istəkli olmasaydılar, irq və sinfin çəkdiyi sınırların o tayında bir “bacılıq” əsla mümkün olmazdı.

Bu önəmli bir nöqtədir. Qadınlar, başqa qadınların üstündə hakimlik qurmaq amacı ilə irqlərinin və siniflərinin ­gücünü qullandıqları müddətcə, feminist “bacılıq” heç bir zaman tam anlamı ilə gerçəkləşə bilməz.

1980 on illiyində feminizm üzərində oportunist bir şəkildə haqq iddia edən qadınların sayısı artdı. Bu qadınlar, cinsiyyətçilikdən sıyrılmalarına imkan verəcək bir feminist bilinc yüksəltmə təcrübəsindən keçməmişdilər.

Dolayısı ilə, başqa qadınlar ilə qurduqları ilişkilər “güclü olan zəif olana hökm etməlidir” biçimindəki ataərkil görüşdən etkiləndi.

Qadınlar, özəlliklə də bu sürəcin öncəsində toplumsal imtiyazlarını itirmiş olan imtiyazlı ağdərili qadınlar, öz içlərindəki cinsiyyətçilikdən qurtulmadan sinifsəl iqtidar qazanmağa başladılar; buna görə də qadınların arasındakı ayrımlar kəskinləşdi.

Rəngli qadınlar3 toplumdakı irqçiliyi bütünlüklə ələşdirib irqçiliyin feminist teori və praktikanı necə formalaşdırdığına diqqət çəkməyə çalışarkən, bir çox ağdərili qadın buna qulaq asmayaraq zehnlərini və vicdanlarını bağlayaraq “bacılıq” təsəvvürünə üz çevirdi. ­

Qadınların arasındakı sinifçilik söz qonusu olduğunda da bənzər bir durum ortaya çıxdı.

Feminist qadınların, özəlliklə də sinifsəl üstünlüyə sahib olan ağdərili qadınların, ev işləri üçün yardımçı tutmağın uyğun olub-olmadığını dartışdıqlarını xatırlayıram; daha az imtiyazlı qadınların əzilməsinə və təhqir olmağına ortaq olmayacaq bir yol tapmağa çalışırdılar.

Bu qadınlardan bəziləri, işə aldıqları qadınlar ilə geniş bir eşitsizlik bağlamında qarşılıqlı irəliləməyi mümkün qıla biləcək olumlu ilişkilər qurmağa başladılar. Utopik qoşullara çata bilməyəcəkləri kimi bir nədən ilə bacılıq görüşünü buraxmaq yerinə hər kəsin ehtiyacını diqqətə alan gerçək bir bacılıq yaratdılar.

Bu qadınların arasında feminist dayanışma qurmaq yolunda çətin bir çalışma idi. Təəssüflə, feminizm içində opportunizm güclənməyə başladıqca, feminist qazanımlar yayqınlaşıb bu yöndə mücadiləyə gərək qalmadığı düşünüldükcə, bir çox qadın, dayanışmanı yaratmaq və sürdürmək üçün çox əmək vermək istəmədi.

Qadınların böyük bir qismi bacılığı tək hərəkətdə sildilər. Bir zamanlar ataərkiyi ələşdirən və ona meydan oxuyan bəzi qadınlar cinsiyyətçi erkəklər ilə təkrar birləşdilər.

Qadınların arasındakı sıx və çirkin rəqabəti görüb xəyanətə məruz qaldığını his edən radikal qadınlar dəfələrcə geri çəkildilər və bu ­nöqtədə, bütün qadınların içində yarışmalar oldu. Bir çox qadın əskidən bəri hərəkətin şüarı olan bacılıq təsəvvürünü artıq gərəksiz görməyə başladı.

Olumlu dəyişimlərin ortaya çıxmasında əsas güc olan politik qadın dayanışması bir sürədir təhdid edilir və dayanışmaya zərər verir. Sonuc olaraq bizlər, eynən feminist hərəkətin ilk günlərindəki kimi, qadınların arasında olan politik dayanışmaya olan bağlılığımızı yeniləmək ehtiyacının içindəyik.

Çağdaş feminist hərəkət ilk yarandığında, sahib olduğumuz “bacılıq” təsəvvürü politik dayanışmanı gerçəklik halına gətirmək üçün tam olaraq nə etməmiz gərəkdiyinə dair konkret bir anlayış daşımırdı.

Bu gün, təcrübə və çalışmalarımızın sayəsində (başarısızlıqlarımızdan və xətalarımızdan çıxartdığımız sonuclar ilə) bütünlüklü bir teorimiz və ortaq bir praktikamız var; feminist politika ilə yeni tanış olanlar, dayanışmamızı yaratmaq, sürdürmək və qorumaq üçün nələr edilməsi gərəkdiyini öyrədə biləcək durumdayıq.

Ələşdirəl bir bilinc gəlişdirməyi hədəfləyən feminist eyitim sürəkli yerinə gətirilməlidir; çünki bir çox gənc qadın feminizm haqqında çox az şey bilir və bu qadınların bir çoxu cinsiyyətçiliyin artıq sorun olmaqdan çıxdığı kimi yanlış bir düşüncə içərisindədir.

Yaşca daha böyük feminist düşünürlər, gənc qadınların yetişginliyə keçdikləri ­dönəmdə ­feminizm bilgisinə onsuz da çatdığı şəklində bir yanlışa düşməməlidirlər. Gənc qadınların onların yol göstərməklərinə ehtiyacları var.

Bacılığın dəyəri və gücü toplumumuzdakı qadınlarıın genəli tərəfindən unudulur. Yenilənmiş feminist hərəkət, bir daha bayrağı yuxarılara qaldırıb “bacılıq güclüdür” deyə ­bağırmalıdır.

Radikal qadın qrupları, bacılığı yaratmaq və qadınların arasındakı feminist politik dayanışmanı davamlı etmək davasına olan bağlılığımızı bu gün də sürdürürlər. İrq və siniflərə bağlı olmayan bir bağ oluşdurmaq üçün çalışmalarımız davam edir.

Bu gerçəkliyi onaylamaq üzrə cinsiyyətçilik qarşıtı olan düşüncə və praktikanı həyata keçiririk: qadınlar bir-birlərini hakimlik altına almadan özlərini gerçəkləşdirib uğuru əldə edə bilərlər. Şanslıyıq; yaşadığımız hər gün bacılığın konkret anlamda gerçəkləşə biləcəyini, hələ də bacılığın güclü olduğunun bir az da artıq fərqində oluruq.

3.Woman of color (ing. ) – Mətn içində rəngli qadınlar olaraq qullanılan bu termin ilə ağdərili olmayan və batılı sinif elitizminin dışında qalan və ya qalmağı seçən qadınlar amaclanıbdır.

1970 on illiyində qullanılmağa başlayan rəngli qadınlar üçün qullanılır və qaradərili, Latın, doğulu, Asiyalı, və başqa qadınların təcrübəsi ilə hakim, sinifsəl imtiyaza sahib, batılı, ağdərili qadınların təcrübəsi arasındakı fərqi vurğulayır.

4
ƏLƏŞDİRƏL BİLİNCƏ YÖNƏLİK
FEMİNİST EYİTİM

Qadınlar, feminizmi qadın araşdırmaları dərslərindən, feminist ədəbiyyatdan öncə, qruplardan öyrəndilər. İçində cinsiyyətçilik analizini, ataərki ilə mübarizə stratejilərini və yeni toplumsal etkiləşim modellərini barındıran feminist teorinin ilk yaradıcıları da bu qruplarda yer alan qadınlar idi.

Həyatda gerçəkləşdiridiyimiz hər eyləmin qaynağında teori vardır. İstər bəlirli bir baxış açısına sahib olmağımızın nədənlərini bilincli bir şəkildə incələyək, istərsə bəlli bir addım ataq, altında düşüncə və praktikalarımızı biçimləndirən bir sistem yatar.

Feminist teorinin ilk zamanlarında əsas hədəfi, cinsiyyətçi düşüncənin necə işlədiyini və onunla necə başa çıxıb onu necə dəyişdirə biləcəyimizi həm qadınlar, həm də erkəklərə açıqlamaq idi.

O zamanlar çoxumuz valideynlərimiz və toplum tərəfindən cinsiyyətçi düşüncəni qəbul etmək üzrə toplumsallaşdırılmışıq. Dərk etdiyimiz məsələlərin köklərini anlamaq üçün yetərincə zaman ayırmamışdıq.

Fəqət feminist düşüncə və teori bizi buna məcbur etdi. Başlarda feminist teoriyə ya qulaqdan dolma bilgilər ilə, ya da ucuz yoldan hazırlanmış bülleten və ya broşürlər ilə çata bilirdik.

Qadınların etdiyi (qadınların yazdığı, basdığı, bazarlama daxil istehsalın hər aşamasını kontrol edirdi) yayınçılığın gəlişməsi feminist düşüncənin yayılmasına ortam yaratdı.

1970 on illiyində yazdığım və 1981-ci ildə yayılan Aint İ a Woman: Black Women and Feminism (Mən Bir Qadın Deyiləmmi: Qaradərili Qadınlar və Feminizm) adlı ilk kitabım, “South End Press” adlı ən az yarısı feminist qadınlardan oluşan və bütün üyələri cinsiyyətçiliyə qarşı olan kiçik bir sosialist kollektiv tərəfindən yayınlanmışdı.

Bütünlüklə bir feminist ədəbiyyat yaratmanın yanında qadın tarixinin ortaya çıxarılmasını tələb etmək günümüz feminizminin ən güclü və ən başarılı müdaxilələrindən biri idi.

Tarixə baxdığımızda ədəbiyyatın və akademik çalışmaların hər alanında qadınların yaratdığı əsərlərə, toplumsal cinsiyyət ayrımçılığı səbəbi ilə ya heç diqqət edilməyib, ya da çox az ilgi çəkibdir.

Feminist hərəkətin öyrətim ­kitablarındakı önyarqıları ortaya çıxarmağa başlaması ilə, bu unudulmuş və göz ardı edilmiş əsərlərin çoxu göz ilə görünür bir biçimdə yenidən kəşf edilmişdir.

Ali təhsil məktəbləri və universitetlərdə qadın araşdırmaları proqramlarının oluşdurulması qadın əsərlərinə odaqlanan akademik çalışmalara qurumsal bir qəbul edilmişlik qazandırmışdır. Qaradərili çalışmalarının oyanışını təqib edən qadın çalışmaları, toplumsal cinsiyyət və qadınlar haqqında önyarqısız bilgi əldə edə biləcək bir sahə olmuşdur.

Populyar kilşə fikirlər tərsini iddia etsə də qadın araşdırmaları siniflərindəki ustadlar, erkəklər tərəfindən ortaya qoyulmuş əsərləri aşağılamırdı və bu gün də aşağılamır.

Bizlər, qadınların yaratdığı əsərlərin erkəklərinki qədər keyfiyyətli və ilginc – hətta bəzən daha keyfiyyətli və daha ilginc – olduğunu göstərərək cinsiyyətçi düşüncəyə müdaxilə edirik.

Erkəklərin oluşdurduğu o böyük ədəbiyyat, estetik dəyər biçmə qonusunda var olan önyarqıları gözlərin önünə sərgiləmək amacı ilə ələşdirir ancaq. Bu ana qədər, erkək əsərlərinin önəmsiz, ya da əlaqəsiz göründüyü bir qadın araşdırmaları dərsi nə aldım, nə də belə bir dərsin olduğunu eşitdim.

Feminist açıdan edilən ələşdirilər, hamısı erkək otoritələri tərəfindən oluşdurulmuş akademik ya da ədəbi əsərlərdəki toplumsal cinsiyyət təməlli önyarqıları ortaya çıxartdı.

Bu önyarqıların ortaya çıxarılması ilə, qadın əsərlərinin haqqının verilməsi üçün qadınlar tərəfindən və qadınlar haqqında yazılacaq yeni əsərlər üçün bir sahə oluşdurulmuşdur.

Feminist hərəkət, akademiyə girməsi ilə birlikdə sürətləndi. Ölkənin hər tərəfində olan siniflərdə gənc beyinlər feminist düşüncəni öyrənmək, feminist teorini oxumaq və bunları akademik araşdırmalarında işlətmək fürsətinə sahib olurdular.

Lisans üstü eyitim zamanında tez hazırlığına girişdiyimdə, feminist düşüncə məni o zamanlar çox oxunmayan qaradərili qadın yazar Toni Morrison haqqında yazmağa yönəltdi.

Feminist hərəkətdən öncə, qaradərili qadın yazarlar haqqında edilən ciddi akademik incələmələrin sayısı gerçəkdən çox az idi. Alice Walker tanınmağa başladıqdan qısa bir zaman sonra Amerika ədəbiyyatını ən sayğılı qaradərili qadın yazarı olaraq anılacaq olan Zora Neal Hurstonun əsərlərinin yayınlanması üçün sərf etmişdir.

Feminist hərəkət, qadınların akademik çalışmalarına sayğı duyulmasını, əsərin keçmişdəki və günümüzdəki dəyərinin təslim edilməyini, öyrətim kitablarında və pedaqojidə toplumsal cinsiyyətin gətirdiyi önyarqıların yox edilməyini tələb etməklə bir devrim yaratmışdı.

Qadın araşdırmalarının qurumsallaşması, feminizmin varlığının və mesajının daha geniş kütlələrə çatmağına yardımçı oldu. Açıq zehinli və sürəkli bir kütlə yaradaraq insanların dönüşdürülə biləcəyi qəbul edilən bir sahə yaratdı.

Qadın araşdırmaları dərslərinə qatılan öyrəncilər, gerçəkdən öyrənmək üçün ordaydılar. Feminizm qonusunda daha çox şey bilmək istəyirdilər. Bir çoxumuzun da politik anlamda oyandığı yer o siniflər idi.

Mən feminist düşüncəyə, ataərkil ailə yaşamım əsnasında erkək hakimliyi ilə mübarizə edərək yaxınlaşdım, ancaq sömürən və əzən bir sistemin, sadəcə, zərərlisi olmaq və hətta ona dirənmək belə bu sistemin nədən var olduğunu və onu necə dəyişdirə biləcəyimizi anladığımız anlamına gəlməz.

Mənim şəxsi olaraq feminist politikaya yönəlməyim universitetə başlamadan çox öncə gerçəkləşmişdi, fəqət feminist düşüncəni və teorini öyrəndiyim yer, universitet idi. Qaradərili qadın təcrübəsi haqqında ələşdirəl düşünməyə və yazmağa cəsarətləndirildiyim yer də ora idi.

1970-ci illərdə feminist düşüncə və teorinin ortaya çıxarılması kollektiv bir çalışma idi; qadınlar sürəkli dialoq içində idi, fikirlər əsasında danışar, əməllərini sınayıb yenidən formalaşdırdılar.

Əslində qaradərili qadınlar və ağdərili olmayan başqa qadınlar irqlə bağlı önyarqılar məsələsini feminist düşüncəni formalaşdıran bir faktor olaraq dartışmaya qoyduqlarında, imtiyazlı sinifdən gələn qadınların həqiqi qadın təcrübəsi ilə özdeşləşdirdikləri bir çox şeyin xətalı ola biləcəyi görüşü öncələr dirənclə qarşılandı.

Ancaq zamanla feminist teori də dəyişdi. Hər nə qədər bir çox ağdərili qadın ön yarqılarını qəbul etmiş, fəqət zəhmət çəkib bunları yenidən düşünməmişdisə, bu önəmli bir dəyişim idi. 1980-ci illərin sonlarında, bir çox feminist akademisiyən irq və sinif fərqliliyinə dair bir bilinc sərgiləyirdi.

Feminist hərəkət və feminist dayanışmaya səmimiyyətlə bağlı olan qadın akademisiyənlər, qadınların çoxunun yaşadığı gerçəklikləri ortaya qoyacaq bir teori yaratmaq qonusunda istəkliydilər.

Akademik qəbul olunan bir durum əldə etməsi feminist düşüncənin gəlişməsi baxımından önəmli və gərəkli idi, ancaq bu qazancın özü ilə birgə gətirdiyi bir qrup yeni məcburiyyətlər də var idi.

Teori və praktikanın içindən çıxan feminist düşüncə birdən-birə gözdən düşdü və onun yerinə bir üst dilə dayanan, dışlayıcı və bəlli sinfə aid terminlərlə dolu dil yaradan, sırf akademik bir çevrəyə xitab edən teorinin ilgi nöqtəsi olmağa başladı.

Görünən şey bu idi: izdiham bir feminist düşünürlər nöqtəsi, yalnızca “içəridən” olan insanların anlayacağı türdən bir teori oluşdurmaq üçün yazıb-pozan elit bir topluluq olmaq yolunda irəliləyirdi.

Akademik mühit dışındakı qadın və erkəklər artıq bir hədəf kütlə olaraq görülmürdü. Feminist düşüncə və teori feminist hərəkət ilə yarışmağı kəsdi. Akademiya politikaları və karyer maraqları feminist politikanı kölgədə buraxdı.

Feminist teori, dış dünya ilə çox az bağlı olan akademik bir çərçivənin sınırlarının içinə qapandı. Akademiyada ortaya qoyulan əsərlərin çoxu avanqard idi, bu gün də elədir, sadəcə, bu görüşlər kütlələrə çox az çatır.

Feminist düşüncənin bu şəkildə akademiləşməsi, politikləşmə yolu ilə feminist hərəkətə zərər veribdir. Feminist düşüncə radikallığını əldən verdiyindən bəri, digər akademik disiplinlər ilə arasındakı tək fərq, ilgi alanının toplumsal cinsiyyət olmasıdır.

Kütlələri bilgiləndirən, feminist düşüncə və feminist politikanı anlamalarında şəxslərə yardım edən ədəbiyyat, çox çeşidli üslub və biçimlərə sahib olmalıdır. Özəlliklə gənclik kültürünə yönəlik əsərlərə ehtiyacımız vardır.

Kimsə bu cür əsərləri akademik ortamlarda ürətmir. Kollec və universitetlərdə hazırda təhdid altında olan qadın araşdırmaları proqramlarını ibtal etmədən –mühafizəkarlar, toplumsal cinsiyyət ədaləti uğruna verilən o qədər mücadilə sonucunda əldə edilən bu dönüşümləri yox etmək fəaliyyətindədirlər- cəmiyyətlərə dayanan feminist çalışmaları gəlişdirməliyik.

İnsanların qapı-qapı ­dolanıb feminizmi tanıdan yazılar dağıtdığı, insanlara feminizmin nə olduğunu anlatmağa (dini qrupların etdiyi kimi) vaxt ayırdığı, geniş sahəli feminist bir hərəkəti xəyal edin.

Çağdaş feminist hərəkət zirvəsindəykən, uşaq kitablarındakı cinsiyyətçi önyarqılar ələşdirilmişdi. “Özgür uşaqlar üçün” kitablar yazılmışdı. Ələşdirəl ayıq-sayıqlığı buraxdığımız an cinsiyyətçilik yenidən ortaya çıxdı.

Uşaq ədəbiyyatı, ələşdirəl bilincin gəlişdirilməsinə yönəlik feminist eyitim üçün çox önəmli bir alandır. Çünki inanc və kimliklər bu sürəcdə hələ də qurulmaqdadır. Ancaq oyun alanlarındakı normaları hələ də toplumsal cinsiyyətə dair fanatik fikirlər bəlirləməkdədir.

Uşaqlar üçün genəl eyitim feminist aktivistlərin önyarqısız bir eyitim proqramı oluşdurmaq üzərə sürəkli çalışdıqları bir alan olmaq məcburiyyətindədir.

Gələcəkdə feminist hərəkət, hər kəsin yaşamı üçün böyük önəm daşıyacaq olan feminist eyitim üzərinə daha çox düşünməlidir.

Feminist qadınların yüksək gəlir səviyyələrinə, mübarizədə bizimlə birgə olan varlı erkəklərin yardımlarını qəbul edən və ya təcrübə sahibi olan qadınların varlığına baxmayaraq qız və erkək uşaqlar üçün, qadın və erkəklər üçün feminist ilkələr ilə qurulmuş bir okulumuz yoxdur.

Hər kəsə feminizmi öyrədə biləcəyimiz geniş alanlı bir eyitim hərəkəti yaratmamaqla, insanların feminizmə dair bir şeylər öyrəndikləri ilk yerin ana axım ataərkil kütlə mediası (Ana Axım Media: Mainstream Media) olmağına izin veririk və mediadan öyrəndiklərinin çoxu olumsuz şeylər olur.

Feminist düşüncə və teorini hər kəsə öyrətmək, akademik səviyyənin hətta yazı səviyyəsindən də yuxarıya keçməyimiz anlamına gəlir. Xalq kütlələrinin böyük bölümü, feminist kitablarının çoxunu oxumaq üçün gərəkən istedadlara sahib deyil. Kasetlərə oxunan kitablar, mahnılar, radio və televiziya, bunların hamısı feminist bilinci paylaşmağın yollarıdır.

Əlbəttə, feminist bir televiziya kanalına da ehtiyacımız vardır, ancaq təbii ki, bunun qadınlar üçün düzənlənən kanaldan fərqli olması gərəklidir.4 Feminist televiziya kanalı qurmaq üçün yetərli sərmayəni bir araya gətirsək, feminist düşüncəni bütün dünyaya çatdıra bilərik.

Öz kanalımıza sahib ola bilmiriksə, pulunu verək və var olan kanallardan bəlli bir vaxtı özümüzə ayıraq. İllərcə heç bir cinsiyyətçiliyə qarşı olmayan erkəklər tərəfindən çıxarılan Ms dərgisi bu anda sahibi feminist ilkələrə dibinə qədər bağlı olan qadınlara aiddir. Bu, doğru yöndə atılmış bir addımdır.

Qadınlı-erkəkli feminist teorini hər kəsə sunan kütləsəl qatılımlı bir hərəkət yaratmaq üçün çalışmasaq, ana axım medianın mənfi xəbərləri feminist teoriyə və əmələ sürəkli zərər verəcəkdir. Bizlər feminist hərəkətin hamımıza gətirdiyi qazancları ön plana çıxarmasaq, bu ölkənin vətəndaşları bu yararların fərqində olmayacaqlar.

Hakim kültür, feminizmin cəmiyyətlərin və toplumun yaxşılıq və rifaha sunduğu faydalı feminist qatqıları öz adına çıxarıb ardından da yansıtmaq. Bir çox insan, feminizmin yaşamlarımızı necə müsbət yöndə dəyişdirdiyinin fərqində deyil. Feminist hər kəsi yaşadan güc, feminist düşüncə və praktikanın paylaşımıdır. Feminist bilgi hər kəs üçündür.

4.Burada yazar, ABŞ-da “qadınlar üçün televiziya” olaraq bilinən, qadınlara yönəlik, fəqət içəriyi feminist ağırlıqlı olmayan proqramlar sunan “Lifetime” kanalını və oxşar kanalları hədəfləyir.

5
BƏDƏNLƏRİMİZ ÖZÜMÜZ
doğuşa dair haqlar

Günümüzün feminist hərəkəti başladığında, ələ alınması ən uyğun görülən məsələlər birbaşa, (bir çox maddi anlamda da imtiyazlı olan) yaxşı eyitim almış, ağdərili qadınların təcrübələrinə bağlı idi.

Feminist hərəkət vətəndaşlıq hərəkətinin və cinsəl özgürləşmənin izini təqib etdiyi üçün, o dönəmdə qadın bədəni qonusundakı məsələləri ön plana almağı daha uyğun gördü.

Kütlə mediası, feminist hərəkəti Amerika gözəllik yarışmasının qutlama törənlərində büstqalterlərini yandıran qadınlar ilə başlayıb abort sırasında gözləyən qadınlar ilə davam edən bir hərəkət olaraq sunmağı seçdi, amma hərəkətin oluşumunu sürətləndirən məsələlərdən biri cinsəllik idi və burada sözqonusu olan, qadınların cinsəlliklərini nə zaman və kiminlə yaşayacaqlarını seçmə ­haqları idi.

Sosialist hərəkət və ya vətəndaşlıq haqları hərəkəti, bütün radikal hərəkətlərdə, qadın bədənlərinin cinsəl sömürüsü çox rastlanan bir durum idi.

Cinsəl devrim olaraq adlandırılan hərəkət zirvədəykən, (genəldə istənilən şəxslə istənildiyi qədər cinsəl ilişki anlamına gələn) özgür eşq məsələsi qadınları istənilməyən hamiləlik sorunu ilə üz-üzə gətirirdi.

Özgür eşq məsələsində toplumsal cinsiyyət eşitliyinin yaradılması üçün qadınların öncəliklə güvənli, etkili doğum kontrol yöntəmlərinə və aborta ehtiyacları var idi. Sinifsəl imtiyaza sahib olan ağdərili qadınlar, şəxsi olaraq genəlliklə bu güvənliyi yarada bilirdilər, amma bir çox qadının belə bir imkanı yox idi.

Genəlliklə sinifsəl ayrıcalığa sahib olan qadınlar da istənilməyən hamiləlik durumundan çox utandıqları üçün güvənli tibbi haqlarından yararlana bilmirdilər. 1960-cı illərin sonlarında və 1970-ci illərin başlarında abort haqqı üçün mübarizə edən qadınlar, yasal olmayan yollar ilə gerçəkləşdirilən abort tragediyalarını və istənilməyən hamiləliklərin sonucu olaraq zorla olan evliliklərin yaratdığı iztirabı görmüşdülər.

Bir çoxumuz, yaşamları planlanmamış və istənilməyən gəbəliklər ilə alt-üst olan yetənəkli, yaradıcı qadınların uşaqlarıydıq. Analarımızın, həyatdakı alın yazılarına qarşı duyduqları narahatlığa, xəyal qırıqlığına və acıya tanıq olduq.

Qadın və ­erkəklər üçün gerçək cinsəl özgürləşmənin, daha yaxşı və güvənli doğum kontrol yöntəmləri, güvənli və yasal abort haqqı olmadan gerçəkləşəməyəcəyindən arxayın idik.

Geriyə dönüb baxdığımız zaman, bir bütün olaraq doğuşa dair haqlardan çox abortun ön plana çıxarılması, hərəkətin ön sıralarına yer alan qadınların sinifsəl ön yarqılarının bəlirləyici olduğunu göstərir.

Abort məsələsi bütün qadınları ilgiləndirsə də, doğuş ilə ilgili, kütlələri hərəkətə keçirməkdə faydalı olan və önəmsənməsi gərəkən, başqa yaşamsal məsələlər də var idi. Bu məsələlər, təməl cinsəl eyitimdən doğum öncəsi baxımına, qadınların qoruyucu həkimliyə, zorla uyğulanan qısırlaşdırmağa, gərəksiz sezar etmək və ya rəhmin əməliyyatla alınmağına və bunların yol açdığı tibbi fəsadlara qədər uzanırdı.

Sinifsəl imtiyaza sahib olan ağdərili qadınlar, bu məsələlər arasında ən çox istənilməyən hamiləliyin yol açdığı acı ilə özdeşləşir və abort məsələsini ön plana çıxardırdı, amma güvənli və yasal aborta çatmağa ehtiyacı olan tək qrup onlar deyildi.

Daha öncə də bəlirtildiyi kimi, yoxsul və işçi sinfindən olan qadınlara qiyasla abort etdirmək şansları daha yüksək idi. O günlərdə, qaradərili qadınlar da daxil olmaq üzrə yoxsul qadınlar genəldə qeyri-rəsmi olaraq abort etdirməyin yollarını axtarırdılar.

Abort haqqı, sadəcə, ağdərili qadınların məsələsi olmadığı kimi, amerikalı qadınların bir çoxu üçün, doğuş ilə ilgili tək və ya ən önəmli məsələ də deyildi.

Bir çoxu cinsiyyətçilik müxalifi olmayan erkək bilim insanlarının tərəfindən də eləşdirilən, tamamən güvənli olmasa da etkili doğum kontrol həbləri, qadınların cinsəl özgürləşmə mübarizələrində abort haqqından daha etkili olubdur.

Doğum kontrol həbləri ilk dəfə yayqın bir şəkildə işlətilməyə başlandığında mənim kimi iyirmi yaşa yaxınlaşmış olan qadınlar, istənilməyən hamiləliklərin qorxusundan və utancından qurtulmuşdular.

Sorumlu bir şəkildə uyğulanan doğum kontrolu, mənim kimi, qadınların abort seçimi haqqını savunan, amma özü üçün abortu çox da tərcih etməyən qadınları, bu sorunla şəxsən üzləşməkdən qurtarmış oldu.

Mən, cinsəl özgürləşmənin ən parlaq dönəmində, istənilməyən hamiləlik sorunu ilə heç qarşılaşmadım, amma dostlarımın çoxu düzənli olaraq işlədilən doğum kontrol həbləri ilə qiyasla abortu daha yaxşı bir seçənək olaraq gördülər.

Çox vaxt, abort bir doğum kontrol yöntəmi olaraq işlədilir. Hər zaman işlətmək, qadının aktiv bir cinsəl yaşam yönündəki tərcihi ilə birbaşa üzləşməsi anlamına gəlir. Erkəklər doğum kontrolu qonusunda diqqət edən qadınları genəlliklə yüngül qadın olaraq görürdülər.

Bəzi qadınlar üçün cinsəl ­anlamda işləri axımına buraxmaq və “sorun”u sonra abortla çözmək daha rahat olurdu. Bu gün, çox təkrarlanan abortun da, uzun sürə işlədilən yüksək dərəcədə östrojen içərən doğum kontrol həblərinin də risksiz olmadığını bilirik.

Yenə də qadınlar cinsəl özgürlüyə ulaşmaq və öz seçimlərini özlərinin etməsi haqqına sahib olmaqları üçün risk almağı üstün görürlər.

Abort məsələsi, kütlə mediasının ilgisini çəkdi; çünki Xiristianlığın kökdənçi (radikalist) düşüncə biçiminə gerçəkdən də meydan oxudu. Bir qadının varlıq nədənin uşaq böyütmək olduğu düşüncəsinə birbaşa qarşı çıxırdı.

Abort məsələsi, toplumun ilgisini qadın bədəninə elə yönəltdi ki, başqa heç bir məsələ bu qonuda daha başarılı ola bilməzdi. Birbaşa kilsənin qarşısında dururdu. Sonralar kütlə mediası feminist düşüncələrin diqqət etdiyi, doğuş ilə ilgili başqa məsələləri genəlliklə görməzdən gəldi.

Qadınların sezar etməkdə və rəhmin çıxardılmağından dolayı çəkdikləri çətinliklər kütlə mediası üçün maraqlı deyildi. Çünki bunlar, qadınların bədənini kontrol altına alan və bu bədənlər ilə nə etmək istərsə onu edən kapitalist, ataərkil və erkək egəmən tip sistemini gündəmə gətirirdi.

Bu alanlardakı toplumsal cinsiyyət ədalətsizliyinə odaqlanmaq, çox mühafizəkar və çox antifeminist duruşunu bu gün də sürdürən kütlə mediası üçün, çox radikal bir addım olardı.

1960-cı illərin sonlarındakı və 1970-ci illərin başlarındakı feminist aktivistlər, biz qadınların 1990-cı illərində doğuşa dair haqlarla ilgili bir mübarizə aparmaq məcburiyyətində qalacağımızı düşünə bilməzdilər.

Feminist hərəkət, nisbətən az riskli doğum kontrol yöntəmlərini qəbul etdirmək ilə birlikdə, güvənli və yasal abort haqqını qazandıran bir kültürəl devrim gerçəkləşdirdikdən sonra, qadınlar bu haqların bir daha sorğulanmayacağını düşündülər.

Örgütlü, radikal feminist kütlə əsaslı politik hərəkətin bitməsi, dini kökdənçi biçimdə yorumlayan örgütlü sağ qanad politik cəbhənin antifeminist tərzi ilə birləşincə, abort yenidən siyasi gündəmə gətirildi. Qadınların seçim haqqı artıq sorğulana bilən hala gəlmişdi.

Aborta qarşı olan platform, təəssüflə ən çox da dövlətin qarşıladığı, ucuz və gərəkdiyində pulsuz edilən abortu hədələyibdir. Sonuc olaraq, maddi anlamda zərərli durumda olan qadınlar acı çəkərkən, hər irqdən sinifsəl imtiyaza sahib olan qadınlar, güvənli aborta əl tapmaq şansını, yəni seçim haqqını əlində tutmaqdadır.

Doğuşa dair haqlarla ilgili tibbi baxım üçün hökumət dəstəyi olmadığı zaman, yoxsul və işçi sinfinə mənsub olan qadınlar abort etdirmək olanağını itirməkdədir. Abort çox böyük pullar qarşılığında edilməyə başlandığında, sinifsəl imtiyaza sahib olan qadınlar özlərini təhlükədə hiss ­etməyir, çünki hələ də abort etdirə bilərlər.

Ancaq çox vaxt qadının sinifsəl gücü olmur. Bu gün əskisindən daha çox qadın, yoxsulların və möhtacların siniflərinə qatılır. Güvənli, ucuz və ya pulsuz abort haqqı olmadan, bədənlərinin üstündəki bütün kontrolu əldən verirlər.

