Elektroavtomobillər haqqında 6 mif. Tarixi gedişat elə gətirib ki, elektroavtomobillərin reputasiyası müasir dövürdə o qədərdə yuxarı deyil. Bəzi fikirlərə görə həm texniki göstəricilərinə görə, həm də xarici görünüşünə görə rəqiblərindən çox geri qalırlar. Lakin, müasir dövürdə bu keyfiyyətlər avtomobil şirkətlərinə dizayn sərhədlərini aşmağa mane olmur. Nəticədə yeni və fərqli ekoloji təmiz variantlarda modellər meydana gəlib.

Sürücülərin çox hissəsinin artıq ənənəvi yanacaqla çalışan avtomobillərdən imtina etməyə başladığı zamandan demək olar ki, hər bir avtokonsern öz sonuncu medelləri arasında tamami ilə elektron variant modellərini istehsal etməyə başladılar. Bu modellər ultramüasir və yüksək texnalogiya tədbiqləri sayəsində digər modellərdən xeyli seçilirlər.

Ekalogiyanın qeydinə qalma trendi daha çox məşhurluq qazanır. Bu trend insan həyatının demək olar ki, bütün sahələrinə təsir edir. Qeyd edək ki, elektroavtomobilləri əldə etmək imkanları il keçdikcə artsada, hələdə bu nəqliyyat növünə şübhə ilə yanaşanlar mövcutdur.

Beləliklə, diqqətinizə elektroavtomoillər haqqında ən çox yayılmış qeyri dəqiq məlumatları, mifləri çatdırmaq istərdik.

Onlar gözəl deyillər

Amerika xəbər dərgiləri Tesla, Porsche və Lexus elektroavtomobillərinin bu siqmentin ən yaxşısı, 2020 luxs sinifinə daxil etmişlər. Əlbətdə, istənilən nəqliyyat vasitəsinin xarici görünüşü ilk başdan xeyli suallar və narazılıqlar yarada bilər – bu bir zövq məsələsidir. Yenilikləri izləməyənlər hələdə elektroavtomobillərin ən eybəcər dizayna sahib olduğunu düşünürlər. Lakin, zaman sürətlə dəyişir. Əvvəllər bazarda yalnız iki-üç model təqdim edilirdisə, hal-hazırda istənilən insan zövqünə uyğun modeli rahatlıqla seçə bilər.

Elektroavtomobillər haqqında 6 mif

Misal olaraq, tam elektrikləşdirilmiş Jaguar E-Tupe o zamanların uzun kapotlu, əyilmiş damlı, xromlaşdırılmış bamperli 1960-cı illərin modelinə bənzəyir. Ancaq, mühərrik və transmisiyası elektrik mühərriklə və kupedə batarealı blokla təchiz edilmiş, dəyişdirilmişdir.

Onları cərəyanla təmin etmək çətindir

Bu günkü gündə dünyada olduqca xeyli sayda cərəyan stansiyaları mövcutdur. Azərbaycanda olmasada, avropanın istənilən park meydançasında rast gəlmək mümkündür.

Qeyd edək ki, istənilən adam şəxsi qarajında istifadə etmək üçün xüsusi satış məntəqələrindən personal stansiya da ala bilrər.

Sürətləri çox aşağıdır

Bu cür mifin çox yayılmasına baxmayaraq onların sürətlərini aşağı hesab etmək düzgün olmazdı. Bu kateqoriyadan olan ən sürətli avtomobil keçən il Jenevrə avtosalonunda nümayiş etdirilmişdir. İtalyan konserni olan Automobili Pininfarina öz hipercarı ilə debyut etdi. Yaradıcıların sözlərinə görə avtomobil 2 saniyəyə 100 km/saat sürəti yığa bilər. Ətraf mühüt üçün tamami ilə təhlükəsiz olan avtomobilin sürəti 350 km/saat olur. Əlavə cərəyan enerjisi olmasa 450 km yol qətt edə bilər.

Çeşidlər arasında yük avtomobilləri olmur

Elektrik və hibrit sedanların mübarizəsi bir tərəfə, bəs böyük həcimli maşınlar necə? Ford və GM kimi gigantlar da digər, daha gənc şirkətlər kimi alıcıların tələbatlarını ödəməyə çalışırlar. Bazarda təbiəti sevən alıcılar arasında yük avtomobillərini sevənlərdə az deyil. Artıq sözü gedən şirkətlər təqdimatlarda öz modellərini sərgiləmişlər və tez bir zamanda siz artıq yollarda da onları görə biləcəksiniz.

Elektroavtomobillər haqqında 6 mif

Enerji yığmasalar çox getmirlər

Müasir elektromobil dünyasında texnoloji göstəricilər 150-300 mil arasında dəyişir. Deməli, sürücülər yolda olan zaman güvənli şəkildə hərəkət edə bilərlər. Gözlənilməz hadisələrlə yadda qalan səyahətlər və bu səyahətlər zamanı enerjinin tükənmə halları başa çatır. Son zamanlar litli-ionlu akkumulyatorlardan çox istifadə olunduğundan qrafit material kremmi ilə əvəz olunur. Bu da öz növbəsində heç bir qızma baş vermədən enerji yığımını sürətləndirir. Hal hazırda Tesla S, X və 3 modelini təqdim edir. Bu modellərdə bir sikl 300 mildən çox yol getməyə imkan verir.

Onlar texniki deyillər

Auditorianı ələ almaq üçün avtomobil konserniləri ciddi cəhtlə məhsullarını maksimum texniki şəkilə salmağa çalışırlar.

Elektromobillərə rast gəlinməyən texniki xarakteristikalar yoxdur. Rəqəmsal əlavələr elektromobilləri daha asan və idarəetmə üçün daha rahat edir.

Avtomobil haqqında 9 mənasız fakt6 təkərli 16 avtomobilSon 100 ilin ən gözəl avtomobilləri

Fikirlərinizi bildirin.