Dünyanın ən çox qazanan 10 model xanımı. Yəqinki bir çox qızlar uşaqlıqda model olmaq arzusunda olmuşlar. İmic, dəblə bağlı dərgilərin üz qabığını bəzəyən gözəl xanımlar həm kişiləri valeh edir, həm də xanımlarda paxıllıq hissi yaradırlar.

Lakin yalnız seçilmişlər sözü gedən biznesdə uğur qazana bilirlər. Dünyanın ən çox qonarar alan modelləri ağıla gəlməz pullar qazanırlar. Buna görə onlar ağlagəlməz əziyyəttlər çəkməli, bir çox qaydalara riayət etməli olurlar.

Model biznesi müasir görkəmini hələ XX əsrin əvvəllərindən əldə etməyə başladı. Hal-hazırki zamana qədər industriya xeyli dəyişikliklərə uğramışdır. İndi model dedikdə podyumda parlamalı olan model nəzərdə tutulmur. Adətən onların instagram səhfələri izləyicilərlə bol olur, özləri isə xüsusi şirkətləri təmsil edirlər.

Buna baxmayaraq modellərin qarşısında hələdə ciddi tələblər qoyulur. Və yalnız bu qəliz oyuna tab gətirə bilənlər planetin ən varlı insanları siyahısına qoşula bilirlər.

10-cu yer Doutzen Kroes – 8 milyon dollar

Xanım 1985-ci ildə Niderlandda dünyaya göz açmışdır. Uşaqlıqdan onu xeyli gəlir əldə etmiş modellər maraqlandırırdı. Universiteti bitirdikdən sonra xanım öz şəkillərini model agentliyinə təqdim etməyi qərarlaşdırır. Doutzen diqqəti üzərinə çəkməyi bacarır. 2005-ci ildə o Vogue dərgisinin saytının ən yaxşı modeli seçilir.

Dünyanın ən çox qazanan 10 model xanımı

Nəticədə bahalı müqavilələr özünü çox gözlətmədi. 2006-cı ildə Kroes L`Oreal Paris kosmetik şirkətinin siması seçilir. İndi isə Piaget saat firması ilə aktiv şəkildə çalışır. Doutzenin koryera yüksəlişi ən əsası onunla maraqlıdır ki, xanım yüksəişə doğru heç kimin köməkliyi olmadan nail olmuşdur. Bu müasir zaman üçün olduqca nadir hadisədir. Xeyli əziyyətlərdən sonra illik gəliri 8 milyon dollar təşkil edir.

9-cü yer Joan Smalls – 8,5 milyon dollar

Puerto-Rikalı qız 1981-ci ildə anadan olub. Uşaqlıqda Joan ərköyün uşaq olmayıb. Böyüdüyü ailədə gündəlik tələbatları ödəmək üçün maddi vəziyyət ürəkaçan olmayıb. Lakin, model olmaq arzusu onu ömür boyu təqib edib. Xanım anladıki, o böyük uğura yalnız böyük şəhərdə sahib ola bilər. Bu səbəbdən də Smalls məktəbi bitirdikdən sonra Nyu-Yorkda məskunlaşır.

Modellə ilk müqavilə 2007-ci ildə imzalanır. O zamanlar Joan indiki kimi tələbkar qız deyildi. Sahib olduğu uğura görə o IMG Models-lə olan müqaviləsinə borcludur. Sözü gedən model agentliyi ilə işləmək öz üzərində diqqəti cəmləməyə imkan verdi və nəticədə Givenchy moda evinin siması seçildi. Daha sonra xanım bir neçə dəfə Victoria`s Secret nümayişlərində göründü. İndi onun gəlirləri Estee Lauder və Moschinoya görə illik 8,5 milyon dollara çatır.

8-ci yer Bella Hadid – 8,5 milyon dollar

Dünyanın ən çox qazanan 10 model xanımı. Yeni dalğanın top modeli 1996-cı ildə anadan olmuşdur. 22 yaşına fələstin əsilli xanım inanılmaz nəaliyyələrə sahib ola bilər. Hadid olduqca məşhur moda evlərindən olan Bulgari və Diorun nümayəndəsidir. Eyni zamanda onun Tag Heuerlə də müqaviləsi vardır.

