Elvis Presley həyat qanunları. Musiqiçi, 1977-ci ilin 16 avqust tarixində 42 yaşında həyatdan köçmüşdür

Qızlar hobbi deyillər — daha çox əyləncədirlər.

Demək olar ki, bütün auditoriya — tez-tez, sürətli oxunan mahnıları sevir.

Mən oxumağa başlayanda — 153 funt idim. İndi isə 184. Boyum azanmadı, sadəcə bir az kökəldim.

Mən donuz ətini və kəndsayağı vetçenanı sevirəm — katof püresini də. Çoxlu jile yeyirəm. Əsasən meyvəli jileləri.

Heç vaxt — spirtli içki qəbul etməmişəm.

İnsanlar arasına çıxdıqda ənənəvi geyinməyi sevirəm — çox əlvan və gözəçarpan olmasın. Ancaq, səhnədə hər şey parıltılı olmalıdır. Məndən parlaq səhnədə heçnə olmamalıdır.

İndi mənim anam — şəhərə gələ və istədiklərini ala bilir. Bu məni dəişət sevindirir.

Bütün həyatım boyu — pis yaşamamışam. Bizim heç vaxt çox pulumuz olmasa da, aclıq və səfalət də çəkməmişik. Bunun üçün qismətə minnətdar olmaq lazımdır.

Səhnədən kənar — heç bir fiziki hərəkətlər etmirəm. Səhnə olmasaydı, kifayət qədər hiss ediləcək qarnım olardı. Çox yemək yeyirəm.

Xoş olmayan işə düşmüşəm — həyatımda bircə dəfə, uşaqlıqda yumurta oğurlayanda. Mənə elə gəlir ki, pislə yaxşını ayıra bilirəm.

Şöhrət mənim niyə görə xoşuma gəlir — dostların onda çox olur.

“Sun Records” studiyasına gəldim — orda bir oğlan oturmuşdu. O adımı yazdı və bəlkədə haçansa zəng edəcəyini dedi. Yarım ildən sonra doğurdan da zəng etdi. Yaxınlaşıb ilk mahnımı “That’s All Right, Mama” yazdırdım.

Kimsə ayaqlarını yerə döyür — kimsə barmaqlarını şıqqıldadır, kimsə o tərəf bu tərəfə gedir. Mən isə hamsını birdən etdim.

Öz tamaşaçılarıma baxıram — və birlikdə pis nələrdənsə azad olduğumuzu hiss edirəm. Heç birimiz bunun nədən baş verdiyini bilmirik. Önəmlisi odur ki, azad oluruq və bununla heç kimə pislik etmirik.

İlk aldığım maşın — həyatımın ən gözəl maşını idi. O işlənmiş olsa da, aldığım ilk gün otelimin qarşısında saxladım. Bütün gecəni yatmadım, pəncərədən ona baxırdım.

Kütləni toplamaq istəyirsinizsə — insanlar üçün tamaşa yaratmalısınız. Sadəcə bir yerdə dayanıb oxusanız insanlar düşünərlər: bu nə axmaqlıqdır, mən evdə qalaraq da bu səsə qulaq asa bilərdim.

Məndən aftoqraf istəyəndə — mütləq imzalayıram.

Mübahisə etmirəm — qolf və tenis sevənlərlə heç vaxt mübahisə etmirəm. Özüm daha kobud idman növlərini sevirəm: boks, futbol, karate və s. Ən böyük arzum futbol oynamaq olub.

Başqalarının oxuduqları kitabları oxumuram — çoxlu fəlsəfə mövzulu kitablar, bəzən isə şeirlər oxuyuram. Belə şeylər məni maraqlandırır.

Məni əsəbi hala gətirsələr — partlaya bilərəm.

Böyüdükcə — ətarfında baş verənlərə biraz fərqli baxmağa başlayırsan.

Çalışmaq lazımdır ki, — ətrafında sənə xöşbəxtlik bəxş edən insanlar olsun. Çünki, həyatda bir dəfə yaşayırsan.

Jim Carrey həyat qanunlarıDaniel Craig həyat qanunlarıChuck Norris həyat qanunları

Fikirlərinizi bildirin.