Dünyanın ən təhlükəli idman növləri TOP10. “Ekstremal idman növləri”-nin yaranması özlüyündə ağla gəlməz, baxmağı belə narahaytlıq yarada biləcək yarışları gündəmə gətirdi. Lakin, mövcud sərhədləri aşa bilən idmançılar kifayət qədər zaman kəsiyində bu həyəcanları qoruya bilmişlər. Təkərli Roma arabalarında baş tutan yarışlar böyük sirk (Circus Maximus) izləicilərini həvəslədirərək emsyalarını artırmağa şərait yaradırdı. Qədim mezoamerikan svilizasiyasında isə topla oyun yekunda oyunçuların bəzilərinin ölümü ilə nəticələnirdi.

10.Surfing

Dünyanın ən təhlükəli idman növləri TOP10

Surfing gözəldir, həm də heyrətamiz. Surfing çox dəbdədir. Lakin, bu idman növü iştirakçılarının yeyilməsi təhlüsəi ilə üzləşən yeganə idman növüdür. Bu idman növü 1960-cı illərdə Del Tones, The Surfaris və The Beach Boys qruplaı tərəfindən mahnılar vasitəsi ilə məşhurlaşdırıldı. Oyun sonsuz yayın, qızmar günəş altında dərinin qaralması və əzələli bədən anlayışlaı ilə tərənnüm edildi. Lakin, bu əyləncənin görünməyən tərəfi akualar tərəfindən iştirakçıların eyilməsində idi.

2020-ci ildə akula hücumuna məruz qalan və nəticədə həyatlarını itirənlərin 3-ü serfinqlə məşğul olan insanlar idilər. Baş vermiş hadisələrin çoxu böyük ağ və zolaqlı akulaların hücumu zamanı baş vermişdir. Onlara adətən Kaliforniya, Avstraliyada – Qavayidə rast gəlinir. Məhs bu sahil ərazilər surfing sevənlər arasında hündür dalğalara və ideal mühütə görə olduqca sevilməkdədir.

Böyük ağ akulalar yer kürəsinin ən böyük vəhşi balığı hesab edilir. Onlar eyni zamanda ekstraordinal hiss etmə bacarıqlarına sahibdirlər. 15-20 fut, yəni təxmini 4.6-6 metr uzunluqda olub 5000 fut, yəni 2,3 ton ağırlğında ola bilirlər. Mütəxəsislərin fikrincə serfinq sevənlər arasında baş verən bədbəxt hadisələrin bir çoxu balıqların səhfən onları dəniz şiri zənn etmələri səbəbindən baş verir.

9.Öküz üzərində rodeo

Bütün Şimali Amerika ərazisi boyunca yaradılan rodeo yarmarkalarında müxtəlif yarışlar təşkil edilməkdədir. Bu yarışlar zamanı 8 saniyəlik (bəzən isə bundan da az) öküz üzərində fırlanma, dövr etmə kimi səhnələri izləmək mümkündür. Bu zaman ən yaxşı kavboylar müəyyən qədər pul qazanmaq üçün 900 kq-lıq öküzün belinə çıxmalı olurlar. Bununla yanaşı, yarmarkalarda yeni başlayanlar üçün mexanik öküz fiqurları da qurulmuşdur.

Bir çox müasir çaparlar ağır daxili qata sahib jiletlərini və şlemlərini geyinərək ciddi zədələrdən yayınmağa çalışırlar. Buna baxmayaraq, mavi cinsli sıraya düzülmüş və bu işdə həvəsli olan kişilər hər an öküzün buynuzu ilə və ya arxa ayaqları ilə kifayət qədər ciddi zərbə ala bilərlər. Heyvanın yan tərəfindən xüsusi kəmər bağladılmış olur.

Professional Bull Riders (PBR) adlı profesional çaparlar saytının məlumatlarına görə PBR yarışlarında arenaya çıxan istənilən çaparın həyatı sığortalanmış olur. Buna baxmayaraq, hər il olduqca ciddi sayda zədələnmə halları qeydə alınır.

8.Avtomobil yarışları

Avtomobil yarışları XIX ərsin sonlarında “atsız koretalar” ixtira olunduqdan sonra yaramışdır. Sürətli şəkildə yayılan həvəs fərqli hislər yaşamaq istəyən insanları bir yerə toplayırdı. Təəsüfki, yanacağın tez alışması və yüksək sürətlə avtomobillərin toqquşmaları ölüm halları ilə nəticələnə bilir. Yarışların tarixində həm izləyicilər, həm də bəzi yarışmacılar (misal olaraq: Ayrton Senna, Dale Earnhardt, Sr və s.) həyatlarını itirmişlər.

