Erkən boşalma haqqında. Fiziki və anatomik qüsurları olmayan kişilər iqtidarsızlığa yol aça bilən ciddi proseslə qarşılaşırlar. Cinsi həyatını qeyri-normal yaşayan kişilər, xüsusilə gənclər erkən boşalma halı ilə uğursuz bir hiss yaşayır. Qadınları narahat edəcək bu faktor kişilərdə erkən boşalma və ailədə erkən boşanma hadisəsinə gətirib çıxarır. Erkən yaşlardan erkən boşalmanın olması yeni evlənənlərdə və toy gecəsi baş verən narahatlıq hallarında ciddi nöqsana səbəb olur. Erkən boşalmanın həm ailə, həm də kişinin özü üçün belə bir mənfi hal yaratmasının qarşısını almaq üçün mütləq onun uğrunda mübarizə aparmaq lazımdır.

Erkən boşalma, kişi cinsiyyət sistemi pozulmalarının içində ən çox görülənlərdəndir. İlk növbədə əksər kişilərin bu vəziyyəti yaşamasını nəzərə alsaq cinsi həyatın nə qədər uğursuz olmasını müəyyənləşdirə bilərik. Bu prosesin həllini tapmaq üçün uroloq-androloq ixtisaslı mütəxəssislərin tam nəzarəti altında olmaq vacibdir. Bu problemin qarşısını almaqla möhkəm bir kişi-qadın münasibətini yaratmaq mümkündür. Bir çox kişilər cinsi əlaqə zamanı, xüsusilə kənarda tez-tez əlaqədə olanlar tez boşalmayla üzləşirlər.Bəzi kişilər cinsi yaşamın ilk dövrlərində daha erkən boşalırsa, getdikcə boşalmanı nəzarət alıtnda saxladıqları üçün və daha gec boşalmağa başladıqlarını, ancaq ani olaraq erkən boşalmanın bir çətin proses olduğunun fərqinə varmırlar. Bir qismi isə elə başlanğıcdan belə bir şikayətlərlə tez-tez qarşılaşırlar.

Erkən boşalma kişilərin çox tez-tez qarşılaşdığı  cinsi əlaqə problemlərindəndir. Lakin bu gerçəkliyə rəğmən  erkən boşalmadan əziyyət əkən kişilərin  əksəriyyəti utancaqlıq  və inamsızlıq  üzündən həkimə müraciət etmirlər. Erkən boşalma  kişi  heysiyyətinə,  psixologiyasına   mənfi təsir edən bir haldır. Boşalma prosesinə nəzarət edə bilməyən kişi  tezliklə  hissə  qapılır,  bu problemin həllinin yollarını axtarmaq əvəzinə, onu  daha da dərinləşdirir: özünü bacarıqsızlıqda  məzəmmət edir, ruhdan düşərək çox vaxt  cinsi əlaqədən qaçmağa çalışır. Bu səbəbdən hər bir kişi erkən boşalma haqda bu 3 həqiqəti bilməlidir:

Erkən boşalma haqqında

Erkən boşalma haqqında 3 həqiqət
  • Erkən boşalma cinsi zəifliyin ən geniş yayılmış növüdür.

  • Erkən boşalma cinsi zəifliyin ən asan müalicə olunan növüdür.

  • Erkən boşalma hallarının yarıdan çoxu dərmansız müalicə oluna bilən hallardır!

Cinsi zəifliyin hər hansı forması kimi, erkən boşalma  tibbi –psixoloji  problem olmaqla bərabər, sosial problemlər də yaradır; bu cinsi cütlərin əsəblərinə, davranışlarına,  iş qabiliyyətlərinə, adamlarla ünsiyyətinə də mənfi təsirini göstərir. Buna görə də erkən boşalmadan əziyyət çəkənlərin  tərəddüd etmədən  həkimə  müraciət etməsi vacibdir.

Erkən boşalma nədir?

