Dünya miqyasında 5 əsas qalmaqal. Avtomobil tarixi az qalmaqalla rastlaşmayıb. Bu qalmaqallar xırda, ötəri problemlərlə deyil, böyük mliyyə itkiləri ilə nəticələnib.

Qatil – yasdıqlar

Yapon şirkəti Takata 1933-cü ildən fəaliyyət göstərir. 21-ci yüz illiyin əvvəllərində avtomobillər üçün təhlükəsizzlik və komplektasya üzrə dünyanın ən aparıcı müəssisəsi hesab edilirdi.  Lakin, araşdırmalar zamanı yaratdığı təhlükəsizlik yasdıqlarının heçdə təhlükəsiz olmadığı müəyyən edildiyindən möhtəşəm və böyük biznes birdən birə çökməli oldu. Beləki, yasdığı dolduram pripatronlar lazımından daha möhkəm partlayırdı. Nəticədə metalik korpusun hissələri salon boyu yayılaraq insanlara ciddi zədələnmələr yetirdiyindən bəzən ölüm hallarına səbəb olurdu. Bu məsələ ətrafında zamanla söz-söhbətlər böyüməyə başladı. İlk narazılıqlar zamanı yaranmış problemləri Takata şirkəti görməməzliklə qarşıladı. Lakin partlayışlar çoxalır, zədələnmələr artırdı.

Dünya miqyasında 5 əsas qalmaqal

Şirkətin rəhbəri Şiqexisa Takada bütün dünya qarşısında yasdıqlara görə üzr istəməli oldu. Bu jest isə kompanyanı xilas edə bilmədi.

Nəticədə ABŞ rəhbərliyi araşdırmları artırdı. 2015-ci ilin noyabr ayında uzunmüddətli incələmələrdən sonra sensasyalı açıqlama edilərək təhlükəli yasdıqların istehsalına görə Takada günahlandırıldı. Şirkət ABŞ rəhbərliyi tərəfindən xeyli şikayətlər və məhkəmə çəkişmələri səbəbindən yüksək miqdarda cərimələndi. Ümumi olaraq bu qalmaqal nəticəsində maliyyə itkisi təxmini 10-dan 50 milyard dollar məbəğində qiymətləndirilir. Sonda 2017-ci ildə Takada şirkəti rəsmi olaraq müflüz olduğunu bəyan etməli oldu. Beləliklə biznesii tam halda ehtiyyat hissələrinin istehsalı ilə məşğul olan amerikan şirkəti Key Safety Systems (KSS) almış oldu. Qeyd edək ki, bütünlüklə biznes deyərkən yasdı istehsalı bölməsi nəzərdə tutulmadı.

Dizelqeyt

2015-ci ilin 18 sentyabr tarixini Volkswagen konsernində indi sadəcə “qara cümə” adlandırıllar. Məhs bu gün ABŞ-da dizel motorlu alman avtomobillərinin ekoloji mühütə zərərli qazların buraxmasına şərait yaratması ilə bağlı xüsusi proqramların olduğu açıqlandı. Söhbət avtomobil istehsalında ən böyük dələduzluq əməlindən gedirdi. Nəticədə Həfdənin birinci günü VW səhimlərinin qiymətləri 162 dollardan 102 dollar göstəricisinə endi.

Lakin yaranan qalmaqal şirkətin sonluğu olmasada, konsernin bütün rəhbərliyi istefa verməli oldu. Hətda Volkswagenin amerikadakı nümayəndəliyinin menecerlərindən biri Oliver Şmid ABŞ-da yeddi il müddətində həbs cəzası ilə cəzalandırıldı. 11 milyon dəyərində Volkswagen, Audi, Porsche avtomobilləri təmir üçün geri çağrılmalı oldu. Şirkətin dizel qalmaqalından çəkdiyi maddi ziyan məbləği isə bir neçə on milyardlarla ölçüldü (təkcə ABŞ-da itki 25 milyard məbləğə çatırdı). Təzəlikcə Volkswagen Almanya hökmətinə 1 milyard dollar təzminat ödəmişdir. Bir çox ölkələrdə isə məhkəmə çəkişmələri hələdə davam etməkdədir.

İstənilən sürətdə təhlükəlidir (əslində isə belə deyil)

50-ci illərin sonlarında amerika şirkəti Chevrolet Corvairin kompakt modelinin istehsalını qərarlaşdırdı. Model gənc və o qədərdə imkanlı olmayan alıcılar üçün nəzərdə tutulmuşdur. Corvair bazarda ən inkişaf etmiş və cəsarətli model kimi təqdim edilmişdir. MotorTrend jurnalı onu hətda “İlin avtomabili” belə adlandırmışdır.

