Dünya ölkələrinin kontrasepsiya xəritəsi

695

Dünya ölkələrinin kontrasepsiya xəritəsi. Əminik, heç vaxt dünyada hamiləlikdən qorunma yollarının hansının daha çox məşhurluq qazandığı ağlınıza gəlməz.

Gənclik illərində kontraseptika məsələləri ehtirasın alovlanma anında ən son ağıla gələn məsələ olur. Təəssüfki, bəzilərində gənclik məhs bu zaman yekunlaşır. Nəticədə ciddi və məsuliyyətli ailə öhdəlikləri başlayır.

Ümumiyyətlə XXI əsrdə kontraseptikanın əhəmiyyətini hətda vəhşi şərtlər daxilində yaşayan afrika qəbilələri belə anlayır. Ancaq orda daha çox inanılmaz “xalq metodlarından” istifadə edilir. Misal olaraq müxtəlif otlarla çay dəmləmələri nəticəsində spermanın səviyyəsi azaldılır, qadınlada həssaslıq müxtəlif yollarla aradan qaldırılır.

Planetimizin yalnız 36% sakinləri hamiləlik əlehinə heç bir vasitələrdən istifadə etmirlər. Digərləri isə öncədən planlama yolu ilə ailə tərkibi və sayı ilə bağlı hesablamalar aparır, maddi imkanlarını öncədən qiymətləndirməyə çalışırlar.

Maraqlıdır ki, ölkələr, hətda kontinentlər kişi və qadın məsuliyyəti olmaqla iki fərqli fikrə bölünürlər. Bəzilərində öhdəlik kişilərin üzərinə qoyulur və prezervativlərlə tənzimlənir, bəzilərində isə bu haqda qadın düşünməli olur və müxtəlif həblərdən istifadə edir.

Buna baxmayaraq hələ də bütün dünya üzrə hansı varianta daha çox önəm verildiyi haqda tam məlumatlı deyilsiniz. Bu nə xüsusi günlərlə hesablama, nə də yarıda dayandırılmış cinsi akt deyil. Yeri gəlmişkən, hər ikisi ən təhlükəli yanaşma üsulu hesab edilir.

Planetimizin ən məşhur kontresepsiya növü qadın sterilizəsi hesab edilir. Bu formaya adətən Meksikada, Brazilyada, Hindistanda və ABŞ-da üstünlük verilir. Olduqca güvənli, lakin sonradan bərpa oluna bilinməyən metotdur.

Maraqlısı ondadır ki, kanadalılar adətən kişi sterilizəsinə (vazektomiyaya) üstünlük verirlər. Bu onların cinsi əlaqədə olmaq bacarığına və ehtiraslanmalarına heç bir təsir göstərmir. Lakin, yenədə metod yenidən bərpa olunma şansı vermir.

Eyni zamanda biz və bizə yaxın ölkələrdə də, uşaqla bağlı öhdəlik daha çox kişilərin üzərinə qoyulur. Və prezervativlərə üstünlük verilir. Eyni məntiqə və düşüncə tərzinə bizlə birlikdə ruslar, irlanadlılar, yaponlar, ukraynalılar, Baltik dəniz ətrafı xalqlar və ispanlar sahibdirlər.

Həblərdən isə əsasən Avropa, Avstraliya, Çili, Argentina, Tailand və bəzi Afrika ölkələri istifadə edirlər.

Çin, Ərəb Əmirliyi, Belarusya və şimali possovet ölkələri daha çox qadınlarda spirallara güvənirlər.

Sonda, Afrikanın böyük hissəsi və İndoneziya daha çox harmonal iynələrdən istifadə edirlər. Bu iynələr həblərlə eyni təsirə malik olsada, iynəni hər cinsi əlaqədən öncə istifadə etməyə ehtiyac olmur.

Xəritə: 10 kişi orqazmına nə qdər qadın orqazmı düşür?Xəritə: müxtəlif ölkələrdə sex nə qədər uzun çəkir

Fikirlərinizi bildirin.