Dünyanın 5 qəribə iş vakansiyaları

Netflix-in profesional izləyicisi

Kimsə hər ay Netflix-ə baxmaq üçün pul ödəyir, kimsə əksinə, buna görə pul alır. Şirkətin iş yerindən kənarda çalışan işçiləri mövçutdur. Onlar təqdim olunan bütün filimlərə baxaraq janrlar üzər sıralayır, eyni zamanda teqlər müəyyənləşdirirlər. Bütün bunlar gələcəkdə ümumi izləməyə təqdim ediləcək filimlərin tamaşaçılar üçün axtarış rahatlıqlarının təmin edilməsi səbəbindən edilir.

Dünyanın 5 qəribə iş vakansiyaları

İş olduqca çətindir. Filimlərin qiymətləndirilməsi müxtəlif kateqoriyalar – aktyor oyunu, film janrı, zor tədbiqinin nümayişi ilə bağlı səhnələr üzrə olmalıdır. Eyni zamanda maksimal şəkildə məlumatlı və obyektiv olmaq gərəklidir. Buna görə də, iş vakansiyası bir növ kitabxanaçı və ya arxiv işçisi kimi qəbul edilə bilər.

Hosea

Tokyo metrolarında yüksək səslə qışqıran və insanları sıxışdıranlar məhs bu cür adlandırılırlar. Onlar günün pik saatlarında insanların qatarlara daha sıx və sürətli minmələrini təmin etmək üçün işə götürülürlər.

Məsələ ondadır ki, tokio metropoliteni dünyanın ən çox insan daşıyan metropolitenidir. Hər gün o 8.7 milyon insana xidmət göstərir. Yəni, həmin insanlar heç də hər zaman gözlədikləri qatara daxil ola bilmirlər.

Məhs bu zaman köməyə “hosea”-lar gəlir. Onlar xüsusi örgədilmiş və təlimatlandırılmış insanlardırlar. Qatarın qapısı önündə dayanaraq həm hərəkəti təmzimləyir, həm də ehtiyac olduqda insanları içəriyə doğru itələyirlər.

Qeyd edək ki, itələyənlər yalnız Tokiyo metrosunda deyil, Pekin metropolitenində də çalışırlar. İlk dəfə bu ixtisasdan 1930-cu ildə Nyu-York metropolitenində istifadə edilmişdir.

İlan sağan

Onları bəzən ilan sağan, bəzən isə herpetoloq kimi adlandırırlar. Bu cür ixtisas bir çox ölkələrdə mövcutdur.

Qorxmaz işçilər xüsusi fermalarda müxtəlif zəhərli ilanlardan zəhər toplayaraq alınmış zəhəri təmizləyir və kristallaşdırır.

Zəhər müxtəlif farmakoloji dərmanların hazırlanmasına və ilan zəhəri əlehinə vasitələrin istehsalında istifadə edilir.

Kazinoda oyun zərlərini yoxlayan inspektor

ABŞ-ın bir çox kazinolarında bu ixtisas nümayəndələri ciddi cəhdlə çalışmaqdadırlar. Onlar oyundan öncə və sonra hər bir zər kubunun üzərinin düzlüyünə, künclərinin disbalansına və müxtəlif örtüklər üzərində fırlanma keyfiyyətinə nəzarət edirlər.

Olduqca məsuliyyətli vəzifədir. Xırda bir yayınma kazinonun böyük məbləğlərdə pul itirməsi ilə nəticələnə bilər.

Qolf toplarını tutmaq

Statistikaya görə ABŞ-da oyunçular qolf meydançalarında təxmini 300 milion top itirirlər. Buna görə də, pul qarşılığında bu topları tapan və sahiblərinə qaytaran xüsusi insanlar mövcutdur. Hal-hazırda olduqca gəlirli sahə hesab edilir. Belə ki, gölməçələrdən ən azı 4000 top tapmaq olar ki, bir topun çıxarılması haqqı isə bir dollardır.

Dünyanın 5 qəribə iş vakansiyaları 4

Lakin, sonda topun sahibi itirdiyi topunu almaq istəməsə, istənilən halda onu suvenir dükanlarına satmaq mümkündür. Bəzən kolleksionerlər belə fərqli və xüsusi tarixcəyə sahib topları ala bilirlər.

Dünya kinosunda şoka salan sex səhnələriDünyanın 5 ən bahalı otel otağı

Fikirlərinizi bildirin.