Dünyanın 5 qəribə qara bazarı

377
Dünyanın 5 qəribə qara bazarı

Dünyanın 5 qəribə qara bazarı. Bu günki məqaləmizdə qara bazar dedikdə pornoqrafiya, silah və ya narotik vasitələri nəzərdə tutmuruq. Bunlarla artıq heç kimi təəcübləndirə bilmərsən. Lakin, bəzi inanılmaz qanunsuz məhsullar vardır ki, onlara daim etiyac duyulduğundan, qarşılığında da maraqlı təkliflər təqdim edilməkdədir.

Yəqinki, bir çox insanların özlərinə uyğun şəkildə “bahalı həyat” anlayışları mövcutdur. Bu bəzən həm olduqca bahalı, həm də qeyri-qanunu seçimlər olur. Xırdalıqlara varmadan hamımız yaxşı anlayırıq ki, dünyanın müxtəlif yerlərində bu kimi məsələlərdən yaxşı pul qazanan oğlanlar mövcutdur.

Heç bir ortastatistik insan beyninin fantaziyasının canlandırmadığı şeylər planetimizin qara bazarında bəzən rahatlıqla tapıla bilinir. Bir çox məhsulları istəməyimiz o tərəfə, heç bu haqda düşünə belə bilməzdik.

Bəzliləri isə hamı tərəfindən qəbul olunan normaları pozmur və ikrah hissi oyatmır. Onlar sadəcə qəribəlikləri ilə seçilir. Belliklə, oxucularımızın dünya görüşünün artırılması məqsədi ilə bu gün diqqətinizə dünyanın ən ekzotik qara bazarını təqdim etmək istərdik.

Dağlardan buzlar

Təsəvvür edin ki, elit viski həvəskarları arasında xüsusi buz dəbi mövcutdur. Həmin buzlar yüksək dağ zirvələrindən götürülür. Deyilənə görə onun tərkibi soyuducudan çıxarılmış buzdan daha möhkəm olur. Bundan başqa, min illiklər boyunca atmosferdə sirkulasiya edilmiş sudan ibarətdir. Yəni, müasir zərərli maddələrdən tamami ilə uzaqdır. Mikroplastik və kimyəvi maddələrdən azaddır. Bir sözlə məhsul əsl dəyər bilən müştərilən üçün nəzərdə tutulmuşdur.

Dünyanın 5 qəribə qara bazarı 2

Mənfi cəhəti buzdan bir parça qopararaq, sonradan dağdan aşağı endirməyindədir. Bir çox hallarda olduqca bahalı və rentabelliksiz hesab edilir. Lakin, Çilidə yerləşən dağ silsiləsinə demək olar ki, maşınla qalxmaq mümkündür. Nəticədə Pataqonidə il ərzində yüzlərlə brakonyerlər yerli dağlardan tonlarla buz oğurladığı yerdə tutulur.

Çili rəhbərliyi sözü güdən problemdən məlumatlıdırlar. Beləliklə, qanunvericilikdə milli dəyərlərin məhf edilməsi ilə bağlı bəzi qadağalar tədbiq edilmişdir. Qar silsiləsindəki buzlaqlar qlobal istiləşmə nəticəsində onsuzda zamanla azalmağa doğru gedir.

Doatom poladı

Sözün əsl mənasında ekzotik məhsul laboratoriya cihazı istehsalçıları arasında yüksək qiymətləndirilir.

Məsələ ondadır ki, müasir polad özündə mikroskapik radikal metallar cəmləyir. Radikal metallar insanlar tərəfindən ilk nüvə sınaqları keçirildiyi andan etibarən yer kürəsinin atmosferində mövcutdur.

Lakin, İkinci dünya müharibəsindən öncə istehsal olunan poladda bu cür təsirlərə rast gəlinmir. Bu səbəbdən də, onu hay-end-elektronika və laboratoriya ölçü cihazlarının istehsalında istifadə edirlər.