Abort, sadəcə, çox pulu olanlar tərəfindən edilə bilər hala gəlirsə, abortu yasadışı etməyi hədəfləyən toplumsal politikalara geri dönmək riskini daşıyırıq demək. Bu, bu anda onsuz da bir çox mühafizəkar ölkədə gerçəkləşir. Hər sinifdən qadın, abort güvənli, yasal və hər qadının alım gücünə uyğun hala gətirmə mübarizəsinə davam etməlidir.

Qadınların abort etdirib-etdirməməyi seçmə haqqının olması, doğuş özgürlüyünün yalnızca bir boyutudur. Doğuşa dair hansı haqların daha önəmli olduğu, qadının yaşına və yaşam şərtlərinə görə dəyişər.

İyirmi və otuz yaşlarında, cinsəl anlamda aktiv olan və doğum kontrol həblərini güvənsiz görən bir qadın, bir gün istənilməyən gəbəlik sorunu ilə üzləşə bilər və yasal, güvənli və hər qadının alma gücünə uyğun abort haqqı, onun üçün ən önəmli doğuş məsələsi halına gələ bilər, amma menopoz çağına gəldiyində və doktorlar rəhminin alınması gərəkdiyini söylədiyində, bu, doğuş dair ən önəmli haqq məsələsinə dönə bilər.

Bizlər kütləsəl femminist hərəkəti yenidən canlandırmanın yollarını arayarkən doğuşa dair haqlar da feminist gündəmin mərkəzində qalacaqdır.

Biz qadınlar bədənimiz ilə ilgili seçim etmə haqqında sahib olmasaq, yaşamımızın başqa alanlarında da haqlarımızdan vaz keçmək riski doğular. Yenilənmiş feminist hərəkətdə, doğuşa dair haqlar digər hər hansı bir məsələ qarşısında öncəlik qazanacaqdır.

Bu, yasal, güvənli və hər qadının alma gücünə uyğun abort haqqı mərkəzdə olmayacaq anlamına gəlmir; amma mərkəzə alınan tək məsələ də bu olmayacaqdır.

Hər qadın cinsəl eyitim, qoruyucu həkim və doğum kontrol yöntəmlərinə rahatlıqla əl tapa bilərsə, çox azımız istənilməyən gəbəliklər ilə qarşılaşarıq. Sonuc olaraq, abort etdirmə ehtiyacı azalar.

Yasal, güvənli, hər qadının aldırmaq gücünə uyğun olan abort məsələsində yenilmək, qadınların doğuşa dair haqlarının bütünü qonusunda yenilməsi anlamına gələcəkdir. Abort qarşıtı hərəkət, radikal antifeminist bir hərəkətdir.

Bu qadının, şəxsi olaraq abort etdirməmə haqqı vardır. Ancaq feminist hərəkətə bağlılıq, seçim tərəfdarı olmaq, abort etdirmə ehtiyacı olan bir qadının bunu etdirmə, ya da etdirməməyi seçmə haqqını savunmaq anlamına gəlir.

Etkili doğum kontrol yöntəmlərinə hər zaman sahib olmuş, dolayısıyla yasadışı yollarla edilən abortların yaratdığı tragediyaları heç görməmiş gənc qadınlar, qadınların doğuşa dair haqlara sahib olmamaları halında necə gücsüz və sömürüyə açıq hala gələcəklərini heç təcrübə etmədilər.

Hər yaşdan qadınların və mübarizəmizdə bizə dəstək verən erkəklərin bu haqların nədən önəmli olduğunu görmələri üçün, “doğuşa dair haqlar” başlığı altında yürüdüləcək ətraflı bir dartışmanın olması gərəkir.

Bu anlayış, bizim, doğuşa dair haqları bütün qadınlar üçün bir gerçəklik olaraq qorumaq sözümüzün əsasıdır. Özgürlüyümüzü qorumaq və sürdürmək üçün, doğuşa dair haqlara feminist bir şəkildə odaqlanmaya ehtiyac vardır.

6
İÇ VƏ DIŞ GÖZƏLLİK

Qadın bədəni haqqındakı cinsiyyətçi düşüncəyə qarşı çıxmaq, günümüzün feminist hərəkətinin ən güclü müdaxilələrindən biridir.

Qadının özgürləşməsindən öncə, gənc yaşlı bütün qadınlar cinsiyyətçi düşüncəni içsəlləşdirərək toplumsallaşdırmışdılar; dəyərimizi, sadəcə, dış görünüşümüzə, özəlliklə də erkəklərə gözəl görünüb-görünmədiyimizə bağlı olduğuna inanırdıq.

Sağlam bir özgüvən və özünü sevmək şəkli gəlişdirməsək qadınıların əsla özgürləşəməyəcəyini anlayan feminist düşünürlər, birbaşa məsələnin özünə endilər. Bədənimizə dair nələr hiss etdiyimizi və düşündüyümüzü eləşdirəl bir alanda incələdilər, dəyişim yolunda yararlı strategiyalar sundular.

Büstqalter geyməyi seçmək, ya da seçməməkdə özümü rahat hiss etdiyim o qədər ildən sonra geriyə baxdığımda, bunun otuz il öncə nə qədər önəmli bir qərar olduğunu anımsayıram.

Qadınların bədənlərini sağlıqsız, rahatsız və qısıtlayıcı paltarlardan; dar iç geyimlər, kəmərlərdən, corabbağılardan, büstqalterlərdən və bənzər şeylərdən qurtulmaqları qadın bədəninin sağlığı və görkəmini radikal şəkildə geri alan bir çeşid ayin kimi idi.

Belə məhdudlaşdırmalar ilə heç qarşılaşmamış olan günümüzün qadınları, bunun biz qadınlar üçün nə möhtəşəm bir olay olduğu qonusunda bizə güvənməlidirlər.

Bu ayin, daha dərin aşamada, qadınların yaşamlarının hər alanında rahat paltarlar geyməyini qəbul edilər qıldı. Çalışdıqları işlərdə sürəkli əyilib bükülməkləri gərəkən bir çox qadın üçün çalışarkən şalvar geyə bilmək adi durum deyildi.

Donlar və ətəklər ilə heç bir zaman rahat olmayan qadınlar üçün bütün bu dəyişikliklər həyəcanverici idi. Bu gün bunlar, uşaqlıqlarından bəri istədiyini geyə bilən qadınlara önəmsiz görünə bilər.

Feminizmi mənimsəyən bir çox yetişkin qadın, rahatsızedici və şikəstedici dikdaban ayaqqabıları geyməyi buraxdı. Bu dəyişikliklər, ayaqqabı emalati sənayesinin qadınlar üçün daha az dikdaban və rahat ayaqqabılar hazırlamaqlarına nədən oldu.

Artıq cinsiyyətçi gələnək tərəfindən bəzək etməyə zorlanmayan qadınlar olaraq aynaya baxırdıq və özümüzlə olduğumuz kimi üzləşməyə ­alışmışdıq.

Feminist müdaxilələrin ortaya çıxartdığı geyimlər və devrim sayəsində bədənimizin doğal durumu ilə eşqə və sevilməyə dəyər olduğunu öyrəndik. Çox bəzənmək istəmədiyimiz təqdirdə, heç bir şeyə ehtiyacımız yox idi.

Başlanğıcda, bəzək və moda sənayesindəki kapitalist yatırımçılar, feminizmin, işlərini yox edəcəyindən qorxdular. Feministləri pota, çox erkəkyana, çəkici olmayan və sıradan çirkin qadınlar olaraq rəsm etməklə qadın özgürləşməyini önəmsizləşdirmək üçün, feministləri bu şəkildə tanıdan kütlə mediası kampaniyalarına sərmayə yatırtdılar.

Gerçəkdə feminizm hərəkət içində, hər şəkildə qadın var idi. Bu baxımdan çox böyük bir fərqlilik sərgiləyirdik. Fərqliliklərimizi yarğılamaq və ya rəqabət olmadan qəbul etmək qonusunda özgür olmaq isə nə qədər həyəcanverici idi!

Feminizmin ilk illərində, bir çox aktivistin modaya və görünüşə ilgi göstərməyi tamamən buraxdığı bir dönəm yaşandı. Bu qadınlar genəldə qadınsı bəzəklər və ya bəzəyə ilgi duyan bütün qadınları kəskin bir biçimdə eləşdirirdilər.

Çoxumuz, seçmə şansımızın olmasından dolayı həyəcan duyurduq. Genəlliklə də rahatlıq və rahatlığı seçmək yönündə qərar verirdik. Qadınlar üçün, gözəlliyi və tərz sahibi olmağı, rahatlıqla birləşdirmək heç bir zaman rahat bir iş olmayıbdır.

Qadınların (o günlərdə tamamən erkəklərin hakimiyyəti altında olan) moda sənayesinin fərqli geyim tərzləri yaratmağını tələb etməyi gərəkli oldu. Dərgilər dəyişdi (feminist aktivistlər ciddi qonularda yazan daha artıq qadın yazar və bu qonularla ilgili daha artıq məqalə tələb etdi).

Qadınlar, ABŞ tarixində ilk dəfə tükətici olaraq güclərini tanımış oldular və bunu olumlu (müsbət) bir dəyişim yönündə işlətdilər.

Moda sənayesi artıq cinsiyyətçi bir sənaye olaraq tanımlanırdı. Bu sənaye üçün meydan oxumaq isə həyatımızda ilk dəfə, görüntümüz ilə ilgili sorunların patoloji, həyatı təhdid edən yönlərini incələməyimizə imkan tanıyan bir alan aşırdı. Məcburi yemək və məcburi aclıq məsələləri ortaya qoyuldu.

Yaşamı təhdid edən bu bağımlılıqlar, fərqli “görünüşlər” yaratsa da, kökənləri eyniydi. Feminist hərəkət, cinsiyyətçi tibbi düzənin diqqətini bu məsələlərə doğru çəkdi. Başlanğıcda bu düzən, feminist eləşdirini görməzdən gəlirdi.

Ancaq feministlər sağlıq mərkəzləri açıb qadın mərkəzli, pozitiv tibbi baxım xidməti olanağı icad etdilər. Beləliklə, tibb sənayesi də eynən moda sənayesində yaşandığı kimi bir çox qadının, pulunu qadının bədəninə daha artıq baxım, rahatlıq və sayğı göstərən bu sağlıq mərkəzlərinə yatıracağını fərq etdi.

Tibb düzəninin qadın bədəninə yanaşmasında, qadınların tibbi baxımında əldən verilən bütün olumlu gəlişmələr doğrudan feminist mücadilənin sonucudur.

Tibbi baxım yəni bədənlərimizin önəmsənməsi qonusunda da qadınlar tibb sənayesinə meydan oxumağa davam edir. Bu, feminist mübarizənin feminist politikalara ilgi duyan ya da duymayan çox sayda qadından kütləsəl dəstək gördüyü az sayıdakı alanlardan biridir.

Mövzu ginekoloji (Qadın orqanları və xəstəliklərini incələyən tibb sahəsi), qadınları erkəklərdən daha çox təhdid edən xərçəng türləri (özəlliklə də məmə xərçəngi) və son illərdə görüldüyü kimi ürək xəstəlikləri olduğunda, qadınların sahib olduğu kollektiv gücü görürük.

Yemək narahatlıqlarını sona çatdırmağa dair feminist mübarizə hələ də davam edir. Çünki ABŞ toplumunun hər yaşdan qadınları görünüşləri ilə dəyərləndirmə inhirafı heç bir zaman bütünlüklə yox edilə bilmədi. Hələ də kültürəl imgələrimizi etkiləməyə davam edir.

1980-ci illərin başına gəlindiyində, bir çox qadın feminizmdən uzaqlaşmaq halındaydı. Feminist müdaxilələrin qazanımlarından bütün qadınlar faydalandıqları halda, get-gedə daha çox qadın gündən-günə cinsiyyətçi bir çərçivədə tanımlanan gözəllik qavramlarını qucaqlamağa başlamışdı.

Günümüzün feminist hərəkəti başlandığında iyirmi yaşlarının başlarında olan qadınlar, qırx, əlli yaşlarının sonuna yaxınlaşırdılar.

Feminizmin qadın bədənini görmək biçimlərimizdə yaratdığı dəyişimlər, yaşlanmağı qadınlar üçün daha olumlu bir təcrübə halına gətirmişdi, amma bir yandan da, ataərkil bir toplumda yaşlanmaq halında olmaq, özəlliklə də bioloji olaraq uşaq doğa bilməyəcək halda olmaq gerçəyi, bir çox qadının qadın gözəlliyi ilə ilgili əski cinsiyyətçi qavramların yenidən sahiblənməyinə yol açdı.

Bu günlərdə, ölkəmizin tarixində hər zamankından daha da çox sayda, qırx yaşını keçmiş heteroseksual (qarşı cinsdən olan insana maraq göstərmək) və hələ subay olan qadın tapılır.

Özlərini, erkəklərin diqqətini çəkmək qonusunda daha gənc yaşdakı (çoxlu feminist olmayan və heç bir zaman da olmayacaq) qadınlarla yarışan bu qadınlar, çox vaxt qadın gözəlliyinin cinsiyyətçi təmsillərini gənclər qədər başarı ilə gerçəkləşdirməyə çalışır.

Cinsiyyətçi biçimdə tanımlanmış gözəllik qavramlarının yenidən qəbul etməsi, ağdərililərin üstünlüyünə inanan, kapitalist, ataərkil moda və bəzək alətləri sənaye mənfəətinə idi, əlbəttə. Kütlə mediası onları izlədi.

Bu gün, filmlərdə, televiziyada və reklamlarda rastlaşdığımız xəstəlik dərəcəsində zəif, aclıqdan ölmək üzrə imiş kimi görünən boyalı sarı saçlı qadın imgələri norma halına gəldi.

Qadın gözəlliyinə dair cinsiyyətçi imgələr, gözlərdən iraq olmağının öcünü alarcasına bütün gücü ilə geri dönmüş durumda və bu imgələr feminist müdaxilələr sonucunda əldə edilən qazanmaları təhdid edir.

Qadınlar, çox rastlanan və yaşamı təhdid edici boyutlardakı yemək rahatsızlıqların bu ölkənin tarixində heç olmadığı qədər fərqindədirlər. Ancaq, ən gəncindən ən yaşlısına qədər bu qadınlar, incə görünmək üçün hələ də özlərini ac saxlayırdılar.

Olay budur, trajik bir durumdur. Anoreksiya xəstəliyi çox yayqınlaşdı. Kitablara və filmlərə qonu olmağa başladı. Amma dəyərlərinin və gözəlliklərini əsil dəyərlərinin incə olub olmamalarına görə bəlirləndiyinə inanan qadınları heç bir uyarı vaz keçirə bilmir.

Günümüzün moda dərgiləri, bir yandan gözəlliyin və arzu edilə bilmənin zirvəsini təmsil edən bir dəri bir sümük qalmış bədənlərlə oxucularını təxminən bombardmana tutarkən, bir yandan da anoreksiyanın təhlükələri ilə ilgili bir məqalə yayınlaya bilərlər.

Bu beyin qarışdırıcı masaj, ən çox feminist politikaya heç bir zaman ilgi duymamış qadınlara zərər verir. Yenə də, qadın bədənlərinin doğal gözəlliyini müsbətləşdirməyə görə çalışmalarımızı yenilməyi amaclayan yaxın tarixli feminist müdaxilələr də var.

Günümüzün gənc qızları, bədənlərindən feminizm öncəsindəki qadınlar qədər nifrət edirlər. ­Feminist hərəkət çeşidli qadın yanlısı dərgi yayınlasa da bütün qadınlara alternativ gözəllik qavramları sunan feminist meyilli bir dərgi heç bir zaman çıxmadı.

Alternativini vermədən cinsiyyətçi imgələri ələşdirmək əksik bir müdaxilədir. Ələşdiri özbaşına dəyişimə yol açmaz. Bu günədək, gözəlliyə dair feminist ələşdirinin böyük bölümü, sağlıqlı bir seçimin nə anlama gəldiyi qonusunda qadınların beyinlərini qarışdırmaqdan başqa çox işə yaramadı.

Ortayaşlı bir qadın olaraq, hər zamankından daha çox kökələrkən, cinsiyyətçiliyin yol açdığı, öz bədənimdən nifrət etmə duyğusunu hərəkətə keçirmədən arıqlamağa çalışmaq istəyirəm.

Bu günlərdə, moda dünyasında, özəlliklə də bu dünyanın tükəticiyə yönəlik bölümündə, paltarların yetişkinlik çağındakı incə qızların bədənlərinə görə hazırlanması bir norma oluşdurmuşdur.

Buna bağlı olaraq neçə yaşında olursa olsunlar, bütün qadınlar, bilincli və ya bilincsiz bir şəkildə, bədənləri üçün üzülərək, bədənlərini sorun olaraq görəcək şəkildə toplumsallaşmış durumdadırlar.

Bəzi mağazalarda hər bədənə görə gözəl paltarlar olduğu üçün çox şanslıyıq; ancaq bu paltarlar genəldə moda sənayesinin genəl istifadə üçün tasarladığı paltarlardan çox daha bahalıdır.

Günümüzün moda dərgiləri, get-gedə əski dərgilərə daha çox bənzəməyə başladı. Erkəklər, get-gedə daha çox köşə yazısı yazır. Məqalələrin feminist bir perspektivi ya da içəriyi olması çox nadir görünən bir haldır. Rəsm edilən dizaynlar isə cinsiyyətçi bir həssasiyyət sərgiləyir.

Bu dəyişimləri ictimai olaraq qəbul görmür, çünki olğunluq çağına gələn feminist qadınların çoxu haqlarından istifadə edir və daha sağlıqlı, alternativ gözəllik modelləri arayışına girirlər.

Ancaq cinsiyyətçi bir biçimdə tanımlanmış olan gözəllik qavramları ilə ilgili mübarizəni bütünüylə buraxsaq, bədənlərimizi və özümüzü sevməmizə nədən olan o möhtəşəm feminist mübarizələləri yox etmək riski ilə qarşı-qarşıya qalırıq.

Qadınlar artıq cinsiyyətçi gözəllik tanımlarının gizli tuzaqları və təhlükələrinin daha çox fərqində olsa da, bu təhlükələri yox etmək və alternativlər gəlişdirmək üçün yetərli dərəcədə çalışmırıq.

Ataərkil duyarlılıqların (həssaslıqların) gözəllik sənayesini bəsləməsinə izin verməyi davam etsək, olğunluq çağındakı gənc qızlar, feminist düşünürlərin gözəllik və bəzənmənin dəyərini əldən verdiyini bilə bilməyəcəklər.

Feministlərin, qadınların gözəllik özləmlərini kəsin bir şəkildə qarşısına alması, feminist politikaya zərər verdi. Artıq bu duyarlılığa daha az rastlanılsa da, kütlə mediası bunu feministlərin düşüncə biçimi olaraq göstərdi.

Feministlər, gözəllik sənayesinə, modaya geri dönmədikcə və uzun gedişli, sürdürülə bilər bir devrim yaratmadıqca özgür ola bilməyəcəyik. Öz bədənlərimizi, olduğu kimi qəbul edib sevəcəyimizi öyrənməyəcəyik.

7
FEMİNİST SİNİF MÜBARİZƏSİ

Sinif fərqi və bunun qadınları bölmə forması, feminist hərəkətin içindəki qadınların irq məsələsindən daha öncə incələdikləri bir məsələ idi. Yeni qurulmuş qadın qurtuluş hərəkətinin içində, daha çox ağdərili qadınlardan olan çevrələrdəki qadınlar arasında ən önəmli fərq sinif fərqi idi.

İşçi sinfinə mənsub olan ağdərili qadınlar hərəkət içində də sinif hiyerarxiyalarının olduğunu bəlli edirdilər. Hərəkətin içindəki reformçu və radikal görüşlər arasındakı fərqlər bir ixtilafa nədən oldu.

Reformist görüşlər təməl olaraq, mövcud sinif quruluşda qadınlara eşit haqların tələbini savunurdu. Daha radikal və ya devrimçi modellər isə, var olan quruluşda kökdən dəyişikliklərin edilməsini istəyir, beləcə qarşılıqlıq və eşitlik modellərinin əski paradiqmaların yerini alacağını ön görürdü.

Ancaq feminist hərəkət ­gəlişdikcə və ­yaxşı eyitim görmüş imtiyazlı ağdərili qadın qrupları erkəklərlə eşit sinif gücünə qovuşmağa başladıqca, feminist sinif mübarizəsi əskisi qədər önəmli görülməməyə başladı.

İmtiyazlı siniflərə mənsub olan qadınlar, hərəkətin başlanğıcından bəri, öz məsələlərini odaqlanacaq “əsl” məsələlər halına gətirə bilirdilər; çünki ictimanın ilgisini çəkən qrup onlar idi. Kütlə mediasının da diqqətini çəkdilər.

Qadın kütlələrinin ya da çalışan qadınların məsələləri heç bir zaman kütlə mediası tərəfindən gündəmə gətirilməmişdi. Betty Friedan The Feminine Mystique (Qadınlığın sirri) adlı kitabında, “adı olmayan sorunu”, qadınların, ev qadını olaraq evin içində həbs edilmələrindən və basqı görmələrindən dolayı duyduqları rahatsızlıq olaraq tanımladı.

Bu məsələ, qadınların yaşadığı bir böhran olaraq sunulsa da, gerçəkdə, ağdərili qadınlardan oluşan, yaxşı eyitim almış, kiçik bir qrupun sorunu idi. Bu qrup evə həbs edilmənin yaratdığı təhlükələrdən rahatsız olsa da ölkədəki qadınların çox böyük bir bölümü çalışırdı.

Bütün ev işini görən, bir yandan da uzun saatlar boyunca çalışdıqları işlərdə çox az əməkhaqqı alan çalışan bu qadınların bir çoxu, bəlkə imkanları olsaydı evdə oturmaq haqqını “özgürlük” sayardı.

Hər irqdən imtiyazlı qadına evin eşiyində çalışmasına mane olan, toplumsal cinsiyyət ayrı-seçkiliyi, ya da cinsiyyətçi basqı deyil, bu qadınların qəbul edə biləcəkləri işlərin, bütün işçi sinfindən olan qadınlara az əməkhaqqı ilə ehtiyac olan, uzmanlıq ya da eyitim lazım olmayan işlərin olduğu gerçək idi.

Yaxşı eyitim almış elita qadın qrupları, çox sayıda alt-orta sinif işçi sinfindən qadının gördüyü işləri etməkdənsə evdə oturmağı üstün bildilər. Bu qadınların çox azı, az hallarda da olsa gələnəyə qarşı gəldi.

Ərlərinin və ailələrinin müxalifətinə baxmayaraq, eşikdə, eyitim bacarıqlarından daha aşağı işlərdə çalışdılar.

Bu müqavimət, evin eşiyində çalışmağı toplumsal cinsiyyət ayrı-seçkiliyi məsələsi halına gətirdi; ataərkiyə müxalifəti və öz siniflərindən erkəklərlə eşit haqlar arayışını sinif mübarizəsi yerinə feminizmi seçən bir siyasi platform halına gətirdi.

Sinif imtiyazına sahib olan reformist ağdərili qadınlar, ilk başdan bunu çox yaxşı bilirdilər: aradıqları iqtidar və özgürlük, mənsubu olduqları sinifdən erkəklərin sahib olduğu düşünülən iqtidar və özgürlük idi.

Ev içindəki ataərkil erkək hakimlik dirənişləri, onların erkək hakimliyindən yorulmuş, fərqli siniflərdən başqa qadınlar ilə birləşmələrinə nədən oldu. Ancaq evin eşiyində çalışan, amma ekonomik anlamda özləri özlərinə yetməklərinə nədən olacaq əməkhaqqı alacaqlarını düşünmək kimi bir lüks düşüncəyə sahib idilər.

Amma işçi sinfinin qadınları, aldıqları əməkhaqlarının onları özgürləşdirməyəcəyini onsuz da bilirdilər.

Başqa tərəfdən imtiyazlı qadınların, iş gücündə dəyişiklik verərək qadınların daha çox əməkhaqqı alması və iş yerində toplumsal cinsiyyət təməlli ayrı-seçkili və əziyyətlə daha az üzləşmələri yönündəki reformist fəaliyyətləri, bütün qadınların həyatlarına olumlu (müsbət) etki buraxdı. Bu qazanclar önəmlidir.

Yenə də imtiyazlı olanlar sinifsəl anlamda qazanc əldə edərkən, bir çox qadın erkəklərlə eşit əməkhaqqı ala bilmədi. Bu da sinif mənfəətlərinin, qadınların eşit əməkhaqqı almaları üçün iş gücünün dəyişiminə yönəlik feminist fəaliyyəti bir qırağa atdığının göstərgəsidir.

Lezbiyan feminist düşünürlər, feminist hərəkətdə ilk dəfə sinif məsələlərini gündəmə gətirən, görüşlərini anlaşıla bilən bir dil ilə ifadə edən aktivistlərdən idi.

Onlara dəstək olsun deyə ərlərinə bel bağlamağı xəyal belə etməyirdilər və bir çox zaman, bütün qadınların iş gücündə qarşılaşacaqları sorunların, heteroseksual qadınlardan daha çox fərqində idilər.

Charlotte Bunch və Nancy Myronun yayınladıqları Class and Feminism (Sinif və feminizm) kimi 1970-ci illərdə, fərqli keçmişlərə sahib olan qadınlar ilə bu məsələ ilə ilgili etdikləri dartışmaları qonu edən yazıları tapılırdı.

Hər yazı, hər yazı sinifin ancaq bir pul məsələsi olmadığı gerçəyini vurğulayırdı. “The Last Straw” (Bardağı daşdıran Son Damla) başlıqlı yazısında, (hələ adlım bir yazar olmayan Rita Mae Brown) açıqca bunu yazmışdı:

Sinif, Marksın “ürətim aracları ilə ilişkili” tanımından daha artıq bir şeydir. Sinif; davranışlarınız, təməl var sayımlarınız, necə davranacağınızın öyrədilmə biçimi, özünüz və başqalarından nə gözlədiyiniz, gələcək anlayışınız, sorunları necə anladığınız və çözdüyünüz, necə düşündüyünüz, hiss etdiyiniz və davrandığınızla ilgilidir.

Fərqli sinifləri içərən feminist qruplara girən qadınlar, ataərkiyə qarşı savaşda bütün qadınları birləşdirən politik təməlli bacılıq görüşünün, sinif məsələsi ilə üzləşilmədən gerçəkləşməyəcəyini görən ilk qadınlar idi.

Sinfin, feminist gündəmə oturulması, sinif və irqin kəsişmə nöqtələrinin görünər edəcəyi alanlar (sahələr) açdı. Qaradərili qadınlar, ABŞ toplumunda qurumsallaşmış olan irq, cinsiyyət və sinif təməlli toplumsal sistemdə, açıq biçimdə ekonomik hiyerarxiyanın ən alt qismində yer alırdılar.

Başlanğıcda, işçi sinfi keçmişinə sahib, yaxşı eyitim görmüş ağdərili qadınlar, feminist hərəkət içində, hər sinifdən qaradərili qadınlara görə daha çox görünürdülər. Hərəkət içində azlıqda idilər, amma onların səsi, ­təcrübənin səsi idi.

İrq, sinif və toplumsal cinsiyyət hakimliyinə qarşı dirənmənin bədəlini, fərqli irqlərdən gələn, imtiyazlı sinif mənsubu yoldaşlarından daha yaxşı bilirdilər. Bir insanın ekonomik durumunu düzəltmək üçün mübarizə etməyinin necə bir şey olduğunu yaşayaraq öyrənmişdilər.

Özləri ilə imtiyazlı siniflərə mənsub yoldaşları arasında, uyğun davranış üzərinə, hansı qonuların təməl feminist məsələlər olacağı üzərindən gedən anlaşmazlıqları var idi.

Bu sayədə, qadın hərəkəti içindəki, daha öncə heç solçu özgürlük mübarizəsinə qatılmamış, imtiyazlı sinif keçmişinə sahib qadınlar, sinif mübarizəsinin somut politikasını öyrəndilər;

daha az imtiyazlı qadınların etirazları ilə qarşı qarşıya olan qadınlar və sürəc içində, haqq savunma bacarıqları və ziddiyyət qurucu və yaxşılaşdırıcı bir şəkildə ilgilənmə biçimlərini gəlişdirdilər, amma yaradıcı müdaxilələrə baxmayaraq bir çox imtiyazlı ağdərili qadın da feminizm özlərinə aid imiş, feminizmdən özləri sorumlu imiş kimi davranmağa davam etdi.

Yerinə oturmuş ataərkil, diqqətə dəyər özəllikdə olan məsələlərin yalnız imtiyazlı sinif mənsubu qadınların məsələsi olduğu düşüncəsini gücləndirdi. Feminist reform, qadınların mövcud quruluş içində toplumsal eşitlik qazanmasını amaclayırdı. İmtiyazlı qadınlar öz siniflərinə mənsub olan erkəklər ilə eşitlik istədilər.

Öz sinifləri içindəki mövcud cinsiyyətçiliyə baxmayaraq, işçi sinfi erkəklərinin alın yazısına sahib olmağı istəməzdilər.

Qadınların öz siniflərindən erkəklərlə toplumsal eşitlik qazanmasına yönəlmiş feminist fəaliyyətlər, ağdərili üstünlükçü, kapitalist, ataərkil qorxularla, yəni ağdərili olmayanların ekonomik gücə və ayrıcalığa eşit dərəcədə əldə etmənin hakim olanların iqtidarlarını azaldacağı qorxusu ilə birləşdi.

Sonucda, ağdərili iqtidar tərəfdarı reformist feminizmə dönüşən şeyi dəstəkləmək, bir yandan yerləşmiş ağdərili üstünlükçü ataərkinin gücünü artırarkən bir yandan da radikal feminist politikanı zəiflətdi.

Feminist hərəkətin sistemə artırılmasına qarşı müxalifətlərini dilə gətirənlər təkcə devrimçi feminist düşünürlər idi. Eləşdirimiz və müxalifətimiz, alternativ mediada öz əksini tapdı. Radikal ağdərili aktivist Mary Barfoot, yazılarını topladığı The Coming of Black Genocide (Qaradərili Soyqırımın Gəlişi) adlı əsərində, cəsarətlə bunları dilə gətirdi:

1970-ci illərdə qadın hərəkətinin bacılıq anlamına gəldiyinə inanan, karyer sahibi bəzi qadınlar tərəfindən xəyanətə məruz qaldıqlarını düşünən, incimiş və qəzəbli ağdərili qadınlar vardır. Onlara görə, onların xəyanətə məruz qoyulduqlarına səbəb olanlar, ataərkiyə geri dönən qadınlardırlar, amma qadın hərəkəti heç bir zaman onsuz da Dick

Babanın5 yanından ayrılmadı ki… Savaş yoxdu. Özgürləşmə də yox idi. Soy qırımından ələ gətirilən mənfəətdən pay aldıq və bu duruma çox sevinirik. Biz Ataərkinin Bacılarıyıq, ulusal və sinifsəl sömürünün, dünya miqyasında ataərkinin ən gəlişmiş şəkli olan Avropa imperializminin gerçək tərəfdarlarıyıq.

Əyər Dickin bacılıq və onun sahib olmağı başardıqlarını əldə etmək istəyiriksə, sonunda onun sahib olduqlarını borclu olduğu sistemi də dəstəkləmiş oluruq.

Əslində bir çox feminist qadın üçün, ağdərili üstünlüyünü savunan düşüncədən vaz keçmək sinif elitizmindən vaz keçməkdən daha rahat idi və hələ də elədir.

İmtiyazlı qadınlar, öz siniflərindəki erkəklər ilə birlikdə daha artıq ekonomik gücə qovuşunca, siniflə ilgili feminist dartışmalar etkisi qədər edilməməyə başlandı. Bunun yerinə qadınlar, zəngin qadınların ekonomik qazanclarını bütün qadınlar üçün olumlu (müsbət) bir əlamət olaraq görməyə alqışlar.

Gerçəkdə bu qazanclar, yoxsul və işçi sinfi qadınlarının özlərini azaraq dəyişdirdi. İmtiyazlı erkəklər ev işlərini eşit şəkildə paylaşmağa başlamadığı üçün, hər irqdən imtiyazlı qadının özgürlüyü, işçi sinfinin və yoxsul qadınların uzun bir sürə daha boyun ­əyməsini ­gərəkdirdi.

1990-cı illərdə mövcud toplumsal quruluşla görülən işbirliyi “qadın özgürləşməsi”nin ortaya çıxardığı sonuc idi. Sonunda sinif iqtidarının feminizmdən daha önəmli olduğu anlaşıldı və bu işbirliyi, feminist hərəkətdə dəngəsizliyə (təadülsüzlük) yol açdı.

Qadınlar, özlərini erkəklərdən davranmağa yönəltmədən, daha böyük bir sinifsəl status və iqtidar ələ gətirincə feminist politikaya zərər verdi. Bir çox qadın xəyanətə məruz qaldığını hiss etdi.

Feminist etik nədəni ilə birdən birə iş gücünə məcbur edilən orta sinif və alt-orta sinif qadınlar, özlərini özgürləşmiş hiss etmədilər. Çünki evin dışında çalışmanın ev işlərini erkək partnerləri ilə bölüşmə anlamına gəlmədiyi gerçəyi ilə üz-üzə qalmışdılar.