Lakin. 1965-ci ildə hüquqşunas Ralf Neyder “İstənilən sürətdə təhlükəlidir” adlı kitab nəşr etdirdi və kitabda Corvair brendini tam olaraq gözdən saldı. Dəlillər əsasən idarəetmə funksiyaları ilə bağlı idi. Qeyd etməliyik ki, o dövrdə bütün istehsal edilən kiçik formatlı maşınların yüksək sürət zamanı döngələrdə problemləri olurdu.

Dünya miqyasında 5 əsas qalmaqal

Çox gümanki, bu kitab uzun müddət bir çox ABŞ vətandaşları üçün diqqətdən kənar qala bilərdi. Lakin, GM-də qəribə hadisələr baş verməyə başladı. Onlar gizli dedektivlər tutaraq Neyderin şəxsi telefonunu dinləməyə, hətda fahişələr cəlb edərək kitab müəllifinin imicinə ziyan vurmağa başladılar. Nəticədə bütün bunlar medyaya məlum oldu. Yaranan qalmaqal tamami ilə başqa şəkil almağa başladı. Corvair haqqında hər yerdə danışıldı. Bir müddət sonra Ralf Neyder GM şirkətini məhkəməyə verərək şəxsi həyata müdaxilədə ittiham edib 425 min dollar qazandı. Bu isə 60-cı illər üçün böyük məbləq hesab edilirdi.

Kim günahkardır: təkər yoxsa avtomobil?

Ford şirkəti və təkər istehsalçısı Firestone 100 il müddətində dostluq əlaqələrində olmuşlar. Lakin, 2000-ci ildə amerika höküməti qəribə statistik göstəricilərinə diqqət yetirmişlər. Beləki, tez-tez yolsuzluq avtomobili Ford Explorer yüksək sürət zamanı ağılagəlməz qəzalara düşürdülər.

Araşdırmaların nəticələrinə görə, yol qəzaları FirestoneWilderness AT təkərləri səbəbindən yaranırdı. Yüksək sürət zamanı pretektor ayrıla və təkər sadəcə parçalana bilərdi. Təkərlər səbəbindən 250 nəfərin öldüyü, 3000 insanın isə xəsarət aldığı təxmin edilmişdir. Nəticədə Fordun imicinə böyük zərbə dəymiş oldu. Bir çox sürücülər əsas səbəbə varmada, təkət şirkətində günahın olduğunu eşitmək belə istəmirdilər. Onların fikrincə məhs avtomobil istehsalçısı bütün günahı özü daşımalı idi.

Bu azmış kimi, Firestone şirkətinin rəhbərliyi dəymiş ziyanı yalnız şəkildə qarşılamayacağını və Fordunda eyni dərəcədə günahkar olduğunu, bilərəkdən digər problemləri, defekt hallarını gizlətmək üçün bu təkərləri seçdiklərini bəyan etdi. Aparılan araşdırmalarda deyilənləri sübut etdi.

Hesablamalara görə Ford şirkəti reputasiyanın zəifləməsindən başqa 3 milyard dollar ziyana düşmüşdür.

Sürətlənirmi?

Bizim bir çoxlarımızın  uşaqlıqdan bildiklərinə əsasən “Toyota – çox etibarlıdır”. Lakin, pedal qalmaqalı markanın imicinə ciddi ziyan vurmuş oldu. Beləki, 21-ci əsrin əvvəllərində Toyota sahibləri maşınlarının öz-özünə yüksək sürət yığmasından şikayətlənirdilər.

Toyota şirkəti narahat olmağa başladı. İlk olaraq bu narahatçılıqda salonun döşəməsini günahlandıraraq, pedalı basan zaman maneyə törətdiyini bildirdilər. Daha sonra isə, günahkarlar pedalla onun datçikinin düzgün formada quraşdırılmamasını səbəb olaraq bildirdilər. Lakin, digər ekspertlərin fikrincə, pedallarla bağlı problem yoxdur, qəzalara səbəb sadəcə sürücülərin qazla əyləc pedallarının qarışdırılması olur.

Dünya miqyasında 5 əsas qalmaqal

Həqiqi səbəbin nə olmasından aslı olmayaraq Toyota rəqiblərinin səhvlərini təkrarlamaq istəmədi. Bütün günahları öz üzərlərinə götürərək öz tarixlərində ən geniş həcimli geri çağırma qərarını vermişlər. Təxmini 9 milyon maşın geri çağrılmışdır.

Son 100 ilin ən gözəl avtomobilləriAvtomobilinizdə ideal təmizliyi təmin edəcək 14 hiylə

Fikirlərinizi bildirin.