Dünyanın ən bahalı 10 şərabı. Hər bir içkinin reytinqdə yeri onun bir şüşəsinin maksimal qiyməti ilə ölçülür. Bu şərablar artıq bir incəsənət nümunəsi kimi qəbul olunurlar. Onlar artıq istehlak üçün nəzərdə tutulmayıblar. Sahibləri imkanlı kolleksionerlər və qiymətini bilən insanlar hesan olunur.

Shipwrecked 1907 Heidsieck & Co Monopole Champagne.

Dünyanın ən bahalı çaxırıdır. O xüsusi olaraq rus imperatoru II Nikolay üçün hazırlanmışdır. Lakin, çaxırın gətirilməsi zamanı 1917-ci ildə daşımanı həyata keçirən gəmi alman sualtı gəmisi vasitəsilə batırılmışdır. Yalnız 1998-ci ildə çaxır şüşələri fransız sularından çıxarılmışdır. İndi onların dənəsinin qiyməti 275 000 ABŞ dolları qiymətləndirilir.

Dünyanın ən bahalı 10 şərabı

Chateau Lafite 1787-ci ilin.

Bu çaxır artıq xarab olub. Buna baxmayaraq, hələdə bahadır – şüşəsi 160 000 ABŞ dolları. Bütün məsələ “Th.J.” insiallarındadır. İnsialların sahibi Tomas Jeffersondur. Döyüşçü ABŞ-ın müstəqilliyi şərəfinə Chateau Lafite şərablarını fransada almışdır. Və həmin vaxt şüşənin üzərinə onun adının baş hərifləri həkk edilmişdir.

Chateau Mouton – Rothschild 1945-ci ilin.

Şüşənin dəyəri 114 614 ABŞ dolları qiymətləndirilir. Bahalılığın səbəbi onun ən uyğun milleriunda (üzümün yetişmə dövründə) hazırlanmasıdır. Bu il 1941-ci ilə təsadüf edir. Məhs bu çaxır etalon kimi qəbul olunur və dünyanın ən dadlısı hesab edilir.

Screaming Eagle 1992-ci ilin.

Dəyəri 80 000 ABŞ dollarıdır. Çaxır Napa, Kaliforniya ərazisini, ən fərqli təama malik meyvələrindən hazırlanır. Geniş teksturaya və içdikdən sonra uzun müddətli ağız tamı saxlaması ilə məşhurdur.

Dünyanın ən bahalı 10 şərabı

1775-ci ilin massandrovski hores şüşəsi.

Rus imperiyasının tarixi çaxırı Sotheby`s auksionunda 43 500 ABŞ dollarına satılmışdır. Etiketlərində imperia möhürü mövcutdur. Çaxır bizim günlərə qədər qorunmuş və gəlib çatmış ən qədim çaxırdır.

Penfolds Grange Hermitage 1951-ci ilin.

Çaxır Avstraliyalı üzümçü Maks Shubert tərəfindən hazırlanmışdır. Dünyada yalnız 160 şüşəsi mövcutdur. Birinin dəyəri 38 000 ABŞ dollarında qiymətləndirilir. İçki Bardo şərablarına rəqib kimi nəzərdə tutulmuşdur.

Dünyanın ən bahalı 10 şərabı

Cheval Blanc 1947-ci ilin.

İlk dəfə olaraq ictimaiyət geniş şəkildə şərab haqqında “Ratatuy” cizgi filimindən məlumatlı olmuşdur. Mütəxəsislər onu XX əsrin ən şəffaf içkisi kimi qəbul etmişlər. Bir şüşənin dəyəri 33 781 ABŞ dolları təşkil edir.

Montrachet Domaine de la Romance Conti 1978-ci ilin.

Ən bahalı fransız şərabı. Onun yeddi şüşəsini 23 929 ABŞ dollarına satmışlar.

Dünyanın ən bahalı 10 şərabı

DRC Romance Conti 1934-cu ilin Burqund çaxırı.

Dəyəri 20 145 ABŞ dolları təşkil edir. öz aromatlandırıcı dad buketi ilə dequstandları təəcübləndirmişdir. Onu romantik görüşlərin ən yaxşı çaxırı hesab edirlər.

İngelnook Cabernet Sauvignon Napa Valley 1941-ci ilin qırmızı şərabı.

Kaliforniyanın ən prestijli çaxırlarındandır. Napa əyalətinin adını hər yerdə tanıdır. Hal-hazırda kolleksionerlər onu 24 675 ABŞ dollarına almağa hazır olduqlarını bildirirlər.

Dünyanın ən bahalı 10 şərabı

Sexdən əvvəl spirtli içki içməyin 8 ziyanıİçkidən sonra baş ağrılarından qutarmağın yolları

Fikirlərinizi bildirin.