Nöqsana əsaslanmayan, xətalı tərəfə getmədən gerçəkləşdirilən boşanma, erkək üçün daha faydalı idi.

Qaradərili və ya ağdərili olmayan bir çox qadın, imtiyazlı siniflərə mənsub olan ağdərili qadınların, reformist feminist qazanclarından misal olaraq toplumsal cinsiyyət məsələsinin pozitiv ayrı-seçkilik6 ­proqramına ­bağlamasından başqa qadınlara görə ekonomik olaraq daha çox yararlandıqlarını düşündülər.

Bu durum, feminizmin gerçəkdə ağdərili iqtidarını gücləndirməyə yaradığına dair maraqlarını təsdiq etmiş oldu.

Feminizmin incələdiyi məsələlərin ən dərindən xəyanətə məruz qaldığı nöqtə, hökumətin ərsiz analara qarşı hücumunun kütləsəl bir feminist etirazı ilə qarşılıq tapması və sosial yardım sisteminin sona çatdırılması ilə gerçəkləşdi. Bir çoxu özünü feminist olaraq adlandıran imtiyazlı qadınlar “yoxsulluğun qadınlaşdırılması”na üz çevirdi.

“İqtidar feminizmi”nin səsi, kütlə mediasında, sinifsəl gücü ələ keçirən, amma sinifsəl ayrıcalığa sahib olmayan qadınlara dayanışmaya da buraxmayan feminist qadınların şəxsi səslərindən daha çox eşidilirdi, amma bizim sədaqətlə feminist politikada bağlı olduğumuz hədəf, ekonomik olaraq özünə yetərli hala gəlmək və digər qadınların da ekonomik anlamda yaxşılaşdırılmasına yardımçı olmaqdı; bu hədəf bu gün də keçərliliyini qorumaqdadır.

Təcrübələrimiz, qadınların qazanc əldə edə biləcəyi varsayımının yanlış olduğunu göstərdi. Bu ölkədə, sinifsəl gücü və toplumsal dəyişimə dair devrimçi bir baxışı olan feministlər, sinifsəl durumu nə olur olsun bütün qadınların yaşamlarını yaxşılaşdıracaq reformlara dəstək olmaq amacı ilə qaynaqlarını bölüşür və ortaq güclərini işlədirlər.

Feminist özgürləşməyə dair tək gerçək ümid, sinif elitizmini qarşısına alan bir toplumsal dəyişim fikrindədir.

Batılı qadınların sinifsəl güc qazanmasının və toplumsal cinsiyyət eşitsizliyinin böyüməsinin arxasındakı nədən, kürəsəl ağdərili üstünlükçü ataərkinin üçüncü dünya ölkələrindən qadın kütlələrini kölələşdirməsi və ya özünə tabe etməsidir.

ABŞ-da sürətlə böyüyən həbsxana sənayesi, mühafizəkar köç politikaları və işə götürmə təməlli sosial yardım sistemi, yasal köləlik şərtlərini yaratmaqda və eyni zamanda bu şərtlərin üstünü örtməkdədir.

Sosial yardımın sona çatması, yeni yoxsul qadın və uşaqlar yaradacaq, onların mövcud hakim quruluşları tərəfindən istismar edilmələrinə və sömürülmələrinə yol açacaqdır.

ABŞ-da sinif gerçəklikləri dəyişir; zəngin ilə yoxsul arasındakı uçurum genişləyir və yoxsulluq qadınlaşır.

Bu üzdən, keçmişin gücü və reformların nədən olduğu pozitiv qazanclar üzərində yüksəlməklə birlikdə bəzi yanlışlar içərən mövcud feminist teorini anlamlı bir şəkildə sorğulayan və bizə yeni strategiyalar təqdim etsin, kütlə əsaslı radikal bir feminist hərəkətə ehtiyacımız vardır.

Gələcəyi görən bir hərəkət, çalışmalarını, təbii ki, işçi sinfi və yoxsul qadınların somut (konkret) şərtləri üzərinə təməlləndirməlidir. Bu, eləşdirəl bir bilinc gəlişdirmək üzrə eyitimə öncül olacaq bir hərəkət oluşdurmaq, sinifsəl gücü olan feminist qadınların az gəlirli qadınlara, sahibi ola biləcəkləri evlər qura bilmələri anlamına gəlir.

Feminist ilkələrlə ev kooperativləri yaratmaq, feminist mübarizənin əslində bütün qadınların həyatları ilə ilgili olduğunu göstərə bilər.

Sinifsəl gücə sahib olan qadınlar, feminist platformu opportunistcə işlədərkən, bir yandan da feminist politikaları yox edir və sonunda özlərini yenidən tabe edəcək bir ataərkil sistemin sürməsinə yol açırlar. Sadəcə, feminizmə deyil, özlərinə də xəyanət edirlər.

Feminist qadınlar və erkəklər, sinif dartışmasına geri dönərkən, dayanışma üçün gərəkli şərtləri yenidən yaradacaqlar. Ardından, qaynaqların paylaşıldığı və sinfinə baxmadan hər kəsə şəxsi gəlişim imkanını yaradan bir dünyanı daha yaxşı təsəvvür edə biləcəyik.

5.Dick Baba – Richard Nixon üçün işlədilir. Richard Nixon riyakarlığı nədəni ilə hiyləgər Dick olaraq da adlandırılır.

6.Affirmative Action (ing.) – ABŞ-da işə alınmaqda eşit fürsətlər yaratmaq amacı ilə tətbiq olunan bu proqramlar, iş və akademi dünyalarında toplumsal olaraq dezavantajlı kəsimlərə öncəlik tanıyır.

Örnək olaraq bir qadın və bir erkək, akademidə açılan bir kürsü üçün eyni dərəcəyə layiq görülsə də, dezavantajlı qrup ilə hakim (ağdərili erkək) qrup arasındakı fərqi qapatmaq amacı ilə qadına üstünlük verilir.

8
KÜRƏSƏL FEMİNİZM

Bütün dünyada qadın özgürlük savaşçıları, tək əldən ataərkil və erkək hakimliyinə qarşı mübarizə etdilər. Yer kürəsindəki ilk insanlar ağdərili olmadıqlarına görə, ağdərili qadınların erkək hakimliyinə üsyan edən ilk qadınlar olma ehtimalı da çox azdır.

Ataərkil batı kültüründə ağdərili üstünlükçü kapitalist, yeni-sömürgəçi düşüncə, bir çox kültürəl praktikanın rəngini bəlli edər. Bu düşüncə, torpağı kimin fəth etdiyinə, kimin mülkiyyət, kimin yönətmə haqqı olduğuna odaqlanır. Çağdaş feminist politika, yeni-sömürgəçiliyə radikal bir cavab olaraq ortaya çıxıbdır.

İmtiyazlı siniflərə mənsub olan ağdərili qadınlar, sürətli bir formada hərəkətin sahibi olduqlarını iddia etdilər. Ağdərili işçi sinfi qadınlarını, yoxsul ağdərili qadınları və genəl olaraq bütün ağdərili olmayan qadınları tərəfdarları yerinə qoydular.

Onlar üçün qadın hərəkətini radikal yönəlimə soxmuş ağdərili işçi qadınların, ya da qaradərili qadınların nə qədər olduğunun bir önəmi yox idi. Sonucda, sinifsəl gücü əlində tutan ağdərili qadınlar hərəkətin sahibi olduqlarını elan etmiş oldular.

Mənfəətçi sinif ilişkiləri, günümüzün yeni sömürgəçiliyindəki irq, ulus və toplumsal cinsiyyət məsələlərini kölgələdi. Feminizm də bu dinamikdən uzaq qala bilmədi.

Başlanğıcda, ABŞ-dakı feminist liderlər bu ölkədə toplumsal cinsiyyət eşitliyi ehtiyacını elan etdiklərində, bənzər hərəkətlər dünyanın başqa yerlərində də gerçəkləşirmi, deyə baxmadılar. Bunun yerinə özlərinin özgürləşdiyini və beləcə, daha az şanslı “bacılarını” özəlliklə də “üçüncü dünya”dan olanları özgürləşdirən durumda olduqlarını elan etdilər.

Bu yeni-sömürgəçi atavari ilişki daha öncə də ağdərili olmayan qadınları geri planda buraxmışdı və beləcə feminizmin əsas təmsilçilərini mühafizəkar-liberal ağdərili qadınlarla məhdudlaşdırmışdı.

Bu çərçivə içərisində, radikal ağdərili qadınlar, genəlliklə “təmsil edilən” olmur: təmsil edildiklərində isə, dalda bucaqda qalmış ağlı başında olmayanlar olaraq tanıtdırılırdılar. Dolayısıyla 1990-cı illərdə “iqtidar feminizmi”nin, zəngin, ağdərili, heteroseksual ­qadınları “feminist uğurun örnəkləri” deyə tanıdılmasına təəccüb edilməməli.

Gerçəkdə isə bu qadınların eşitliyə dair feminist söz sənətini hegemonik biçimdə əldə etməklə, ağdərili üstünlükçü kapitalist ataərkinin yönətici siniflərinə olan bağlılıqlarını gizlətməyə yaramışdı, radikal feministlər, bir çox qadının bir yandan feminist bir dil işlədərək, bir yandan da batı imperiyalizminə və millətlərfövqü kapitalizmə olan bağlılıqlarını sürdürməkləri qarşısında dəhşətə düşmüşdülər.

ABŞ-dakı qadınlar, qadınlar üçün kürəsəl eşitlik ehtiyacına diqqət çəkərkən haqlıydılar, amma bu arada, sinifsəl gücə sahib olan feminist şəxslərin kürəsəl çərçivədə bütün qadınlara imperialist fantezilərini yansıtmaları sonucunda çeşidli sorunlar ortaya çıxdı.

Ən önəmli fantezi isə, ABŞ-dakı qadınların kürəsəl alanda hər hansı bir qadın qrupunun daha çox haqqa sahib olduğu, istərlərsə “özgür” olduqları, dolayısıyla feminist hərəkəti yönləndirməyə və dünyanın başqa yerlərindəki bütün qadınlar, özəlliklə də üçüncü dünya ölkələrindəki qadınlar adına feminist gündəmləri bəlirləməyə haqları olduğudur.

Bu düşüncə, yönətici qrupun batılı erkəklərin imperialist irqçiliyinin və cinsiyyətçiliyinin yansımasından başqa bir şey deyil. ABŞ-dakı bir çox qadın, sömürgəçilik və yeni-sömürgəçilik terminlərini işlətmirlər; hətta bu ­terminləri bilmirlər belə.

Bir çox Amerikalı olan qadın, özəlliklə də ağdərili qadınlar, bu toplumdakı və ya kürəsəl olaraq başqa toplumlardakı daha güclü qadın qruplarına qarşı davranışlarında gəlişdirmiş olduqları irqçilik, cinsiyyətçilik və sinif elitizmi ilə ilişkili sömürgəçiliyi hələ yox etmədilər.

Aydınlanmamış feminist düşünürlər kürəsəl toplumsal cinsiyyət sömürüsü və basqısı məsələlərini ələ aldıqlarında, bunu yeni-sömürgəçilik perspektivindən etdilər və belə etməyə də davam edirdilər.

Night Vision: Illuminating War and class on the neo-Colonial Terrain (Qaranlıqda Görmə Gücü: Yeni-Sömürgə Alanında Savaş və Sinifi Aydınlatmaq) adlı kitabın radikal ağdərili qadın yazarları “yeni sömürgəçiliyi anlamağın tam anlamıyla indiki zamanda yaşamamaq anlamına gəldiyini” vurğulayırdı.

Aydınlanmamış ağdərili feministlər, içərisində ağdərili üstünlükçü imperialist kapitalist ataərki ilə öncədən planlaşdırılmış bir şəkildə hərəkət etdikləri Amerikan yaşam alanlarının varlığını qəbul etmək xüsusunda istəksiz idilər.

Bu danmaq divarını yıxmaq üçün qaradərili qadınların, rəngli qadınların və radikal ağdərili bacılarımızın sürəkli dirəniş və etirazına ehtiyac var idi.

Amma bir çox feminist aktivist, irq, toplumsal cinsiyyət, sinif və milliyyəti içərən bir perspektiv mənimsədiklərində belə, ağdərili “iqtidar feministləri”, qadınların eşitliyini imperializmə bağlanmış olan (və hələ də elə edən) bir feminizm təsəvvürü yansıtmağa davam etmişdilər.

Zorla gerçəkləşdirilən qadın sünnəti, Taylandakı seks klubları, Afrika, Hindistan, Orta Doğu və Avropadakı qadınların yaşmaqla örtünmələri, Çindəki qız uşaqlarının öldürülmələri kimi kürəsəl məsələlər önəmini hələ də qoruyur.

Ancaq batıdakı bəzi feminist qadınlar, hələ feminist düşüncəni və praktikanı sömürgəçilikdən qurtarmağa çalışır ki, bu məsələlər batı imperializmini yenidən canlandırmayacaq biçimdə ələ alına bilsin.

Ağdərili və qaradərili bir çox batılı qadının Afrika və Ortadoğudakı qadın sünnəti məsələsini necə ələ aldığını düşünün. Genəldə bu ölkələr, “primitiv və uyqarlaşmamış” ölkələr olaraq təsvir edilir. Bu bölgələrdəki cinsiyyətçilik, qadınlar üçün Amerikadakından daha vəhşi və təhlükəli tərif edilir.

Sömürgəçilikdən arınmış bir feminist perspektiv, hər şeydən öncə, qadınların bədənləri ilə ilişkiləndirilən cinsiyyətçi praktikaların kürəsəl olaraq necə bir-birinə bağlandığını araşdırmalıdır.

Örnək üçün qadın sünnəti, incəliyi gözəllik idealı olaraq göstərən bir kültürün birbaşa sonucu olan və yaşamı təhdid edən yemək problemləri, ya da yenə yaşamı təhdid edən hər hansı bir estetik əməliyyatla ilişkiləndirməlidir.

Beləcə bu praktikaların ­altındakı ­cinsiyyətçiliyin və qadın düşmənliyinin kürəsəl alanda bu ölkədəki cinsiyyətçiliyi yansıtdığı vurğulanmış olur.

Məsələlər bu şəkildə incələnildiyində, batı imperializmi yenidən həyat tapmaz və feminizm də batılı qadınların yaradıb başqa kültürlərdən qadınların onu işlətmək haqqı üçün mübarizə etmək məcburiyyətində qaldığı başqa bir lüks məhsul olaraq ulusaşırı kapitalizmin tərəfindən sahiblənilməz.

ABŞ-dakı radikal qadınların, özlərini feminist olaraq göstərib sinif opportunizminin mənfəətləri adına hərəkət edən qadınlara müdaxilə etmələri gərəkir. Bu edilmədiyi müddətcə batıdakı kürəsəl feminizmin rəngi, əski önyarqıları daşıyan və ən böyük sinifsəl gücə sahib olan qadınlar tərəfindən müəyyən edilməyə davam edəcəkdir.

Dünyadakı radikal feminist çalışma, qadınlar arasında, irq-etnisitə və miliyyət hüdudlarının xaricində bir politik dayanışmanı gündən-günə daha da gücləndirir. Kütlə mediası isə bu pozitiv müdaxilələrə çox az diqqət çəkir.

Zillah Eisenstein, Hatreds: Racialized and Sexualized Conflicts in the 21st Century-de (Nifrətlər: 21-ci yüzildə İrqə və Cinsiyyətə Bulanmış Toqquşma) bu anlayışı paylaşır:

Ulusaşırı feminizmlər (saxta irq-toplumsal cinsiyyət hüdudlarının və saxta bir şəkildə qurulan “o biri”nin rədd edilməsi), erkəkçi milliyyətçiliyə, dövlətçi kommunizmin azdırmalarına və “azad” bazar kürəsəlləşməsinə qarşı böyük bir meydan oxumaqdır.

Bu, quzey-batı və güney-doğu dialoqu və onun üstündə tanımlanan bireysəl fərqlilikləri, özgürlükləri və eşitliyi tanıyan bir feminizmdir.

Kürəsəl feminizmin gəlişimini incələyən heç kimsə, qadınların özgürlüyümüzü ələ gətirmək üçün etməkdə olduğu önəmli çalışmaları dana bilməz.

Heç kimsə, batılı qadınların, özəlliklə də ABŞ-dakı qadınların, bu mübarizəyə faydalı olduqlarını və daha da çox faydalı olduqlarının gərəkdiyini dana bilməz. Kürəsəl feminizmin hədəfi, cinsiyyətçiliyi, cinsiyyətçi sömürü və basqını sona çatdıracaq kürəsəl mübarizələrə qatılmaqdır.

9
İŞLƏYƏN QADINLAR

ABŞ-dakı qadınların yarısından çoxu işləyir. Günümüzün feminist hərəkətinin başlanğıcında da, iş gücünün üçdəbirisi yenə qadınlardan ibarətdi. Hərəkət başladığında reformist düşünürlər, qadınların erkək hakimiyyətindən işləyərək qurtulacağını söyləyirdilər.

Mənsə, tanıdığım çoxlu qadın kimi işçi sinfindən, afrikalı-amerikalı bir keçmişə sahib biri olaraq, reformist feministlərin feminizmin anlayışını ən kəskin biçimdə eləşdirənlərdən biri idim.

On ildən daha çox bir sürə öncə Feminist Theory: From Margin to Center (Feminist Teori: Çevrədən Mərkəzə) adlı kitabımda belə yazdım: “Qadın özgürləşməsinə gedən yolda işləmə olqusuna kilid rol biçilməsi, bir çox ağdərili feminist aktivisti, işləyən qadınların onsuz da özgürləşmiş olduğunu düşünməyə yönəltdi.

Əslində bir çox işləyən qadına “feminist hərəkət sizin üçün ­deyil” demiş olurdular”. Daha da önəmlisi, mən daha az əmək payı ilə işləməyin yoxsul və işçi sinfindən qadınları erkək hakimiyyətindən qurtarmadığını ən başından çox yaxşı bilirdim.

Öncəlikli gündəmləri, öz siniflərindən erkəklərlə toplumsal eşitlik olan imtiyazlı keçmişə sahib olan reformist feminist düşünürlər, iş sahibi olmağı özgür olmaqla eşit olaraq göstərdikləri zaman, əslində olduqca yüksək maaşlı karyerlərdən danışırdılar.

İşləmə anlayışlarının, bir çox qadın üçün daha artıq bir anlamı yox idi. İşləmə olqusu üçün feminist vurğunun həqiqətən bütün qadınları etkiləyən boyutu, eşit işə eşit əmək haqqının tələbi idi. Bu önəmlidir.

Qadınlar, feminist müxalifət sonucunda maaş və pozisiyon baxımından daha artıq haqq əldə etdilər, amma bu durum, toplumsal cinsiyyət ayrı seçkiliyin tamamən bitirmədi. Bu gün, universitet siniflərindəki həm qadın həm də erkək öyrəncilərin çoxu, qadınlar eşitliyə qovuşduğu üçün, artıq feminist hərəkətə gərək olmadığını söyləyəcəkdir.

Ortalama olaraq, bir çox qadının hələ eşit işə eşit əməkhaqqı almadığına, bir erkəyin aldığı bir dollara qarşılıq, yetmiş üç sent aldıqlarını belə bilməzlər.

Bu gün, işləməyin qadınları erkək hakimiyyətindən qurtarmadığını bilirik. Şübhəsiz erkəklərlə, erkək hakimiyyətinin norm sayılıdığı ilişkiləri ­sürdürən bir çox yüksək maaşlı və çox zəngin qadın vardır.

Bir qadın, ekonomik olaraq özünə yetərli qonuma gəldiyində və özgürləşməyi seçdiyində, erkək hakimiyyətinin norm sayıldığı bir ilişkini sürdürməmə ehtimalının daha çox olduğunu bilirik. Sürdürməz, çünki bunu edə bilər.

Bir çox qadın, feminist düşüncə ilə ilişki qurur, özgürləşməyi seçir, ancaq ataərkil erkəklərə ekonomik anlamda bağlıdırlar. Onlardan ayrılmaqları tamamən imkansız olmasa da çətindir. Bu gün bir çox qadın, hərəkət ilk başladığında ancaq bəzilərimizin bildiyi bir şeyi, işləməyin mütləq bizi özgürləşdirməyəcəyini bilir.

Ancaq bu durum, qadının özgürləşməsi üçün ekonomik anlamda bağımsız olmasının gərəkli olduğu gerçəyini dəyişdirmir. Bəlkə bizi özgürləşdirən, işləmək deyil, ekonomik anlamda özünə yetərli olmaqdır deyiriksə bir sonrakı addımı atmalıyıq.

Bizi necə bir işləmə şəklinin özgürləşdirəcəyindən danışmalıyıq. Genəl olaraq daha yüksək əməkhaqqı olan iş saatları rahat olan işlərin işləyənə ən yüksək dərəcədə özgürlük sunduğu açıqdır.

Bir çox qadın narahatdır, çünki feminist düşüncə onları işləyərək özgürləşəcəklərinə inandırmışdı. Genəl olaraq, həm işdə, həm də evdə uzun sürələr işlədiklərini anladılar. Feminist hərəkətin qadınları evin dışında işləməyə olumlu (müsbət) ­baxmaları üçün cəsarətləndirməsinin öncəsində, ekonomik böhran bu dəyişimi onsuz da icbar halına gətirirdi.

Günümüzün feminist hərəkəti heç gerçəkləşməsəydi də bu gün bir çox qadın işləyərdi; ancaq feministlər toplumsal cinsiyyət ayrı-seçkiliyinə qarşı çıxmasaydılar, qazandığımız haqlara sahib olmamız mümkün olmazdı. Bir çox qadın, işləmək məcburiyyətində olmaqdan dolayı feminizmi “suçlayır” amma haqsızdır bu suçlama.

Tükətimə (məsrəf) söykənən kapitalizmin qadınları işləməyə məcbur edən təməl unsur olması hələ də keçərliyini qorur. Ekonominin durğunlaşdığı şərtlərdə, bir zamanlar, sadəcə, ev qadını olma xəyalını quran qadınlar, evin dışında işləməməyi seçsəydilər ağdərili orta sinif ailələri, sinifsəl qonumlarını və yaşam tərzlərini qoruya ­bilməzdilər.

Feminist akademisienlər, qadınların iş həyatına qatılımının özlərinə güvənlərinin artması və topluma pozitiv biçimdə qatılmaqları anlamında qazanclara nədən olduğunun bəlgələridir. Ev qadını olaraq ev içində işləyən bir qadın, sinifsəl qonumu (mövqeyi) nə olursa olsun, genəlliklə təcrid olunmuşdu, yalnız idi və böhran yaşırdı.

Qadın ya da erkək bir çox işləyən, özünü iş yerində güvəndə his etməsə də, daha böyük bir bütünün parçası olaraq his edər. Evdəki sorunlar daha çox stres yaradır və ­çözülməsi daha çətindir, amma iş yerindəki sorunlar hər kəs tərəfindən paylaşılır və çözüm tapmaq fəaliyyətləri yalnız yaşanmaz.

Eşikdəki işlərin çoxunu erkəklərin gördüyü zamanlarda, qadınlar evi erkək üçün istirahət və rahatlamaq məkani halına gətirmək üçün işləyirdilər. Qadın üçün ev, sadəcə erkəklər və uşaqlar olmadığında bir rahatlamaq yeri idi.

Evdəki bütün zamanlarını, başqalarının ehtiyaclarını qarşılamağa sərf etdikləri zaman ev, qadınlar üçün bir iş alanıdır; rahatladıqları və dinclik his etdikləri bir yer deyil.

Eşikdə işləmək isə ən çox (heteroseksual olsun ya da olmasın bir çoxu yalqız yaşayan) subay qadınlar üçün özgürləşdirici olubdur. Bir çox qadın istədiyi şəkildə bir iş tapa bilməyib və iş gücünə qatılmaqları, ev içindəki yaşam keyfiyyətlərini düşürübdür.

Daha öncə heç işləməmiş ya da çox az işləmiş olan yaxşı eyitim almış və imtiyazlı qadınlar, iş ayrı seçkiliyi qarşısında feminizmin gətirdiyi dəyişimlərdən faydalandılar.

Bu sayədə, istədikləri, ekonomik anlamda özlərinə yetərli hala gəlmələrinə nədən olan işlərə daha çox girə bildilər. Onların başarıları, bir çox qadının özlərini dəyişdirmədi. İllər öncə, Feminist Theory: From Margin to Centerda (Feminist Teori: Çevrədən Mərkəzə) bunları dedim:

Əyər qadınların iş yeri şərtlərini yaxşılaşdırmaq məsələsi, feminist hərəkətin gündəmindəki mərkəzi qonumunu qadınlara daha yüksək maaşlı işlər təmin etmək və hər sinifdən işsiz qadına iş tapmaq fəaliyyətləri ilə birləşdirsəydi, o zaman feminizmin də bütün qadınların maraqlarına səslənən bir hərəkət olaraq görülə bilərdi.

Karyerizmə, qadınların yüksək gəlirli iş əldə etmələrinə odaqlanma, bir çox qadını feminist hərəkətə yabançılaşdırdı. Bu ayrıca, feminist aktivistlərin, artan sayda burjua qadının iş gücünə qatılmasının, qadınların bir qrup olaraq ekonomik güc qazanmaları anlamına gəlmədiyi gerçəyini gözardı etmələrinə imkan tanıdı.

Yoxsul və işçi sinfindən olan qadınların ekonomik durumuna baxacaq olsaydılar, artan işsizlik sorununu və qadınların artan bir biçimdə yoxsulların səflərinə qatılmaqda olduğunu görə bilirdilər.

Yoxsulluq, mərkəzi bir qadın məsələsi halına gəlibdir. Ağdərili üstünlükçü, kapitalist, ataərkil fəaliyyətlər, toplumumuzdakı sosial yardım sistemini parçalamağa davam edəcək, yoxsul və möhtac durumda olan qadınlar, sığınacaq və yeyəcək kimi yaşamın ən təməl gərəksinimlərindən belə məhrum buraxacaqdır.

Mühafizəkar politikaçıların qadınlara sunduğu çözüm isə erkəklərin keçindirdiyi ataərkil, erkək hakimiyyətindəki evlərə dəyişir. Ayrıca bu politikaçılar, həm qadın, həm də erkək üçün işsizliyin kütləsəl boyutda olduğunu, hətta ortada iş-filan olmadığını və maaşı olan bir çox erkəyin də qadın və uşaqları keçindirmək istəmədiyini gözardı etməkdədirlər.

Qadınlara işləməyi fərqli biçimdə yenidən düşünməyi önərən, bir çıxış yolu göstərən bir feminist gündəm yoxdur.

Toplumumuzda həyat bahalı olduğu üçün iş, qadınlar da daxil olmaq üzrə bir çox işləyən üçün ekonomik anlamda özünə yetərli olmaya nədən olur. Yenə də bütün qadınlar erkək hakimiyyəti qarşısında seçim edə bilmə özgürlüyünə və özlərini bütünü ilə gerçəkləşdirə bilmə haqqına sahib olacaqsa, ekonomik anlamda özünə yetərliliyə ehtiyacları vardır.

Ekonomik anlamda özünə yetərli olmaq; ağdərili üstünlükçü kapitalist, ataərkil kütlə mediasının bizə sunduğu yaxşı yaşam imgəsinə qarşı, alternativ yaşam tərzləri gərəkdirir. Dolu və yaxşı yaşamaq, yaşana bilən əməkhaqları alarkən öz güvənimizi və öz sayğımızı artıran işlər görə bilmək üçün, iş paylaşımı proqramlarına ehtiyacımız olacaqdır.

Öyrətmənlərin və hər alanda xidmət işçilərinin daha çox əməkhaqqı almaları gərəkəcək. Evdə qalıb uşaq böyütmək istəyən qadın və erkəklər, dövlətdən dəstək almalıdır; bununla birgə, bu insanların məktəb təhsilini bitirməkləri və universitetə evdə oxumaqlarını olanaq yaradacaq ev eyitimi proqramları sunulmalıdır.
Evdə oturan insanlar, gəlişən texnoloji sayəsində, yüksək öyrətim dərslərini videodan izləyərək və bəlli bir zamanı da sinifdə keçirərək eyitim görə bilməlidirlər.

Əgər hökumətimiz, savaşı (əsgəri xərcləri) deyil də, toplumsal rifahı və sosial yardımı onaylasa və bütün vətəndaşlar, iş tapmadıqları bir, ya da iki il sürəsincə yasal olaraq dövlət yardımı ala bilərsə, sosial yardım proqramlarına yapışdırılan neqativ damğa ortadan qalxacaqdır.

Erkəklər də sosial yardıma əl tapmayınca eşitliyi yaxalasalar, sosial yardım artıq toplumsal cinsiyyət damğası daşımayacaqdır.

Artan sinifsəl uçurum, çox sayıda qadını imtiyazlı həmcinslərindən ayırır. Şübhəsiz, elita qadın qruplarının, özəlliklə də zəngin olanların toplumumuzda sahib olduğu sinifsəl gücün böyük bir bölümü, başqa qadınların özgürlüyü bahasına qazanıldı.

Yenə də, sinifsəl gücə sahib qadınlardan oluşan kiçik qruplar, daha az imtiyazlı qadınları dəstəkləyən və onlara yardıma nədən olan ekonomik proqramlar aracılığı ilə, bu qadınlarla aralarına körpü qurmağa çalışırlar.

Zəngin qadınlar, özəlliklə də miras yolu ilə zənginləşən və feminist özgürləşməyə bağlı qalan qadınlar, sinifsəl gücə sahib olmayan qadınlarla dayanışma maraqlarını yansıdan qatılımçı ekonomi strategiyaları gəlişdirirlər. Bu anda bu insanlar kiçik bir azınlıqdırlar, amma çalışmaları daha çox tanındıqca sayıları da artacaq.

Otuz il öncəsinin feministləri, toplumumuzda iş alanında yaşanacaq dəyişimləri öncədən görmədilər. Kütləsəl işsizliyin norm halına gələcəyini, qadınların özlərinin olmayan işlərə hazırlayır ola biləcəyini düşünmədilər.

Pulsuz subay qadınların, içində olduqları faciəli ekonomik sıxıntı üzündən suçlana bildiyi və hətta canavarlaşdırıldığı, sosial yardımı hədəf alan mühafizəkar və bəzən də liberal qanaddan gələn saldırıları ön görə bilmədilər.

Bütün bu ön görülməyən gerçəkliklər, viziyoner feminist düşünürlərin özgürləşmə və iş arasındakı ilişki haqqında yenidən düşünməsini gərəkdirir.

Bu gün, bir çox feminist akademisiyənin işləməsi, qadının iş gücü içindəki rolu, bu rolun istər qadınların öz mənliklərini alqılamalarında istərsə ev içindəki rollarında nə kimi dəyişimlərə yol açdığı haqqında bir şeylər söyləyirlər.

Ancaq, işləyən qadınların sayısının artmasının erkək hakimiyyətini azaldıb azaltmadığı haqqında ortada çox iş yoxdur. Bir çox erkək, işsizlik üçün və ataərkil gələnəklərin onlara verdiyi sabit kimliklərin əldən verildiyindən dolayı işləyən qadınları suçlayır. Onlar üçün bu kimliklərin sadəcə bir xəyal olub olmamasının bir önəmi yoxdur.

Gələcəkdə, feminist gündəmin önəmli bir ünsürü olaraq, erkəklərin qadınlar və işləmənin təbiəti haqqında bilgiləndirmələri, beləcə iş gücündəki qadınların onların düşməni olmadığını görməkləri təmin olunmalıdır.

Qadınlar uzun bir sürədir işləyirlər. Bu günə qədər yüksək ya da az iş haqqı alan bir çox qadın, işləməyi feminist utopiyaçı təsəvvürlərin irəli sürdüyü qədər anlamlı görmədi. Qadınlar, yaşam keyfiyyətlərini hər düzeydə yüksəltməkdən başqa daha çox tükətmək üçün işlədiklərində işləmə, ekonomik anlamda özünə yetərliliyə nədən olmur.

Qazandıqlarımız var oluşumuzu rahatlaşdırmaq üzərə işlədilmədiyi təqdirdə daha çox pul, daha çox özgürlük anlamına gəlmir. İşləmənin anlamını yenidən düşünmək, gələcəyin feminist hərəkəti üçün önəmli bir görəvdir.

Qadınların yoxsullaşmalarını önləməyin, maddi anlamda önəmli əksiklikləri olsa da, daha yaxşı bir həyata sahib olmalarının yollarını araşdırmaq, feminist hərəkətin başarısı üçün böyük önəm daşıyır.

Feminist hərəkət, başlanğıcda qadınların ekonomik anlamda özünə yetərli hala gəlməyini birinci hədəfi halına gətirmədi. Yenə də, qadınların yaxşı olmayan ekonomik durumlarının gündəmə alınması, sonuc olaraq, kollektiv ilgi örgütləyən feminist bir platformanın oluşmasına yol aça bilər.