Materialı hardan tapmaq olar? Nəzəri olaraq bunun üçün sualtı dalğıclıq üçün icazə alınmalıdır. Suyun dərinliklərində XX əsrin əvvəllərində batmış gəmilər çıxarılmalıdır. Bu isə xəzinələrlə bağlı qanunvericiliklə qorunduğundan çox çətin başa gələn prosedur hesab edilir.

İcazəsiz suya dalmağa razı olanlar isə mənəvi təzminat olaraq yüksək məbləğ tələb edirlər.

Buna görə də, suda xüsusi bir zinyət əşyası axtarmağa ehtiyac yoxdur, sadəcə bir dəmir hissəsini kəsib çıxarmaq belə varlanmağa səbəb ola bilər.

Dəniz kokaini

Başlıq təəcübləndirə bilər. Əslində isə totoaba balığının üzərindəki köpüklərini bu cür adlandırırlar. Bu delikates yalnız yemək üçün deyil, çin afrodiziakı “viaqra-şorbası”-nın hazırlanması üçün də istifadə edilir.

Məhsul Çində inanılmaz məşhurluqla istifadə edilir. Bu gün qara bazarda onun dəyəri kokaindən 1,5 dəfə daha bahaya təklif edilir. Onun effektivliyi sübuta yetirilməsə də, xalq tərəfindən olduqca çox sevilməkdədir.

Tələbatın çox olması səbəbindən balığın nəsli kəsilmək təhlükəsi mövcutdur. Təəsüflü hal ondadır ki, onun məhf olması özü ilə birlikdə digər dəniz canlılarının da məhfinə səbəb ola bilər.

Böyük kaktuslar

ABŞ-ın cənubunda bir neçə il öncə yeni dəb peyda olmağa başladı. Bir çoxları evlərinin həyətini böyük kaktuslarla bəzəməyə başladılar. Lakin, araşdırmalar görə məhsul çeşidlərinin 30%-i səhra bitkilərinin qeyri-leqal kəsilməsi nəticəsində əldə edilir. Bu bitkilər hökümət nümayəndələri tərəfindən ciddi nəzarətdə saxlanılır.

Dünyanın 5 qəribə qara bazarı 5

Karneqiya kaktusu arizona və meksika səhrasının olduqca məşhur nəhəngidir. Eksotik görünüş sevənlərin çox ürəyincə olmuşdur.

Nəticədə tələbat təklifi üstələyir. İstixanada bu hündürlüyü əldə etmək üçün 30 il tələb olunur. Gecə vaxtı səhradan yerindən qopararaq oğurlamaq daha rahatdır.

Arizonada kaktusun zədələnməsinə görə 25 il azadlıqdan məhrumetmə cəzası tədbiq olunur.

İstifadə edilmiş yağlar

Bu məhsulu isə ümumiyyətlə siyahımızda görməyə təəcüblənərsiniz yəqinki. Sən demə, restoranlarda istifadə edilmiş bitki yağları qara bazara daxil olan dəyərli çeşiddir.

Rəsmi olaraq iaşə mərkəzləri gərəksiz yağlardan yalnız onları xüsusi bioyanacaq istehsalı ilə məşğul olan məntəqələrə təqdim etməklə qurtula bilərlər.

Lakin, bəzi iş bazlar yağı gizlin şəkildə qablara yığaraq kosmetik şirkətlərə satırlar. ABŞ-da bu cür gəlirdən dövriyyə il ərzində 75 milyon dollar təşkil edir.

Biz niyə tez qocalmağa başlayırıq? XIX əsrin səbəbləriYüksək effektli insanların yeddi vərdişi – Stephen Covey

Əvvəlki məqaləAvtombil (Boyanma) – Zamaska və dolğunun vurulması
Növbəti məqaləKişilər üçün düşünülmüş, lakin qadın qarderobunda yer alan 7 nüyans

Fikirlərinizi bildirin.