Dünyanın 7 qeyri-adi idman mərkəzi

162
Dünyanın 7 qeyri-adi idman mərkəzi 7

Dünyanın 7 qeyri-adi idman mərkəzi. Dünyanın 100 ən hündürmərtəbəli binalarının sırasına daxil olan binanın sonuncu mərtəbəsində, daha doğrusu damında tenis oynamağa nə deyərdiniz?

Bilirdinizmi ki, futbol meydançası qaya üzərində, tenis kortu isə otelin damında tikilə bilər? O zaman yazımızı diqqətlə oxuyun. Sizi təəcübləndirəcək bir çox şeylərə rast gələ bilərsiniz.

Pekin milli stadionu və ya “Quş yuvası”

Stadion Çaoyan rayonunda Olimpiya kəndi ərazisində yerləşir. Çoxfunksiyalı idman kompleksi məxsusi olaraq 2008-ci ildə yay Olimpiya oyunlarının keçirilməsi üçün nəzərdə tutulmuşdur.

Dünyanın 7 qeyri-adi idman mərkəzi

Proyektin hazırlanması zamanı mühəndislərin qarşısında bəzi mühüm məqamlar qoyulmuşdur: Tikili həm qeyri-adi dizayn və konstruksiyaya sahib olmalı, həm də zəlzələlərə olduqca davamlı olmalı idi. Yaxın keçmişin ən sonuncu “Quş yuvası” sayəsində dünyanın ən qəliz dəmir konstruksiyası və mühəndis işi idman tədbirləri üçün hazır edilmişdir.

Kompleksin ən hündür hissəsi 20 mərtəbəli bina hündürlüyü ilə eynidir (68,5 metr). Oturacaqların yeri isə qonaqların olduqları nöqtədən aslı olmayaraq hər tərəfin aydın görünməsi üçün hesablanmışdır. Oyunları eyni anda 91 min insan izləyə bilər.

Hal-hazırda stadionda futbol çempionatları, yüngül atletika, gimnastika yarışları və bir çox mədəni tədbirlər keçirilməkdədir. Qış aylarında isə, “Quş yuvası” buzlu arenaya çevrilir. Nəticədə xisəkdə sürüşmək, biatol və hündürlükdən sürüşmə kimi idman növləri ilə məşğul olmağa imkan yaradır. 2022-ci ildə məkanda qış Olimpiya oyunlarının açılış və bağlanış tədbirlərinin keçirilməsi nəzərdə tutulur.

Danimarkada küçə idmanının müasir mərkəzi

İdman mərkəzi olan Game Streetmekka Aalborg 2018-ci ildə Alborgda köhnə zavodun yerində tikilmişdir. Proyektin əsas məqsədi küçə idman növlərinin vahid mərkəzinin yaradılması olmuşdur. Eyni zamanda burda ilin istənilən zamanında xüsusi tematik tədbirlər də keçirilə bilir.

Tikili ilk başdan adi, düzbucaqlı formasındadır. Lakin, binanın fasadı böyük rəngli qrafikalarla diqqət çəkir. Korpus iki qanada ayrılmışdır. İlk qanadda, yəni binanın bir tərəfində əvvəllər eksteremal zal yerləşsə də, indi dağadırmanma, skeybording, parkur, vorkautom, roller-sport, somakatsürmə, basketbol və futbolla məşğul olurlar. İkinci qanad isə köhnə laboratoriya olduğundan hal-hazırda rəsq dərnəkləri, səsyazma studiyaları və küçə yeməkxanaları ilə fəaliyyət göstərir.

Mərkəzin bir çox materialları ya yenidən istifadə edilmiş, ya da toxunulmadan saxlanılmaqdadır. Buna baxmayaraq, köhnə elementlər zövqlə müasir interyerlə uyğunlaşdırılmışdır.

Avstriyada “Berqizel” – xizək sürmə mərkəzi

“Berqizel” – həm tədris mərkəzi, həm də İnsburqda tramplinlərdən tullanma üzrə müasir məşq zalıdır.

Dünyanın 7 qeyri-adi idman mərkəzi 3

İlk yarışlar 1925-ci ildə keçirilmişdir. O zamanlar tikili çox köhnə idi. Beş ildən sonra onu möhkəmləndirirlər və o zamanın ən hündür tramplini hesab edilir. İdman meydançasında Olimpiya alovu 1964, 1976 və 2012-ci illər olmaqla üç dəfə yandırılır. Eyni zamanda bir neçə dəfə buzüstü oyun növləri ilə bağlı dünya çempionatları keçirilmişdir.

Tramplinin uzunluğu 120 metr olduğundan idmançılar eniş zamanı saatda 92 km olmaqla sürətə nail ola bilirlər.

Tikili turustlərin böyük marağına səbəb olur və İnsbrukun simvolu sayılır. Şəhərin müxtəlif yerlərindən aydın görünür.

İordaniya, Akabada Qolf-klub

Tez-tez beş mərtəbəli binalar arasında gözləri deşən hündürmətəbəli tikililərə rast gəlmək mümkündür. Lakin, Ayla Golf Academy & Clubhouse mərkəzini ziyarət etsəniz əksinə, tamami ilə sakitləşəcəksiniz. Mərkəz ətraf landşaftla tam uyğunlaşdırılmışdır. Uzaqdan onu müəyyən qədər qum adasına da bənzətmək mümkündür. Dağların kənarında yaşıllıqla qumun qızılı rəng vəhdəti göz oxşayır.