Bu platforma, kollektiv örgütlənmə, ortaq alan və bütün qadınları birləşdirən bir məsələ ola bilər.

10
İRQ VƏ TOPLUMSAL CİNSİYYƏT

Heç bir müdaxilə, Amerika feminizminin çöhrəsini, feminist düşünürlərin irq və irqçilik gerçəyini tanıma tələbindən daha çox dəyişdirməyibdir. Bu ölkənin bütün ağdərili qadınları, öz statuslarının qaradərili qadınların və genəl olaraq ağdərili olmayan qadınların statuslarından fərqli olduğunu bilir.

Bunu, kiçik bir qız ikən televiziyada yalnız öz görüntülərini gördükləri zamandan etibarən bilirlər. Ağdərili olmayanların orada olmamasının/görünməz olmasının tək nədəninin ağdərili olmadıqları olduğunu bilirlər.

Bu ölkənin bütün ağdərili qadınları, ağdərili olmağın imtiyazlı bir kateqoriya olduğunu bilirlər. Ağdərili qadınların bu bilgini ört-basdır etməyi və ya danmağı seçə bilmələri bilgisiz olduqları anlamına gəlməz, danma içində olduqları anlamına gəlir.

Ağdərili qadınlardan oluşmuş heç bir qrup, öz statusu ilə qaradərili qadınların statusu arasındakı fərqləri, vətəndaşlıq haqları mübarizəsində aktiv olan, politik anlamda bilinclənmiş ağdərili qadın qrupundan daha çox anlamadı.

Ağdərili qadınların Amerika tarixinin bu dönəmində yazdıqları xatirələr və anılar bu bilgini isbat edir. Ancaq qurtuluş hərəkətinə keçdikləri zaman, vətəndaşlıq haqları mübarizəsində birbaşa gördükləri və eşitdikləri fərqliliyə dair fərqində olmağı ört-basdır edən və danan bir feminist hərəkətin başına keçdilər.

Sadəcə irqçiliyə qarşı mübarizəyə qatılmış olmaları, ağdərili üstünlüyündən vaz keçdikləri, qaradərili qadınlardan daha üstün, daha bilgili, daha yaxşı eyitim almış və bir hərəkətə “liderlik etmək” üçün daha uyğun olduqları şəklindəki düşüncələri buraxdıqları anlamına gəlmirdi.

Bu qadınlar bir çox yöndən, hər kəsə (ağdərili qadınlara və qaradərili insanlara) səs vermə haqqının verilməsini tələb etmiş olan köləliyə qarşı olan öncülərini izləyirdilər.

Bu öncülər toplumsal cinsiyyət təməlli nədənlərlə səs vermə haqqından məhrum qalarkən qaradərili erkəklərin bu haqqı qazanma ehtimalı ilə qarşılaşdıqlarında, ağdərili erkəklər ilə ağdərili üstünlüyü çərçivəsində iş birliyinə üstünlük verdilər.

Qaradərililərə daha çox haqq verilməsinə yönəlik mübarizə etdikləri tələblərə şahidlik edən dönəmin ağdərili feministləri, özləri üçün daha çox haqq tələb etmək üçün o anı seçmişdilər.

Bu bireylərin bəziləri, vətəndaşlıq haqları mübarizələrinin cinsiyyətçiliyin və cinsiyyətçi basqıların fərqinə varmalarına şərait yaratdığını iddia edirdilər. Təbii durum gerçəkdən belə olsaydı, fərqliliklə ilgili yeni qovuşmuş olduqları siyasi fərqindəliyin günümüzün feminist hərəkətini quramsallaşdırma biçimlərinə də bulaşması gözlənilə bilərdi.

Bu qadınlar, hərəkətin içinə, fərqlilikləri silərək və danaraq, irqi toplumsal cinsiyyətlə birlikdə ələ almayıb tamamən ələyərək girdilər.

Toplumsal cinsiyyəti önə çıxarmaq, ağdərili qadınların mərkəzi bir qonum ala bilmələri və bütün qadınları hərəkətə qatılmaya çağırmış olsalar belə, hərəkətin özlərinə aid olduğunu iddia edə bilmələri anlamına gəlirdi.

Başlanğıcda irq fərqini, ya da irqçilik əleyhinə mübarizəni ciddiyə almayan bir feminist hərəkətin içində doğan utopiyaçı bacılıq görüşü, qaradərili və ağdərili olmayan bir çox qadının təxəyyülünü ələ keçirə bilmədi. Hərəkətin başlanğıcından bəri aktiv olan qaradərili qadınların çoxu ön plana çıxmamağı seçdilər.

Feminist hərəkət başladığında, irqlərin inteqrasiyası hələ də çox az gerçəkləşirdi. Bir çox qaradərili ağdərililərlə haqq eşitliyi təməlində necə ilişki quracağını ilk dəfə öyrənirdilər.

Bireysəl olaraq feminizmi seçən qaradərili qadınların, öz irq fərqliliklərini işin içinə daxil etməkdə istəksiz davranmış olmaları da şaşırdıcı deyil.

Əsasən ağdərili qadınların genəlliklə sömürücü və basqıçı olduqlarını təcrübə etdikləri bir dünyada, ağdərili qadınların bacılığı oraya atmaları, qaradərili qadınlar üçün çox gözəl bir duyğu olmalı idi.

1970-ci illərin sonlarında və 1980-ci illərin əvvəllərində daha gənc bir qaradərili qadın – ağdərili olmayan qadın nəsli ağdərili qadının irqçiliyinə meydan oxudu. Bizlər, daha yaşlı qaradərili qadın müttəfiqlərimizdən fərqli olaraq, daha çox, ağdərililərin çox olduğu yerlərdə eyitim almışdıq.

Çoxumuz heç bir zaman ağdərili bir qadınla müqayisədə ikinci dərəcədə olmamışdıq. Çoxumuz iş gücünə qatılmamışdıq. Qadın hərəkəti içindəki irqçiliyi və ağdərili üstünlüyünü ələşdirmək baxımından daha yaxşı bir durumdayıq.

Qadınların cinsəl bir sinif oluşdurduqları düşüncəsini ortaya ataraq, hərəkəti ortaq əzilmişlik şüarı çevrəsində örgütlənməyə çalışan ağdərili qadınlar, qadınlar arasındakı fərqləri, qadınların paylaşdıqları bütün ortaq təcrübələri kölgələyən fərqləri qəbul etməkdən ən istəksiz olanlardı. İrq ən açıq fərq idi.

1970-ci illərdə Ain’t I a Woman: Black Woman and Feminism (Mənn Bir Qadın Deyiləmmi: ­Qaradərili Qadınlar və Feminizm) kitabının ilk taslağını yazdım. On doqquz yaşındaydım. Tam zamanlı bir işdə heç çalışmamışdım.

Güneydən, irq baxımından təcrid edilmiş kiçik bir qəsəbədən Stanfor Universitəsinə gəlmişdim. Ataərkil düşüncəyə qarşı çıxaraq böyümüşdüm, amma feminist politikanı mənimsədiyim yer universitə oldu.

Feminist siniflərə və bilinc yüksəltmə qruplarına qatılan tək qaradərili qadın olaraq, irq və toplumsal cinsiyyət qonuları ilə teorik olaraq ilgilənməyə başladım.

İrqçi önyarqıların feminist düşüncəni biçimləndirmə yollarının tanınmasını tələb etməyə və dəyişim çağrısı verməyə başladığım yer oraydı. Başqa yerlərdə də qaradərili və ağdərili olmayan qadınlar, birrysəl olaraq eyni ələşdirini edirdilər.

O günlərdə irqçilik gerçəyi ilə və irq fərqi ilə üzləşməyi istəməyən ağdərili qadınlar, irqi işin içinə gətirdiyimiz üçün bizləri xainliklə suçlayırdılar.

Haqsız bir şəkildə, əsas qonudan və toplumsal cinsiyyətdən uzaqlaşdığımızı düşünürdülər. əslində biz, qadınların statuslarına gerçəkçi yanaşılmasını və bu gerçəkçi anlayışın gerçək bir feminist politikanın təməlini oluşdurmasını tələb edirdik.

Hədəfimiz bacılıq təsəvvürünü düşürmək deyildi. Biz səmimi bir bacılığı mümkün edəcək somut bir dayanışma (həmrəylik) siyasətini yerləşdirməyə çalışırdıq.

Ağdərili ­qadınlarla ağdərili olmayan qadınlar, öz aralarında ağdərili üstünlüyündən qurtulmadıqları və feminist hərəkət təməldən irqçilik əleyhinə olmadığı sürəcə, arada gerçək bir “bacılıq” qurula bilməyəcəyini bilirdik.

İrq qonusundakı eləşdirəl müdaxilələr qadın hərəkətini yox etmədi, hərəkəti gücləndirdi. İrq qonusundakı danmağı ortadan götürmək, qadınların, fərqliliklərin hər səviyyədə bulunduğu gerçəyi ilə üzləşmələrinə yardım etti.

Nəhayətdə, imtiyazlı qadınların, özəlliklə də ağdərili qadınların sinifsəl mənfəətlərini o biri qadınların mənfəətlərinin üstündə tutmayan bir hərəkət oluşdurmaqdayıq. Bütün gerçəkliklərimizin danışıla bildiyi bir bacılıq təsəvvürü yaratdıq.

Dönəmin toplumsal ədaləti savunan heç bir hərəkətində qatılımçılar, irq qonusunda feministlər arasında gerçəkləşən və feminist teori və praktikanı yenidən düşünməyə yol açan türdən bir dialektik alış-verişdə olmadılar.

Feminist hərəkətə qatılanların, ələşdiri və meydan oxuma ilə qarşı qarşıya qalarkən, ədalət və özgürlük təsəvvürünə ürəkdən bağlı qalmış olmaları olqusu, hərəkətin dayanıqlılığının və gücünün açıq bir isbatıdır.

Bu bizə bunu göstərir:feminist düşünürlər keçmişdə nə qədər yanılqı da olurlar olsunlar, dəyişim iradəsi, mübarizə və özgürləşmə bağlamını yaratma istəyi, yanlış inanc və var sayımlar sürdürmə ehtiyacından daha güclüdür.

İllər boyunca feminist düşünürlərin irqin önəmini qəbul etməkdəki istəksizliyinə şahid oldum. Ağdərili üstünlüyündən vaz keçməyi rədd etməklərinə, irqçilik əleyhi bir feminist hərəkətin bacılıq bacılığı gerçəkləşdirəcək, təkcə siyasi təməl olduğunu qəbul etməkdəki istəksizliklərinə şahid oldum.

Ayrıca qadınlar danmaqdan, ağdərili üstünlüyü düşüncələrindən qurtulduqca, bilinclərdə gerçəkləşən devrimə də şahid oldum. Bu möhtəşəm dəyişimlər, feminist hərəkətə olan inancımı yenilədi və bütün qadınlara qarşı hiss etdiyim dayanışma duyğusunu gücləndirdi.

Genəl baxıldığı zaman, feminist düşüncə və feminist teorinin irq qonusundakı eləşdirəl müdaxilələrdən faydalandığı görülür. Tək sorunlu sahə, teorinin praktikaya çevrilməsi idi.

Ağdərili qadınlar, irq analizini feminist akademik çalışmaların böyük bölümünə soxmuş olsalar da bu anlayışın, ağdərili qadınlarla ağdərili olmayan qadınlar arasındakı gündəlik ilişkilər üzərində çox böyük bir etkisi olmalıdı.

İrq baxımından fərqliliklərə sahib olan bir toplumda, qadınlar arasında irqçilik əleyhinə ilişkilər qurmaq çətindir. İş yerlərinin çeşitliliyinə baxmayaraq, bir çox insan hələ öz qrupundan olan insanlar arasında ictimailəşir.

İrqçilik və cinsiyyətçilik bir araya gəldiyi zaman, qadınların arasında zərərverici ­sınırlar ­yaradır. Bunu dəyişdirməyi hədəfləyən feminist strategiyalar, bu günə qədər çox faydalı olmadılar.

Sevgi və siyasi dayanışma əlaqələrinin ortaya çıxacağı bir alan oluşdurmanın çətinliklərini aşmış ağdərili qadınlarla ağdərili olmayan qadınların, başarı ilə uyğulanmış strategiyaları və yöntəmləri paylaşması gərəkir. Fərqli irqlərdən gənc qızlar arasındakı ilişkiyə az qala bütünlüklə diqqət edilmir.

Ağdərili gənc qızların cinsiyyətçi şərtlənmə qarşısında ağdərili olmayan gənc qızlardan bir şəkildə daha savunmasız olduqlarını göstərməyə çalışan ön yarqılı feminist akademik çalışmalar, ağdərili üstünlükçü bəlirli bir ehtimalı davam etdirməkdən başqa bir işə yaramır.

Bu ön yarqılı varsayım budur: ağdərili qadınlar, maraqları və dərdləri haqda başqa qruplardan daha çox diqqətə ehtiyac görür və daha çox diqqətə layiqdirlər, Amma rəngli gənc qızlar, ağdərili qadınlardan fərqli davranışlar sərgiləyə bilsələr də, ancaq cinsiyyətçi şərtlənməni içsəlləşdirməklə qalmayır, böyük ölçüdə və düzəlməyəcək şəkillərdə cinsiyyətçiliyin qurbanı olurlar.

Feminist hərəkət və özəlliklə viziyoner qaradərili aktivistlər, irqin və irqçiliyin yenidən düşünülməsinə yol açdılar. Bunun, toplumumuzun bütünü üstündə olumlu etkiləri oldu. Amma yerləşik qəbul görmüş toplumsal ələşdirilər bu olqunu çox az qəbul edir.
İrq və feminist hərəkət içindəki irqçilik üzərinə olduqca çox yazmış bir feminist teorisiyən olaraq, meydan oxuması və dəyişməsi gərəkən daha bir çox şeyin olduğunu bilirəm.

Ancaq bu günə qədər meydana gələn böyük dəyişimləri qutlamaq da eyni dərəcədə önəmlidir. u qutlama, yəni zəfərlərimizi anlamamız və model olaraq yararlanmamız, bunların kütləsəl əsaslı və irqçilik əleyhi bir feminist hərəkətin oluşmasında sağlam bir təməl oluşdurmalarına xidmət edəcəkdir.

11
ZORAKILIĞA SON VERDİRMƏK

Günümüzün feminist hərəkətinin açıq arayla yayqınlaşmış olan olumlu müdaxilələrindən biri; ev içi zorakılıq və bu zorakılığın sona çatdığını görmək istəyirsək düşüncədə və əməldə gerçəkləşməsi gərəkən dəyişikliklər haqqında böyük bir kültürəl maarifləndirmə yaratmaq və bu maarifləndirməyi sürdürmə fəaliyyətidir.

Günümüzdə ev içi zorakılıq sorunu, kütlə mediasından ilk okullara qədər o qədər geniş bir çevrədə danışılır ki, davam edən ev içi zorakılıq gerçəyinin üstündəki örtüyü qaldıran və onu sərgiləyən gücün feminist hərəkət olduğu bir çox zaman unudulur.

Feministlər ev içi zorakılığa odaqlandıqlarında, başlanğıcda qadına qarşı erkək zorakılığını vurğuladılar. Buna baxmayaraq, hərəkət irəlilədikcə, həmcinslər arasında olan ilişkilərdə də ev içi zorakılığın var olduğu isbatlandı.

Qadınlarla ilişki içindəki qadınların keçmişdə və günümüzdə də sıxlıqla əziyyət qurbanı olduğu, uşaqların da qadınlar və erkəklər tərəfindən göstərilən yetişkin ataərkil zorakılığa məruz qaldığı ortaya çıxdı.

Ev içindəki ataərkil zorakılıq, daha güclü olan şəxsin digər şəxsləri zordan istifadənin çeşidli biçimləri ilə kontrol etməsinin qəbul edilə bilər bir şey olduğuna duyulan inanca dayanır.

Ev içi zorakılığın bu genişlədilmiş tanımı, qadına qarşı erkək zorakılığını, həmcinslər arasındakı zorakılığı və uşaqlara qarşı yetişkin zorakılığını içərir “ataərkil zorakılıq” termini faydalıdır, çünki daha çox qəbul görən “ev içi zorakılıq” sözünün əksinə, ev içindəki zorakılığın cinsiyyətçiliyə və cinsiyyətçi düşüncəyə, erkək hakimiyyətinə bağlı olduğunu sürəkli xatırladır.

Eviçi zorakılıq termini, çox uzun zamandan bəri ev içində göstərilən zorakılığın özəl və ev dışında göstərilən zorakılıqdan daha az təhlükəli olduğunu, daha az qorxunc olan məhrəm bir bağlamda ortaya çıxdığını önə sürən “yumşaq” bir termin olaraq işlədildi.

Bu doğru deyil, çünki qadınlar ev içində, eşikdə olduğundan daha çox döyülüb öldürülürlər. Ayrıca bir çox insan, yetişkinlər arasındakı zorakılığı uşaqlara qarşı zorakılıqdan ayrı və fərqli görürlər, amma elə deyil.

Uşaqlar sıxlıqla analarını ər, ya da bir erkək arxadaş tərəfindən vurulmaq istədiyində qorumağa çalışarkən pis davranışa məruz qalırlar, ya da zorakılıq və əziyyətə şahidlik edərək duyğusal anlamda zərər görürlər.

Eynən bu ölkənin vətəndaşlarının böyük bir qisminin eşit işə eşit maaş ödənilməsi gərəkdiyinə inanması kimi, bir çox insan erkəklərin qadın və uşaqları döyməsi gərəkdiyini düşünür.

Ancaq özlərinə, ev içi zorakılığın cinsiyyətçiliyin birbaşa sonucu olduğu, cinsiyyətçiliyə son qoyulmadan ev içi zorakılığın da sona çatmayacağı söyləndiyində, bu məntiq sıçramasını gerçəkləşdirə bilmirlər. Çünki bu toplumsal cinsiyyət haqqındakı təməl düşünmə biçimlərinə meydan oxumasını və bunların dəyişdirilməsini gərəkdirir.

Mən də feminist hərəkətin bütün zorakılıq biçimlərini sona çatdırmağı hər şeyin önündə tutan bir gündəmi olması gərəkdiyini savunan az saydakı feminist teorisiyəndən biriyəm. Qadına qarşı ataərkil zorakılıqla ilgili feminist vurğu, bizim birinci dərdimiz olaraq qalmalıdır.

Yenə də qadına qarşı erkək zorakılığını, bunun digər ataərkil zorakılıq biçimlərindən daha qorxunc olduğunu işarə edən bir tərzdə vurğulamaq feminist hərəkətin çıxarlarına xidmət etməkdədir. Bu ataərkil zorakılığın böyük bur qisminin cinsiyyətçi qadınlar və erkəklər tərəfindən uşaqlara uyğulandığı gerçəyini qaranlıqda buraxır.

Reformist feminist düşünürlər, qadına qarşı erkək zorakılığına ciddi şəkildə diqqət çəkməyə çalışarkən hələ bir çox zaman tək zərər çəkən hər zaman qadın imiş kimi bir tablo çəkməyi seçirlər.

Uşaqlara qarşı bir çox vəhşi hücumun qadınlar tərəfindən gerçəkləşdirildiyi olqusu eşit dərəcədə vurğulanmayır və ataərkil zorakılığın digər bir ifadəsi olaraq görülmür. Amma artıq bilirik ki, uşaqlar yalnızca ataərkil zorakılığın birbaşa hədəfi olduqlarında deyil, zorakılıq içərən davranışlara şahid olmaya zorlandıqlarında da zorakılığa məruz qalırlar.

Bəlkə feminist düşünürlərin hamısı, qadınlar tərəfindən edilən ataərkil zorakılığı qadına qarşı erkək zorakılığı ilə eyni yerə qoyaraq buna hirsləndiklərini ifadə etsəydilər, ictima da ataərkil zorakılığa diqqət çəkmə işlərini erkək qarşıtı bir gündəm olaraq dəyərləndirməz və rahatlıqla rədd edə bilməz idi.

Bir çox araşdırma qadınların daha çox zorakılıq etmə meylində olduğunu göstərsə də, qadınlar tərəfindən uyğulanan ataərkil zorakılığın zərərlisi olan yetişkinlər, qadınların zorakılıq içərən davranış göstərməkdən muaf olmadığını bilirlər.

İşin doğrusu, uşaqların hansı sıxlıqla qadın zorakılığının nəsnəsi olduqları gerçəyi haqqında danışacaq, örgütlü, kollektiv bir səsləri yoxdur. Qadınların və erkəklərin göstərdiyi zorakılıq üzündən tibbi müalicəyə ehtiyac duyan çox sayda uşaq olmasa, əlimizdə qadınların zorakılığını bəlgələyən səbəb də olmayacaqdı.

Bu soruları ilk olaraq Feminist Theory: From Margin to Center (Feminist Teori: Çevrədən Mərkəzə) adlı kitabımın “Zorakılığı sonlandırmaq üçün feminist hərəkət” bölümündə dilə gətirdim və bunları dedim:

Davam edən feminist mübarizənin qadına qarşı zorakılığı sona çatdıra bilməsi üçün, bu mübarizənin zorakılığı sona çatdırmağa doğru bütün bir hərəkətin birləşəni olaraq görülməsi gərəkir.

Feminist hərəkət indiyə qədər birinci olaraq erkək zorakılığına odaqlandı və sonuc olaraq erkəyin zorakılığa meyilli olduğuna, qadının isə olmadığına, erkəklərin əziyyəti, qadınların zərərli olduğuyla ilgili cinsiyyətçi sıradan fikirlərə inanma gücünü artırdı.

Amma bu toplumda qadınlar (erkəklər ilə birgə), basqın bir tərəf, ya da qrupun hökm etdiyi insanlar üstündəki iqtidarını qaba güc tətbiq edərək əldə tutmasını qəbul edə bilər bir şey olduğunu düşünürlər.

Söhbəti keçən düşüncə tərzi, bunu gözardı etməmizə yol aça bilər. Qadınların, başqaları üstündə nə dərəcə qaba gücdən istifadə etdiklərini, ya da zorakılıq içərən davranışlar sərgilədiklərini gözdən qaçırmamamıza, ya da görməzdən gəlməmizə nədən olur.

Qadınların, zorakılıq içərən əməlləri erkəklər qədər sıx gerçəkləşdirməmələri, qadın zorakılığı gerçəyini ortadan qaldırmaz. Əyər zorakılığı ortadan qaldırmaq istəyirsək, bu toplumdakı bütün qadın və erkəklərin zorakılıqdan istifadəsini dəstəklədiyini görməyimiz gərəkir.

Əsla zorakılıq etməyən, ancaq uşaqlarına, özəlliklə də oğlan uşaqlarına, zorakılığın toplumsal kontrola səbəb olma yolunda qəbul edilə bilər bir arac olduğunu öyrədən bir ana da ataərkil zorakılıqla şərti döyüş içərisindədir. Bu ananın düşüncə tərzi ­dəyişməlidir.

Bir çox qadının (az sayda qadın həyatlarındakı erkəkləri döysə də) erkəkləri hakimlik altına almaq üçün zor qullanmadığı açıqdır. Ancaq bir çox qadın, otoritə sahibi bir insanın, otoritəsini əlində tutmaq üçün güc qullanma haqqına sahib olduğuna inanır.

Valideynlərin çoxu, uşaqlarına qarşı bir sıra fiziksəl və ya sözlü saldırı biçimləri qullanır.

Qadınlar uşaqların birinci basqıcısı olaraq aldığından dolayı, faktlar bu gerçəyi ortaya çıxarır: qadınlara (ana-uşaq ilişkisində olduğu kimi) iqtidar verən bir hakim kültürü içərisindəki hiyerarxik sistem daxilində qadınlar, hakimiyyəti əllərində tutmaq üçün sıxlıqla qaba gücdən istifadə edir.

Hakim olmaq kültüründə hər kəs, zorakılığı qəbul edə bilər bir toplumsal kontrol aracı olaraq görəcək şəkildə toplumsallaşır.

Egəmən kəsimlər (istər qadın-erkək, istər valideyn-uşaq ­ilişgilərində olsun) yerləşmiş hiyerarxik yapının təhdid edildiyini gördüklərində iqtidarlarını fiziksəl və ya duyğusal əziyyətə əsaslanan bir cəzanın (bunu uyğulasınlar, ya da uyğulamasınlar) hazırda gözlədiyi təhdidi ilə əllərində tutmağa çalışırlar.

Qadına qarşı erkək zorakılığı, meydanın çox ilgisini çəkdi (OJ. Simpson davası kimi gerçək həyatdan örnəklər təfərindən də vurğulandı). Ancaq bu maarifləndirmə Amerika toplumunda, bu zorakılığın altında yatan nədənlərə və ataərkiyə meydan oxumağa yönəltmədi.

Cinsiyyətçi düşüncə, erkək hakimliyi və onun bir sonucu olan zorakılığı dəstəkləməyə davam edir. Bir çox işsiz erkək və işçi sinfi erkəyi, ağdərili üstünlükçü ataərki içindəki işlərində özlərini güclü hiss etmirlər və mütləq otoritə sahibi olacaqları, mütləq sayğı görəcəkləri tək yerin ev olduğunu hiss etmə haqqında cəsarətləndirirlər.

Erkəklər, yönətici sinfin erkək qrupları tərəfindən ictimailəşdirirlər. Beləcə toplumsal iş dünyasındakı hakimliyi qəbul edir, evin özəl dünyasının və məhrəm ilişkilərinin erkəklik ilə eyni dəyərdə görüb iqtidar duyğusunu onaracağına inanırlar.

Bəzi erkəklər, işçi sıralarında yer alan və daha az əməkhaqqı alan erkəklərin sayısı artdıqca, ya da daha çox qadın iş dünyasına girdikcə, cinsiyyətçi cinsiyyət rolları hiyerarxiyasında iqtidar və hakimliyi yerləşdirmənin və əldə tutmanın tək ­yolunun zorakılıq etmək olduğu hissinə qapılır.

Qadınları mümkün olan hər türlü aracla yönətmə haqqında sahib olduqlarını söyləyən cinsiyyətçi düşüncəyi unutmadıqları sürəcə, qadına qarşı erkək zorakılığı norm olmağa davam edəcəkdir.

Feminist düşüncənin ilk zamanlarında aktivistlər, qadına qarşı erkək zorakılığı ilə imperialist militarizm arasında bənzərlik qurmağı atladılar. Bu bağlantının qurulmamasının nədəni, erkək zorakılığına qarşı olanları genəldə militarizmi qəbul etmələri və hətta onun dəstəkçisi olmaları idi.

Cinsiyyətçi düşüncə, erkək uşaqları (xəyalda yaxşı uşaq-pis uşaq davalarında, ya da imperializmin millətlər üzərindəki gücə əsaslanan iqtidarını təmin edəcək əsgərlər halında) “qatillər” olaraq ictimailəşdirdiyi sürəcə, qadınlara və uşaqlara qarşı ataərkil zorakılıq sürəcəkdir.

Keçən bir neçə ildə, fərqli sinifsəl keçmişlərə sahib gənc erkəklər qorxunc zorakılıq olayları gerçəkləşdirdiyində, bu olaylar bütün ölkə tərəfindən məhkum edildi. Ancaq bu zorakılıq cinsiyyətçi düşüncəyə bağlama qonusunda çox az girişim var idi.

Feminist Theory: From Margin to Center (Feminist Teori: Çevrədən Mərkəzə) adlı kitabımda zorakılıqla ilgili bölümü, erkəklərin zorakılığı qəbul edən, ona göz yuman və onu davam etdirən, zorakılıq kültürünü yaradan tək kəsim olmadığını vurğulayaraq sonlandırıram.

Qadınları, zorakılığa göz yummadakı rolları qonusunda sorumluluq almağa çağırıram:

Sadəcə, qadına qarşı erkək zorakılığına diqqət çəkərək, ya da militarizmi, sadəcə, erkək zorakılığının fərqli bir ifadəsi halına gətirərək, zorakılıq sorununu gərəkdiyi şəkildə ələ alma imkanını itirir və tutarlı dirəniş strategiyaları və çözümləri gəlişdirməyi də zorlaşdırmış oluruq…

qadına, uluslara və ya gəzəgənə qarşı erkək zorakılığı sorununun ciddiyyətini azaltmadan, erkəklərin və qadınların birlikdə Amerika Birləşmiş Dövlətlərini bir zorakılıq kültürü halına gətirdiklərinin və bu kültürü dönüşdürüb yenidən yaratmaları gərəkdiyinin fərqinə varmalıyıq.

Qadınlar və erkəklər, zorakılığın toplumsal kontrol mexanizması olaraq qullanılmasının bütün təzahürlərinə qarşı çıxmalıdır: savaş, qadına qarşı erkək zorakılığı, irqçi zorakılıq və digər zorakılıqları qadına qarşı erkək zorakılığını sona çatdırmaq yönündəki feminist çalışmalar, bütün zorakılıq biçimlərini sona çatdırmağa qarşı bir hərəkət oluşduracaq şəkildə ­genişləməlidir.

Özəlliklə valideynlərin uşaqlarını zorakılıq içərməyən yollarla böyütməyi öyrənmələri böyük bir önəm daşıyır. Çətin durumlarla yola gələ bilmək üçün tək yol bu olduğu sürəcə uşaqlarımız zorakılıqdan vaz keçməyəcəkdir.

Bizim ölkəmizdə zorakılıq qonusuyla ilgilənən xalq kütlələri, bu zorakılığı ataərkil düşüncəyə ya da erkək hakimliyinə bağlamağı qərarlı bir şəkildə rədd edirlər. Feminist düşüncə bir çözüm yolu sunur. Bu çözümü hər kəsə uyğun hala gətirmək də bizim görəvimizdir.

12
FEMİNİST ERKƏKLİK

Günümüzün feminist hərəkətinin ilk dönəmlərində, hərəkət içində qəzəbli bir erkəyə qarşı dəstə var idi. Heteroseksual qadınlar hərəkətə, erkəklərin qəddar, zalim və sədaqətsiz olduqları, zorakılıq etdikləri ilişkilərin içindən gəlmişdilər.

Bu erkəklərin çoxu, toplumsal ədalət hərəkətlərinə qatılmış olan, işçilər və yoxsullar adına qarşı, irq adətlərindən bəhs edən radikal düşünürlər idilər. Ancaq iş toplumsal cinsiyyət qonusuna gəldiyində, onlar da ən az mühafizəkar işbirlikçiləri qədər cinsiyyətçi idilər.

Qadınlar bu ilişkilərdən qəzəblə çıxmışdılar və bu qəzəbi, qadınların özgürləşməsi üçün hərəkətverici bir güc olaraq qullandılar. Feminist düşüncə və hərəkət gəlişdikcə, aydınlanmış feminist aktivistlər sorunun erkəklər olmadığını, sorunun ataərki, cinsiyyətçilik və erkək hökm sürməyi olduğunu gördülər.

Sorunun ­yalnızca erkəklərdən qaynaqlanmadığı gerçəyi ilə üzləşmək çətin oldu. Gerçəkliyin daha qarışıq bir şəkildə teorizə edilməsi gərəkliliyi ilə üzləşmək, qadınların cinsiyyətçiliyin qorunması və davam etdirilməsində oynadıqları rolun təslim edilməsini gərəkdirdi.

Daha çox qadın erkəklərlə olan yıxıcı ilişkilərdən qaçdıqca rəsmin bütününü görmək daha rahat hala gəldi. Tək-tək erkəklər ataərkil imtiyazlardan vaz keçsələr belə ataərkil, cinsiyyətçi və erkək basqı sisteminin əl dəymədən sürəcəyi və qadınların sömürülməyə və/və ya əzilməyə davam edəcəyi anlaşıldı.

Mühafizəkar kütlə mediası, sürəkli, feminist qadınları erkək düşməni olaraq təmsil etdi. Hərəkət içində erkəklərə qarşı bir dəstə və ya hissiyyat olduğunda, feminizmin etibarını zədələmək üçün bunu önə çıxartdılar.

Feministlərin erkək düşməni olaraq göstərilməsinin altında, erkəklər arasındakı anti-feminist duyğuları, homofobiyə (Eşcinsəllik qorxusu) xitab edərək daha çox diqqəti yönəltdi. O halda ki, günümüzün feminist hərəkəti hələ on yaşını doldurmadan, feminist düşünürlər ataərkinin erkəklərə necə zərər verdiyi haqqında da danışmağa başlamışdılar.

Feminist politika, erkək hökm etməyinə qarşı qəzəbli eləştirimizi dəyişdirmədən, ataərkinin, erkəklərə cinsiyyətçi bir erkək kimliyini ­əsaslandıraraq onları da bəzi haqlardan məhrum buraxdığının qəbul edilməsini içərəcək şəkildə genişlədi.

Anti-feminist erkəklərin hər zaman güclü bir ictimai səsi olubdur, feminist düşüncədən və feminist aktivistlərdən qorxan və nifrət edən erkəklər, kollektiv güclərini bir araya gətirməkdə və hərəkətə saldırmaqda gecikməlidir.

Ancaq hərəkətin başlanğıcından etibarən, feminist hərəkətin toplumsal ədalət hərəkəti olduğunu və bu ölkənin tarixində erkəklərin dəstəklədiyi bütün digər radikal hərəkələr qədər dəyər daşıdığını təslim edən kiçik bir erkək qrupu var idi.