Erkən boşalma, kişinin cinsi vəziyyəti normal olan bir qadını təxmin etmədən (orqazm) öncə eakulyatın boşalmasıdır (eakulyasiya). Ancaq burada önəmli olan, kişinin nə qədər vaxtda boşalmasından çox, boşalmanın istədiyi zamanda olub-olmamasıdır. Təxminən 25%-də rast gəlinir. Kişidə orqazm və boşalma penis (kişi cinsiyyət üzvü) vaginal sahəyə (uşaqlıq yoluna) girdikdən 2-3 dəqiqə sonra baş verməlidir. Nəzərə alaq ki, qadında normal fizioloji orqazm penis vaginal sahəyə girdikdən 12-14 dəqiqə sonra olur.

Ancaq əksər qadında sadəcə penisin vaginal sahəyə girməsi ilə orqazm baş vermir, digər şəhvət hissi yaradacaq vəziyyətlər tətbiq olunmalıdır. Qadınların təxminən 10%-də isə cinsi əlaqə və şəhvət yaradıcı vəziyyətlərin olmasına baxmayaraq orqazm baş vermir. Buna görə psixoloji və medikoterapiya aparılması tövsiyyə olunur.

Bu anlayış erektil disfunksiya (penisin nomal bərkiməməsi) anlayışından fərqli bir anlayışdır.  Erkən boşalma zamanı cinsi əlaqə  3 dəqiqədən az çəkir!

Əgər  kişinin cinsiyyət üzvu vaginaya daxil olmazdan əvvəl boşalma baş verirsə, bu 1-ci dərəcəli (kəskin) erkən boşalma hesab edilir.

Əgər  kişinin cinsiyyət üzvu vaginaya daxil olduqdan sonra cinsi əlaqə 1 dəqiqədən az  davam edirsə,  buna  2 ci (orta) dərəcəli  erkən boşalma deyilir.

Əgər  kişinin cinsiyyət üzvu vaginaya daxil olduqdan sonra cinsi əlaqə 1 dəqiqədən çox, lakin 3 dəqiqədən az davam edirsə,  sadəcə erkən boşalma deyilir.

Ümumiyyətlə, əksər mütəxəsislər 3 dəqiqədən az davam edən cinsi əlaqəni erkən boşalma kimi qəbul etməyi  tövsiyə edir. Lakin bu hamıya tətbiq oluna bilməz. Məsələn, cinsi cütlər eyni vaxtda orqazma çatırlarsa və məmnun qalırlarsa,  cinsi əlaqənin müddətindən asılı olmayaraq, bunu erkən boşalma kimi qəbul etmək olmaz.

Erkən boşalmanın səbəbləri

Erkən boşalmada bir çox faktor rol oynayır. Uzun müddət heç bir cinsi münasibəti olmayan, cinsi həyəcanın yüksək və bir az gərgin bir şəkildə sürətli cinsi əlaqə yaranması riski yüksəlir. Ümumiyyətlə, əlaqəyə girmədən öncəki vəziyyəti təsir edici faktordur. Rahat olmayan yerdə, təcili sürətdə olan təqdirlərdə erkən boşalma halı baş verə bilir. Digər səbəblər arasında isə günah hissi, xəstəlik olma qorxusu, hamilə saxlayacaq gərginliyi, cinsi təlimsiz, həddən artıq istəyin şiddətli bir arzu kimi psixoloji faktorlar qeyd oluna bilər.

Hamilə qalmasın deyə xaricə (çölə) boşalma, erkən boşalmağa səbəb olur.Əksər hallarda prostatın iltihabı (prostatit) kimi kişi cinsiyyət üzvünün xəstəlikləri də önəmli sayıla biləcək səbəblərdəndir. Mastrubasiya (əl vasitəsilə), xüsusilə qısa vaxt ərzində etmək gələcəkdə erkən boşalmağa səbəb ola bilər. Həddən artıq mastrubasiya ilə məşğul olanlar erkən boşalma halı ilə qarşılaşırlar.

