Eyni filmə çəkildikdən sonra evlənən cütlüklər

792
Eyni filmə çəkildikdən sonra evlənən cütlüklər 3

Eyni filmə çəkildikdən sonra evlənən cütlüklər. Çəkiliş meydançalarında keçirilən uzun saatlar bəzən insanları gözlənilməz şəkildə yaxınlaşdıra bilir. Hollivudun bir çox sevilən nümayəndələri öz sevgilərini elə həmin ünvanda tapmışlar. Onların bir çoxları uzun müddətli evli olmasalar da, biz hələ də bu məşhurları cütlük kimi xatırlayırıq.

Brad Pitt və Angelina Jolie

Pitt və Jolie 2004-cü ildə “Mister və missis Smit” adlı filimin çəkilişləri zamanı tanış olmuşlar. Filmin özü də cəsusların ailə münasibətlərindən bəhs edir. O zamanlar amerikalı aktyor  Jennifer Anistonla evil idi. Bir müddət amerikanın sevgi cütlüyü hesab edilsələr də, bir ildən sonra ayrılmışlar. Məsələlər bu şəkldə cərəyan etdiyindən, Angelinanı ailə dağıtmaqda günahlandırmağa başladılar. Jolie müsahibələri zamanı Bradlə onun arasında yaxın münasibətlərin çəkiliş meydançasında yarandığını boynuna almışdır. Lakin, aktrisanın dediyinə görə o zamanlar aralarında heç nə baş verməmişdir. Mətbuatda aparılan kompaniyaya baxmayaraq onların münasibətləri sağlam şəkildə qorunub saxlanılmışdır. 2014-cü ildə cütlük övladlarının iştirakı ilə ailə həyatı qurur. Bütün insanların təəcübünə baxmayaraq iki ildən sonra Jolie boşanmaq üçün ərizə ilə müraciət edir. Pitt isə açıq şəkildə spirtli içki aludəçiliyinin olduğunu bildirir.

Humphrey Bogart və Lauren Bacall

Eyni filmə çəkildikdən sonra evlənən cütlüklər 2

Bəzi dedi-qodu gəzdirənlərin dediklərinə görə Bacall ondan 25 yaş daha gənc idi, kənardan baxarkən Bogartın qızı da ola bilərdi. Lakin, aralarındakı yaş fərqi onlara birlikdə olmağa mane ola bilmədi. Ailə münasibətləri 1957-ci il aktyorun ölümünə qədər davam etmiş oldu. Onlar Bacallın debyut filmi olan “Sahib olmaq ya olmamaq” filmində tanış olmuşlar. Humphrey o zamanlar artıq ulduz statusuna sahib olmaqla yanaşı viski həvəskarı kimi də tanınırdı. O gələcəyin tanınmış aktrisasına ağlını itirəcək şəkildə vurulur. Nəticədə özlərini yeniyetmə kimi aparmağa başlayırlar. Tez zamanda Bogart boşanmağa ərizə verir və 1945-ci ildə Bacalla evlənir. O xanımını “Bebi” deyə çağırırdı. Günlərin birində aktrisa Bogartı başqa qadınla tutur. Özünün də adı Francis Sinatra ilə birgə çəkilirdi. Ancaq, ailə icdivacları pozulmadı və birlikdə yaşamağa davam etdilər.

Blake Lively və Ryan Reynolds

Eyni filmə çəkildikdən sonra evlənən cütlüklər 3

Amerika kinoindusdriyasında ən zarafatcıl və gülməli cütlük obrazını yaradan aktyorlar. Onlar hər zaman sosial şəbəkələri bir-birinə qatmağı bacarmışlar. Yaxın günlərdə aktrisa zarafatcasına Ryanın xoşagəlməz şəklini paylaşmışdır. Aktyorlar arasında qarşılıqlı münasibətlər və sevgi “Yaşıl məşəl” filimindən sonra yaranmağa başladı. 2012-ci ildə onlar evlənir və üç qız övladı böyüdürlər.

Mila Kunis və Ashton Kutcher

Eyni filmə çəkildikdən sonra evlənən cütlüklər 4

Onlar birlikdə olduqca məşhur “70-ci illərin şousu” adlı serialına çəkilmişlər. İlk çəkilişlər başlayan zaman Kunisin 14 yaşı var idi. Xanım oğlandan 5 yaş böyük idi. Müsahibəsi zamanı aktrisa boynuna almışdır ki, heç vaxt çəkiliş meydançasındakı kolleqasının yaraşıqlı olub-olmadığına diqqət yetirməyib. Cütlük rəsmi olaraq 2012-ci ilə qədər görüşmürdülər. O zamanlar Kutcher əvvəlki həyat yoldaşı Demi Mooredan, Kunis isə  Macaulay Culkindən uzun müddətli münasibətlərdən sonra ayrılırlar. İki il sonra onların Vyatt adlı oğlan uşaqları dünyaya gəlir.

