Dünya ölkələrinin sexual qəribəlikləri – çoxərlilik. İnsanların sexual həvəslərini tənqid etmək və ya bu mövzuda gərəksiz zarafatlar etmək düzgün deyil. Hər halda bu mövzular qanun çərçivəsi daxilində baş verirsə, deməli qəbul olunan bir haldır. Hər bir insan işıqları söndürdükdən sonra nələr edə biləcəyi barədə özü qərar verməlidir.

Lakin, bəzi qədim qəbilələrin tarixi adətləri mövcutdur. Onların çox hissəsi müasir dünyanın insanı üçün ağıla sığmaz görünə bilər. İndiki dövürdə belə ölkələrin qanunvericikləri və adətləri bizim anlayış səviyyəmizdən kənara çıxa bilər.

Çoxərlilik (poliandriya)

Çoxərlilik (poliandriya) – bu poliqaminin bir formasıdır. Bu halda qadının eyni anda bir neçə əri ola bilər. Adətən poliandriya məsələsi hər hansı xalqın sexsual anlayışları və və ya adətləri ilə tam bağlı olmur. Halın baş vermə səbəbləri bir çox zaman təbii resursların çatışmamazlıqları olması və maddi sıxıntının yaşanması ilə bağlıdır. Nəticədə poliandriyanın fraternal polianriya anlayışı yaranır – bu halda qadın iki qardaşa eyni anda ərə verilir və ya ərə gedir.

Əgər çoxarvadlılıq maddi durumun yüksək olması mənasını verirsə, çoxərlilik əksinə anlaşılır.

Tibetdə çoxərlilik

Tibetdə həqiqətəndə qadınların 15%-i iki kişidə eyni vaxtda ərdədirlər. Ancaq, çoxarvadlılıqdan fərqli olaraq, poliandriya imkansızlığı tərənnüm etdiyindən, Tibetdə evlənən zaman kişiyə müəyyən öhdəlikləri öz üzərinə götürməsi gərəklidir. Bu səbəbdən də, Tibetin bir çox yerlərində iki qardaşın bir qadını arvad etməsi təcrübəsi geniş şəkildə istdifadə edilir.

Dünya ölkələrinin sexual qəribəlikləri - çoxərlilik

Bu hal onlara sahib olduqları torpaqları oğlanlar arasında bölməməyə imkan verir. Əllərində olan imkanları və əmlaklarını eyni şəkildə birlikdə qoruyub-saxlaya bilirlər. Buna baxmayaraq çoxərlilik qadınlara fərqli rahatlıq gətirmir. Onlar daha çox əziyyət çəkməli olurlar. Bu səbəbdəndə bir neçə kişidə ərdə olan Tibet qadınları bir neçə ildən sonra olduqca yaşlı görünürlər. Onlar çoxlu uşaq doğmağa, torpaqda işləməyə və ev təmizliyinə diqqət yetirməli olurlar.

Nepalda çoxərlilik

Burdada çoxərlilik maddi vəziyyətin ağır olması ilə bağlıdır. Lakin, Nepalda qadınların ailədə rolu fərqlidir. Məsələ orasındadır ki, poliand ailələrindəki qadınlar həmin ailənin başçısı kimi qiymətləndirilirlər. Qəbilələrin başçılarıda, eyni zamanda müəyyən yaş həddinə çatmış qadınlar hesab edilir. Ailənin maddi durumunun stabil olması və uşaqları rahat böyütmək mümkün olsun deyə, Nepaldada iki qardaşın eyni qadını almasına icazə verilir. Ancaq bu kimi ailələrdə məqsəd sexlə bağlı deyil. Əlbətdəki sex yaşayırlar, lakin, əsas məqsəd əl-ələ verib yaşamaqla mübarizə aparmaqdan ibarətdir.

Dünya ölkələrinin sexual qəribəlikləri - çoxərlilik

Nepalı ziyarət edən turistlərin sözlərinə görə bu cür ailənin övladları analarına “ana” deyərək müraciət edir, lakin atalarına isə “ata” dedikdən sonra sıra sayı nömrəsi də işlədirlər.

Bundan başqa, əgər iki qardaş eyni anda sonsuz (uşağa sahib ola bilməyən) qadın alıblarsa, onların ikinci dəfə də evlənmək ixtiyarları var. Birinci qadın bu halda evi tərk etmir. Onlar rahatlıqla bir evin içində böyük ailə kimi yaşaya bilərlər. Bu şəkildə qadınlar ev işlərində çox yorulmazlar.

Nigeriyada çoxərlilik

Poliandriyanın Nigeriyadakı fərqliliyi çoxərliliyin ikinici ailə həyahında baş verməsindədir. Qadın ilk dəfə ərə gedə, uşaq doğa və bundan sonra ikinci ərə gedə bilər. Bu halda birinci ailəni dağıtmağa, birinci ərdən boşanmağa ehtiyac olmur. İkinci dəfə ərə gedən zaman qadının iki evi olmuş olur. Hər iki ailə ömürlük sayılır, ancaq uşaqlar ata ilə qalır.

Sadəcə Nigeriyada çoxərlilik göründüyü kimi maddi sıxıntı səbəbindən qurulmur. Bu ölkədə bu hal sadəcə ailə, izdivac formasıdır.

Dünya dövlətləri ilə bağlı 10 sex terminiYoldaşınızla məşuqənizi birləşdirməyin yolları

Fikirlərinizi bildirin.