Bu erkəklər mübarizədə yoldaşımız və müttəfiqimiz oldular. Hərəkətdə aktiv olan heteroseksual qadınlar, feminizmlə barışmaq üçün mübarizə edən erkəklərlə yaxın ilişkidəydilər.

Bu erkəklərin feminist düşüncəyə keçmələri, sıxlıqla, ya bu məsələyə sahib çıxacaq şəkildə ilri bir addım atmaları və ya qurtulmuş olan yaxın ilişkilərin sona çatması riskini gözə ala bilməmələrilə əlaqəli idi.

Feminist hərəkət içindəki erkəyə qarşı dəstələr, cinsiyyətçiliyə qarşı erkəklərin varlığını istəmədilər. Çünki onların varlığı bütün erkəklərin basqıçı olduğu ya da bütün erkəklərin qadınlardan nifrət etdiyi şəklindəki müqavimət göstərmələrinə qarşı çıxmasına xidmət etdi.

Daha çox sinif atlama arayışında olan, erkəkləri və qadınları mütləq əzən/əzilən ­kateqoriyalarına yerləşdirmək surətilə qütbləşdirmək üzrə ataərkil iqtidar biçimlərinə varmağa çalışan feminist qadınların çıxarına xidmət etdi.

Onlar bütün qadınları zərərli göstərmək üçün bütün erkəkləri düşmən olaraq tanımladılar. Erkəklərə odaqlanmaq, diqqətləri feminist aktivistlərin sinifsəl imtiyazlarından və öz sinifsəl iqtidarlarını gücləndirmə istəklərindən uzaqlaşdırdı.

Bütün qadınları erkəkləri rədd etməyə çağıran bu aktivistlər, həm qadınlar və həm erkəklər arasındakı şəfəqqətli bağları həm də qadınları cinsiyyətçi erkəklərə bağlayan (olumlu, ya da olumsuz) ekonomik və duyğusal bağları diqqətə almağı rədd etdilər.

Erkəklərin mübarizə içindəki yoldaşlar olaraq qəbul edilməsini istəyən feministlər, heç bir zaman kütlə mediasının ilgisini çəkmədilər. Erkəklərin düşmən görülərək şeytanlaşdırılmasını ələşdirən teorik çalışmamız, erkəyə qarşı qadınların perspektivini dəyişdirmədi.

Qadına qarşı bir erkək hərəkətinin doğulmasına yol açan da, erkəkliyin olumsuz bir şəkildə tanımlanmasına duyulan reaksiya idi. “Erkək qurtuluş hərəkəti” üzərinə yazarkən bu hərəkətin altında yatan opportunizmə diqqət çəkdim:

Bu adamlar özlərini, erkəkləri özgürləşdirmək üçün çalışan cinsiyyətçilik zərərkeşləri olaraq tanımladılar.

Qatı cinsiyyət rollarını, öz zərərli oluşlarının birinci dərəcəli qaynağı olaraq tanımladılar və erkəklik düşüncəsini dəyişdirmək istəmələrinə baxmayaraq, qadınların cinsiyyətçi bir şəkildə sömürülmələri və əzilmələri qonusunda özəl bir qayğıları yox idi.

Erkək hərəkəti bir çox yöndən, qadın hərəkətinin ən olumsuz yönlərini yansıdan bir ayna kimi idi.

Feminist hərəkət içindəki erkəyə qarşı qruplar sayıca az olsa da, feminist qadınların kamusal təxəyyüldəki erkək düşməni imajlarını dəyişdirmək çətin idi. Erkəklər, təbii ki, feminizmi erkək düşmənliyi olaraq xarakterizə edərək, diqqətləri erkək basqısının daşıdığı hesab vermə məcburiyyətindən başqa bir yönə yayındı.

Əyər feminist hərəkət, erkəklik üçün daha özgürləşdirici görüşlər suna bilsəydi, hərəkəti erkəyə qarşı göstərərək ortadan qaldırmaq hər kəs üçün imkansız olacaqdı. Feminist hərəkət, qadın və erkəklərdən oluşan geniş bir kütləyi özünə çəkməkdə böyük ölçüdə başarısız oldu.

Çünki bizim teorimiz, sadəcə erkəklərin cinsiyytçiliyə qarşı olmaq üçün etmələri gərəkənlər qonusunda deyil, alternativ bir erkəkliyin necə bir şeyə bənzəyəcəyi qonusunu ələ almaq xüsusunda da yetərincə etkili ola bilmədi.

Feminist hərəkət, ya da erkək hərəkəti tərəfindən sıxlıqla ataərkil erkəkliyə alternativ olaraq göstərilən, erkəklərin daha “qadınsı” (qadınvari) hala gəlmələri görüşü idi. Ortaya atılan ­qadınsılıq (qadınvarilik) ­düşüncəsi, cinsiyyətçi düşüncənin içindən doğulmuşdu və ona bir alternativ təşkil ­etmirdi.

O zaman və indi ehtiyac duyulan şey, şəxsin özünə duyduğu sayğı və sevginin kimliyin təməlini oluşdurduğu bir erkəklik təsəvvürüdür. Hökm etmə kültürləri, özsayğıya (insanın özünə göstərdiyi sayğı) saldırar və onun yerinə varlıq hissimizi başqaları üzərindəki basqımızdan aldığımız düşüncəsini yerləşdirir.

Ataərkil erkəklik, erkəklərə, mənlik və kimlik hisslərinin, varoluş nədənlərinin, başqalarına hökm etmə kapasitələrində yatdığını öyrədir. Erkəklər, bunu dəyişdirmək üçün gəzəgənin, daha gücsüz erkəklərin, qadınların və uşaqların üzərindəki erkək basqısını ələşdirmək və ona meydan oxumaq zorundadır.

Ancaq eyni zamanda feminist erkəkliyin necə bir şey olduğu qonusunda aydın bir təxəyyülə sahib olmaları gərəkməkdədir. Çünki insan xəyal belə edə bilmədiyi bir şeyə necə dönüşə bilər? Söz qonusu təxəyyül isə, istər erkək istərsə qadın feminist düşünürlərə görə aydınlaşdırılmağı gözləyir.

Devrimçi sosial ədalət hərəkətlərində də sıxlıqla yaşandığı kimi bizlər də, soruna bir ad qoyma məsələsində, onu çözməkdə olduğumuzdan daha yaxşıyıq.

Ataərkil erkəkliyin, erkəkləri, xəstə bir şəkildə narsist, uşaqvarı olmağa və sadəcə erkək olaraq doğulduqları üçün qazandıqları imtiyazlara (bunlar nisbi də olsa) psixoloji olaraq bağımlı qalmağa ürəkləndirdiyini bilirik.

Bir çox erkək, anlamlı bir çəkirdək kimlik qura bilmədikləri üçün, bu imtiyazların əllərindən alınmasının həyatlarını təhdid etdiyini his edər.

Erkək hərəkətinin, erkəklərə, olumlu bir şəkildə, içlərindəki itmiş oğlan uşağını geri almaq və ruhlarını, ruhsal gəlişmələrini bəsləmək üçün öz duyğularına necə yenidən bağlanacaqlarını öyrətməyə çalışması buna görədir.

Gənc erkəkləri hədəf alan, onların cinsiyyətçi köklər üzərində yüksəlməyən bir kimlik qurmaqlarına nədən olacaq, dəyərli bir feminist ədəbiyyat ortaya çıxmayıbdır. Cinsiyyətçiliyə qarşı erkəklər, uşaqlıq və özəlliklə də yetkinlik çağındakı erkəklərin gəlişimini içərən bir eləştirəl bilincə dair yetərsiz bir eyitim görüblər.

Bu boşluğun bir sonucu olaraq feminist perspektivlər, erkək uşaqlarının necə yetişdiriləcəyi qonusunun ölkə miqyasında diqqət çəkdiyi bu günlərdə, bu dartışmaların ancaq nadirən bir parçası olurlar.

Burası trajikdir ki, anaların sağlıqlı erkək uşaqları yetişdirməyəcəklərilə bağlı, erkək uşaqların, erkəkliyin, disiplini və otoritəyə boyun əyməsini vurğulayan ataərkil militarist düşüncələrindən “yarar görəcəklərinə” dair yıxıcı və qadın düşməni fərziyyələrin yenidən güc qazandığına şahid oluruq.

Erkək uşaqlarının sağlıqlı bir özsayğıya ehtiyacları var. Sevgiyə ehtiyacları var. Bu nədənlə düşüncəli və sevgi dolu feminist politikalar, erkək uşaqlarının həyatlarını qurtaracaq yeganə təməli oluşdura bilirlər. Ataərki onları yaxşılaşdırmayacaqdır. Əyər elə olsaydı, indi hamısının yaxşı durumda olması gərəkirdi.

Bu ölkədəki bir çox erkək, kimliklərinin doğası qonusunda sıxıntı çəkir. Ataərkiyə olduqca çox yapışsalar belə, bir başa ataərkinin sorunun bir parçası olduğunu sezməyə başlayırlar.

İşsizlik, əmək haqqı olan işin razı etməyən təbiəti və qadınların getdikcə artmış olan sinifsəl iqtidarı, zəngin və güclü olmayan erkəklərin durduqları yeri dərk etmələrini çətinləşdirmişdir. Ağdərili, üstünlükçü, kapitalist ataərki, verdiyi vədlərin hamısını gerçəkləşdirməyə qadir deyil.

Bir çox erkək acı çəkir, çünki bu vədlərin ədalətsizlik və basqıyla əlaqəli olduğu və gerçəkləşməsi halında belə, erkəklərə əsla zəfər qazandırmayacağı gerçəyi ilə üzləşdirmələrinə yardım edə biləcək, özgürləşdirici eləştirilər ilə qarşılaşmayırlar.

Bir yandan özgürləşməyi denərkən, bir yandan da ağdərili üstünlükçü kapitalist ataərkil düşünmə biçimlərini (ki ruhlarını öldürən də budur) mənimsəyirlər. Bu üzdən, eynən bir çox oğlan uşağı kimi, onlar da yollarını itiriblər.

Feminist erkəkliyi mənimsəyən, gənc olan və olmayan bütün erkəkləri sevən, gənc qızlar və ­qadınlar üçün istədiyimiz bütün haqları erkəklər üçün də tələb edən bir feminist görüş, Amerika erkəyini yeniləyə bilər.

Feminist teori hamımıza, özəlliklə də ədaləti və özgürlüyü necə həyatı gücləndirəck və olumlayacaq şəkildə sevəcəyimizi öyrədir. Feminist erkəkliyin gəlişə biləcəyi bir dünyanı necə yaradacağımızı göstərəcək yeni strategiyalara, yeni teorilərə və rəhbərlərə ehtiyacımızın olduğu açıqdır.

13
FEMİNİST VALİDEYNLİK

Uşaqların üstündəki feminist odaqlanma, günümüzün radikal feminist hərəkətinin mərkəzi bölümlərindən biri idi. Qadınlar, uşaqlarını cinsiyyətçilik olmadan yetişdirərək cinsiyyətçiliyə qarşı bir hərəkətə ehtiyac duymayacaq bir dünya yaratmağı umdular.

Uşaqlara diqqət yetirmə, cinsiyyətçi cinsiyyət rollarına və bunların uşaqlara, doğulduqları andan etibarən əsaslandırma yollarına təkid etdi. Uşaqlar söz qonusu olduğunda, feministlərin diqqəti demək olar ki, hər zaman qız uşaqlarına idi. Cinsiyyətçi ön yarqılara saldırılıb alternativ imgələr önərilirdi.

Bəzən, oğlan uşaqların cinsiyyətçi olmayan bir biçimdə yetişdirilməsi ehtiyacına təkid edilirdi. Ancaq bir çox zaman genəl olaraq erkək ataərkilliyi tənqidi, erkəklərin bütün qadınlardan daha yaxşı bir durumda olduğu şəklindəki isrardan ­qaynaqlanırdı.

Oğlan uşaqlarının hər zaman qız uşaqlarından daha çox imtiyaz və gücə sahib olduğu varsayımı (ehtimal), feministləri qız uşaqlarına öncəlikli olaraq diqqət yetirməyə yönəltdi.

Feminist düşünürlərin ailələrin içindəki cinsiyyətçiliklə məşğul olarkən qarşılaşdıqları ilk çətinliklərdən biri, cinsiyyətçi düşüncənin daşıyıcılarının yarısını qadınların oluşdurması idi.

Uşaqlara baxan yetkin bir erkəyin mövcud olmadığı evlərdə belə qadınlar uşaqlarına cinsiyyətçi düşüncəni öyrətdilər və öyrətməyə davam edirlər.

İronik bir biçimdə, bir çox insan, qadınların rəislik etdiyi evlərin avtomatik olaraq anaərkil olacağını var sayan, gerçəkdə, ataərkil toplumda ev rəisi olan qadınlar, bir erkək fiqorunun yoxluğundan dolayı özlərini suçlu hiss etməkdə və özəlliklə də oğlan uşaqlara cinsiyyətçi dəyərləri axtarma qonusunda aşırı bir diqqət sərgiləməktədir.

Yaxın zamanlarda, toplumda yayqın olan mühafizəkar aparıcı media orqanları “alimləri”, bütün sinif və irqlərdən gənc erkəklərin gerçəkləşdirdiyi zorakılıqların qaynağını, evli olmayan qadınların sağlıqlı bir oğlan uşağı böyütmələrinin mümkün olması ilə açıqladılar.

Təbii ki, bu doğru deyil. Faktlar, toplumumuzda ən sevgi dolu və ən güclü erkəklərdən bəzilərini ərsiz analar tərəfindən böyüdüldüyünü göstərməktədir.

Yenə bir çox insanın, təkbaşına uşaq böyüdən, özəlliklə də erkək uşaq böyüdən qadınların onlara ataərkil erkəklər olma yollarını öyrətməyəcəkləri şəklindəki varsayımına diqqət çəkmək gərəkir. Bu da doğru deyil.

Ağdərili üstünlükcü, kapitalist, ataərkil hakim kültürdə uşaqların haqları yoxdur. Feminist hərəkət, bizim bu toplumdakı kültürümüzün, uşaqları sevməyən, onları bir mülk olaraq görən və valideynlərin uşaqlara nə istərsə edə biləcəyinə inanmağı sürdürən bir kültür olduğuna diqqət çəkən ilk toplumsal ədalət hərəkəti idi.

Uşaqlara yönəlik yetkin zorakılığı, toplumumuzda bir normdur. Problem budur ki, feminist düşünürlər, sırf uşaqların baxımının əsas sorumlusu olmaları üçün qadınların genəlliklə uşaqlara qarşı zorakılığın əsl amilləri olduğu gerçəyinə əsla diqqət çəkmək istəmədilər.

Feminist hərəkətin, ev içindəki erkək hökm sürməyi erkəklərin uşaqları cinsəl olaraq əziyyət etdikləri bir otokrasi (hökmdarın bütün qüdrəti əlinə keçirdiyi durum) yaratdığı faktına sıxlıqla diqqət çəkməsi çox önəmli və devrimçi bir tutumdur.

Ancaq başqa bir gerçək də budur: uşaqlar hər gün qadınların və erkəklərin sözlü və fiziki qısnamalarına məruz qalırlar. Analıq sadizmi, qadınları sıxlıqla uşaqları duyğusal anlamda sömürgəyə sürüklər və feminist teori, uşaqlara yönəlik yetkin qadın zorakılığı qonusunda, hələ nə bir feminist tənqid, nə də feminist bir müdaxilə etmişlər.

Uşaqların vətəndaşlıq haqlarından məhrum olduğu bir hökmranlıq kültüründə, güclü olanlar. Yəni yetkin erkək və qadınlar, uşaqlara qarşı otokratik bir yönətim tətbiq etmə gücünə sahibdirlər. Bütün tibbi faktlar, bu toplumda uşaqların hər gün zorakılıq içərən işlərlə istismar edildiyini göstərməkdədir.

Bunların çoxu, yaşamı təhdid edən durumdadır. Bir çox uşaq ölməkdədir. Qadınlar bu zorakılığı erkəklərdən çox olmasa da, onlar qədər çox etməkdədirlər. Hərəkətin uşaqlara qarşı qadın zorakılığı ilə birbaşa üzləşməyi rədd etməsi, feminist düşüncə və praktikadakı ciddi bir boşluqdur.

Hamımız, ataərkil düşüncəni, güclü olanın gücsüz olanı yönətməyə haqqı olduğunu və onu yönətmək üçün hər yoldan istifadə edə biləcəyini söyləyən bir hökmranlıq etdiyini mənimsəyəcək şəkildə toplumsallaşdıq.

Bu üzdən erkək hökmdarlığını vurğulamaq, feminist düşünürlər də daxil olmaq üzrə qadınlar açısından, qadınları uşaqları əziyyət etdiyini görməzdən gəlməyi rahatlaşdırmaqdır.

Ağdərili üstünlükçü kapitalist ataərkil hiyerarxidə, erkəklərin qadınlar üzərindəki hökm sürməkləri görməzdən gəlinir; yetkinlərin uşaqlar üzərindəki hökmsürmələri üçün də eyni şey ­keçərlidir. Heç kimsə, uşaqlarını istismar edən analara diqqət çəkməyi gerçəkdən istəməz.

Lüks bir axşam yeməyində bir qadın, kiçik oğlunu intizam altına almaq üçün onu çimdiklədiyini, kontrol altına alana qədər ətini buraxmadığını söyləmişdi.

Bu hekayəni və yeməkdəki başqa insanların qadının bu intizamlandırma istəyini necə alqışladıqlarını hər zaman anladaram. Bu davranışının qısnama olduğunu və potensial olaraq bu oğlan uşağı böyüdüyündə qadınlara qarşı qısnadan davranışlarının toxumunu əkdiyini söyləmişdim.

Bir erkəyin bir qadını, onun davranışını kontrol etmək və ona göz açdırmamaq üçün bərk çimdiklədiyini anlatdığını bilsək, bunu həmən qısnadan bir davranış olaraq qəbul edəcəyimizi ifadə etmişdi.

Ancaq bir uşağa zərər verildiyində, bu mənfi hökm etmək biçimi görməzdən gəlinir. Bu münfərid bir hadisə deyil, analar və atalar uşaqlara hər gün çox daha çox zorakılıq etməkdədirlər.

Bu ölkənin uşaqlarının üzləşdiyi böhran, ataərkil düşüncə ilə feminizmin gətirdiyi dəyişimlər arasındakı çatışmanın ailəni, erkək hökmranlığından hər evdə bir norm olduğu zamankından çox daha böyük bir savaş alanı halına gətirmiş olmasıdır.

Feminist hərəkət, ataərkil ailə içində erkəklərin uşaqlara qarşı cinsəl istismarının keçmişdə və bu gün necə gerçəkləşdiyini böyük ölçüdə ortaya çıxaran və göstərən bir katalizor işləvini (funksiyasını) daşımışdır.

Bu feminist hərəkət içindəki yetkin qadınların özlərinin qısnama zərər çəkmişi olduqlarını qəbul edərək terapi müalicə görməsi ilə və bu qəbulu terapinin özəl alanından ictimai söyləmə daşıması ilə başladı. Bu ifşalar, uşaqların, bu gün gerçəkləşən qısnamaya qarşı dura biləcəyi olumlu (müsbət) bir etik və əxlaqi bağlam (kontekst) yaratdı.

Yenə də, sadəcə, erkəklərin uşaqlara yönəlik cinsəl istismarına diqqət çəkmək, xalq kütlələrinin bu qısnamasını erkək hökmranlığına bağlı olduğunu və ancaq ataəki ortadan qaldırdığında sona çatacağını qavradıqları bir iqlim yarada bilmədi.

Erkəklərin, uşaqlara qarşı cinsəl istismarı, qadınların uşaqlara qarşı istismarından çox daha artıqdır və daha çox rapor edilməkdədir. Ancaq qadınların uşaqları cinsəl olaraq zorlamaları da ən az erkəklərin cinsəl istismarı qədər qorxunc görülməlidir.

Feminist hərəkət istismar edən qadınları, istismar edən erkəklər qədər acımasızca eləşdirilməlidir. Uşaqlara qarşı zorakılıq, cinsəl qısnamadan başqa bir çox şəkildə gerçəkləşir; ən çox rastlanan, sözlü və psixoloji qısnama əməlləridir.

Birini qısnayan bir biçimdə utandırmaq, başqa qısnama biçimlərinə təməl təşkil edər. Erkək uşaqlar, davranışları erkəkliyə dair cinsiyyətçi qavramlara uymadığında tez-tez qısnayırlar. Bu uşaqlar, istər cinsiyyətçi yetkinlər (özəlliklə analar) istərsə başqa uşaqlar tərəfindən tez-tez utandırılırlar.

Uşağın baxımına daxil olan erkək valideynlər cinsiyyətçiliyə qarşı düşüncəni mənimsədiklərində isə, həm erkək, həm də qız uşaqları feminizmi praktikada görmə fürsətinə sahib olur.

Feminist düşünər və aktivistlər, uşaqlara, cinsiyyətçi önyarqıların davranışları yarqılamaqda bir standart kimi qullanılmadığı eyitim alanları təmin etdiyində, həm qız, həm də erkək uşaqlar sağlıqlı bir özünəinam gəlişdirmə imkanına qovuşur.

Feminist hərəkətin uşaqların yararına ən olumlu (müsbət) müdaxilələrindən biri, erkəklərin uşaq baxımına qatılmalarına, sadəcə, toplumsal cinsiyyət eşitliyini təmin etmək üçün deyil, uşaqlarla daha yaxşı ilişkilər qurmaq üçün də ehtiyac duyulduğunun fərqinə varılmasını təmin etməsi idi.

Gələcəkdəki feminist çalışmalar, cinsiyyətçiliyə qarşı erkək valideynliyin uşaqların həyatını necə zənginləşdirdiyini bəlgələyəcəkdir. Eyni zamanda, genəl olaraq feminist valideynlik haqqında, bir uşağın cinsiyyətçiliyə qarşı bir ortamda yetişdirilməsinin praktik yolları haqqında daha çox şey bilməyə məcburuq.

Ən önəmlisi də bu evlərdə böyüyən uşaqların necə insanlar halına gəldiyini bilməyimiz gərəkir.

Vizyoner feminist aktivistlər, analığın və analıq edən qadınların etdikləri işin kültürəl olaraq daha çox təqdir edilməsi üçün daimi çalışarkən belə erkək valideynlərin dəyər və önəmini əsla danmadılar.

Ama erkəklərin uşaq böyütməyə qatılımını öymək, qadınların olumlu bir iş olaraq etdikləri analığın pislənməsinə və dəyərsizləşdirilməsinə yol açdığında bu durum bütün qadınlara zərər verir.

Feminist hərəkətin başlanğıcında feministlər, analığı daha özgürləşdirici və ya varlıqlarını daha olumlayıcı (müsbətləşdirici) saydıqları karyer faktının qarşısında mövqeləndirərək kəskin şəkildə eləşdirirdilər.

Ancaq 1980-ci on illiyin ortası kimi erkən bir dönəmdə, bəzi feminist düşünürlər, analığın feministlər tərəfindən dəyərsizləşdirilməsinə və ev xaricindəki işə gərəyindən çox dəyər verilməsinə meydan oxudular.

Feminist Theory: From Margin to Center kitabında (Feminist Teori: Çevrədən Mərkəzə) bu qonu haqqında yazarkən, məsələni bu şəkildə ortaya qoydum:

Cinsiyyətçiliyin hələ bir norm olduğu, şəxslər arasındakı qısqanclığı, güvənsizliyi, acıq və pis niyyəti dəstəkləyən bir toplumsal bağlamda çalışmaq; işi stresli, əsəbiləşdirici bir şəkildə və daha çox doyurucu olmaqdan uzaq bir hala gətirir…

ücrətli işdən razı olan və bundan zövq alan bir çox qadın, ödənişli işin zamanın çox böyük bir bölümünü aldığını və ­ digər doyurucu işlər üçün çox az alan buraxdığını hiss edir.

Çalışmaq, qadınların bir az maddi bağımsızlıq qazanmalarına və ya maddi olaraq özlərinə yetmələrinə yardım etsə də, bu günə qədər bir çox qadının insani ehtiyaclarını yetərincə doyurmadı.

Bunun bir sonucu olaraq, qadınların insana dəyər verən bir ortamda qane edici əmək arayışları, ailənin önəminin və analığın olumlu tərəflərinin təkrar vurğulanmasına yol açdı.

Feminist düşünürlər analığın daha balanslı bir düşünülməsinə çalışarkən, ataərkil hakim kültürün tək valideynli, qadınların rəislik etdikləri evlərə yönəlik saldırqan bir tənqidi gündəmə gətirməsi də ironikdir.

Bu tənqidin ən kəskin nöqtəsi, sosial yardım məsələsi idi. Ataərkil eləşdirilər, sevgi dolu evli olmayan analar dövlətdən yardım alsınlar və ya ödənişli bir işdə çalışsınlar, çox az bir gəlirə baxmayaraq necə bacarıqla valideynlik etdiklərini göstərən bütün veriləri yox sayır və bunun yerinə, qadınların rəislik etdiyi sorunlu evlərə diqqət çəkib bunlar bir norm imiş kimi davranırlar.

Sonra da, erkəklər ataərkil anlamda evi keçindirən olursa və evin rəisi olaraq tabloda yer alırsa problemin çözülə biləcəyini önə sürürlər.

Antifeminist heç bir reaksiya, uşaqların yaxşılığı açısından, evli olmayan anaların toplumsal olaraq təhqir edilmələri qədər pis sonuclar ­doğurmamışdır. İki valideynli ataərkil ailəyə digər bütün tənzimləmələrdən daha çox sayğı göstərən bir kültürdə, ailələri standarta uymayan bütün uşaqlar, duyğusal anlamda özlərini güvənsiz hiss edər.

Erkəklərin rəislik etdiyi sorunlu evlərdə, uşaqların mutluluğunun qadınların rəislik etdiyi sorunlu evlərdəkindən daha çox təmin edilmədiyini isbatlayan bütün detallara baxmayaraq, atarkil ailəyə dair utopiyaçı təsəvvürə toxunulmamaqdadır.

Uşaqlar sevgi dolu ortamlarda böyüməyə ehtiyac duyarlar. hökmdarlıq olduğu sürəcə sevgi əksikdir. Sevgi dolu valideynlər özlərinə güvəni sağlam, sağlıqlı və xoşbəxt uşaqlar böyütməyə daha yatqındır; valideynlərin subay, ya da evli olması, eşcinsəl olması və ya olmaması, ev rəisinin qadın və ya erkək olması bir şey dəyişdirməz.

Gələcəkdə feminist hərəkət olaraq cinsiyyətçiliyə son verdirmənin ailə həyatını olumlu yöndə dəyişdirdiyini valideynlərə göstərmək üçün çox çalışmamız gərəkir. Feminist hərəkət ailədən yanadır.

Uşaqların erkəklər və ya qadınlar tərəfindən ataərkil bir çərçivədə hökmdarlıq altına alınmasının sona çatdırılmasını, ailəni uşaqların sağlıqlı və özgür ola biləcəkləri, sevgini tanıya biləcəkləri bir yer halına gətirmənin tək yoludur.

14
ÖZGÜRLƏŞDİRİCİ EVLİLİK VƏ BİRGƏLİK

Günümüzün feminist hərəkətinin zirvəsinə çıxdığında, evlilik qurumu kəskin bir şəkildə tənqid etdi. Bir çox heteroseksual qadının hərəkətə qatılmasını, toplumsal cinsiyyət eşitsizliyinin bir norm olduğu məhrəm ilişkilərdəki, özəlliklə də uzun sürəli evliliklərdəki erkək basqısı təhrik etmişdi.

Hərəkət, ən başından bəri cinsəlliklə ilgili ikili standarta meydan oxudu. Qadınları bakirə yada bir sevgili yada eş olmadıqları üçün məhkum edən, amma erkəklərin cinsəl anlamda istədikləri hər şeyi etmələrinə izin verən və davranışlarını görməzdən gələn bu çiftə standarda qarşı çıxdı.

Cinsəl özgürləşmə hərəkəti, evliliyin feminist tənqidini, özəlliklə də sağlıqlı və istifadəsi az olan doğum kontrolu tələbini gücləndirdi.

İlk zamanlarda feminist aktivistlər, özəl bağlara və ev içi ilişkilərə yaxşıca diqqət etdilər. Çünki bütün sinif və irqlərdən qadınlar, erkək basqısının ən ağır zərbəsini bu şərtlərdə ataərkil valideynlərdən və ya eşlərindən yeyirdilər.

Bir qadın cinsiyyətçi bir erkək rəislə, ya da öz üstündə basqı etməyə çalışan bir yabancıyla başarı ilə mübarizə etdikdən sonra evə gedib həyat yoldaşına boyun əyə bilərdi.

Günümüzün feministləri, həm uzun sürəli evliliklərdən gəlmiş olan heteroseksual qadınlar, həm də onların mübarizədəki lezbiyan müttəfiqləri, evliliyi cinsəlliyin birbaşqa biçimi olaraq tənqid etdilər.

Gələnəksəl cinsiyyətçi bağların, içərisində yaxınlıq, mehribanlıq və sayğı kimi ünsürlərin fəda edildiyi, erkəklərin toyuq yuvasındakı patriarxal xoruzlar kimi təpəyə çıxdığı evliliklərə yol açdığını göstərdilər.

İlk zamanlarda bir çox feminist qadın, erkəklərin dəyişə biləcəyi xüsusunda bədbin idi. Bəzi heteroseksual qadınlar, cinsiyyətçi erkəklərlə quracaqları eşitsiz ilişkilər üçün çabalamaq yerinə cinsəl ilişki qurmamağı, ya da lezbiyanizmi seçməyə üstünlük verdilər.

Diyərləri erkəklərlə yaşanacaq tək eşliliyin, qadın bədəninin qadını bağlı olduğu erkəyə aid bir mülkiyyət olduğu fikrini gücləndirdiyini düşündülər. Tək eşli olmayan ilişkiləri seçdik və daha çox evlənməyi rədd etdik.

Ataərkil toplum içində, erkək eşlə dövlət təsdiqləyən evlilik olmadan ­birlikdə ­yaşamanın, erkəklərin qadınların müstəqilliyinə qarşı sağlam bir sayğını qorumalarına yardım etdiyinə inanırdıq.

Feministlər, cinsəl köləliyin sona çatmasını tələb edib bir yandan da ailə içi təcavüzün yayğınlığına diqqət çəkərkən, eyni anda qadınların cinsəl istəklərini ifadə etmə, cinsəl qarşılıqlı etkini başlatma və cinsəl olaraq doyuma çatma haqlarını da ­savunurdular.

Ərdəmli qadınların cinsəl olaraq aktiv olmayacaqları öyrədildiyi üçün sekslə ilgilənməyən eşləri ilə ilişkilərində, cinsəl anlamda doyumsuzluq yaşayan bir çox heteroseksual erkək, tam bu üzdən feminist düşüncəni mənimsədi.

Bu erkəklər, qadın eşlərə özgürləşdirici bir cinsəl paradiqma sunan feminist hərəkətə borcluydu, çünki özlərinin daha doyurucu bir cinsəl həyatı olacaq idi.

Feminist düşünürlər, bir qadının ərdəminin o qadının cinsəl praktikasına görə bəlli olduğu düşüncəsinə meydan oxuyaraq yalnızca bakirəlik damğasını bir kənara atmadılar, eyni zamanda qadınların cinsəl mutluluğunu erkəklərinki ilə eşit bir yerə qoydular.

Feminist hərəkət, qadınları əslində elə olmadığı halda cinsəl doyuma çatmış kimi etməmələri xüsusunda xəbərdarlıq edərək, erkəklərin cinsəl əksikliklərini üzə çıxarma təhdidini ortaya çıxartdı.

Cinsiyyətçi erkəklər, bu təhdidi ortadan qaldırmaq üçün, bir çox feministin lezbiyan olduğunu ya da feminist bir qadının dərsini alması üçün “yaxşı bir s..ilməsi” gərəkdiyini söylədilər. Gerçəkdə isə feminist üsyan, bir çox qadının ataərkil ilişkilərdə erkəklərlə təminedici bir seks həyatı yaşamadığını göstərdi.

Qonu məhrəm ilişkilər olduğunda bir çox erkək, feminizmin qadın cinsəlliyində yol açdığı və qadınların cinsəl olaraq daha aktiv olmalarına nədən olan dəyişimləri mənimsəməyə, öz cinsəl davranışlarını dəyişdirmələrini tələb edən dəyişimləri mənimsəməkdən daha istəkli idi.

Feminist gündəm heteroseksuallığa ilk odaqlandığında, ən çox dartışılan qonulardan biri də ön sevişmənin yoxluğu idi. Heteroseksual qadınlar, erkəklərin cinsəl basqısından və qadınların həzzini önəmsəməmələrindən yorulmuşdu.

Feminizmin cinsəl həzzə odaqlanmış olması, qadınlara erkələrin cinsəl davranışını ələşdirəcəkləri və buna meydan oxuyacaqları bir dil sundu.