Dünyanın ən çox qazanan 10 model xanımı

Bellanın həyatı yəqinki valideyinlərinin köməyi olmadan mümkün olmazdı. Bellanın anası İolanda da olduqca məşhur model və teleaparıcı olmuşdur. Atası isə öz növbəsində dollar milioneridir. Bu səbəbdən də gənc Hadid həyatında inkişaf yolu olaraq istənilən sahəni seçə bilərdi.

Bellanın koryera həyatında ilk müqaviləsi 2014-cü ildə bağlanmışdır. Ona ilk dəfə diqqəti IMG Models yetirmişdir. Sözü gedən şirkətlə dünyanın ən məşhur modelləri işləmişdir.

Növbəti ildə Hadid öz sahəsinin ən məşhur siması seçilərək bir yüksəlişə imza atmışdır. Onun illik gəlirləri atasının qazancına çatmasada, model biznesində Bella kifayət qədər aparıcı rola sahibdir.

7-ci yer Gigi Hadid – 9,5 milyon dollar

Tanınmış model və Bella Hadidin böyük bacısı 1995-ci ildə anadan olmuşdur. Ancaq, Gigi biznesdə ilk addımlarını 2 yaşından etibarən atmağa başlamışdır. O zaman o Baby Guess xəttinin nümayəndəsi və təqdimatçısı olmuşdur. Daha sonra isə Hadid diqqətini təhsilə yönləndirməyi planlaşdırır. Nəticədə növbəti müqavilə yalnız 2011-ci ildə bağlandı. Əlbətdəki IMG Models agentliyi ona Guess brendinin siması olmağa yardımçı olur.

Hadidin profesional debyutu 2014-cü ildə baş vermişdir. Desigual şousunda olduqca önəmli simaya çevrildi. Məhs bu gecədən sonra xanım məşhur dizayner və kinorejisor Tom Forddan təklif alır. Onunla iş birliyi nəticəsində Hadid Arnold Schwarzeneggerlə fotosesialarda iştirak edir, 2015-ci ildə isə ən bahalı modellər siyahısına qoşulur.

Versace və Prada xanımı öz promo kompaniyalarına cəlb etmək istəyirlər. Gigidə öz növbəsində təklifi məmnuniyyətlə qəbul edir. İndi onun gəlirləri illik 9,5 milyon dolla təşkil edir.

6-cı yer Cara Delevingne – 10 milyon dollar

Model biznesinin Britanyalı nümayəndəsi 1992-ci ildə Londonda anadan olmuşdur. Onun koryera yolu o qədərdə çətin olmayıb. Belə ki, xanımın uşaqlıq illəri kifayət qədər imkana sahib olan valideyinləri ilə birgə keçmişdir. Onun babası tarixi binaların, heykəllərin və muzeylərin yoxlama idarəsinin rəhbəri olaraq çalışmışdır. Anası Selfridges şirkətinin satış təmsilçisi, atası isə yaşayış binalarının lahiyəçisi olmuşdur. Cara təhsilini özəl məktəbdə almış və tanınmış şəxs olmağa çalışmışdır.

Dünyanın ən çox qazanan 10 model xanımı

Caranın aktiv karyerası 2012-ci ildə başlamışdır. O həmin il Burberry Beauty ilə müqvilə bağlayır. Xanım paralel şəkildə kinoda da rollar oynayır. Lakin əsas gəlir model biznesindən olaraq qalmaqdadır. 2012-ci ildə Cara Delevingne ilin modeli seçilir. Məhs bundan sonra o Forbes dərgisində yer alır. İndi xanımın illik gəliri 10 milyon dollar təşkil edir.

5-ci yer Gisele Bündchen – 10 milyon dollar

Barizlyanın ən məşhur modeli. Bəlkədə dünyanın ən məşhur modeli. Gisele 10 il ard-arda öz sahəsinin ən gərəkli siması hesab olunmuşdur. Forbes dərgisində dəfələrlə siyahılarda yer almışdır. Lakin illər keçdikcə 39 yaşlı Bündchen öz pozisiyalarını itirməyə başlamışdır. Ancaq o hələdə ilə 10 milyon dollar gəlir əldə edir.

Giselin ailəsini imkanlı adlandırmaq olmazdı. Qızcığaz kiçik əyalətdə anadan olmuşdur. O uşaqlıqda idman dərnəklərini ziyarət edirdi. Xanım modelin koryerası 14 yaşında “Mcdonalds”-da baş verən hadisə ilə bağlı olmuşdur. Məhs həmin gün Elite Management ona diqqət yetirmişdir. Koryera yüksəlişi zamanı o Dolce&Gabbana və Versacenin siması olmuş, indi isə şəxsi geyim xəttini buraxmışdır.