Səbəblər psixoloji və tibbi olmaqla 2 yerə bölünür.  Bu səbəblərdən hansının daha çox rast gəldiyini söyləmək çox da çətin deyil –  əksəriyyəti psixoloji  səbəblərdir.  Erkən boşalmanın səbəbləri içərisində ən çox rast ələn psixoloji səbəblərə  aşağıdakılar aiddir:

Erkən boşalma haqqında

  1. Gənclik dövrünün masturbasiya vərdişlərinin təsiri (tələsik, yaxalanmaq qorxusu altında süni boşalmalar ).  Bu amil erkən boşalma səbəbləri içərisində 1-ci yerdə durur.

  2. Cinsi istəyin qadına qarşı həddən artıq yüksək olması.

  3. Qadından infeksiya ilə  yoluxmaq qorxusu

  4. Qadının hamilə qalması qorxusu

  5. Cinsi əlaqənin münasib yerdə və ya münasib vaxtda olmaması

  6. Qadının cinsi əlaqədən imtina edəcəyinin qorxusu

  7. Cinsi əlaqə haqqında səhv anlayışlar

  8. Digər bir çox psixoloji məqamlar, stres, yorğunluq və s. səbəblər də erkən boşalmaya səbəb ola bilər.

Tibbi səbəblər bütün yaşlarda, daha çox isə yaşlanmış kişilərdə rast gəlir. Bura aiddir:
  1. Prostatitlər (prostat vəzinin iltihabi xəstəlikləri – daha çox gənclərə aiddir)

  2. Prostat vəzinin adenoması (xoşxassəli şişi – daha çox 40 yaşı keçmiş kişilərə aiddir)

  3. Prostat vəzinin xərçəngi

  4. Uretritlər (sidik kanalının iltihabi xəstəliyi)

  5. Penisin patoloji həssaslığı və s.

Yaşlılarda  daha çox  cinsiyyət orqanlarının xəstəlikləri (prostatit,  uretrit,  prostat adenoması, penisin patoloji həssaslığı və s.) və qeyri – uroloji digər xəstəliklər  – şəkərli diabet, hipertoniya xəstəliyi,  nevrotik pozulmalar və s. erkən  boşalmaya səbəb ola bilər. Tibbi səbəblər içərisində prostat vəzinin iltihabı və adenoması ilk növbədə qeyd olunmalıdır. Çünki normal cinsi əlaqənin təminatı üçün prostat vəzinin sağlamlığı çox mühümdür! Orqanizmdə cinsi hormonların balansının pozulması da erkən boşalmaya səbəb ola bilər. Hər hansı xəstəliklə bağlı müalicə alan şəxslərdə qəbul edilən bəzi dərman  preparatları da erkən boşalmaya səbəb ola bilər. Kişinin əsəb sistemi, fiziki yorğunluğu və s. bu kimi bir çox  hallar  da erkən boşalmanın səbəbi ola bilər.

Müalicəsi:

Erkən boşalma, tərəflərin hər ikisinin müailcəsi ilə daha yaxşı şəkildə düzələ bilər. Problemin dərmanla müalicəsi mümkündür.Lakin əsas olan, kişinin boşalmasına nəzarət edə bilməsidir. Boşalmağa nəzarət etmək üçün cinsi həyəcanı sakitləşdirmək və normallaşdırmaq lazımdır. Krem və spreylər lokal anestetiklər (hissiyatın itirilməsi üçün) ilə boşalmanı gecikdirməkdən çox penisin hissiyatını azaltdığı üçün, təmasdan sonra cinsi zövqü azaldır.

Bu lokal anestetiklər cinsi əlaqə zamanı vaginanın (qadın cinsiyyət orqanı) divarından sorularaq bu toxumaların da həsasslığını azaldır, qadının orqazm olmasını da gecikdirir və bunu adəti hala sala bilir. Bu səbəbdən bu tipli sprey və kremlərdən tibbi praktikada diqqətlə istifadəsi məsləhət görülür. Erkən boşalmağın qarşısını almaq üçün bəzi həblər istifadə edilir. Mütləq uroloqun müayinəsi və nəzarəti altında ciddi müalicə olunmalıdır. Prezervatiz (qoruyucu) istifadəsi penisdəki (kişi cinsiyyət orqanı) həssaslığı və həddən artıq hiss olunmanı azalda biləcəyindən, hamilə qalınmaması üçün köməkçi vasitədir.

