Dünyanın 5 ən bahalı otel otağı. Planetin ən yaxşı otelləri və onların ən bahalı otaqları haqqında

ABŞ, Palms Resort Casino

Dünyanın 5 ən bahalı otel otağı 1.2Dünyanın 5 ən bahalı otel otağı 1.2Dünyanın 5 ən bahalı otel otağı 1.2

2020-ci ildə Las-Vegasda uzun müddətli təmirdən sonra müasir tərzə uyğun olaraq Palms Resort Casino açılmışdır. Məxsusi olaraq bunun üçün rəssam Damien Hirst müasir incəsənət həvəskarları və sevənləri üçün otaq dizaynını vermişdir. Bütün bu gözəlliklər və yeniliklər qonaqlara iki gecə üçün 200 min dollara başa gələcək. Verilən məlumata görə geniş syut 52 nəfəri qonaq edə bilər. Qonaqların ixtiyarında 830 kv m əraziyə sahib iki mərtəbəli villa formalı mənzil, mənzildə qonaq otağı, teatıral zona, jakuzi, iki masaj kabineti və altı robot rəssam verilmişdir. Nömrənin ən önəmli art-obyekti isə formaldegid rezervuarında olan iki əsl akuladır. Palms Resort Casinoda bundan başqa digər müasir incəsənət nümaunələri və rəssamların əl işləri mövcutdur: Takashi Murakami, KAWS, Jean-Michel Basquiat, Andy Warhol. Kazinodan başqa binada məşhur səs yazma studiyası da yerləşir ki, studianın xidmətlərindən Madonna, Eminem və Katy Perry kimi məşhurlar istifadə edirlər.

İsveçrə, President Wilson Hotel

Gizlətməyə nələrisə olan insanlar üçün ideal otel hesab oluna bilər. 68 min dollara bir gecə ərzində apartmentin qonaqları yalnız President Wilson Hotelinin tam olaraq səkkizinci mərtəbəsini deyil, həm də yüksək təhlükəsizlik xidmətləri əldə etmiş olurlar – güllə keçirməz qapılar, gülləkeçirməz panaramalı pəncərələr, şəxsi lift və yardım siqnalları üçün xüsusi düymələr. Bonus olaraq bütün sadalanan keyfiyyətlərin üzərinə Jenevrə gölü, Monblan parkına pəncərədən açılan ponarama görüntü və qeyri-adi kitablar kolleksiyası əlavə edilir. Penthausun pərəstişkarları arasında Microsoftun rəhbəri Bill Gates və aktyor Michael Douglasın adları çəkilməkdədir.

İngiltərə, The Connaught

Londondakı The Connaught otelinin qonaqları sutka ərzində ödədikləri 25.5 min dolların müqabilində şəxsi qulluqçu və barmen, Meyfeyr ərazisinə gözəl görüntü, yaxşı otellərin aşbazlarından menyu və estetik həzz üçün incəsənət kolleksiyası əldə etmiş olurlar. Otelin kolleksiyasında Louise Bourgeois, Damien Hirst və Tadao Andonun incəsənət nümunələri yer almaqdadır. Bütün bu nümunələr otelin önündə, giriş hisssədə sərgilənməkdədir. Ən bahalı otağın tərtibatını isə dizayner David Collins öz üzərinə götürmüşdür. Nə zamansa The Connaught otelində gecələmək fikrində olsanız, uçuş anından etibarət artıq komfortu hiss etməyə başlayacaqsınız. Aeraportda sizi şəxsi sürücü gözləyərək bütün gərəkli şərtlər gözlənilmək şərti ilə otelə çatdıracaqdır.

Fransa, Grand Hyatt Cannes Hotel Martinez

Dünyanın 5 ən bahalı otel otağı 4

Kanda Grand Hyatt Cannes Hotel Martinez otelindəki penthaus ulduzlar, siyasətçilər və kinofestivala gələn digər məşhurlar arasında favorit hesab edilir. Bunun səbəbi ilk növbədə qonaqlara ayrı-ayrılıqda göstərilən individual diqqətlə bağlıdır. Nömrələrin çoxunda Kruazett bulvarına və Kann körfəsinə ayrıca individual terassa, təmiz çimərlik, ar-deko tərzində otağın əsrarəngiz görüntüsü, üstəgəl əlbətdə ki, Picasso və Matissenin rəsm əsərləri mövcutdur. Bütün bunların qiyməti bir gecəyə 52 min dollar təşkil edir.

Fidji, Laucala Island Resort

Dünyanın 5 ən bahalı otel otağı 5

Fidjidəki Laucala Island Resort otel qonaqlarını 170-1200 kv m arası əraziyə malik ayrıca villalarda yerləşdirir. Siz nömrə seçimi zamanı pəncərənizdən və eyvanınızdan hansı mənzərənin açılacağına qərar verə bilərsiniz – tropic meşələrə, dənizə yoxsa dağlara. 35 min dollar müqabilində sizin ixtiyarınıza qolf meydançası, at sürmək üçün imkan, adada səyahət üçün qayıq, dayving-mərkəz, baseyn-laguna və qulluqçu xidmətləri təqdim edilir. Əlavə ödənişlər edən zaman əlavə olaraq dəniz neymətlərindən ibarət axşam yeməyi, sampan şərabı, masaj və at sürməklə bağlı dərslər əldə edə bilərsiniz.

Kinoindustriyada TOP 10 ən bahalı rollarTarixin TOP-10 ən bahalı klipi

Fikirlərinizi bildirin.