4-cü yer Rosie Huntington – 11,5 milyon dollar

Dünyanın ən çox qazanan 10 model xanımı. 1987-ci ilin aprel ayında Böyük Britanyanın ən çox qazanan modeli anadan olmuşdur. Rosie öz koryerasını hələ kollecdə oxuyarkən başlamışdır. 16 yaşında olarkən o öz anketini Profile Models agentliyinə göndərir. Şirkətin rəhbərliyi qızda böyük potensial görür və model biznesinə dəvət edirlər.

Dünyanın ən çox qazanan 10 model xanımı

Rosie ilk debyutunu 2004-cü ildə Nyu-Yorkda keçirilən dəb həfdəsində edir. Bu başgicəlləndirici uğur qıza Elle Girl və Teen Vogue kimi jurnallarla müqavilə bəxş etdi. Daha sonra isə Ralph Lauren və Topshop kimi brendlərlə iş birliyinə başladı. 2020-ci ildə onun uğur siyahısında olduqca aparıcı şirkətlər yer alır. Xanım eyni zamanda öz geyim xəttini buraxır.

3-cü yer Chrissy Teigen – 11,5 milyon dollar

Amerikalı xanım 1985-ci ildə Yuta ştatında anadan olmuşdur. O tay və norveç köklərini özündə cəmləyir. Bu keyfiyyətlər onun simasında fərqli şəkildə cəmlənmişdir. Kaliforniya serf-dükanlarının birində işləyən Chrissyyə bir fotoqraf diqqət yetirir. Nəticədə xanım IMG Models agentliyi ilə müqavilə bağlayır və dəb nümayişlərində aktiv iştirak edir.

Teigen dəfələrlə Gillette Venus və Nike şirkətlərinin siması olur. Lakin, model biznesində Chrissy dayanmağı düşünmür. 2013-cü ildə onu Model Employee realiti şousuna aparıcı qismində dəvət edirlər. 2020-ci ildə Teigenin məşhurluğu inanılmaz səviyyəyə yüksəldi. Onun insagramında 20 milyon izləyici mövcutdur. Müxtəlif firmalardan xeyli sayda təkliflər alır.

2-ci yer Karlie Kloss – 13 milyon dollar

Amerikalı qız ilk dəfə Forbes 2020 reytinqində göründü. Və həmin an dünyanın ən çox gəlir əldə edən modelləri arasında ikinci yeri tutdu. 27 yaşlı xanım öz uşaqlığını Sent-Luisdə keçirir və rəqslərlə məşğul olur. Elite Model Management agentliyinin nümayəndələri onda böyük prespektivlər görərək müqavilə bağlamışlar.

Dünyanın ən çox qazanan 10 model xanımı

Klossun ilk görüntüsü The Vogue dərgisində 2007-ci ildə sərgilənmişdir. Bundan sonra qızı Nina Ricci və Bvlgari-nin reklam promolarında çəkilməyə dəvət edirlər. 2011-ci ildə Karlie kifayət qədər şirkətlər tərəfindən dəvət qazanır və dünyanın ən tələb olunan modeli adını qazanır.

1-ci yer Kendall Jenner – 22,5 milyon dollar

Dünyanın ən bahalı modelləri siyasına çox ciddi fərqlə Kendall Jenner liderlik edir. Onun cəmi 23 yaşı var. Düzü onun məşhurluğunun əsas səbəbi kimi teleulduz Caitlyn Jenner və Kris Houghtonun ailəsində böyüməsi ilə əlaqələndirilir.

Dünyanın ən çox qazanan 10 model xanımı

Kendallın model koryerası 2010-cu ildən etibarən start götürür. 13 yaşlı qızı ilk dəfə Wilhelmina Models agentliyi görür. Beləliklə o gənclər üçün dərgilərin səhifələrində görünür. Beləliklə xanımla Estee Lauder, Adida və Celvin Klein kimi şirkətlər maraqlanır. Onun gəlirlərinin bir hissəsi də məşhur amerika şoularında iştirakdandır.

Məşhur mafia başçılarının xanımlarıMəşhurlar arasında 11 gözlənilməz lizbiyankalar

Fikirlərinizi bildirin.