Qadınlar cinsəl özgürlük qonusunda çox irəlilədilər.

Cinsəl yolla bulaşan xəstəliklərin yayğınlaşması qadınların rast gələn bir şəkildə cinsəl ilişkiləri seçməsini zora soxduğu üçün bu gün tək eşlilik tənqidi də unudulmuş durumdadır. QİÇS kimi yaşamı təhdid edən, erkəklərin qadınlara yalan söyləməyə cəsarətləndirildiyi bir toplumda erkəkdən qadına keçməsi daha rahat olan xəstəliklər, heteroseksual qadınların fərqli partnerlər seçməsini çətinləşdirdi.

Ataərki içindəki heteroseksual bağlarda vurğu tək eşlilik üzərinə olduğunda, qoşa olanların cinsiyyətçi paradiqmanı qurmalarının genəldə daha çətin olduğu açıqdır.

Eyni zamanda ataərkil düzən içində bir çox feminist qadın, tək eşli olmayan ilişkilərin daha çox qadınlara zərər verdiyini və sadəcə, erkəklərə daha çox güc qazandırdığını da fərq etdi.

Qadınlar, başqa bir qadınla birlikdə olan bir erkəklə cinsəl ilişkiyə girməyi özgürcə seçə bilərkən, erkəklər başqa bir partneri olan qadınlara genəldə cinsəl ilgi göstərməyəcəkdilər. Ya da iqtidarı, sürəkli qadının partnerə sayılan erkəyə təslim edəcək və hətta birlikdəlikləri qonusunda onun təsdiqini almağa çalışacaq qədər irəli gedəcəkdilər.

Bu çətinliklərə baxmayaraq, tək eşli olmama özgürlüyünə sahib olan qadınlar, bu özgürlüyü qullansa da, qullanmasa da qadın bədəninin erkəklərə aid olduğu düşüncəsinə meydan oxumağa və alt-üst etməyə davam etməkdədir.

Cinsəl həzzə dair cinsiyyətçi düşüncələrə qarşı feminist tənqidin ürətdiyi digər bütün olumlu (müsbət) dəyişimlər kimi, bu da qadınların və erkəklərin daha doyurucu cinsəl ilişkilər qurduqları bir dünya yaratmağa yardım edibdir.

İlk başda cinsəl bağların təbiətindəki dəyişimlər ev içindəki ilişkilərdə dəyişimlərə, məsələn, erkəklərin, gündəlik ev işlərini və uşaq baxımını eşitlik alanında paylaşmasına yol açacaq kimi görünürdü.

Günümüzdə bir çox erkək, ev işi görsə də, görməsə də, erkəklərin bu işləri görmələri gərəkdiyini qəbul edir və gənc qadınlar bunu bir norm olaraq qəbul etdikləri üçün ev işlərini paylaşmağı problem halına gətirmirlər.

Təbii ki, gerçək, bunun heç bir zaman norm halına gəlmədiyi, ev işi və uşaq baxımının böyük qismini hələ də daha çox qadınların yerinə gətirdiyidir. Genəl olaraq erkəklər, yataq otağındakı eşitliyi qəbul etmək və onaylamaqda ev işi və uşaq baxımı qonusundakı eşitliyi qəbul etməkdən daha istəklidirlər.

Qadınların isə birəysəl bir alanda sinifsəl iqtidar qazandıqca eşitsizliklə, özlərinin də, eşlərinin də etmək istəmədiyi işləri edəcək bir yardımçı tutaraq başa çıxması şaşırdıcı deyil. Yenə də heteroseksual iki şəxs, cinsiyyətçi düşüncənin “qadın işi” olaraq tanımladığı işlər üçün pul ödədiyində, yardımçını çalışdıran və etdiyi işi kontrol edən yenə qadın olur.

Bir qadının həyatındakı tək doyurucu amac olaraq göstərilən analıq faktına qarşı feminist tənqidi, evliliyin və uzun sürəli birlikdəliklərin təbiətini başqa amillərdən çox daha artıq dəyişdirdi.

Bundan sonra bir qadının dəyəri uşaq doğub-doğmadığına, ya da uşaq böyüdüb-böyütmədiyinə görə bəlirlənmədiyinə görə, uşaqsız qalmaq istəyən və hər ikisi də karyer arxasında olan bir cütün, iki bərabərin evliliyini, yəni eşitlər arasındakı bir ilişkini təsəvvür etməsi belə mümkün gəldi.

Uşaqların olmaması eşi olmayı rahatlaşdırdı; çünki ataərkil toplum bəzi görəvlərin avtomatik olaraq olan analar tərəfindən ediləcəyini düşünər və bu durum qadınların uşaq baxımı qonusunda toplumsal cinsiyyət eşitliyinə çatmasını hər zaman çətinləşdirər.

Məsələn, daha öncələri əmizdirməyi heç önə çıxarmayan ataərkil tibb müəssisəsinin, feminist hərəkət sonucunda, əmizdirmə qonusunu birdən-birə, sadəcə, olumlu görməklə yetinmədilər və işi israrcılığa vardırması çox şey anlatmaqdadır.

Bu heteroseksual olsun və ya lezbiyan, doğan qadına avtomatik bir şəkildə daha çox sorumluluq gətirən uşaq böyütmə faktının yalnızca bir üzüdür. Erkəklərlə ilişki içindəki qadınlar, uşaq sahibi olmanın ilişkilərini birdən-birə daha cinsiyyətçi bir alanda tanımlanmış rollara geri döndərdiyini şübhəsiz sıxlıqla fərq etmişdilər.

Yenə də cütlər hər alanda, özəlliklə uşaq baxımı qonusunda eşitliyi qorumaq adına çox çalışsalar bunu gerçəkləşdirə bilərdilər. Yəni məsələnin mahiyyəti çox çalışmaqdır, amma bu günə qədər erkəklərin çoxu, uşaq baxımı qonusunda çox çalışmağı seçməmişdir.

Feminist müdaxilələr həm uşaqların mutluluğu, həm də toplumsal cinsiyyət eşitliyi açısından erkək valideynliyinin dəyər və önəminə diqqət çəkdilər.

Erkəklər valideynliyə eşit şəkildə qatıldıqlarında, iki valideyn evli də olsa, birlikdə və ya ayrı da yaşasalar qadınlar və erkəklər arasındakı ilişkilər daha yaxşı getməktədir. Feminist hərəkət sayəsində, bir çox erkək eskisindən daha çox valideynlik edir.

Yenə də toplumsal cinsiyyət eşitliyinin yaxınına belə gələ bilməmişik. Halbuki söz qonusu eşit qatılımın bütün tərəflər açısından valideynliyi daha olumlu, daha doyurucu bir təcrübə halına gətirdiyini bilirik.

İş yaşamının tələbləri, əlbəttə, çalışan valideynlərin, özəlliklə də erkəklərin uşaq baxımında iştirakı qonusunda sıxlıqla əngəl yaratmır. İşə ayrılması gərəkən zamanın quruluşlandırılmasında böyük dəyişikliklər gerçəkləşmədən, yaşamın erkəklərə valideynlik etmələri üçün zaman və alan verəcək şəkildə düzənlədiyi bir dünyada yaşaya bilməyəcəyik.

Elə bir dünyada, erkəklər valideynlik etmə qonusunda daha istəkli olacaqlar. Ancaq o zamana qədər, çox yorulan və az əməkhaqqı alan bir çox erkək, qadınlar da eyni şəkildə yorulmuş olsalar və az əməkhaqqı alsalar belə, uşaq baxımının hamısını qadınların öhdələnmələri qəbul etməyə istəkli olacaqdır.

Ayrıca, ağdərili üstünlükçü kapitalist ataərki içindəki iş dünyası bu gün, tam anlamı ilə valideynlik etməyi qadınlar üçün də daha çətin hala gətiribdir. Bu gerçəklik, bir karyer seçə biləcək olan qadınları evlərində oturmağa sürükləməkdədir.

Qadınları iş gücünün dışında tutan və evlərinə geri yollayan amil, erkək basqısı qonusundakı cinsiyyətçi düşüncə deyil, “valideynsiz” uşaqlardan yaranan bir toplum yaratdığımız qorxusudur. Bir çox qadın, rəqabətçi karyerizmin sevgi dolu ilişkiləri bəsləməyə çox az zaman buraxdığını anlayırlar.

Kimsənin tam zamanlı valideynlər olmaq üçün işlərini buraxan erkəklərdən danışmaması, rollar haqqındakı cinsiyyətçi düşüncənin nə dərəcə hökm sürdüyünü göstərməkdədir. Toplumumuzdakı bir çox insan hələ də uşaq böyütmə qonusunda qadınların erkəklərdən daha yaxşı olduqlarına inanır.

Bir yandan analığı tənqid edərkən, digər tərəfdən də valideyn ilə uşaq arasındakı özəl bağ söz qonusu olduğunda analığın özlərinə gətirdiyi özəl statusdan və imtiyazlardan razı olan qadınlar, valideynlikdəki yerlərindən vaz keçməyə, feminist düşünürlərin umduğu qədər istəkli deyildilər.

Digər bütün alanlardakı bioloji deterministikliyi tənqid edən bir çox feminist düşünər, qonu analıq olduğu zaman sıxlıqla bioloji deterministikliyi qucaqladılar. Ataların da analar qədər önəmli olduğu və analar qədər yaxşı valideynlik edə biləcəyi düşüncəsini bütünlüklə mənimsəyə bilmirdilər.

Cinsiyyətçi düşüncənin hakimiyyətinin yanında bu çelişkilər də qonu uşaq baxımına gəldiyində, toplumsal cinsiyyət eşitliyinə ilişgin feminist istəyə zərər verdi.

Günümüzdə kütlə mediası, bizləri daim evliliyin geri döndüyü mesajı ilə bombardmana tutur. Evlilik heç bir zaman moddan düşməyibdir. İnsanlar evliliyin geri döndüyünü elan etdiklərində, əslində, daha cinsiyyətçi biçimlərdə tanımlanmış evlilik qavramlarının yenə “yayqın” olduğunu söyləməyə çalışırlar.

Bu fakt feminist hərəkət açısından darıxdırıcıdır. Çünki cinsiyyətçi bir təməl üstündə qurulan evliliklərdə dərin sorunlar tapılacağı və bu evlilikləri nadirən sürdüyü, bu gün də keçmişdə olduğu qədər açıqdır. Gələnəksəl cinsiyyətçi evliliklər daha da moda oldular.

Bunlar ev içi ilişkilərdəki feminist üsyan üçün katalizor işləv (funksiya) görmüş olan səfalətin və doyumsuzluğun toxumlarını yetişdirməyə meyilli olsalar da, gələnəkdən əsl ayrılan özəllik, bu bağların çoxunun həmən qopmasıdır: insanlar gənc evlənib gənc boşanırlar.

Evlilik və birlikdəliklərdəki ataərkil erkək basqısı, toplumumuzda ayrılıq və boşanmaları yaradan birinci güc olmuşdur. Başarılı evliliklərə dair yaxın zamanda edilən bütün araşdırmalar, toplumsal cinsiyyət eşitliyinin, cütlər üçün, hər iki tərəfin də digər tərəfdən müsbət təsir aldığı bir bağlam (kontekst) yaratdığını göstərmişdir.

Bu olumlama (müsbətləşdirmə), evlilik sonsuza qədər sürməsə belə mutluluğu artırır; ayrıca, bərabərlik üzərinə qurulan və aradakı bağa təməl təşkil edən dostluq davam edər. Gələcəkdə, feminist hərəkətdə, ataərkil evlilik bağlarını tənqid etməklə daha az zaman sərf edəcək və alternativləri göstərmək üçün daha çox çalışacağıq.

Eşitlik və sayğı prinsiplərinin yanında ilişkilərin qaneedici və daimi olması üçün həm qarşılıqlı doyuma həm də olğunlaşmağa ehtiyac duyulduğu inancına əsaslanan, fərdlərin bir- birinə bərabər mövqedə yer aldığı ilişkilərin dəyərini göstərmək üçün daha çox çalışacağıq.

15
FEMİNİST BİR CİNSƏLLİK POLİTİKASI
Qarşılıqlı bir özgürlük etiki

Feminist hərəkət və cinsəl devrimdən öncə, sağlam bir cinsəl öznə (subyekt) olmaq, bir çox qadın üçün tamamən imkansız deyilsə də, çox çətin idi.

Qadınlara doğulduqları andan etibarən öyrədilən cinsiyyətçi düşüncə, cinsəl istək və həzz alanın daim və yalnızca əril (kişisayağı, erkəksayağı) olduğunu, cinsəl ehtiyac, ya da aclığı, sadəcə, iffətsiz qadınların dilə gətirdiyini açıqcasına irəli sürürdü.

Cinsiyyətçi düşüncə tərəfindən ya qutsal bakirə ya da fahişə rolu bu sifətləri verilən qadınların sağlam bir cinsəl mənlik oluşduracaq dayanaqları yox idi. Necə ki feminist hərəkət cinsiyyətçi şablon fikirlərə dərhal meydan oxudu və bunun, ölkəmiz tarixində, güvənli ­doğum kontrolunun hər kəs üçün əlverişli hala gəldiyi dönəmlə rast gəlməsi yaxşı oldu.

Güvənli doğum kontrolundan öncə qadınlar özlərini cinsəl öznə olaraq ifadə etdiklərində, “cəza olaraq” istənilməyən hamiləlik, ya da qanunsuz abortun təhlükələri ilə qarşılaşa bilirdilər. Qadınların güvənli doğum kontrolundan öncə qatlandıqları cinsəl patoloji və qorxunu dünyaya bildirmək üçün hələ yetərincə şahid toplaya bilməmişik.

Qadınların hər cinsəl ilişkinin ardından hamilə qalmaq riski daşıdığı, ya da erkəklər seks istədiklərində qadınların seksdən qorxduğu bir dünya düşünmək belə məni qorxudur. Belə bir dünyada istəkli bir qadın, özünü qorxu və istəyin kəsişdiyi nöqtədə görə bilər.

Qadınların erkəklərin sataşmalarını necə sovuşdurduğu, hər zaman davam edən böyük təcavüzünə məruz qaldıqlarında bununla necə başa çıxdığı, istənilməyən hamiləliklə məşğul olarkən qarşı-qarşıya qaldıqları ölüm riskinin altından necə qalxdığı haqqında da yetərincə şahid toplaya bilməmişik.

Bildiyimiz budur ki, qadın cinsəlliyinin dünyası feminist cinsəl devrimin gəlişi ilə rahatcasına geri dönülə bilməyəcək şəkildə dəyişməlidir.

Analarımızın cinsəl acı və iztirablarına, cinsəlliyə dair möhtəşəm qorxu və nifrətlərinə şahid olanlarımız üçün, tam da cinsəlliyimizi kəşf edib yaşamaya başladığımız bir dönəmdə bizə özgürlük, istək və zövq vəd edən bir hərəkətə girmək möhtəşəm bir şey idi.

Artıq bu gün qadınlar cinsəl istəklərini ifadə etmək qonusunda keçmişə görə daha az mane ilə qarşılaşdığı üçün, günümüzdə qadın bədəninə və cinsəlliyinə qarşı ataərkil hücuma dair tarixi yaddaşın üstünün örtülməsi kimi bir risk vardır.

Bu hafizəsizlik ortamında, abortun qanunsuz hala gətirilməsi yolundakı çalışmalar, abort yoluyla bir yaşama son verilib verilmədiyinə odaqlana bilər; amma abortun qeyri-qanuni edilməsinin qadın cinsəlliyi üzərindəki açacağı dərin yaralardan heç danışılmır.

Nə var ki hələ cinsəl həzzi heç dadmamış, seksi özləri üçün əldən vermə, təhdid, təhlükə və yox olma anlamına gəldiyi qadın nəsilləri ilə yaşayırıq.

Qadının cinsəl özgürlüyü, güvənilən və sağlam doğum kontrolu gərəkdirir. Bu olmadan qadınlar cinsəl fəaliyyətin sonucları üzərində tam nəzarət sahibi ola bilməzlər. Ancaq qadının cinsəl özgürlüyü də eyni zamanda şəxsin bədənini tanımasını və cinsəl bütünlüyün anlamını bilməsini də gərəkdirir.

İlk dönəm feminizmin cinsəllik ətrafına hörülmüş fəaliyyəti, cinsəlliyimizi istədiyimiz zaman istədiyimiz şəxslərlə yaşama haqqının tanınması üzərinə qurulmuş siyasətləri o qədər ön plana çıxardı ki, bədənlərimizə cinsiyyətçi olmayan bir şəkildə necə ­yaxınlaşacağımızı ya da özgürləşdirici seksin necə bir şey ola biləcəyini öyrədən, tənqidi bilincə qarşı feminist eyitim yaxşıca arxa planda qaldı.

1960-cı illərin sonlarında və 1970-ci illərin başında qadınlar cinsəl özgürlüklə şans əsəri cinsəl ilişkiyə girməyi bir anlamlı etməyə təşviq edilirdi.

O günlərdə bir çox heteroseksual erkək, cinsəl özgürlüyünü qazanmış qadınları, səsini çıxartmadan, yəni özəlliklə duyğusal anlamda heç bir istəkləri olmadan qarşısındakı ilə birlikdə olan qadınlar olaraq görürdülər və bu anlayış, bu gün də bir ölçüdə keçərliliyini qorumaqdadır.

Çox sayıda heteroseksual feminist də eyni xətalı fikrə sahib idi, çünki onlar da ataərkil erkəklərin düzəltdiyi davranış qalıblarına görə hərəkət etməkdə idi. Buna baxmayaraq qadınların necə gəldisə cinsəl ilişki ilə cinsəl özgürlüyün eyni şey olmadığını anlaması çox çəkmədi.

Feminist hərəkətin “qızğın” günlərində radikal lezbiyan aktivistlər, sürəkli olaraq, heteroseksual qadınlardan erkəklər ilə ilişkilərini yenidən dəyərləndirilmələrini və bunu sorğulamalarını tələb etdilər:

Özgürləşmiş heteroseksual bir təcrübə yaşamaq ataərkil bir bağlam içində mümkünmüydü? Bu sorğulama hərəkət üçün faydalı bir girişim idi.

Çünki heteroseksual qadınların heteroseksual praktikaya dair sürəkliliyi olan bir tənqidi açıq gözlülüyə ­girməyinə nədən olmasının yanında lezbiyanlara da diqqət çəkdi; bir yandan güclərini müsbət bir şəkildə göstərərkən çatışmazlıqlarını da ortaya çıxardı.

Zamanın “feminizm teoridir, lezbiyanizm isə praktik” şüarının təsirində qalan və erkəklər ilə birgə olmaqdan vaz keçərək qadınları seçən bir çox qadın, zamanla bu ilişkilərin də duyğusal anlamda digərləri qədər alacaqlı olduğunu və ən azından başqa ilişkilər qədər çətinliklərlə dolu olduğunu anladı.

Lezbiyan bərabərliyin heteroseksual bir ilişkiyə görə nə dərəcə yaxşı, ya da pis olduğunu bəlli edən şey genəldə iki insanın eyni cinsdən olması deyildi.

Əsl bəlirləyici amil, tərəflərin hər ilişkidə mütləq bir hökm edən və bir də boyun əyən tərəf olduğu yönündəki sadomazoxist yarqılara dayanan bir basqı kültüründən ön gördüyü eşq və ilişki təriflərini yıxma qonusunda nə dərəcə qərarlı olduqları idi.

Heteroseksual ilişkidə şans olaraq cinsəl ilişkini cinsəl özgürləşmə ilə eyni dəyərdə görmək necə imkansızlaşmış isə lezbiyan ilişkidə də o qədər imkansız hala gəlmişdi. Cinsəl seçim nə olarsa olsun, bu ikisini bərabər tutmaq üçün acı çəkmiş qadınlar seks qonusunda xəyal qırıqlığı yaşamışdılar.

Erkək basqı ilə cinsəl zorakılıq arasındakı bağ göz önünə aldığı zaman, cinsəl mutsuzluqlarını daha uca səslə dilə ­gətirənlərin erkəklər ilə birgə olan qadınların olması da təəccüblü deyildi.

Cinsəl özgürlük röyası qarşısında yaşanan xəyal qırıqlığı sonucunda, bir çox feminist düşünər bu təcrübələr ilə başa çıxmağa çalışmaqdan vaz keçdi və qadın dostlarının üz-üzə qaldığı mənfi halları hər cür cinsəl fəaliyyət, özəlliklə də erkəklər ilə qurulan cinsəl təmas qarşısında basdırılmış bir acıqlığı bəslədi.

Bir zamanlar bütün qadınları “düşmənlə yatmaq” qonusunda hesab verməyə çağıran yeganə səsin sahibi radikal lezbiyanların aralarına, indi erkəklər ilə ağır bir xəyal qırıqlığı yaşadıqları üçün öz cinsi ilə ilişkini seçən heteroseksual qadınlar da qatılmışdı.

Cinsəllik ilə, özəlliklə də cinsəl ilişki ilə ilgili olaraq ortaya çıxan söyləm nədəni ilə, birdən-birə hər cinsəl ilişki cinsəl zorlama və erkəyin qadına hər penetrasiyanı (girmə) təcavüz kimi görülməyə başlandı.

Bu teorilər və bunları yayan xarizmatik qadınlar, yeni və fərqli cinsəl kimliklər əldə edə bilmək yolunda mücadilə edən gənc qadınların bilincini bir sürə dərindən etkilədi. Bu gənc qadınların çoxu sonunda ya biseksual (iki cinsli) praktikaları, ya da ancaq bütün cinsəl qarşılaşmaların qadın tərəfindən təyin edilməsi şərti ilə qadın-erkək ilişkilərini mənimsədilər.

Ancaq bu nöqtədə bir çox gənc qadın da feminist düşüncəyə arxasını çevirdi. Cinsəl özgürlüklə ­ilgili sürəsini ­doldurmuş cinsiyyətçi məfhumlara geri dönərək bunları mənimsədilər, hətta bəzən bunları intiqam alarcasına sahibləndilər.

Bu durumda cinsəl ləzzət ilə təhlükə, cinsəl özgürlük ilə köləlik arasındakı gərginliklərdən doğulan ziddiyyət və toqquşmaların o dönəmdə cinsəl sadomazoxizmi çəkici etməsinə şaşırmamaq lazımdır. Feminizmin cinsəllik ilə ilgili sorğulaması tez, ya da gec iqtidar sorununda düyünlənirdi.

Feminist düşünürlər eşitlikdən nə qədər danışır danışsın, cinsəl istək və cinsəl ehtiras həyata keçirilməsi söz qonusu olduğu zaman cinsəl arenada ortaya çıxan iqtidar və iqtidarsızlıq dinamikləri, endirgəməci əzən və əzilən məfhumlarını alt-üst edirdi.

Cinsəl sadomazoxizmi feminist lezbiyanların da yaşadığını, onların da altdakı-üstdəki dinamiki üzərinə qurulmuş bir dünyaları olduğunun ortaya çıxması ilə heteroseksual praktikalara yönəldilən feminist tənqid daha öncə qarşılaşmadığı qədər böyük bir sarsıntı yaşadı.

Hərəkətin içindəki qadınlar, lezbiyan və ya heteroseksual olmasından asılı olmayaraq bir qadını həm cinsəl sadomazoxizm praktikasında yer alıb, həm də özgürləşmiş bir qadın olub-olmayacağı qonusunda dava etməyə başladıqlarında, cinsəllik ilə ilgili bütün radikal feminist dartışmalar sona çatdı.

Ataərkil pornoqrafiyanın anlam və önəmi ilə ilgili düşüncə ­ fərqlilikləri də bu qonu ilə ilgiliydi. Hərəkəti bölməyə və bitirməyə yetəcək qədər ciddi dartışmalar ilə qarşılaşdıqdan sonra, 1980-ci illərin sonlarına gəldiyimizdə, cinsəllik ilə ilgili radikal feminist dartışmalar ictimada yürüdülməz oldu; bunlar artıq özəl alanlarda dartışılırdı.

Cinsəllik ilə ilgili dartışmaların ictimada getməsi hərəkəti məhv etmişdi.

İctimada cinsəllikdən ən çox danışan qadınlar, mühafizəkarlığa, bəzən qatı quralcılığa və seks düşmənliyinə meyilli idi. Hərəkət radikal bir dəyişimə məruz qalıb, qadının cinsəl özgürlüyünün savunulub qutlandığı bir alan olmaqdan çıxıb cinsəllik ilə ilgili ictimai dartışmaların daha çox cinsəl zorakılığa və zərər çəkməyə odaqlandığı bir alana dönmüşdü.

Vaxtında qadının cinsəl özgürlüyü qonusunda böyük işlər başarmış olan yaşca daha böyük, daha yerinə oturmuş və qəbul görmüş feminist qadınlar artıq cinsəl ilişkiyə girməməyi qiymətləndirərək cinsəl istəyin önəmsiz olduğundan danışmağa başlamışdılar.

Bu gün isə cinsəl istək və praktika qonusunda açıqca danışıb yazan qadınlar get-gedə feminist cinsəllik siyasətini bir kənara atırlar, ya da özlərinə bu siyasətin uzağında yer verirlər. Feminist hərəkət heç olmadığı cinsəllik düşmənliyi bir görüntü göstərir.

Cinsəl həzz və istək ilə ilgili vizyoner feminist söyləm bir sürədir təxminən hər kəs tərəfindən geri plana atılıb görməzdən gəlinir. Qadınlar və erkəklər, bunun yerinə cinsəl özgürlüyün ataərkil modellərinə bel bağlamağa davam edirdi.

Bilirik ki cinsəl devrimə və feminist hərəkətə baxmayaraq hələ bir çox heteroseksual qadın, sadəcə, erkəklər istədiyi üçün seks edir; gənc yaşlardakı bir çox qadın və erkək eşcinsəlin cinsəl seçimlərini rahatca yaşaya biləcəkləri, bunu dəstəkləyəcək özəl və ictimai bir ortamları hələ yoxdur;

cinsiyyətçi qutsal bakirə ya da fahişə qonusu bir çox qadın və erkəyin erotik təsəvvürünə təsir etməyi hələ sürdürür və artıq ataərkil pornoqrafi kütlə mediasının hər yanına nüfuz etmiş durumdadır və təəssüflər ki, hələ, istənilməyən hamiləlik nisbətləri artır;

yeniyetmələr qaneedici və güvənverici olmaqdan uzaq cinsəl həyatları yaşayırlar; istər heteroseksual, istər eşcinsəl bir çox ilişkidə və ya uzun sürəli evlilikdə qadınlar seksi yaşamırlar, bütün bu gerçəklər, cinsəllik ilə ilgili yenilənmiş bir dartışmaya ehtiyac duyulduğunu göstərir.

Özgürləşdirici cinsəl praktikanın necə bir şey olduğunu bilməyə hələ ehtiyac duyuruq.

Qarşılıqlıq təməlində böyüyən sayğı, özgürləşdirici cinsəl praktikalar baxımından vaz keçilməz olmanın yanında bu təsbitin də həyati bir parçasıdır: cinsəl həzz və doyuma, ən yaxşı seçim və qarşılıqlı rizaya əsaslanan uzlaşma, hər iki tərəf də cinsiyyətçi düşüncələrdən vaz keçmədikcə uzun nəfəsli heteroseksual mutluluğu tanıya bilməz.

Hələ bir çox qadın və erkək, erkəklərin cinsəl performansının penisin bərkləşib-bərkləşməməsi, ya da ereksiyanın (cinsi üzvün fizioloji şişməsi) qorunub-qorunmaması ilə ölçüləcəyini düşünür.

Erkəklər, qadın cinsəlliyinin sırf erkəyə xidmət etmək və erkəyin ehtiyaclarını qarşılamaq üçün var olduğunu ön görən cinsiyyətçi düşüncədən vaz keçmək məcburiyyətində ikən, bir çox qadın da penetrasiyaya fikrini qatmaqdan vaz keçməlidir.

Cinsəl özgürlüyün və günümüz feminizminin qızıl çağında qadınlar, erkəklərin genəlliklə cinsəllik xaricində hər alanda bərabərliyi qəbul etməyə istəkli olduqlarını gördülər.

Bir çox erkək yataq otağında cinsəl anlamda istəkli, həzz verməyə və həzzi paylaşmağa həvəsli bir qadın istəyir, amma nəhayətində, qadının cinsəl performansının (yəni qadının sevişmək istəyib-istəmədiyinin) tamamən erkəyin istəyi ilə tanımlanması gərəkdiyini öngörən cinsiyyətçi düşüncədən vaz keçmək istəmir.

Həvəsli və həyəcanlı görünən, özgürləşmiş qadınlarla birlikdə olmaq əyləncəli idi, amma eyni qadınlar cinsəlliklərini həyata keçirməyəcəkləri bir alan istədiklərini elan etdiyində onlarla olmaq heç də eyləncəli deyildi.

Belə bir durumda heteroseksual erkəklər genəlliklə cinsəl rahatlama üçün başqa arayışlara girməyə ehtiyac duyduqlarını açıqca ortaya qoyurdu. Bu tutum həm qadın bədəninin mülkiyyətinə bağlı cinsiyyətçi paradiqmaya davamlı bir bağlılıq gerçəyini artırır, həm də erkəklərin hər hansı bir qadın bədəninin yetəcəyi düşüncəsinə sarıldığını göstərirdi.

Heteroseksual, ya da eşcinsəl özgürləşdirici bir ilişki hər iki tərəf də nə zaman. Necə və nə sıxlıqla cinsəl ilişkidə olmaq istədiyini, cəzalandırmaqdan qorxmadan bəlli etmə qonusunda özgür olmalıdır.

Bütün erkəklər, cinsəl ehtiyaclarına cavab verməsi üçün özlərindən başqa birinə ehtiyac olduğunu düşünməkdən vaz keçmədikcə, partnerlərin cinsəl anlamda tabe edilməsini içərən tələblər sürəcəkdir.

Cinsəlliyə dair gerçək anlamda özgürləşdrici bir feminist siyasət, qadının cinsəl hərəkətləndiriciliğinin savunulmasını daima gündəminin mərkəzində tutacaqdır. Qadınlar, bədənlərinin cinsəl anlamda sürəkli başqa bir şeyin xidmətinə sunulması gərəkdiyinə inandığı sürəcə, bu hərəkətləndiricilik gerçəkləşə bilməz.

Professional fahişələr və həyat qadınları, mal və ya xidmət qarşılığında vajinalarını azad bazar alanında qullanıma/ticarətə açmalarını özgürləşmiş olduqlarının bir göstərgəsi olaraq sunurdular.

Maddi ehtiyaclarını başqa şəkildə qarşılaya bilmədiyi üçün bədənini bazarlayan bir qadının, öz bədəninin ­təcrübəsini özünə verən cinsəl bütünlük alanından məhrum qalma riskinə girdiyini görməyi rədd edirdilər.

Bir çox heteroseksual qadın, öz cinsəlliyinin anlam və dəyər qazanması üçün erkəklər tərəfindən sürəkli istənməsi gərəkdiyi yolundakı cinsiyyətçi düşüncədən qurtula bilməmişdir.

Bunu bacara bilmək üçün, eşcinsəl ilişkilərin, öz-özünə həzz vermənin və cinsəl ilişki yaşamamanın erkəklər ilə ataərkil kültür içində cinsəl ilişkiyə girmək qədər önəmli və zənginləşdirici olduğuna inanmamaları gərəkir.

Bir zamanlar feminist dəyişimi savunmuş və bu gün yaşlanmaqda olan bir çox qadın, daha gənc qadınlar ilə birlikdə olmaq üçün özlərini buraxacağından qorxduqları erkəklər ilə hər hansı bir cinsəl təmas içinə girə bilmək üçün, qadınlığa və cinsəl anlamda istənilə bilər olmağa dair cinsiyyətçi qavramları təsdiqləmək məcburiyyətində qaldıqlarını düşünürlər.

Elə isə radikal feminist düşünürlər, illər öncə bunu söylərkən bir ölçüdə haqlıydılar: qadınların həqiqi cinsəl özgürləşməsi ancaq qadınların, erkək istəyinin nəsnəsi (obyekti) olub-olmadıqlarına baxmadan, özlərini cinsəl bir dəyər və hərəkətvericiliyə sahib saydıqları bir nöqtəyə çatmaqla mümkün olacaqdır.

Bu cinsəl hissiyyat və kimliyin, ataərkil quruluşunu güclü bir şəkildə qoruyan bir toplumsal bağlamda özünü necə ifadə edə biləcəyini bizə göstərməsi üçün yenə feminist teoriyə ehtiyacımız vardır.

Feminist söyləmin cinsəllik qonusundakı sınırlarına baxmayaraq feminist politika, öz teori və praktikası sayəsində qarşılıqlı mutluluq təsəvvürünü sunan tək toplumsal ədalət hərəkətdir.

Yalnızca canımız istədiyində cinsəl istəyimizi ifadə etmə və cinsəl həzzin içində yaşamı müsbətləşdirən bir ethos (əxlaqi dəyər) tapma haqqına sahib olduğumuz prinsipinə əsaslanan bir varlıq erotikasına ehtiyacımız vardır.