Məşhur yarışlardan olan 24 Hours of LeMans dünyanın ən böyük avtoidman tədbiri hesab edilir. Yarış eyni zamanda dünyanın ən pis qəzaları ilə də yadda qalmışdır. 1955-ci ilin 16 iyun tarixində Mercedes-Benz 300 SLR-in sükanı arxasında fransız pilot Pierre Levegh əyləşmişdir. Sürüşün sürəti saatda 150 mil və ya 241 km/saat təşkil edirdi. Bir müddət sonra avtomobil Lance Macklinin idarə etdiyi avtomobilə arxadan toxunur. Nəticədə inanılmaz xaos baş verir və Leveghin avtomobili havada bir neçə dəfə dövrə vuraraq, tamaşaçıların əyləşdiyi oturacaqlara düşür.

Yanğının söndürülməsi və qəzanın fəsadlarının aradan qaldırılmasına qədər Levegh daxil olmaqla 80 nəfər həyatını itirmiş, 100 nəfər ciddi yaralanmışdır. Hadisənin araşdırılması heç bir nəticə vermədi. Lakin, oturacaqlar yarış meydanından nisbətən uzaqlaşdırıldı.

Həmin il oyunun təşkilatçıları hadisədən sonra oyunu dayandırmırlar və yarışı davam edirlər. Qalib kimi isə Mike Hawthorn və Ivor Bueb müəyyən edilir.

7.Amerikan futbolu

Milli futbol Liqası (MFL) Amerikanın olduqca məşhur profesional idman növü hesab edilir. İdmançıların inamlı şəkildə sürətli qaçışlarını izləmək, topu atıb-tutmaqlarına baxmaq, bir-birilərini itələməklərini seyr etmək bu idman növünü sevənlərə unudulmaz anlar bəxş edir. Lakin, meydançada qaçan idmançıların bir çoxunun aqibətləri o qədər də ürək açan olmur.

Bir neçə illər boyunca MFL böyük söz-söhbətlərdən yayınmağa çalışmışdır. Beləki, komandalar rasizimdə iddiham olunur və qadağan edilmiş maddələrdən istifadə edirdilər. Eyni zamanda liqanın ən böyük problemləri oyunlar zamanı idmançılarda baş verən beyin sirkələnməsi narahatlıqları idi.

Keçmiş kvoterbek Jim McMahon başından alıdığı zərbədən illərdi əziyyət çəkən yeganə oyunçu deyil. Sevindirici haldır ki, zamanında və düzgün edilən xroniki travmalara qarşı ensefalopatiya müalicələr çətinlikləri azalda bilir. Eyni zaman da, keçmiş oyunçular arasında sonradan suiqəst hallarına da rast gəlinir.

6.Reqbi

Reqbinin özü də, müəyyən qədər amerikan futbolu hesab edilir. Lakin, futboldan fərqli olaraq ağır geyimlərdən və şlemlərdən istifadə edilmir. Baş örtüyü çənənin deyil, qulaqların qorunması funksiyasını yerinə yetirir.

Reqbi oyunu zamanı komandada 15 nəfər iştirak edir və Britaniyada olduqca məşhurdur. Oyun meydançası olduqca çirkli döyüş müydanına bənzəyir. Oyunçular final fitini eşidənə qədər ciddi zədələrlə rastlaşırlar.

5.Alpinist

Dünyaca məşhur Britaniyalı alpinist George Mallorydan onun niyə Everesti fəth etmək istədiyini soruşanda o cavab verir: “Çünki, o ordadır”. Bu kobud cavab eyni zamanda həyatla riski etmək üçün motivasiya anlamında olduqca gözəldir. Ana təbiətin ən yüksək zirvəsini fəth etmək üçün stimuldur. Mallory 1924-cü ildə həyatında ilk dəfə yüksək zirvəyə çıxan zaman qar qasırğası səbəbindən həyatını itirir. Onun cəsədi növbəti 75 il ərəzində tapılmadı.