Alicia Vikander və Michael Fassbender

Onlar 2015-ci ildə “Okeanlar arasından işıq” adlı filimin çəkilişləri zamanı tanış olmuşlar. Filimdə aktyor Avstarliya sahillərində işə düzələn manyakın baxıcısı, izləyicisi rolunda oynayır. Tez zamanda ona həyat yoldaşı qoşulur. Cütlük uzun müddət uşağa qalmağa cəhtlər göstərir. Müsahibəsi zamanı aktyor Alicia ilə arasında olan qığılcımın tez alovlandığını bildirmişdir. Mətbuatdan uğurla yayına bilən cütlük 2017-ci ildə ailə qurmuşdur.

Rami Malek və Lucy Boynton

Eyni filmə çəkildikdən sonra evlənən cütlüklər 6

Queenin musiqi bioqrafiyası haqqında filim 2018-ci ilin ən məşhur filimlərdən biri oldu. Əlbətdə ki, buna səbəb kimi Rami Malekin oyununu göstərmək mümkündür. Filim üzərində çalışmaq aktyora şəxsi həyatında da xöşbəxtlik gətirmişdir. Meri Ostin personajını yəni, Freddie Mercurynin portnyoru və dostunu 26 yaşlı Lucy Boynton canlandırır. 2018-ci ilin əvvəllərində Malek və onun kolleqası Londonda təqdimatı keçirilən Alexa Changın kolleksiyasına birlikdə qatılmışlar.

 Kurt Russell və Goldie Hawn

Onlar 1968-ci ildə “Yeganə orijinal ailə orkestri” filmi üzərində çalışdıqları zaman tanış olurlar. Lakin, yalnız 15 il sonra digər birgə iş zamanı, “Növbə dəyişikliyi” filiminin çəkilişlərində aralarında yaxınlıq baş verir. 1986-cı ildə Uayatt adlı oğlanları olur.

Elizabeth Taylor və Richard Burton

Hollivudun qızıl dövrünün ən məşhur cütlüklərindən biri. Onların ehtiraslı münasibətləri “Kleopatra” filiminin çəkilişləri zamanı başlamışdır. İlk baxışdan xeyli sayda emosyalar oyatmışdır. Belə ki, Burton o zamanlar artıq evli idi. Söz-söhbətlər ABŞ mətbuatı ilə yanaşı İtaliya mətbuatını da bürümüşdür. Media Tayloru “ərlərin ovçusu” adlandırır və hətda papaının belə qəzəbinə tuş edir. 1965-ci ildə gəzən söhbətlərə son qoyaraq evlənirlər. Berton münasibətlər zamanı dəfələrlə yeni həyat yoldaşına əl qaldırırdı. 1974-cü ildə boşanırlar və bir ildən sonra yenidən ailə qururlar. Aktrisanın sözlərinə görə “əgər o ölməsəydi, yəqin ki, üçüncü dəfə də evlənməli olacaqdıq”.

Penelope Cruz və Javier Bardem

Eyni filmə çəkildikdən sonra evlənən cütlüklər

İspan aktyoru ilə aktrisa arasında tanışlıq 1992-ci ildə satirik-erotik “Vetçina, vetçina” filiminin çəkilişləri zamanı baş vermişdir. Cruzun o zamanlar 18 yaşı, Bardemin isə 24 yaşı var idi. Aktrisa bir müddət sonra öz gücünü Hollivudda sınamağa qərar verir. O zamanlar Cruz eyni vaxtda Tom Cruise, Matthew McConaughey və Matt Damonla da görüşür. 2008-ci ildə yenidən çəkiliş meydançasında Bardemələ qarşılaşır. 2010-cu ildə evlənir və iki uşaq tərbiyyə edirlər.

Ryan Gosling və Eva Mendes

Eyni filmə çəkildikdən sonra evlənən cütlüklər

Hallivudda bu qədər ciddiliklə hər şeyi gizli saxlamağa çalışan ikinci cütlük tapmaq çox çətindir. Mətbuat ciddi cəhdlə onlar haqqında məlumat toplamağa çalışır. 2012-ci ildə “Şam ağacının alıtında yer” filminin çəkilişləri zamanı tanış olmuşlar. Beş il əvvəl isə aktyor Rachel McAdamsdan ayrılır. Onunla da “Gündəlik” filminin çəkilişləri zamanı yaxın olmuşdur. 2014-cü ildə ilk qızları Esmeralda, iki il sonra isə Amada adlı ikinci qızları dünyaya gəlmişdir.

Ərlərini döyən məşhur qadınlarOnun 80 arvadı olub-mormon liderləri

Əvvəlki məqaləQadın hansı yaşda sexdən maksimal həzz alır?
Növbəti məqaləMüxtəlif spirtli içkilərdən sonra hansı hislər yaranır?

Fikirlərinizi bildirin.