Erotik bağlar, bizləri topluma yadlaşdırmaqdan və soyutlanmaqdan (mücərrədləşdirmək) qurtaran bağlardır. Cinsəlliyə duyulan həsrətin müsbət ifadələrinin bizləri bir-birimizə bağladığı bir dünyada, hamımız gəlişməmizi dəstəkləyib bəsləyəcək cinsəl praktikaları seçməkdə özgür olacağıq.

Bu praktikalar təsadüfi cinsəl ilişkiyə girməyi və ya cinsəl ilişki qurmamağı seçmək ola bilər. Bir tək cinsəl kimlik və seçimi qəbullanmaq da ola bilər; və ya cinsiyyəti, irqi, sinfi və cinsəl seçimi nə olarsa olsun, erotik tanımlamaların qığılcımını hiss etdiyimiz o insanlarla qarşılıqlı təsir sonucu yaşayacağımız, xəritəsi çıxardılmış istəklər arasında başıboş gəzməyə üstünlük vermək də ola bilər.

Cinsəl özgürlük hərəkətinin yenidən başlaya bilməsi üçün cinsəlliyə dair radikal feminist dialoqların yenidən ortaya çıxması gərəkir.

16
QATQISIZ MUTLULUQ
Lezbiyanizm və feminizm

Bəzən qadın özgürləşməsi hərəkətininmi, yoxsa cinsəl özgürləşmə hərəkətininmi öncə başladığına qərar vermək çətin olur. Bəzi aktivistlərin gözündə iki hərəkət iç-içə keçib və eyni zamanda gerçəkləşibdir.

Günümüz feminizminin ilk dönəm öndə gedənlərindən bir çox biseksual və lezbiyan qadın baxımından kəsinliklə belə olmuşdu. Bu qadınlar feminizmə lezbiyan olduqları üçün yönəlməmişdilər. Bir çox lezbiyan, siyasətlə “ilgilənmirdi”, mühafizəkar idi və radikal bir şeylər etmə istəyi hiss etmirdi.

Qadın özgürləşməsinin önçülərinin oluşmasında önəmli rolları olan lezbiyan və biseksual qadınlar isə onsuz da sol hərəkətdən gəldikləri, sinif, irq və cinsəlliyin qoyduğu qəti sınırları zorladıqları üçün feminizmə yönəlmişdilər.

Gələnəksəl toplumsal cinsiyyət və istək qavramlarına qarşı çıxdıqları üçün, qadınların özgürləşməsi başından bəri mənəvi olaraq sahibləndikləri bir məsələ idi.

Lezbiyan olmaq, təkbaşına, şəxsi siyasiləşdirə bilməyəcəyi kimi feminist də etməz. Sömürülən bir qrupun üyəsi olmaq, şəxsin dirənişə daha meyilli olmasını qarantiləməz. Əyər elə olsaydı (yer üzündəki bütün lezbiyanlar da daxil) bütün qadınlar, qadın hərəkətində yer almaq istərdi.

Qadınları solçu siyasətlərə yönəldən faktorlar, təcrübə olqusu ilə birləşmiş fərqindəlik və tərcih ünsürləridir genəldə.

Sosialist çevrələrin, vətəndaşlıq haqları hərəkətinin və militan qara hərəkətlərin ixtisassız işlərini görmənin yanında buralardakı radikal düşüncəyə də səhnə arxasından böyük qatqısı olan, həyatın fərqli nəsillərindən radikal qadınlar, artıq özləri üçün ədalət tələb etməyə hazır idilər; feminist hərəkətə hazır idilər.

Bu gerçəkdən istəkli, tam anlamı ilə vizioner və cəsarətli qadınlar arasında lezbiyan qadınlar da var idi, hələ də var.

Feminist olduğumda hələ ilk cinsəl təcrübəmi yaşamamışdım. Yetkinlik çağında idim. Qadın haqları qonusunda heç bir şey bilmədiyim halda eşcinsəllik haqqında bir çox şey bilirdim.

Güneyin kökdənçiliyinin (fundamentalizmindən), irqi apartaydın dar düşüncəli dünyasında, bizim qara ­toplumumuzda geylər, tanınan və özəl status sahibi şəxslər idi; genəlliklə sinfi gücü olan erkəklər idi.

Erkəklərin eşcinsəlliyi lezbiyanizmdən daha qəbul edilə bilər bir şey idi. Küçük və təcrid olunmuş qara cəmiyyətimizdə lezbiyanlar genəlliklə evliydi. Yenə də gerçəkdə kim olduqlarını bilirdilər. Ayrıca qapalı qapılar ardındakı əyləncə və partilərdə gerçək mənliklərinin bilinməsinə izin də verirdilər.

Lezbiyan olmaqla suçlanan qadınlardan biri mənə rəhbərlik etməyi seçdi. Heyran olduğum bu qadın məslək sahibi idi; oxuyan, düşünən biri idi və tam bir parti qızı idi. Babam, qadının qərib olması nədəni ilə ilişkimizdən şikayət etdiyində anam etiraz edirdi, “insanlar necə isə elə olmaq haqqına sahibdilər” deyirdi.

Anam, yetkinlik çağındakı oğlanlar küçəmizin qarşısında oturan gey adamı sarıyıb onu rahatsız etdiklərində də bu duruma qarşı çıxırdı; bizə adamın sorumlu və sevimli biri olduğunu, onu sevib saymamız gərəkdiyini deyirdi.

Feminizm sözcüyünü eşitmədən çox öncə gey haqlarının müdafiəçisiydim. Ailəm əsla evlənməyəcəyəm qonusunda əndişələnməyə başlamadan çox öncə, lezbiyan olmağımdan qorxurdu. Mən isə uzun zamandır büs-bütün marjinal biri olma yolunda ilərlirdim; çünki hər zaman canımın istədiyi yönə getməyi seçəcəyimi bilirdim.

Birinci kitabım Ain’t İ a Woman: Black Women and Feminism (“Mən bir ­qadın deyiləmmi?” “Qaradərili qadınlar və feminizm”) yazdığımda heteroseksual, biseksual və lezbiyanlıqlarını açıqca yaşayan qadınların yer aldığı feminist hərəkətə çoxdan daxil olmuşdum.

Gənc idik; bəzilərimiz hərəkət içində radikal bir şəkildə var olduğumuzu isbatlamaq üçün siyasətlərimizi və bədənlərimizi qadınlar ilə paylaşmaq basqısını üstümüzdə hiss edirdik. O günlərdə hər kəs sınırları ixlal edən cinsəl praktikanın şəxsi politik mənada gəlişdirmədiyini öyrəndi.

İlk kitabım çıxanda qaradərili lezbiyan qadınlar tərəfindən eləşdirilmədiyimdə nəyə məruz qaldığımı şaşırmışdım. Kitabımda lezbiyanizmlə ilgili bir dartışma olmadığı üçün homofobik (eşcinsəllik, ya da eşcinsəlliyə olan nifrət etmək və eşcinsəlliyi çağırışdıran şeylərə görə əsəbi olmaq) olmaqla suçlanırdım.

Amma lezbiyanlığın kitabımda yer almaması homofobinin göstəricisi deyildi. Kitabda cinsəllik haqqında yazmamışdım, çünki hazır deyildim; yetərincə bilmirdim. Əgər daha çox bilsəydim ifadə edərdim, o zaman da kimsə məni homofobik deyə suçlaya bilməzdi.

Gənc bir qız ikən güclü, vizyon sahibi, insana önəm verən lezbiyanlar tanımaq mənə bu gün hələ də unutmadığım bir şey öyrətdi: qadınlar, deyil səadət içində olmaq, cinsəl mutluluq üçün belə erkəklərə bağlı olmaq məcburiyyətində deyillər.

Bu bilgi qadınlara bir imkanlar dünyasının qapısını açır, seçim haqqı və seçənəklər verirdi. Cinsəl, ya da duyğusal anlamda doyum olsun, ya da olmasınlar, erkəklər olmadan mutluluğu tapa biləcəkləri bir dünya edə bilmədikləri üçün basqıçı cinsiyyətçi erkəklər ilə ilişkisini sürdürən bəlli deyil, neçə milyon qadın olduğunu heç vaxt bilməyəcəyik.

Bir qadın, var olmasını məşhurlaşdırmaq və keçərli etmək üçün özünün xaricində bir şeyə ehtiyacı olduğunu hiss etdiyində, özünü tanımlama gücünü, hərəkətləndiriciliyini başqasına təslim etməkdir. Lezbiyan qadınlar, özümü tanımlaya biləcəyim sahəyə sahib çıxdığımda uşaqlığımdan bəri mənə ilham vermişdilər.

Radikal lezbiyan düşünürlərin feminist hərəkətə gətirdiyi, bu özgün (orijinal) bilgəlikdir. İstisna da olsa, bir qadının erkəklərin təsdiqi və ya erotik müsbət dəyərləndirməsi olmadan çox mutlu ola biləcəyini teorik səviyyədə qavrayan heteroseksual qadınlar oldu; yenə də bu anlayışın qazandırdığı təcrübələri feminist hərəkətə daşımadılar.

Feminist hərkətin ilk zamanlarda, lezbiyanizmi seçməyən, amma qadınlıqla özdəşləşməyi seçən, yəni ontoloji varlıqları erkək təsdiqinə əsaslanmayan aktivist qadınları digərlərindən ayırmaq üçün “qadınlıqla eyniləşən qadın” ya da “erkəkliklə eyniləşən qadınlar” romantik heteroseksual bir ilişki qarşısında feminist ­prinsiplərdən ­anında vaz keçənlər idi;

erkəkləri qadınlardan daha çox savunan və hər şeyi erkək perspektivində görən qadınlar idi. San

Fransiskoda qadın çalışmaları üzərinə ilk dərslərimi verdiyim sıralarda, nədən hələ erkəklərə “ilgiləndiyimdə” bilmək istəyən bir qrup radikal lezbiyan öyrənci ilə qarşı-qarşıya qalmışdım. Bir gün dərs çıxışında oto parkda tam bir üz-üzə dayanmaq yaşandı.

Orada olan, eskidən seks sənayesində çalışmış, lezbiyan kimliyini gizləmədən erkəklərlə artıqlaması ilə cinsəl ilişkiyə girmiş yaşca böyük, qaradərili bir lezbiyan qadın öyrənci, “O, erkəklərə meyilli olan, qadınlıqla eyniləşən bir qadın, bu onun haqqı və hələ də davamızı içdən dəstəkləyir” deyərək feminist onurumu qorumuşdu.

1980-ci illərin ortalarında, bir çox qadın hərəkətdən ayrılmaqda olduğu üçün feminist politikalara sədaqəti sürdürmə dartışması feminist çevrələrdə ən önəmli dartışma başlıqlarından biri idi.

Qadınlar daha çox haqq ələ gətirməyə başladıqdan sonra, bir zamanlar hərəkətin radikal tərəflərini formalaşdırmış olan vizyon sahibi lezbiyan düşünər və/və ya aktivistlərin varlığı, qatqısı zamanla unuduldu. Hərəkətin içindəki ən radikal və cəsur lezbiyan qadınların çoxu işçi sinfindən gəlirdi. Dolayısıyla akademik çevrələrdə yüksəlmələri üçün lazım olan diploma və referanslara sahib deyildilər.

Feminizmin akademikləşməsi ilə birlikdə, heteroseksist hiyeraraxilər yenidən gücləndi; bu hiyeraraxilər daxilində, onun-bunun gözündə xoş görünmək üçün olan diplomlara sahib olan heteroseksual qadınlar, akademi dışındakı heç bir qadın hərəkətinə daxil olmamış olsalar belə, daha çox sayğı və etibar görürdülər.

Sıra fərqlilik məsələsinə, feminist teori və praktikanı irq, sinif kimi qonuları içərəcək şəkildə genişlətməyə gəldiyində, vizyon sahibi olan lezbiyan düşünürlər, perspektivlərini dəyişdirməyə ən istəkli qadınlar arasında yer alırdı. Çünki hakim standartlara uymanın gətirdiyi atılmışlıq və/və ya əzilmişliyin nə olduğunu öz təcrübələrindən bilirdilər.

Vizyon sahibi lezbiyan qadınlar, ağdərili üstünlüyünün sorğulanması qonusunda heteroseksual yoldaşlarından çox daha istəkliydilər. Ayrıca bütün erkəklər ilə bağlarını gücləndirməyi də böyük ehtimalla daha çox istəyirdilər. Aktiv olaraq feminist olsun, ya da olmasın, heteroseksual qadınların bir çoxu erkəklər ilə olan ilişkiləri daha çox ilgiləndirirdi.

Qadınlar olaraq kimi sevəcəyimizi, bədənlərimizi və həyatlarımızı paylaşacağımızı seçmə özgürlüyümüz, eşcinsəl və qadın haqları adına mübarizə edən radikal lezbiyan qadınların qatqıları sayəsində böyük ölçüdə artdı.

Bütün rəngli qadınlar, cinsəl seçimlərindən və kimliklərindən bağımsız bir şəkildə ­irqçiliyə necə meydan oxudu isə, lezbiyanlar da feminist hərəkətin həm dünənində, həm də bu günündə homofobiyə hər zaman qarşı durub meydan oxumaq məcburiyyətində qalıbdır.

Bir yandan homofobini sürdürürkən bir yandan da feminist olduğunu iddia edən qadınlar, ağdərili üstünlükçü düşüncəyə bağlı qalıb “bacılığı” istəyənlər qədər yanlış yolda və iki üzlüdülər.

Geniş kütlə əlaqə vasitələri, feminist hərəkətin müdafiə etdiyi şeylərin təmsilində hər zaman heteroseksual qadınlara üstünlük veribdir. Hətta onlara görə qadın nə qədər heteroseksual isə o qədər yaxşıdır. Qadın nə qədər çəkici isə, görüntüsü erkəkləri cəzb etməkdə o qədər qullanıla bilər duruma gəlir.

Bizlər, qadınlıqla eyniləşmiş heteroseksual, biseksual, ya da lezbiyan qadınlar olaraq, həyatlarımızda erkəklərin təsdiqini almağa çox üstünlük vermirik. Ataərkini təhdid etməmizin nədəni budur.

Baxış və istəklərini ataərkidən, cinsiyyətçi erkəklərdən uzaqlaşdıran eşcinsəl, ya da heteroseksual feminist qadınlar, ataərki beyninə sahib lezbiyan qadınlardan daha çox təhdidedici gəlir erkəklərə.

Bu günlərdə eyni heteroseksuallar kimi lezbiyanların bir çoxu da radikal siyasətin içində yer almır. Feminist hərəkət içində aktiv olan lezbiyan düşünürlərin lezbiyan qadınların da heteroseksual qadınlar qədər cinsiyyətçi ola biləcəyi gerçəyi ilə üzləşməsi çox vaxt rahat olmadı.

Feminizmin teori, lezbiyanizmin də praktik olacağı utopiyası daima durğunluğa uğrayırdı; çünki ağdərili üstünlükçü kapitalist ataərkil kültürdə yaşayan lezbiyənlərin çoxu, gerçəkdə, ilişkilərini qurarkən heteroseksual qadınların qullandığı basqı və üstünlük qurma paradiqmalarının eynisini qullanırdılar.

Söz qonusu utopiyanı kəsintiyə uğradan bir digər gerçək də bu idi: kimsənin ikinci bir mövqeyə getmə riski yaşamadığı, qarşılıqlı olaraq qaneedici bağlar qurmaq, lezbiyan ilişkilərdə də heteroseksual ilişkilərdəki qədər çətin idi.

Lezbiyan ilişkilərdə ev içi zorakılığın açığa çıxması, eşitliyin eşcinsəl bağlara içkin bir özəllik olmadığına dair ilk ip ucu idi. Bununla birlikdə, feminist lezbiyanlar sadomazoxist cinsəl davranışlara qatılmaları haqqında açıqca danışmağa heteroseksual qadınlardan daha çox könüllü idilər.

İstər eşcinsəl olsun, istər heteroseksual, cinsəl anlamda mühafizəkar feministlər, basqı, ya da boyun əymə uzlaşmasına dayalı cinsəl mərasimlərin uyğunsuz olduğunu, bunların feminist özgürlük ideolojilərinə xəyanət etdiyini deyirdilər və deməyə davam edirdilər.

Gerçəkdə feminist hərəkətin altını oyan əsl tutum, onların bu mütləq yarqılarıdır; bütün qadınların ən qaneedici gördükləri cinsəl praktikanı seçmək haqqına sayğı göstərməyi rədd etmələridir.

İki qadının cinsəl anlamda bir-birləri ilə nə etdiyini əsla anlamayacaq, başqa bir qadını cinsəl anlamda heç bir zaman istəməyəcək, ancaq bir qadının lezbiyan, ya da biseksual olmağı seçmə haqqını müdafiə edəcək bir çox qadın vardır.

Eyni dəstək, bir çox qadına və ya şəxsə xitab etməyən cinsəl praktikalara daxil olan lezbiyənlərə və heteroseksual qadınlara da verilə bilər. Lezbiyan sadomazoxizmin mühafizəkar feminist eləşdirisinin altında homofobi yatırdı.

Hər hansı bir qadın, lezbiyanların qəbul edə bilmək, ya da heteroseksualları rahatlamaq üçün qatı əxlaqi standartlara uyması gərəkdiyinin göstəricisi olan bir davranış sərgilədiyində homofobini sürdürdüyü anlamındadır.

Necə ki cinsəl sadomazoxizmə daxil olmasını açıqca dartışan heteoseksual qadınların sayısı artdıqca, feminizmin sadomazoxizmə qarşı eləşdirisi də sadomazoxizmin çoxluqla lezbiyanlığa aid bir şey olaraq alqılandığı dönəmlərdəki qədər amansız və kəskin olmaqdan çıxdı.

Homofobi ilə mübarizə hər zaman feminist hərəkətin bir tərəfi olacaqdır. Çünki heteroseksual qadınların lezbiyan qadınlara sayğısızca davrandığı və onları ikinci yerə apardığı şərtlərdə, daima bir “bacılıq” düşünülə bilməz.

Vizyon sahibi feminist hərəkətdə lezbiyan aktivistlərin əməkləri bütün ­yönləri ilə təslim edilmişdir. Radikal lezbiyanların qatqısı olmasaydı feminist teori və praktika, cinsəl kimlikləri və/və ya seçimləri nə olur olsun, bütün qadınların heteroseksizmin sınırlarını zorlayaraq istədikləri qədər özgür ola biləcəkləri alanlar yaratmağa əsla cəsarət edə bilməzdi. Bu mirasın dəyəri bilinməli və əsla unudulmamalıdır.

17
YENİDƏN SEVMƏK
Feminizmin ürəyi

Qadınlar və erkəklər eşqi tanımaq istəyirsə, feminizm üçün can atmalıdırlar. Çünkİ feminist düşüncə və əməl olmazsa sevgi bağlarını yaradacaq bir təməldən məhrum qalarıq. İlk başlarda heteroseksual ilişkilərdəki dərin xəyal qırıqlıqları bir çox qadını, qadın özgürləşməsinə yönəltmişdi.

Bu qadınların bir çoxu, özlərini eşq və sonsuza qədər mutluluq vədəsi ilə aldatılmış hiss edirdilər; çünki ağdərili atlı şahzadələr evlənincə böyük bir sürətlə malikanələrin patriyarxal (ataərkil) lordlarına dəyişmişdilər.

Bu heteroseksual qadınlar hərəkətə acılarını, qəzəblərini gətirdilər. Könül yaralarını ataərkil dəyərlər üzərinə qurulan romantik ilişkilərində bənzər şəkildə aldatıldıqlarını hiss edən lezbiyan qadınlarınkı ilə birləşdirdilər.

Bütün bunların sonucunda feministlər, hərəkətin ­başlanğıcında, məsələ eşq olunca qadın özgürlüyünün ancaq qadınların romantik eşqə bağlılıqları bitdiyi zaman mümkün olacağını dilə gətirdilər.

Bilinc yüksəltmə qruplarımızda, eşqə duyduğumuz özləmin başdançıxarıcı bir tələ olduğu söylənirdi. Eşq bizi basdırmaqda və ikinci dərəcəli yerə qoymaqda qullanan erkək, ya da qadın ataərkil sevgilərə aşiq olub durmağımızın nədəni də bu həsrət və bu tələ idi.

Feminist hərəkətə qatıldığımda bir erkəklə ilk cinsəl təcrübəmi belə yaşamamış bir qadın olaraq, qadınların erkəklərə qarşı güclü qəzəb və nifrətləri qarşısında şaşırmışdım. Ancaq hirslərinin nədənini anlayırdım. Feminist düşüncəyə ərgənlik çağında qatılmağımın nədəni, babamın evdəki hər kəsin üstündə qurduğu hökm sürməyi birbaşa bir reaksiya idi.

Atam bir əsgər, idmançı, keşiş yardımçısı, ailə keçindirən şəxs və bir qadın düşgünü olaraq, ataərkil səltənətin bir örnəyi idi. Anamın qədərinə şahid oldum və üsyan etdim. Atamın aşağılaması və uyğuladığı zorakılıq nə qədər çox olursa olsun, anam toplumsal cinsiyyət ədalətsizliyi qarşısında heç bir zaman qəzəb, ya da zorakılıq göstərmirdi.

Bilinc yüksəltmə qruplarına ilk qatıldığımda, anam yaşlarında qadınların kədər, iztirab və qəzəblərini dilə gətirdiklərinə şahid olmuşdum; qadınların eşqdən uzaqlaşmaqdakı israrlarını anlaya bilmişdim.

Ancaq yaxşı bir erkəyin eşqini arayıb hələ də bu eşqi tapa biləcəyimə inanırdım. Yalnız bundan da əmin idim: hər şeydən öncə, bu erkəyin özünü feminist politikaya adamış olması gərəkirdi.

1970-ci illərin əvvəllərində, erkəklər ilə birgə olmaq istəyən qadınlar, erkəkləri feminist düşüncəyə qatmağın çətinliyi ilə üzləşdilər. Feminist olmasalar, mutluluğun daim olmayacağını bilirdik.

Bir çox şəxsin ataərkil kültür içində anladığına görə romantik eşq, insanı bilincsiz, gücsüz və kontrolsuz buraxır. Feminist düşünürlər, bu eşq məfhumunun ataərkil qadın və erkəklərin mənfəətlərinə necə xidmət etdiyinə diqqət çəkdilər.

Söylənilən məfhum, şəxsin eşq və sevgi adına hər şeyi edə biləcəyi düşüncəsini dəstəkləyirdi: bir sıralarını döymək, hərəkətlərini qısıtlamaq, hətta öldürmək və buna “bağlılıq cinayəti” demək, “o qadını o qədər çox sevirdim ki, öldürməli idim” deyə özünü savunmaq…

ataərkil kültürdə eşq, sahib olma qavramı ilə, hökmranlıq və boyun əymə paradiqmaları ilə bağlantılı idi; bu paradiqma daxilində, bir şəxsin eşqi, sevgini verəcəyi və başqasının da alacağı varsayılırdı.

Ataərkil içində heteroseksist bağlar bu təməllər üzərinə qurulmuşdu: toplumsal cinsiyyəti gərəyi diqqət yetirmə və mehribanlıq kimi duyğularla ilişkiləndirilən qadın, erkəklərə sevgi sunar; bunun qarşılığında isə, iqtidar və saldırqanlıqla ilişkiləndirilən erkək, evə çörək gətirmə və qoruma görəvini öhdəsinə alır.

Ancaq bir çox durumda heteroseksist ailələrdəki erkəklər bu ilgi və baxıma qarşılıq vermirdi; tərsinə, qadınları basqı və kontrol altında tutmaq üçün iqtidarlarını ədalətsizcə qullanan birər despot idilər. İlk başdan etibarən, heteroseksual qadınlar, qadın qurtuluş hərəkətinə ürək ağlarını sonlandırmaq, eşq bağlarını qoparmaq üçün daxil oldular.

Ayrıca o dönəmdə qadınların sırf uşaqları üçün yaşamamasının önəmini də vurğuladılar. Bu önəmlidir. Qadınların uşaqları üçün yaşaması da özlərini gerçəkləşdirmələrinin önündə eşqin qurduğu bir başqa tələ sayılırdı.

Uşaqları üzərindən bir başqa yaşam qurmağa çalışan ananın, ciddi və ədalətsiz cəzalar verə bilən hökm sürən və istilaçı bir canavar olacağı haqqında feminizm bizə o zamandan bəri xəbərdarlıq etdi.

Feminist siyasətə gənc yaşda qatılan qadınlar genəldə hökmranlıq edən analarla üsyan etməkdə idi. O analar kimi olmaq istəmirdik. Həyatlarımızın mümkün olduğu qədər onlarınkından fərqli olmasını istədik. Bu fərqi qarantiyə almanın bir yolu, uşaqsız qalmaq idi.

Başlanğıcda feminizmin eşq və sevgiyə bağlı eləştirisi yetərincə qapsamlı deyildi. Bu eləştiri, özəlliklə ataərkinin eşqə dair yanlış fərziyyələrinə meydan oxumaq yerinə, eşqi bir sorun olaraq sunmaqla kifayətlənirdi. Eşqə bir son verməmiz, bunun yerinə haqq və iqtidar əldə etmə məsələsilə ilgilənməmiz gözlənirdi.

O zamanlar heç kimsə bu gerçəkdən danışmırdı: ürəklərimizi qapadıb duyğusal anlamda, feminist üsyan adına rədd etdiyimiz ataərkil erkəklər və erkək sayaq qadınlar qədər qapalı hala gəlmə riski ilə qarşı-qarşıya qalacaq idik. Yaşanan, əsas etibarilə tam da bu oldu.

Eşq üzərinə təkrar düşünmək, eşqin önəmi və dəyəri qonusunda israrçı olmaq yerinə, eşqə dair feminist söyləm sona ərdi.

Eşq istəyən, özəlliklə də erkəklərə aşiq olmaq istəyən qadınlar, eşqi necə tapa biləcəklərini anlamaq üçün başqa tərəflərə baxmaq zorunda qaldı. Bu qadınların bir çoxu feminist politikadan vaz keçdi; çünki feminist politikanın eşqin, ailə ilişgilərinin, başqaları ilə qurulan topluluq yaşantısının önəmini rədd etdiyini düşündülər.

Vizyoner feminist düşünürlər də qadınlara eşqə dair nə söyləyəcəklərindən əmin deyildilər. Feminist Theory: From Margin to Center:

(Feminist Teori: Çevrədən Mərkəzə) adlı kitabımda, feminist liderlərin feminist aktivizmə eşqin ruhunu qatmalarına duyulan ehtiyac üzərinə yazdım: “eşq və mehribanlıq göstərmə yetənəyinə sahib olmalılar, bu eşqi öz əməlləri yolu ilə göstərə bilməli və uğurlu dialoqlar qura bilməlidirlər”.

O dönəmdə “eşq hökmranlığı dəyişdirir” deyərək ifadə etdiyim bu inancımı paylaşarkən hər kəsə özgürləşdirici bir eşq təxəyyülü sunacaq bir feminist teori yaratmanın önəmindən xırdalıqları ilə danışmamışdım.
Geriyə dönüb baxdığımızda, eşq üzərinə, özəlliklə də heteroseksuallıqla ilişkiləndirdiyimiz pozitiv bir söyləm yaratmayaraq, ataərkil kütlə mediasının hərəkətin tamamını eşq və sevgi deyil nifrət üzərinə qurulmuş bir politika kimi sunmasına izin verdiyimizi görürük.

Keçmişdə erkəklərlə bağ qurmaq istəyən bir çox qadın, həm bu bağları gəlişdirib həm də feminist hərəkətə bağlılığını qorumayacağını hiss etdi. əslində qadın və erkəklərin eşqi tanımasını feminizmin mümkün edəcəyi sözünü yaymamız gərəkirdi. Artıq bunu bilirik.

Vizyoner feminizm bilgə və şəfəqqətli bir politikadır. Politikamızın ruhu, zorakılığa son verməyə aldanmışlığımızda yatar. Basqı və zorakılığa dayanan bir ilişkidə eşq və ya sevgi əsla ortaya çıxa bilməz.

Ataərkil eşq və sevgi qavramlarının radikal feminist eləştirisi yanlış deyil; ancaq qadın və erkəklərin eşq və sevgi yolunda harda yanlış etdiklərini anlamaq üçün eləştiridən daha çoxuna, alternativ bir feminist təsəvvürə ehtiyac var idi.

Bir çoxumuz özəl həyatlarımızda feminist praktika ilə təməllənmiş eşqi, ­sevgini yaşarkən, eşq üzərinə geniş alanlı, feminizmin içindəki eşqə qarşı olan zümrələrə cavab verə biləcək bir feminist dialoq yaratmırdıq.

Alternativ təsəvvürümüzün özü hələ təməl və gərəkli bir həqiqətdir: basqının olduğu yerdə eşq var ola bilməz. Feminist düşüncə və praktika, birgəlikdə və valideynlikdə qarşılıqlı olqunlaşmanın və özünü gerçəkləşdirmənin önəmini vurğular.

Hər kəsin ehtiyaclarına sayğı duyulan, hər kəsin haqlarının olduğu, kimsənin zülm istismar qorxusu yaşamadığı bir ilişki təsəvvürü, ataərkinin dəstəklədiyi hər türlü ilişki quruluşunun əksinədir.

Çoxumuz, ailədəki sorumlu erkəklərlə, atalar və erkək qardaşlarla özəl həyatlarımızda erkək basqısını təcrübə etdik, ya da edəcəyik; heteroseksual qadınlar eynisini romantik ilişkilərində də yaşadılar və yaşayacaqlar.

Halbuki qadın və erkəklər feminist teori ilə praktikanı mənimsəsələr, hər iki tərəfin də duyğusal durumu yaxşılaşacaqdır. Həqiqi bir feminist politika bizi əsarətdən özgürlüyə, eşqsizlikdən eşqə aparacaqdır. Eşqin təməli, qarşılıqlı birgəlikdir. Feminist praktika da toplumumuzda qarşılıqlılığın gerçəkləşmə şərtlərini yaradacaq tək toplumsal ədalət hərəkətidir.

Gerçək eşqin tanıma və qəbul üzərinə qurulduğunu, təşəkkür, ilgi, sorumluluq, bağlılıq və bilgini birləşdirdiyini qəbul etdiyimizdə ədalət olmadan eşqin olmayacağını anlamış oluruq. Bunun fərqini anladığımızda, üzərimizdə qurulan basqıya qarşı çıxmaq gücü verdiyini də anlarıq. Elə isə feminist siyasəti seçmək, eşqi seçməkdir.

18
FEMİNİST MƏNƏVİYYAT

Feminizm hər zaman mənəvi işlərə dəyər verən bir dirəniş hərəkəti idi və hələ də elədir. Feminist teori və praktikanın insanın özünü gerçəkləşdirməsi yolunda bir ehtiyac olan özünü sevmək və özünü qəbul etmək xüsusunda həssasiyyətimi gəlişdirməsinin öncəsində bənzər mesajları müsbət dəyərləndirən bir mənəvi yolda gedirdim.

Ataərkil dinlərin cinsiyyətçiliyinə baxmayaraq, qadınlar ruhani praktikalarda bir təsəlli və sığınma sahəsi tapmışdılar. Kilsənin batılı insanın yaşamındakı tarixinə baxdığımızda, qadınların, erkəklərin müdaxiləsi olmadan Tanrıyla yalnız qala biləcəkləri və erkək basqısı üçün üzlərini monastır gələnəyinə döndüklərini görə bilirik.

Ruhani Norwichli Julian, günümüz feminizminin ortaya çıxışından çox öncə, dərin ruhani idrak və ilahi parlaqlığı ilə belə yazırdı: “qurtarıcımız, içində sonsuz olaraq daim doğulduğumuz və içindən əsla çıxa bilmədiyimiz gerçək anamızdır”.

Norwich’li Julian, qurtarıcımızın mütləqa erkək olması gərəkdiyi düşüncəsinə qarşı çıxıb inanc yolculuğunu geriyə çevirmək sürətilə, qutsal qadına yönəldib beləcə qadınların ataərkil dinin əsarətindən qurtulmasına yardımçı olurdu.

Feminist hərəkət isə ilk dönəmlərindən etibarən, ataərkil dinə bir eləştiri yönəltdi. Bu eləştiri ölkəmizin hər yerində dini ibadətlərin təbiətini dəyişdirməyə varacaq qədər dərin bir etki yaratdı.

Batının metafizik dualizmini (yəni dünyanın hər zaman ikili kateqoriyalar ilə anlaşıla biləcəyi, bir alçaq və bir yüksək və ya bir yaxşı və bir pis olduğu fərziyyəsinin) hər hansı bir qrupa yönəldilən hər türlü basqının, cinsiyyətçiliyin və irqçiliyin ideoloji təməlini yaratdığını və bu yanaşmanın da Yəhudi-Xristian inanc sistemlərinin təməlini qoyduğunu bu sayədə üzə çıxartdı.

Elə isə ibadət şəklimizi dəyişdirmək üçün mənəviyyata bağlı yeni bir təsəvvür yaratmalıydıq. Ataərkil dinin feminist eləştirisinin gəlişdirilməsi, ümumiyyətlə, kültürdə yeni çağ mənəviyyatına hiss edilən ilginin artdığı dönəmə rast gəlir.

