Dünyanın ən bahalı soyunmuş qadınları

879
Dünyanın ən bahalı soyunmuş qadınları

Dünyanın ən bahalı soyunmuş qadınları

Natürmortlar və mənzərələr – bunlar əlbətdəki gözəldir. Ancaq məhs soyunmuş qadın rəsimləri bizim qəlbimizdəki incəsənət həvəsini daha da artırmış olur.

“Uzanmış çılpaq” Amedeo Modigliani 1917

Dünyanın ən bahalı soyunmuş qadınları

Qiyməti: 170 milyon dollar

Modiglianinin 15 yaşı olarkən onu evlərində çalışan xadimə qadın yoldan çıxarır. O zamandan etibarən rəssamın qadınlarla bağlı problem olmamışdır. Yüzdən artıq məşuqəsəsinin rəsmini çəkərək ilham pərilərini ictimaiətə təqdim etmişdir. O rəsimlərində xanımların daxili aləmlərini, incə cizgilərini tərənnüm etməyə çalışmışdır. Onlarda öz növbəsində onu daha çox qəlbinin gözəlliyinə görə sevirdilər.

Rejisor Jacques Becker rəssamın həyatı haqqında avtobioqrafik filim çəkmişdir. Filmin adı da rəssamın həyatını tam mənada xarakterizə edirdi – “Monparnasın məşuqları”. Kadırlara əsasən Modiglianinin rəsimlərinə lüt şəkildə poz verənlər az olmamışdır. Şəkillərin sonu isə bir qayda olaraq sexlə yekunlaşırdı.

İncəsənət xadimi Aleksandr Tairovun fikrincə bu standart bir senaridir: yaraşıqlı rəssamın diqqəti hər zaman qadınları həvəsləndirmişdir. Onlar məmnuniyyətlə onunla olurdular. Eyni zamanda nəzərə alın ki, rəssamın xüsusi naturalara verməyi pulu olmadığından o adətən yoxsul qadınları çəkirdi.

“Çılpaq, yaşıl yarpaqlar və büst” Pablo 1932

Qiyməti: 106 milyon dollar

Şəkil bir gün içində çəkilmişdir. 1932-ci ilin 8 martında. Pikasso üçün ecazkar Mari-Terez Volter poz vermişdir. Qadın uzun illər boyunca onun məşuqəsi və ilham mənbəyi olmuşdur.

Pikassonu qadınlar çox sevirdilər. Rəssam isə qadınlar haqqında deyirdi: “Mənim üçün yalnız iki tip qadın mövcutdur – ilahələr və ayaq silmək üçün əskilər”. Onun rəfiqələrinin çoxsunun ya özlərinə qəst etdikləri, ya da dəli olduqları məlumdur. Misal olaraq, Mari-Terez Volter rəssamın ölümündən sonra özünü asmışdır. Ayrılıqdan sonrakı illərdə isə münasibətlərin davamının olacağına ümüd etmişdir.

Gənc natura verən qadının gözəlliyini Pikassonun bu şəkildə necə gözəl təqdim etməsindən danışmaq qəliz məsələdir. Ancaq, cütlüyə yaxın mənbələrin məlumatlarına əsasən o böyük gözlərə sahib inanılmaz gözəllikdə olan bir sarışın qadın idi. Hal-hazırda rəsm əsəri naməlum kubizim tərzinin pərəstişkarındadır.

“Diana və Akteon” Tiziano, 1556-1559

Dünyanın ən bahalı soyunmuş qadınları

Qiyməti: 70 milyon dollar

Tiziano XVI əsrdə İspaniya kralı II Flippin sifarişi ilə fəaliyyətinin son dövürlərində çəkmişdir. Erotik mətinaltı mənalara baxmayaraq əslində faciəni canlandırmaq istəmişdir. Ədalətsiz ilahə Diana onu narahat etdiyinə görə gənc ovçu Akteonu cəzalandırır. Çox gümanki şəklin mövzusu onun bir-birinin ardınca yaxın dostlarını itirməsi ilə bağlı olmuşdur.

O zamanlar kilsə erotik məzmunlu şəkillərə olduqca ehtiyyatla yanaşdığından qadınların ziyarəti zamanı şəkilin üzəri örtülürdü. Hal-hazırda rəsm əsəri Britanyanın milli sərgi salonunda saxlanılır və heç kim üçün üzəri örtülmür.

“Sosial nəzarətçi yatır” Lucian Freud, 1995

Dünyanın ən bahalı soyunmuş qadınları

Qiyməti: 33 milyon dollar

Şəkilə 8 il öncə Roman Abramoviç sahiblənmişdir. Yəqinki Syuzen Tayllinin gözəlliyinə valeh olmuşdur. Kətan üzərində məşğulluq mərkəzinin müdiri Syu rahat şəkildə yatması təsvir edilmişdir. Və o öz qeyri ideal bədən quruluşundan heç də çəkinmir. Burda utanmalı da heçnə yoxdur. Rəssam kimi XX əsrin ən məşhur rəssamı çıxış edirdi.

“Rozes çimərliyində çılpaq” Salvador Dali, 1942

Qiyməti: 4 milyon dollar

Şəkil 19242-cı ildə Rozes şəhərində çəkilmişdir. Kataloniyanın çılpaq qadın bədənini bütün cəlbedici əzəmətində göstərmək üçün çox uğurlu cəhdlərindən biridir. Şəkilin qəhrəmanı – Dalinin həyat yoldaşı Qaladır. O həm gözəl bədən quruluşuna, həmdə iti ağıla sahib qadın idi. Məhs həyat yoldaşının pul uğrunda həmlələrinə görə Dali olduqca böyük məbləğdə qonarar alırdı.

Bu şəkildə rəssam yoldşına qarşı olan sevgisini və sadiqliyini qələmə almışdır. “Mən Qalaya nə qədər istəsə məşuqunun olmasına icazə verirəm.” – deyə Dali bildirir. “Çılpaq” dizayner Elena Rubinşteyn tərəfindən Park-Avenyudakı mənzili üçün alınmışdır.

Böyüklər üçün Yapon cizgi filimləri – hentay (anime) tarixi və inkişafıSexual stimulasiyanın tarixi: qədim dövürlərdən bu günə

Əvvəlki məqaləİntim tatoolar nədir və nəyə lazımdır
Növbəti məqaləYumurtalı üz maskaları üçün 23 resept

Fikirlərinizi bildirin.