Cinsi əlaqə zamanı partnyorların müvazinətini pozmadan, başqa bir vasitələr düşünmək və diqqətli nəzarət olunmalıdır. Dərin nəfəslər alıb sakitləşməyə çalışmaq bir qədər də olsa kömək edə bilər. Cinsi əlaqədən öncə və zamanı, zehni və ruhi olaraq yaşamaq, sakitləşdirmək önəmli sayılır.

Bütün bunlardan əlavə partnyorun köməyi ilə istifadə olunan bəzi metodlar vardır:
  • Sıxışdırma texnikası: Boşalma yaxşınlaşdığı vaxtda penisin başı, sərtliyin bir qismi itənə qədər sıxılır.

  • Başla-dur texnikası: Bu texnikası 3 dəfə ard-arda boşalma olana qədər kişi hissiyatlanır, ancaq boşalma zamanı olmadan həmən əvvəl cinsi siqnal kəsilir. Dördüncü mərhələdə isə boşalmağa icazə verilir. Həftədə bir neçə dəfə, kişi boşalmasına nəzarət edənədək təkrarlanır.

  • Cinsi əlaqə vəziyyəti: Daha sonrakı mərhələdə qadının üstdə olduğu və kişinin çox hərəkətli olmadığı pozisiyalarda nəzarət daha asan olur. Kişinin üstdə olduğu klasik cinsi əlaqə pozisiyası boşalmanın gecikdirilməsi üçün əlverişli bir vəziyyət deyil.

  • Psixoloji müalicə: Erkən boşalmanın ruhi-psixi haldan asılı olduğu vaxtlarda istifadə edilir. Bu vəziyyətlərdə, partnyorun köməyi ilə səbirli və sakit halda həll etmək mühüm bir şərtdir.

Erkən boşalma haqqında

Erkən boşalmanın aradan qaldırılması üçün məsləhətlər
  • Müntəzəm cinsi həyat yaşamağa çalışın. Əgər kişinin bunu etməyə bacarığı çatırsa gün ərzində ber neçə dəfə təkrarlaması yaxşı olardı. Bu zaman kişidə cinsi əlaqənin müddəti uzanır, qadında isə orqazm sürətlənir. İlk yaxınlıqdan sonra ehtiras qorunub saxlanılır.

  • Cinsi əlaqə zamanı kişi öz diqqətini yayındıra bilər, ailə-məişət, iş problemləri haqda düşünə bilər.

  • Cinsi orqanın dərinə daxil edildiyi zaman yalnız qısa təkanlar verilir. Bu zaman cinsi orqanın başlığı uşaqlıq yolunda daha çox hissəsi qaılır və qıcıqlanma halları azalır.

  • Yüksək həssaslıq olan kişilərə prezervativlərdən (xüsusi ilə qalın) və keyləşdirici mazlardan isifadə etmək məsləhət görülür.

  • Əgər kişinin yaşı gəncdirsə, cinsi aktdan əvvəl masturbasya edə bilər. Nəticədə birinci dəfə orqazma tez çatsa belə, ikinci dəfə həzz almaq üçün daha çox zaman lazım gələcək.

  • Cinsi əlaqə zamanı görmə qabiliyyəti xüsusi rol oynayır. Bu səbəbdən də gözləri bağlamaq daha yaxşı olardı. Əgər özünüzə nəzarət etdiyinizi hiss etsəniz gözlərinizi aça bilərsiniz.

  • Orqazm yaxınlaşdığı zaman kişi cinsi orqanını vaginadan çıxararaq baş barmağını cinsi orqanın başının özülünə qoyaraq şəhadət və orta barmağı ilə 3-4 saniyəlik başı sıxa bilər. Nəticədə cinsi aktı mddəti uzanacaq.

  • Pozaları tez-tez dəyişdirin. Nəticədə stimulyasyanın intensivliyi azalacaq.

Yüksəklikdə sex: təyyarədə sexlə necə məşğul olmalıTaun xəstəliyinin qorxuları : qara ölüm zamanı sex

Fikirlərinizi bildirin.