Erotik yuxularınızın mənası. Vaxtaşırı olaraq sex barədə yuxular hamıda baş verə bilir. Adətən onlarda keçmiş sevgililərintim konteksdə, bəzən isə intim konteksdə olmadan görünürlər. Bəs yuxunun həqiqətdə hansı mənaya gəlməsini necə anlamaq olar? Bu haqda yuxuda gördüyünüz adama məlumat verməyə tələsməyə dəyərmi?

İlk sevgili və ya eks sevgili

Əgər uzun müddət sizin həyatınızda olmayan bir insanla sex yuxunuza girmişdirsə, bu haqda indiki portnyorunuza bildirməyə tələsməyin. Bu həmdə köhnə sevgilinizə hələdə hisləriniz olduğu mənasına gəlməz. Sadəcə sex mövzusunda görülə bilən ən çox yayılmış yuxulardandır. Bu halda insanın kim olduğu deyil, ümumilikdə necə hislər yaşadığınız önəmli olur: ilk sevgi, sevinc, ehtiraslanma … Əgər bu hal tez-tez baş verərsə, o zaman münasibətlərinizdə sizi nəyin qane etmdiyi haqqında düşünün. Bəlkədə özünüzü tənha hiss edirsiniz və ya fikrinizcə tam sevilmirsiniz.

Üzü görünməyən tanımadığınız insan

“Harri Sallini gördüyü zaman” filmi yadınızdadır? Filimdə xanım 12 yaşından etibarən onun yuxuda üzü görünməyən, tanımadığı bir insanı yuxuda gördüyünü söyləyir. Yuxuda naməlum şəxs xanımı soyundurur, sonra isə qaçırır. Harrinin bu fantaziyalar xoşuna gəlməsə də yuxu reytinqində bu hal çox yaşandığına görə ikinci yeri tutur.

Yuxunun mənası sizi hardasa tanımadığınız bir insanın gözləməsi mənasına gəlmir. Əksinə, yuxu sizdən bəhs edir. Gündəlik həyatınızda nələr yaşamaq istdiyinizdən, necə hisləri duymaq istədiyinizdən bəhs edir.

Sadəcə dost

Sexsual məzmunlu yuxuların daha bir qonağı. Buna qədər siz onun barəsində belə bir şeylər düşünmürdünüz. Bu yuxu da sizin barənizdədir. Bu insanın ən üstün üç keyfiyyətini sadalayın. Sadaladığqlarınızdan hansına ehtiyac duyduğunuzu düşünün. Şüuraltı məsələlər olduqca təhlükəli məsələlərdir. Bəzən bu məslələr özünü gözlənilməz şəkildə biruzə verir.

Qadın yuxusunda qadın, kişi yuxusunda kişi

Öz cinsiniz olan insanla cinsi əlqədə olduğunuzu görməniz hetrosexual olduğunuz təqdirdə bir mənaya sahib olmur. Bu cür yuxular adətən sizin portnyorunuzun və ya əhatənizin necə olduğu anlamına gəlir. Yuxunuza gələn insanın xarakteri haqqında düşünün. O xeyirxaqdır, yoxsa əzazil? O yumşaq xarakterlidir, yoxsa qəddar? Siz kollektivdə əks cinsin nümayəndələri arasında təqdimat keçirərkən özünüzü necə hiss edirsiniz? Tərəf müqabilinizlə sex zamanı münasibətlərinizə fərqliliklər və fantaziyalar əlavə edin.

Məşhurlar

İki variant ola bilər. Ya siz görüdüyünüz məşhuru həqiqətən sexual hesab edirsiniz və imkan yaranarsa həmin adamla yatağa girməkdən çəkinmərsiniz, ya da bu yenədə şüuraltınızın təxəyyülüdür. Yəni həmin insanın üç xasiyyətini düşünün və sizə çatışmayanını müəyyən edin. Onun hansı sahə üzrə məşhur olduğunu və bunun səbəblərini düşünün. Əgər musiqiçidirsə, mahnılarının sözlərini dinləyin, yazıçıdırsa, kitablarını mütaliyə edin.

Düşmən

Əgər siz nifrət etdiyiniz bir insanla sexlə məşğul olursunuzsa, bəlkədə onunla real həyatda münasibətlərinizi düzəltməlisiniz. Əgər bu mümkün deyilsə, onun hansı keyfiyyətlərini və tərəflərini özünüzdə görmək istərdiniz deyə düşünün. Bəlkə o sizin arzuladığınız yerdə işləyir və ya getmək istədiyiniz yerləri səyahət edir və s. Onu niyə lüt gördünüz deyə fikirlərə çox aludə olmayın.

Digər tərəfdən isə, bu cür yuxular nifrət hissinin kənara qoyulması mənasına gəlir. Bu hisləri ən azından sadəcə soyuq münasibətlərlə əvəzləmək mümkündür.

Kolleqa, iş yoldaşı

Bu kimi yuxular dost iştirakı ilə görülən yuxulara bənzəyir. Lakin, burda kolleqanizda sizdən üstün olan keyfiyyətlərinə nəzər salmaq lazımdır. Kimin sizin üzərinizdə təsirə sahib olması ilə bağlı olan yuxu sizin həyatın bəzi sahələrində daha inadkar olmalı olduğunuzdan xəbər verir. Qərarlar verərkən daha sürətli və dəqiq olmalısınız.

Qrup sex

Bu cür yuxu heç də sizin həqiqətdə qrup sex istəməyiniz mənasına gəlməz. Çox gümanki, sizin işiniz çoxdur. Siz onları sürətlə bitirməlisiniz və hamsını nəzarətdə saxlamalısınız. Siz qarışıqlığın arasında çox şeyləri unudursunuz, nəticədə işlərinizdə uğur əldə edə bilmirsiniz. Əgər belədirsə, çalışın bəzi işlərdən uzaqlaşasınız. İşləri kiməsə ötürün və ya sonraya saxlayın.

Cəmiyyət arasında sex

Burda hər şey sadədir: sizin həyat sferanız bir çoxları üzərində dominant rolu oynayır. Siz bu haqda çox danışırsınız, buna çox vaxt ayırırsınız. Əgər iş yeriniz kolleqalarla doludursa, məzuniyyət haqqında düşünün. Əgər məktəbdə gərginsinizsə, nələrdən daha çox çəkindiyiniz haqqında düşünməyin zamanıdır.

Uşaq otağında sex

Uşaqlıq haqqında yuxular, əsasən də intim vurğulu yuxular sizin bu yaş dövründə nələrisə xatırlamalı olduğunuzdan xəbər verir. Yadınızda nələr qalıb və ya əksinə nələri unutmaq istərdiniz? Eyni yanaşma digər illərinizə də aiddir. Öz keçmişinizlə indiki halınızı müqayisə edin və sonluğun bu cür olma səbəblərini araşdırırn. Bəlkədə siz hələdə uşaq rolunda olmağı sevirsiniz.

Yuxuda orqazm

Bu cür yuxular adətən böyük və məsuliyyətli proyektlərin yaxşı yekunlaşması mənasını verir. Və ya bu sizin həyatda uğurlarınıza işarədir.

Yuxuyozma 1500Çox az yuxu yatan dahilərKişilərin kitabı – Osho

Fikirlərinizi bildirin.