Yeni çağ axımının ruhani çevrəsindəki möminlər, Batı insanının ruhunu yüz illərdir idarə edən kökdənçi (fundamentalist) xristian düşüncəsindən uzaqlaşır, fərqli cavablar və ruhani gələnəklər tapmaq amacı ilə Doğuya yönəlirdilər.

Yaradılış mənəviyyatçılığı düşüş və təkfir qavramları üzərinə qurulmuş ataərkil mənəviyyatçılığın yerinə keçdi. Qadınlar, Hinduizm, Budizm, Vudu (Batı Afrika köklü animizmə əsaslanan din) və başqa ruhani gələnəklərdə, Tanrıça mərkəzli ruhani təsəvvürə dönməyə imkan tanıyan ilahi imgələri tapdı.

Feminist hərəkətin ilk dönəmlərində, hərəkətin din haqqında yön bəlli etməməsi və sırf politika ilə ilgilənməyə davam etməsi gərəkdiyini söyləyən münfərid aktivistlərlə sorun yaşandı. Gələnəksəl sosialist politikadan gəlib radikal feminizmə qatılan qadınların bir çoxu ateist idi.

Qutsal qadınlıq təsəvvürünə dönmə səyini apolitik (siyasi olmayan) və gərəksiz biçimdə duyğusal görürdülər. Hərəkət içindəki bu qütbləşmə qısa sürədə sona çatdı; çünki get-gedə daha çox qadın ataərkil dinə meydan oxumaqla özgürləşdirici mənəviyyat arasındakı əlaqənin fərqində oldu.

ABŞ vətəndaşlarının bir çoxu özünü Xristian olaraq bilər. Cinsiyyətçiliyə və erkək basqısına göz yuman Xristian doktrini, bu toplum içərisində cinsiyyət rollarına bağlı bir şeylər öyrənmə biçimlərimizin hamısını, digər dini inanclardan daha çox etkiləyir. İşin əsli budur: dini inanclarımızda bir dəyişim olmadan, kültürümüzdə feminist bir dəyişim gerçəkləşə bilməz.

Yaradılış mərkəzli Xristian ruhani oyanışı, feminist hərəkətlə öz arasında bağlantı qururdu. Original Blessing, İlk Təqdis adlı kitabında Matthew Fox belə anladır: “Ataərkil dinlər və bu dinlərin ataərkil paradiqmaları dünya mədəniyyətlərini ən az 3500 il boyunca yönəltdi.

Yaradılış mərkəzli gələnək feministdir. Bilgəlik və Eros, bu tərz mənəviyyata bilgi və ya kontroldan daha çox təqabül edər”. Dahası, doğa/ekoloji ilə ilgilənən feministlərlə vətəndaşlıq haqları üçün çalışan feministlər arasındakı gərginlikləri ələ alaraq bunun gərəksiz bir dualizm olduğunu göstərir Fox:

Ədalət amaclı bütün siyasal hərəkətlər kozmik gəlişimin parçasıdır; və təbiət insanların, içində özlərinə və öz dönüşə bilmə güclərinə dair fərqindəliyə çatdıqları matrisdir.

Özgürlük hərəkətləri, kosmosun ahəng, dəngə, ədalət və qutlama hissiyyatının daha qapsamlı bir şəkildə gəlişməsidir. Həqiqi mənəvi özgürləşmənin daha sonra kişisəl dəyişim və özgürləşməyə varacaq kozmik qutlama və tədavi adət-ənənəsinin gərəkdirməsinin nədəni budur.

Elə isə özgürləşmə teolojiləri, sömürülən və əzilən qrupların özgürləşməsini ilahi iradə ilə adanmışlığı yansıtan təməl bir inanc əməli sayılır. Bu çərçivədə, ataərkiyə son verdirmək ilahi bir əmir olaraq ­görünür.

Kökdənçi ataərkil din, feminist düşüncə və praktikanın yayılmasının önündə bir əngəl təşkil edibdir və durum bu gün də belədir. Bu günə qədər heç bir qrup, feminist düşüncələri, sağ qanad kökdənçilərin etdiyi qədər şeytaniləşdirə bilməmişdir; tam da bu qruplar, feminist düşünürlərin, özəlliklə də törəmə haqlarını savunanların öldürülmələri ilə bağlı çağırış edib buna göz yumublar.

İlk başlarda Xristianlığın feminist tənqidi bir çox qadının hərəkətdən ayrılmasına səbəb oldu. Digər tərəfdən feminist Xristianlar, İncilə, Xristian inanışlarıyla bağlı yeni, yaradılış mərkəzli eləştiri və yorumlarını təklif etməyə başladığında, qadınlar da Xristian praktikasına başından bəri bəslədikləri bağlılığı feminist politika ilə birləşdirə bildilər.

Ancaq bu aktivistlər Xristian kütlələrə xitab edən və bu kütlələri feminizmlə Xristian mənəviyyatçılığı arasında ixtilafa gərək olmadığına iqna edə bilən bir hərəkəti hələ tam anlamı ilə örgütləyə bilməyiblər.

Eyni durum Yəhudi, Budist, Müsəlman və digər inanclardan feministlər üçün də keçərlidir. Belə bir örgütlənmə gerçəkləşənə qədər ataərkil din, feminist qazanclara hər zaman zərər verəcəkdir.

Günümüzün feminizmi, ilk dönəmlərində mənəviyyatçılığa yetərincə diqqət göstərmədən vətəndaşlıq haqlarını və maddi qazanımları vurğuladı. Kütlə mediası, feminizmin dinə qarşı eləştirilərinə diqqət çəkdi, amma bir-birindən tam ayrı feminist qadın qruplarında oluşmaya başlayan ruhani oyanışı vurğulamaqla zərrəcə ilgilənmədi.

Bir çox insan hələ feminizmin din müxalifi olduğunu düşünür. Gerçəkdə feminizm, daha çox qadın qutsal olanla əlaqəyə keçə bilsin və özünü ruhani yaşama adaya bilsin deyə ataərkil dini düşüncəni dönüşdürməyə yardımçı olubdur.

Qadınların, daha çox böyüdükləri ailələrdə və ya qurduqları ilişkilərdə məruz qaldıqları ataərkil hücumların aşdığı yaraları sarmağa çalışdığı tədavi ortamlarında, feminist mənəviyyatçı praktikalar sıxlıqla qəbul görüb təsdiqləndi. Bir çox qadının ruhani arayışın müsbət görüldüyü də feminist tədavi kontekstində gerçəkləşdi.

Bu ruhani arayış praktikasının məhrəm təbiəti üçün insanlar, feminist aktivistlərin bu gün ruhun və ruhani yaşamın ehtiyaclarına cavab vermə gərəkliliyini nə ölçüdə qəbul etdiklərini bir çox zaman bilmirlər. Gələcəkdə, feminist hərəkətdə, feminist mənəviyyatla bağlı bilgiləri paylaşma xüsusunda daha yaxşı stratejilərə ehtiyacımız olacaq.

Alternativ mənəvi yollar seçmək, bu günə qədər bir çox qadına, ataərkil dini sorular və ona meydan oxurkən belə ruhani yaşamla bağlarını sürəkli qıla bilmələri xüsusunda yardımçı olmuşdur. Qurumsallaşmış ataərkil kilsə və ya ibadətxana, ­feminist ­müdaxilələr sonucunda dəyişibdir.

Ancaq son zamanlarda kilsə toplumsal cinsiyyət bərabərliyi məsələsində getdiyi yoldan ayrılmağa başlayıbdır. Kökdən dinçiliyin çoxalması irəliçi mənəviyyatçılığı təhdid etməkdədir.

Kökdən dinçilik, haqlı, bərabərsizliyin “təbii” olduğuna inanmaya təşviq etməklə qalmayıb və qadın bədəninin kontrolu altında olmasının gərəkli olduğu düşüncəsini də daimiləşdirmədədir.

Törəmə ilə ilgili haqlara saldırması da bu üzdəndir. Kökdən dinçilik, eyni zamanda, cinsəlliklə bağlı olan və cinsəl zorlamanı bir çox formayla təsdiq edən basqıcı məfhumları da həm qadınlara, həm də erkəklərə zorla qəbul etdirməkdədir. Burası aydındır ki, feminist aktivistlərin örgütlü dini vurğulamaqlarına, davam edən eləştiri və dirənişə qatılmalarına hələ ehtiyac vardır.

Bu gün feminizmi təsdiqləyən çox sayıda xariqüladə ruhani gələnək olsa da, bir çox insan bu praktikalar haqqında bilgiyə əl tapa bilmir. Bu insanlar bir çox zaman mənəvi rifahlarını önəm verən tək sahənin ataərkil din olduğunu düşünürlər.

Ataərkil din, bu günə qədər öz doktrinlərini yaymaq üçün kütlə mediasını, özəlliklə də televiziyadan çox yaxşı yararlanmışdır və yararlanmağa da davam etməkdədir. Bəlkə ataərkil dinin tək yol olduğu düşüncəsinə qarşı çıxmaq istərsək alternativ mənəvi yollar da eyni yollardan istifadə etməlidir.

Feminist mənəviyyat, hər kəsin əskimiş inanc sistemlərini sorğulayıb yeni yollar yarada biləcəyi bir sahə yaratdı. Tanrını bir çox formada təmsil edək, qutsal dişiyə yenidən sayğı göstərməyimizə səbəb olub, ruhani yaşamın önəmini müsbət dəyərləndirməmizi və ya yenidən müsbət gördüyümüzə yardımçı oldu.

Hər türlü basqı və zülmdən qurtuluşu özündə mənəvi bir arayış olaraq tanımlamaq bizləri, ruhani praktikanı özgürlük və ədalət mübarizəmizlə birləşdirən bir mənəviyyata geri döndərdi. Mənəvi razılıqla bağlı feminist bir təsəvvür, doğal olaraq həqiqi bir ruhani yaşamın təməlidir.

19
VİZYONER FEMİNİZM

Gerçəkdən vizyoner ola bilmək üçün, bir yandan təsəvvür etdiyimizi somut (konkret) gerçəkliyimiz içərisindən qurarkən bir yandan da bu gerçəklikdən yuxarıda olan imkanları xəyalımızda qurmalıyıq. Bugünkü feminizminin ən güclü tərəfi, forma və yön dəyişdirə bilmə qabiliyyətidir.

Əskimiş düşüncə və hərəkət şablonlarına bağlanıb qalan toplumsal ədalət hərəkətləri uğursuz olma tərəfini göstərirlər. Vizyoner feminizmin kökləri 1960-ci illərin əvvəllərinə gedib çıxır.

Qadın qurtuluş hərəkətinin ilk dönəmlərində vizyoner düşünürlər, reformist mərhələsində qadınların mövcud ağdərili üstünlükçü kapitalist sistem içində vətəndaşlıq haqlarına qovuşmalarına nədən olacaq və bununla eyni zamanda olaraq bu sistemi ortadan qaldırmağa çalışacaq radikal/devrimçi bir hərəkətin xəyalını qururdular.

Xəyal edilən, bu basqı kültürünü yerindən etmək idi.

Onun yerinə, kommunalizmin və sosial demokrasinin təməlləri üzərinə qurulmuş qatılımçı bir ekonominin var olduğu bir dünya keçəcəkdi; irq və toplumsal cinsiyyətə əsaslanan ayrıseçkiliyin olmadığı bir dünya; qarşılıqlıq və qarşılıqlı bağlılığın tanındığı bir ethosun (kültür, əxlaqi dəyər) hakim olduğu bir dünya;

planetin necə həyatda qala biləcəyinə və bu planetdə barış və rifaha hər kəsin necə çata biləcəyi ilə bağlı qlobal bir ekoloji təsəvvürünün yerləşmiş olduğu bir dünya.

Hərəkət irəlilədikcə radikal/devrimçi feminist vizyon daha aydın və çox hər tərəfli bir hal aldı. Bunlar, əslində mütləq bir şəkildə var olan toplumsal düzən içərisində bir sıra dəyişmələr üçün çalışarkən özlərini daha güvəndə hiss edən reformist feministlərin mütləqiyyətçiliyi tərəfindən şübhəsiz durdurulmağa məruz qalırdılar.

Bir sıra reformist feminist aktivistlər imtiyazlı siniflərin erkəkləri ilə eşit haqlara qovuşa bilmək üçün toplumsal cinsiyyətə söykənən ekonomik ayrı-seçkiliyi dəyişdirməyə həqiqətən həvəsli ikən, bir sıraları da enerjinin, sadəcə, reform yönündə sərf edilməsi halında hərəkətin, qadınların yaşamında daha somut və həyata ləms edilə bilən dəyişimlər yarada biləcəyinə inanırdı.

Bununla birlikdə, son təhlildə feminist mübarizənin radikal damarlarının bütünü ilə buraxılması hərəkəti ana axım kapitalist ataərki tərəfindən fikir və yön verilməsinə daha uyğun hala gətirdi.

Sistemi kökdən dəyişdirməyə çalışan qadınların sayısı get-gedə azalırdı; çünki bəzi qadınlar mövcud toplumsal düzəndə getdikləri yol qədər sinfi iqtidarın və/və ya daha sürətli şəkildə sinif dəyişdirmənin sehrinə qapılırdılar.

Carl Gilligan kimi feminist düşünürlər qadınların daha mehriban və daha etik olduğunu bizlərə dəfələrlə söyləmiş olsa da, qadınların özlərindən daha gücsüz olan digər qadınlara qarşı davranışları bunun əksini göstərir.

Qadınların özlərini aid hiss etdikləri etnik ya da irqi qrupların içərisində özlərinə göstərdikləri diqqət etiki; əmpatiya, özdeşlik (eynilik) və ya dayanışma hiss etmədikləri qruplarla qurulan ilişkilərə uzanmır.

Hamısı deyilsə də bir çoxu ağdərili olan imtiyazlı qadınlar, bu günə qədər, işçi sinfi qadınlarının və yoxsul qadınların boyun əyməyə davam etmələri üçün böyük yatırımları oldu.

Vizyoner feminizmin təməl hədəflərindən biri, bütün qadınların qədərini dəyişdirib fərdi güclərini artıra biləcək stratejilər ortaya qoymaq idi.

Ancaq bunu edə bilmək üçün hərəkətin haqq eşitliyi məsələsindən daha irəli gedib bütün qadınları, özəlliklə də yoxsul qruplardan qadınları qapsayacaq oxuma-yazma savadı kampaniyaları kimi təməl qonularla işə başlaması gərəkirdi.

Feminist bir oxul ya da feminist bir universitet yox idi, hələ də yoxdur. Üstəlik bu cür qurumların oluşdurulmasına qarşı daim bir səy də görülmür.

Var olan yapılardan ən çox yararlananlar, iş və karyer təməlli pozitiv ayrı-seçkilik proqramlarından ən çox yararlanan oxumuş ağdərili qadınlar idi, ancaq onlar, feminist ilkələrə əsasan qurumlar oluşdurmaq xüsusunda çalışmaya çox da həvəsli deyildilər.

Bu qurumlar heç bir zaman yüksək əməkhaqqı ödəməzlər. Ancaq şəxsi zənginlik sahibi feminist aktivistlər belə, indiyə qədər pullarını, təməl bacarıqları geridə buraxmış qadın və gənc qızlara qarşı eyitim proqramlarına qaynaq təmin etmək amacı üçün istifadə etmədi.

Biz vizyoner feminist düşünürlər, bütün siniflərdən gənc ya da yaşlı bütün qadın və erkəklərin ehtiyaclarına cavab verə biləcək geniş sahəli bir hərəkətə ehtiyacımız olduğunu qavrasaq belə, hər kəsin anlaya biləcəyi dildə yazılmış və ya sözlü əlaqə yolu ilə paylaşıla biləcək vizyoner bir feminist teori bütünü yarada bilmədik.

Bu gün akademik çevrələrdə feminist teori üzərinə yazılmış ən bəyənilən əsərlərin bir çoxu, sadəcə yaxşı eyitim almış insanların anlaya biləcəyi təntənəli bir dildən istifadə etməkdədir.

Toplumumuzda bir çox insan təməl bir feminizm anlayışına sahib deyil; ilk oxul düzeyindəki fərqli kitablardan və bənzər yollardan bu anlayışa çatmaq da mümkün deyil; çünki bu cür qaynaqlar yoxdur. Gerçəkdən hər kəs üçün bir feminist hərəkət qurmaq istəyiriksə, bu cür qaynaqları yaratmalıyıq.

Feminizmin müdafiəçiləri, yeni televiziya kanallarına sahib olmaq üçün, ya da var olan kanallarda daimi bir şəkildə yer tuta bilmək amacı ilə bir maddi qaynaq örgütlənmə işinə girməlidirlər. Hər hansı bir televiziya kanalında ya da radio proqramında feminist bir xəbər saatı yoxdur.

Dünyaya feminizmi yaymağa çalışarkən qarşılaşdığımız ən önəmli problemlərdən biri, qadının toplumsal cinsiyyəti ilə bağlı olduğu düşünülən hər şeyin, bu şeylər feminist bir baxış açısı içərməsə belə, feminizmə dair bir məsələ imiş kimi xəbər halına gətirilməsi.

Toplumsal cinsiyyəti qonu edən bəzi radio proqramları, ya da bir-iki televiziya şousu var, amma bu, feminizmi vurğulamaqla eyni şey deyil. İşin burası ironikdir: hər kəsin toplumsal cinsiyyət və qadınlarla ilgili hər türlü mövzunu dartışmaya daha açıq olması, bugünkü feminizminin uğurlarından biridir.

Ancaq bu dartışmalar feminizm bir baxış açısı ilə ortaya çıxmaqdadır. Məsələn, toplumumuzun qadınlara və uşaqlara qarşı erkək zorakılığı ilə üzləşə bilməsini mümkün edən kültür devrimini feminizm yaratmışdır.

Ev içi zorakılıq kütlə mediasında bolluca göstərilsə də və bununla ilgili dartışmalara bir çox sahədə yer verilsə də toplumumuz erkək zorakılığının sonlandırılmasını erkək zorbalığının sonlandırılması ilə, ataərkinin yox edilməsi ilə bir çox zaman ilişkiləndirmir.

Bu ölkənin bir çox vətəndaşı hələ də erkək hakimliyi ilə evdəki erkək zorakılığı arasındakı bağlantını qura bilmir. Hər sinifdən gənc erkəyin ailə üzvlərini, dostlarını və oxul dostlarını vəhşicə öldürdüyü durumlarla qarşılaşıb toplumumuz bunlara reaksiya verməyə dəvət edildiyində, dediyimiz qavrayış nöqsanı tamamən ortaya çıxır.

Kütlə mediasında hər kəs bu zorakılığın niyə ortaya çıxdığını soruşur, amma kimsə bunu ataərkil düşüncə sistemi ilə ilgili olduğunu görmür.

Eləşdirəl bilinc yaratmağı hədəfləyən kütləvi bir feminist eyitim mütləq gərəklidir. Ancaq təəssüflə feminist düşüncənin yönəlməsini sinif elitizmi bəlli edibdir. Bir çox feminist düşünər və teorisiyən çalışmalarını universitetdəki elit ortamlarda davam etməkdədirlər.

Az qala heç birimiz uşaq kitabları yazmırıq; ilk öyrətim oxullarında dərs vermirik; dövlət oxullarındakı eyitim proqramı üzərində etkili ola biləcək güclü bir lobbi fəaliyyəti yürütmürük.

Mən uşaq kitablarını, özəl olaraq yazmağa başladım, çünki feminist düşüncəni hər kəs üçün əlverişli ola biləcək hala gətirəcək bir feminist hərəkətin parçası olmaq istəyirdim. Bunların dışında, kasetə yazılmış kitablar da mesajımızın oxuma-yazma bilməyən hər yaşda olan insana əlverişli olmasına nədən ola bilər.

Feminist politikanın kəsinliklə radikal önərilərdən yola çıxan yeni bir başlanğıc üçün, feminizmin mesajını yaymaq üzərə hamımız birlikdə üz-üzə, qapı-qapı dolaşaraq çalışmağa başlamalıyıq.

Bizim şərtlərimizdə radikal olan, ümumiyyətlə, yer altına getdiyi üçün, feminizmi yer altından çıxardıb sözümüzü bütün dünyaya yaymaq üçün əlimizdən gələn hər şeyi etməliyik.

Feminizm, cinsiyyətçiliyi, cinsiyyətçi iqtidarı və basqını bitirməyə çalışan bir hərəkət və toplumsal cinsiyyət ayrı-seçkiliyə son verdirib eşitlik yaratmaq üçün çalışan bir mübarizə olduğu üçün təməldən radikaldır.

Feminizmin təbiətində var olan bu radikalizmə dair qarışıqlığı, feminist aktivistlər cinsiyyətçiliyin bütün göstəricilərinə meydan oxumaqdan vaz keçib ancaq reformlarla ilgilənməyə yönəldiyində ortaya çıxdı.

Bir çox fərqli feminizmin var ola biləcəyi düşüncəsinin yayğınlaşması, status və imtiyazlı sinif iqtidarı ardınca qaçan qadınların mühafizəkar və ya liberal siyasi çıxarlarına xidmət etdi.

Bu qadınlar, “iqtidar feministləri” terminini ilk qullanan qrupda yer alırdılar. Həm feminist həm də aborta qarşı ola ­ biləcəyini irəli sürməyə başlayan qrup da bu idi ki, bu da bir başqa yanlış düşüncədir. Bir vətəndaşlıq haqqı olaraq qadınların öz bədənləri üstündəki kontrolunu müdafiə etmək feminizmin təməl ilkələrindəndir.

Bir qadının abort etdirib-etdirməyəcəyi tamamən öz seçimdir. Kürtaj etdirməyi seçməmək antifeminist bir şey deyil. Amma qadınların seçim haqqına sahib olmaları feminist bir ilkədir.

Mənfəətçi sinif əlaqələrinin yanı sıra iqtidar və pul həvəsi, qadınların yoxsul qadınların və işçi sinfindən qadınların çıxarlarına xəyanət etməsinə yol açdı.

Zamanında feminist düşüncəyə inanmış qadınlar bu gün sosial yardıma qarşı dövlət siyasətlərini dəstəkləyir və bu tutumlarında hər hansı bir ziddiyyət görmürlər. Etdiklərini bir “marka” halına gətirib buna feminizm altında bir ad qoyurlar.

Feminizmin bir yaşam tərzi ya da bir şey kimi təmsil edilməsi feminist politikanın önəminin bəlli olmasının qarşısını alır. İndiki durumda bir çox qadın feminizm olmadan vətəndaşlıq haqlarını istəyir. İctimai alanda eşitlik istəsələr belə, özəl alanda ataərkil sistemin toxunulmadan qalmasını istəyirlər.

O halda ki, vizyoner feminist düşünürlər, hərəkətin ilk günlərindən etibarən ataərkil sistemlə hər hansı bir məsləhətli döyüşün, hətta qadınların çalışma haqqı tələbi örnəyində görüldüyü kimi ataərkinin feminist hərəkətin bəzi tələblərinə dəstək verməsinin, əslində qadınları savunmasız buraxdığını anlayıblar.

Biz, yaşamımızı idarə edən bu sistemdə köklü dəyişimlər olmadan əldə etdiyimiz haqların əlimizdən rahatlıqla alına biləcəyini gördük. Bunun doğmağa dair haqlarda, özəlliklə də abort haqqında başımıza gəldiyini bu gün görə bilirik.

Ataərki içərisində verilən vətəndaşlıq haqlarının təhlükəli olduğu anlaşıldı; çünki qadınlar beləliklə əskisindən daha yaxşı durumda olduqlarını, zorbalıq quruluşlarının dəyişməkdə olduğunu düşünməyə başladılar. Halbuki günümüzdə bu quruluşlar qadınların feminizmdən uzaqlaşması ilə yenidən güclənməkdədir.

Aşırı antifeminist hücum da feminist hərəkəti baltalamışdır. Bu hücumun önəmli bir bölümü, opportunist mühafizəkar qadınlardan gəlməkdədir.

Məsələn, Danielle Crittendon, son dönəmdə çıxan, What Our Mothers Did Not Tell Us: Why Happiness Eludes The Modern Woman (Analarımızın Bizə Söyləmədikləri: Mutluluq Nədən Modern Qadından Vaz Keçir?) adlı kitabında, qadınlara evdə oturub sağlıqlı uşaqlar böyütmələrini, qadın və erkək ruhları arasındakı fərqlilikləri qəbul etmələri gərəkdiyini və hər şeydən önəmlisi, feminizmin bir yanılqı olduğunu söyləyir.

Feminizmi tənqid edənlər, modern qadının qarşı-qarşıya qaldığı bütün mutsuzluqların suçunu feminist hərəkətə yükləyir. Ataərkil sistemdən, erkək zorbalığından, irqçilikdən ya da sinifsəl sömürüdən əsla danışmırlar.

Antifeminist kitablar geniş bir oxucu kütləsinə səslənə biləcək bir dil ilə yazıldığı halda, bu kitabların içərdiyi mesajlara qarşılıq verə biləcək, xalqa xitab edən feminist teori bütünü mövcud deyil.

Radikal feministlərlə. Hələ də orta yaşını sürən, otuz beş ilə altmış beş yaşlarında olan radikal feministlərlə danışdığım zaman, feminizmin qurucu təsirlərinə dair möhtəşəm məsələlərlə qarşılaşıram.

Bunları bəlgələməmiz, feminizmin qadınların yaşamını çətinləşdirməkdən başqa bir işə yaramadığı yönündəki populyar fərziyyələrə qarşı şahidlik edə bilməmiz baxımından gərəklidir.

Əslinə baxsaq, feminist düşüncə və praktikaya sahib olaraq az qala heç dəyişmənin bir ataərkil düşüncə və praktika sistemi içərisində qalmaq, həqiqətən də qadınların yaşamını çox daha qarmaşıq bir hala gətirmişdir.

Vizyoner feministlər erkəkləri də hərəkətin içinə çəkmək gərəkdiyini daima anlamışlar. Hamımız bilirik ki, dünyadakı bütün qadınlar feminist olsalar da, erkəklər cinsiyyətçiliklərini sürdürdükləri halda yaşamlarımız qısıtlanacaq və toplumsal cinsiyyətlər arasındakı savaş durumu bir norm olmaya davam edəcəkdir.

Erkəkləri mübarizədə yoldaş olaraq görməyi rədd edən, bəlkə erkəklər feminist ­politikalardan hər hansı bir fayda görsə əldən verənin qadınlar olacağı kimi ağla sığmayan qorxular bəsləyən feminist aktivistlər, xətalı bir şəkildə toplumun feminizmə şübhə və təhqirlə yanaşmasına yardım etmiş oldular.

Erkəklərdən nifrət edən qadınlar bəzən, erkəklərlə yaşadıqları problemlərlə üzləşmək yerinə, feminizmin irəliləməsini seçdilər. Erkəklərin feminizmin bayrağını əllərinə alıb ataərkiyə meydan oxuması təcili bir ehtiyacdır.

Planetdəki yaşamın davamı və güvənliyi feminizmin erkəkləri hərəkətə çəkməsini gərəkdirir.

Feminist hərəkət hər yaşda qadın, ya da erkəyin cinsiyyətçiliyi sona çatdırmaq adına çalışması ilə gəlişir. Bu durum gedib örgütlərə qatılmamızı gərəkdirməz, olduğumuz yerdən də feminizm adına çalışa bilərik.

Feminizm üçün çalışmaya yaşadığımız yerdə, evdə başlaya bilərik; özümüzə və sevdiklərimizə eyitim verə bilərik. Keçmişdə feminist hərəkət, tək-tək qadın və erkəklərə, dəyişimə qarşı yetərli eyləm planı ortaya qoymamışdır.

Feminist politika amac və yönümüzlə bağlı bir sıra sarsılmaz inanc üzərində yüksəlsə də feminist dəyişim üçün istifadə edəcəyimiz stratejilər çeşidlilik göstərməlidir.

Feminizmə gedən yol, tək deyil. Fərqli kültürlərdən gələn fərdlərin, yaşamlarına doğrudan dəyər gətirəcək bir feminist teoriyə ehtiyacları vardır.

­Qaradərili bir qadın feminist düşünər olaraq, qaradərililərin yaşamındakı toplumsal cinsiyyət ilişkilərinin eləşdirəl bir baxışla incələnməsinin və beləliklə, üzərində çalışmamız gərəkən məxsus problem və stratejilərin kəşf edilməsinin son dərəcə önəmli olduğunu düşünürəm; çünki bunların ortaya çıxması, bütün qaradərililərin feminist mübarizənin yaşamımızla bağlı anlamasına səbəb olacaqdır.

Radikal vizyoner feminizm, bizləri imperialist ağdərili üstünlükçü kapitalist ataərkil sistem içindəki statusumuzu doğru bir şəkildə anlaya bilməmiz üçün, öz yaşamlarımızı toplumsal cinsiyyət, irq və sinif baxımlarından cəsarətlə incələməyə təşviq edər.

İllərcə bir çox feminist qadın, qonumlarını bəlirləyən tək faktorun toplumsal cinsiyyət olduğu yanılqısına qapıldı. Bu inkarın öhdəsindən gəlmək, feminist politika baxımından önəmli bir dönüş nöqtəsi idi. Qadınların irq və sinif ön yarqılarının kütlə təməlli bir qadın hərəkətinin yaranmasını necə əngəllədiyini görmələrinə nədən oldu.

Artıq feminist mübarizəni yeniləməyə hazırıq. Var olan antifeminist reaksiyanın səbəbi budur: feminist hərəkət, ataərkinin, həm qadınların, həm də erkəklərin mutluluğu qarşısında necə bir təhdid yaratdığını hər kəsə göstərməkdə uğurlu olmuşdur.

Feminist hərəkət, cinsiyyətçiliyi və erkək iqtidarını ­sürdürmənin təhlükələrilə bağlı doğru bir açıqlama gətirməmiş olsaydı, uğur qazanmazdı. O zaman antifeminist kampaniya başlatmağa da gərək qalmaz idi.

Ataərkil kütlə mediası feminist dərsliklərdə erkəklərin yaxşı qarşılamadığı yalanını uydurmaqla feminist düşüncəni incələyən və bu düşüncənin içinə keçən erkəklərin sayı get-gedə artır. Bu önəmli dəyişim feminist hərəkəti ataərkil sistem baxımından daha böyük bir təhdid olaraq ortaya qoyur.

Daha öncə söylədiyimiz kimi hərəkət, sadəcə, qadınlara odaqlanmış olsaydı, ataərkil status olduğu kimi davam edər, kimsə də feminizmi pisləməyə gərək duymaz.

Ataərkil kütlə mediası və cinsiyyətçi liderlər, feminizmin öldüyünü, bir anlamın qalmadığını hər zaman deyirlər.

Gerçək olan budur: hər yaşdan bir çox qadın və erkək, hər yerdə, toplumsal cinsiyyət eşitliyi məsələsi ilə dartışmağı, özlərini qısıtlayıb məhdudlaşdırmaq, əksinə özgürləşdirəcək rollar aramağı və yanıt üçün feminizmə yönəlməyi sürdürür. Vizyoner feminizm gələcəyimizə dair bizə ümid verir.

Feminist düşüncə, qarşılıqlıq və qarşılıqlı bağlılıq etikini vurğulayaraq, bir yandan zorakılığa son verdirmək, digər tərəfdən də eşitsizliyin buraxdığı təsirləri dəyişdirmənin yolunu göstərir.

Qarşılıqlığın norm olduğu bir dünyada, hər kəsin eşit olmadığı durumlar ola bilər, amma bu eşitsizliyin sonucları əsla boyun əydirmə, sömürgələşdirmə və insanlıqdan çıxarma olmayacaqdır.

Cinsiyyətçiliyi cinsiyyətçi sömürünü və basqıya son verdirmək üçün bir hərəkət olaraq feminizm hələ canlı, hələ yaxşı durumdadır. Geniş sahəli bir hərəkət olmasaq da, belə bir hərəkəti yenidən qurmaq ilk hədəfimizdir.

Feminist hərəkətin yaşantılarımızla əlaqəsini davamlı edə bilmək üçün vizyoner feminist teori hər zaman yenidən qurulmalıdır, beləliklə, yaşadığımız hər alanda varlığımıza xitab edə bilməlidir.

Qadınlar və erkəklər toplumsal cinsiyyət eşitliyi qonusunda önəmli addımlar atdılar. Özgürlüyə doğru bu addımlar, daha da irəli getməmiz üçün bizə güc verməlidir. Keçmişdən cəsarətlə dərs alıb feminist ilkələrin istər ictimai istərsə özəl həyatlarımızı hər yönü ilə əhatə edən bir gələcək üçün çalışmalıyıq.

Feminist politilanın amacı, hər kim olsaq, özgürcə o ola bilməmiz, ədalətə sevgi bəslədiyimiz yaşamlar sürə bilməmiz, barış içində yaşaya bilməmiz zorakılığa son verdirməkdir. Feminizm hər kəs üçündür.

Kişilər Marsdan, qadınlar Veneradandır – John GrayNikbinliyin gücü – Tom Rat, Donald Klıfton

Fikirlərinizi bildirin.