Müasir alpinistlər əvvəlki həmkarlarının səhflərindən nəticə çıxararaq texnoliji yeniliklərdən, müasir alətlərdən, kartoqrafiyalardan istifadə etməyə və hava proqnozunu ciddiyə almağa başladılar. Buna baxmayaraq, Everest – idmanın mirvarisi hələ də hər il olduqca xeyli sayda can almağa davam edir.

2019-cu ildə 11 alpinist zirvəyə qalxan zaman həyatlarını itirmişlər. Həmin ərazini “Sagarmatha” adlandırırlar ki, tərüməsi səmanın alnı mənasını verir.

6.Yüksəklikdən paraşütla atlama (Sky diving)

Dünyanın ən təhlükəli idman növləri TOP10

Filimləri birində Tom Cruise təyyarədən tullanarkan paraşütun açılması olducaq gec baş verir (High Altitude Low Opening, HALO). Və bu olduqca həyəcanlandırır. Lakin, Jorcia ştatında iki nəfərin ölümü bu idman növünə diqqətləri artırmışdır.

Təcrübəli instruktor və 18 yaşlı qız həyatında ilk dəfə tullanarkən Atlantanın üzərində olan zaman paraşütun açılmaması səbəbi ilə acınaqlı şəkildə həlak olmuşlar. Nick Esposito və Jeanna Triplicata əsas paraşütun yerə olduqca yaxın məsafədə lazımı şəkildə açılmaması nəticəsində dünyalarını dəyişmişlər.

United States Parachute Association-ın açıqlamasına görə ABŞ-da təxmini 3,3 milyon tullanışlardan 15-i ölümlə nəticələnmişdir.

3.Jai Alai

Planetin ən sürətli idman növü hesab edilir. Olduqca qəribə görünən yarış əsasən İspaniyanın vilayətlərində məşhurdur. Baş zərbələri səbəbindən olduqca təhlükəlidir və sağalmaz izlər buraxa bilir.

Oyun reketbolun analoji oyunu kimi icra edilir. Meydança üç tərəfdən hasarla əhatə olunur və hər birində 2-4 nəfər olmaqla 8 komanda təmsil edilir. Onlar dairəvi formada duraraq mübarizə aparırlar. Oyunun əsas atributu bərk rezin materialdan hazırlanan poleta topudur. Top adətən saatda 200 mil və ya 322 km/saat sürətlə hərəkət edə bilir. Sürət ələ geyinilən cesta adlı səbət ayəsində mümkün olur.

Sürət bəzən insanın görmə qabiliyyətindən yüksək olsada, tribunalarda aparılan mərclər olduqca maraqlı abu-hava yaradır. Bu sbəbdən də, profesional idman növü hüsab edilmir.

2.Boks

Boksun çiçəklənən dövrünü izah etmək üçün 1940-50-ci illərə, A.J. Lieblingin Nyu-Yorkda təşkil etdiyi idman zalını xatırlamaq gərəklidir. O zaman zalı “qan tökülməsinin şirin elmi” adlandırırdılar. Bu gün isə elmi araşdırmalar daha qəmgin mənzərəni ortaya qoyur.

Müasir tibbi araşdırmalara əsasən boksçunun koryerasında baş vermiş kiçik beyin sirkələnməsi halları zamanla ciddi problemlərə yol aça bilər. Vaxt keçdilcə beyin simptomlarını itirir və baş gicəllənmələri, baş ağrıları yarana bilir. Nəticədə Parkinson kimi xəstəliklər meydana gəlir.

1.Korrida

Arxeoloji məlumatlar minoy sivilizasiyasına aid etdildiyini bildirir. Yəni, öküzlərlə dava 3000 il əvvələ təsadüf edir. Yarışlar hələ də bütün İspaniyada olduqca böyük marağa səbəb olur.

Korrida qan töküləcək idman növüdür. Yarışlardan öncə həyata keçirilən rituallar öküzü yaralar vasitəsi ilə zəiflətməyə yönəlikdir. Bu halda pikadorlar at belində və banderillər isə piyada öküzü yaralayırlar. Bu mərasim keçirilməssə, əsəbi heyvan hər zaman qalib gələ bilir.

Ritual bitdikdən sonra matador meydana çıxır, uzun taxtaya bərkidilmiş qırmızı üst geyimini özü ilə götürür. Matador meydanda öz bacarığını və qorxmazlığını nümayiş etdirməlidir. Ölüm rəqsi ilə zamanla öküzü öldürür.

İmicini məhv etmiş 7 idmançıTOP 5 idman rekordları

Fikirlərinizi bildirin.