Klub Akabada səhralıqda yerləşir. Daxilində dükanlar, restoran, bar, banket zalı, fitnes klub və spa yerləşir. Qonaqlar burada təbiyəti seyr edərək yaradılmış imkanlardan zövqlə istifadə edirlər.

Demək olar ki, bütün tikililər əllə tikilib. Ətraf aləmlə vəhdəti möhkəmləndirmək üçün mühəndislər ənənəvi dəmir arqamentlər işlətməyə üstünlük veriblər. Daxili bəzək isə irlandiyalı rəssamlara aitdir.

Çin, Şanxay – su üzərində uzən üzgüçülük idman kompleksi

Kompleks 2011-ci ildə Haunpy çayının kənarında keçmiş sənaye zonasında tikilmişdir. Satdionu dəmir-polad ağ lövhələr əhatə edir. İdeyaya görə onlar gəminin ağ yelkənlərini xatırlatmalıdır. Bundan başqa süni yaradılmış göl kompleksə daha fərqli gözəllik qatır.

Dünyanın 7 qeyri-adi idman mərkəzi 5

Mərkəz yalnız üzgüçülük üçün nəzərdə tutulmayıb. Misal olaraq, orda müxtəlif konsertlər, boks yarışları, hokkey, batminton və voleybol oyunları keçirilir. İdman kompleksində eyni anda 14 min insan yerləşdirilə bilər. Lakin, ehtiyac olduqda əlavə oturacaqlar quraşdırılarkən, bu say 18 min insana qədər artmış olur.

Portuqaliya, Braqa şəhərində bələdiyyə stadionu

“Braqa Bələdiyyə stadiyonu” – bəzən onu “Pedreyra”-da adlandırırlar. Monte-du-Kastro qayalıqlarında yerləşən futbol stadionudur. Müəliflərin fikrincə tikili müasir açıq məkan rolunu oynamalıdır. Eyni zamanda Portuqalyanın landşaftına zərər yetirməməlidir.

Qeyri-adi tikili haqqında ilk dəfə dünya 2004-cu ildə keçirilən futbol üzrə Avropa çempionatında xəbər tutdu. Stadion turnirin qrup mərhələsində iki oyuna ev sahibliyi etmişdir: Bolqarıstan-Danimarka (0:2) və İrlandiya-Latviya (3:0). Bu gün isə o “Braqa” adlı yerli komandanın stadionu hesab edilir.

Çəkilən xərclərə əsasən “Braqa Bələdiyyə stadiyonu” Portuqaliyanın ən bahalı stadionlarından hesab edilir. Təxmini 81 milyon avro vəsait xərclənmişdir. Hər il stadionun və meydançanın saxlanılması üçün əlavə 13 milyon avro dəyərində məbləğ ayrılır.

Sdaionun arenasının qeyri-standartlığı bütün dünyadan xeyli sayda futbol sevərləri və ümumən turistləri bu məkana toplayır.

BƏƏ, Burj-Al-Arab qülləsində tenis kortu

Evlərin damında yerləşən idman meydançaları nadir hadisə hesab edilmir. Buna baxmayaraq, bütün dünyada ən hündür zirvədə yerləşən tenis kortu xüsusi diqqət tələb edir. Ən azından ona görə ki, tikili Ginnesin rekordlar kitabına salınmışdır.

Dünyanın 7 qeyri-adi idman mərkəzi 7

Burj-Al-Arab oteli süni yaradılmış adada 321 metr hündürlüyə sahib binadır. Dünyanın yüz ən hündür binaları siyahısına daxil olmuşdur. Demək olar ki, ən hündür zirvədə yerləşən tenis kortu dairə formasındadır. Sahəsi 415 kv metr olduğundan standart meydançadan (668 kv metr) nisbətən az hesab edilir. Ən maraqlısı isə meydançanın binanın damında deyil, məhs kənarından ayrılmış yerdə düzəldilməsidir.

2005-ci ildə Dubayda Dubai Tennis Championships adlı turnir keçirilir. Dünyanın keçmiş birinci raket ustası Roger Federer və “Böyük dəbilqə” turnirinin 8 qat qalibi, olimpiya çempionu Andre Agassi Burj-Al-Arab otelində qonaq olaraq bir neçə set oyun keçirmişlər.

Oyun zamanı topların aşağı düşmə ehtimfitalı olsa da, insanın yıxılma ehtimalı bir mənalı şəkildə yoxdur. Bütün ehtiyyat tədbirləri yüksək səviyyədə nəzərə alınmışdır.

Dünya idmanını dəyişdirən 5 tarixi hadisə6 ekstremal idman rekordlarıƏzələlərinizi idman zallarından çox şişirdəcək 5 əvəzsiz duruş qaydası

Əvvəlki məqaləİdmançılar niyə çuğundur şirəsi içməlidirlər?
Növbəti məqaləƏqrəblər hansı qadınları sevir və onlardan nələr gözləyir?

Fikirlərinizi bildirin.