Fərqli tip insanlar sexual fantaziyalarda özlərini necə təsəvvür edirlər

534

Fərqli tip insanlar sexual fantaziyalarda özlərini necə təsəvvür edirlər. Daha gənc, daha əzələli, daha təcrübəli? Psixoloqlar bütün bu sualları cavablandırmağa çalışırlar.

Sexual fantaziyalar hələ qədim zamanlardan insanları həvəsləndirməyə başlayıb. Lakin, hələ indi, XXI əsrdə, eyni zamanda XX əsrin sonlarından etibarən psixoloqlar bu fantaziyaları araşdırmağa və onlar nəticəsində maraqlı faktları müəyyənləşdirməyə başlamışlar.

Misal olaraq, doktor Jastin Lemillerin sexual fantaziyalara həsr edilmiş xeyli sayda araşdırmaları mövcutdur.

Jastin Lemiller – Amerika Sosial Psixoloqu, İndiana Universitetinin Kinsey İnstitutunda tədqiqatçı

“Nə istədiyini söylə” (“Tell Me What You Want”) monoqrafiyasında doktor Lemiller 50 ştatda olmaqla 4 175 insanın sexual fantaziyasını araşdırmış və aşağıdakı nəticələrə gəlmişdir.

Rəyi soruşulanların yalnız 2.9%-i öz sexual fantaziyalarında özlərini təsəvvür etmirlər. 97.1% insanın həvəsli düşüncələrində istənilən halda baş rolda özləri olurlar. Onlardan 73.3% insan daim özlərinin daxil olduqları səhnələri beyinlərində canlandırdıqlarını bildirmişlər.

Ancaq, bu halda başqa bir sual meydana çıxır – onlar özlərini hansı formada təsəvvür edirlər? Ən azından fantaziyalarında insan özünü istədiyi kimi təsəvvür edə bilir. Bir sözlə, özünü ideallaşdırmağa meyilli olur.

Sorğunun nəticələri ictimaiyətin önünə reallığa uyğun mənzərənin təqdim etdi. Beləliklə, respondentlər öz sexual fantaziyalarında özlərini hansı formada təsəvvür edirlər?

  • 71% insan öz tipajını və fiziki formasını dəyişdirir.
  • 61% insan fantaziyalarında ümumiyyətlə şəxsiyyətini dəyişdirir.
  • 58% insan sexual rolunu fərqli edir.
  • 56% – cinsi orqanının formasını və ya ölçülərini dəyişik təsəvvür edir.
  • 47% respondentlər daha gənc obrazlarını təsəvvür edirlər.
  • 44% insan isə özlərini gələcək görkəmlərində canlandırırlar.

Birdən elə düşünərsiniz ki, biz bütün bu rəqəmləri havadan götürmüşük. Əsla belə deyil. Buyurub doktorun öz əlləri ilə hazırladığı infiqrafika ilə tanış ola bilərsiniz.

Məntiqli olaraq istədikləri məlumatları əldə etdikdən sonra mister Lemiller nəticələrini insan tiplərinə uyğunlaşdırmaq qərarına gəlir.

Misal olaraq, fantaziyalarında cavan görünmək istəyən kişilər adətən heterosexual (qadın+kişi) kişilər olurlar. Onlar eyni zamanda cinsi orqanlarının ölçülərini də olduğundan daha böyük təsəvvür edirlər.

Lakin, hetrosexual qadınlar fantaziyalarında daha çox gələcək hallarını düşünürlər. Əlbətdə ki, bu halda bədən formalarını da daha korrektə olunmuş formada təsəvvür edirlər.

Qadınlar kişilərə nisbətə özlərini daha çox dominant qismində təsəvvür edirlər. Kişilərin xeyli hissəsi sözə qulaq asmağı, tabe olmağı arzulayırlar.

Bilmirik, doktor Lemillerin fikri ilə siz nə dərəcədə razısınız. Ancaq, cinsinizi, yaşınızı və fantazyalarınızı məqalənin şərh bölməsində qeyd etsəniz məmnun olarıq. Kim bilir, bəlkədə sizin qeydlərinizlə biz də ölkəmiz üzrə müəyyən statistika formalaşdıra bilərik.

Əvvəlki məqaləKişi və qadın erogen zonalarının yeni xəritəsi
Növbəti məqaləSürücülük vәsiqәsi (maddə 34)

Fikirlərinizi bildirin.