Dünya idmanını dəyişdirən 5 tarixi hadisə

174
Dünya idmanını dəyişdirən 5 tarixi hadisə 2

Dünya idmanını dəyişdirən 5 tarixi hadisə. Aleksandr Belov oyunun taleyini 3 saniyəyə həll etmiş, Muhammad Ali rinqdə rəqibləri ilə birlikdə rasizmə qarşı mübarizə aparmışdır.

Adrenalin, həyəcan, sonra gələn yırtıcı həzz və ya məğlubiyyətin kədəri – bütün bunlar idman haqqındadır. İndi pərəstişkarların çoxu oyunalara və ya yarışlara gəldikdə bütün idmançıları eyni həvəslə dəstəkləyirlər və onların yalnız fiziki göstəricilərinə görə mübbarizəyə qiymət verməyə çalışırlar. Dəri rəngləri və ya üz quluruluşlarını nəzərə almırlar. Bütün bunlar hüquqlarını əzimkarlıqla qorumaq bacarığına sahib insanların hesabına baş vermişdir. Bu beş tarixi fakt bütün dünya idmanının formalaşma prinsiplərini kökündən dəyişmişdir.

Jesse OWENS: nasizmə qarşı qələbə

Hadisə 1936-cı ildə Almaniyada keçirilən yay Olimpiya oyunları zamanı baş vermişdir. Ora Jesse OWENS ABŞ idmançılarının nümayəndə heyyəti qismində qatılmışdır. O zamanlar alman höküməti idealogiyasına görə qara dərili insanlara yaxşı münasibət göstərilmirdi. Hakimiyyətdə olan Hitler qaliblərin əlini sıxıb təbrik etmək üçün görüşə gəlməmişdir.

Dünya idmanını dəyişdirən 5 tarixi hadisə

“Qızıl” udmuş atletlər arasında Jesse OWENS-də yer almışdır. 100 metr məsafədə qaçış üzrə hamıdan yaxşı ola bilmişdir. Nəticədə sözü geən ideologiya şübhə altına alınmış  və ABŞ-da milli zəmində olan diskriminasiya hallarına qarşı çıxılmışdır.

 Muhammad Ali: boks şou formatında

Dəri rəngini ilə bağlı stereotiplərdən əziyyət çəkən döyüşçülərdən biri Cassius Clay olmuşdur. Onu bütün dünyada Muhamma Ali kimi tanıyırlar. Məhs bu idmançı boksu bir şouya çevirməyi bacarmışdır. Ümumiyyətlə bu idmandan anlayışları olmayanlar belə onun döyüşlərinə maraq göstərməyə başlamışlar. Alinin yaratdığı fərqlilik sonradan ingilis dilində trash talk adlandırılmışdır. Rinqə çıxmamışdan öncə rəqiblərinin psixoloji vəziyyətlərini pozmaq üçün onları təhqir edirdi.

1960-cı ildə Romada keçirilən olimpiya oyunları zamanı qızıl medala sahiblənərək ABŞ-a milli qəhrəman kimi qayıdır. Ancaq hamı tərəfindən sevilməsi və qəbul olunması belə onu irq stereotiplərindən azad edə bilmədi. İdmançını yenə də ağ dərili insanlar üçün nəzərdə tutulan məkanlara buraxmadılar. Məhs bu səbəbə görə Ali olimpiya medalını atmalı olur. Ləqəbi isə 1967-ci ildə Vyetnamla müharibədən imtina etdiyindən sonra götürmüşdür. ABŞ-da afroamerikalıların vəziyyətlərini yaxşılaşdırmaq üçün yaradılmış islam təşkilatına qoşulur. Bu hərəkətlər və seçimlər Alinin üç il müddətində idmançı lissenziyasından məhrum olmasına gətirib çıxarır. Sonradan, 1970-ci ildə professional boksa qayıda bilir.

1972-ci ildə xokkey üzrə SSSR-i milli yığması: gözləntilərə qarşı qələbə

Bütün xokkey fanatları üçün 1972-ci ildə baş tutuan 8 oyun olduqca yadda qalan olmuşdur. Bu oyun seriyasında SSSR-i milli yığması Kanada millisi ilə qarşılaşmışdır. Bu vaxta qədər Sovetlər Birliyinin komandası yalnız həvəskar komandalarla oyun keçirirdi. İlk dörd görüş Kanadada keçirilir. Rəqibin komandası Avropanın ən güclü komandası hesab edildiyindən Sovetlər Birliyinin oyunçuları daim güclü psixoloji təzyiqlə üzləşməli olurdular. İlk oyun zamanı əks tərəf baş geyimi geyinmir və bu hərəkətlə oyuna qeyri-ciddi və asan yanaşdıqlarını nümayiş etdirirlər.

Dünya idmanını dəyişdirən 5 tarixi hadisə 3

Lakin seriyanın açılışını təmin edən qarşılaşma SSSR-iyə tarixdə ilk dəfə Kanada üzərində qələbə təmin edir. Ancaq, yenədə 1972-ci ilin superseriyası məğlubiyyətlə yekunlaşır. Hələ də, xokkey dünyasında bu görüş müzakirə olunmaqdadır.

Billie Jean King: böyük tenisdə “cinslərin mübarizəsi”

Qadınlar bütün məsələlərdə olduğu kimi idmanda da hüquqlarının müdafiyəsi üçün mübarizə aparmışlar. İlk əvvəllər idmançı qadınlar professional turnirlərə buraxılmırdılar, sonralar buraxıldıqda belə onların mükafatları kişi idmançıların mükafatlarından olduqca aşağı olurdu. Məsələnin həlli 1973-cü ildə tenis maçları zamanı “cinslərin mübarizəsi”-ndə öz həlli tapmış oldu – Billie Jean King və Bobby Riggs.

Dünya idmanını dəyişdirən 5 tarixi hadisə 4

Nəticədə xanım bütün üç setdə qalib gələrək məqsədinə nail olur. Daha sonra King ABŞ qanunvericiliyində dəyişikliyə dəstək göstərir və beləliklə qadınlar idman universitetində oxuyarkən təqaüd almaq imkanına sahib olurlar.

SSSR-i basketbol üzrə milli komandası: 1972-ci ildə 3 saniyə ərzində qələbə

Bu oyun indi də mübahisələr yartmaqda davam edir. ABŞ-ın gümüş medalları hələ də Beynəlxalq Olimpiya Komitəsinin ofisində qalmaqdadır. Sadəcə üç saniyə SSSR-i yığma komandasının oyunçusu Aleksandr Belova  rəqibdən top keçirməyə və qalibiyyəti təmin etməyə yetərli oldur.

Qarşı tərəf öz məğlubiyyətlərini boyunlarına almasalarda, oyun tarixə ABŞ-ın basketbol üzrə olimpiya turnirində ilk məğlubiyyəti kimi düşür. Fərq yalnız bir xal hesabı ilə baş tutur – 50:51.

Dünyanın ən təhlükəli idman növləri TOP10Arıqlamaq üçün kəmər: işə yarıyır ya pul itkisidir?

Əvvəlki məqaləSirkə pəhrizi – hər gün su ilə sirkə içsək nələr baş verər
Növbəti məqaləAvtombil (Boyanma) – Astarın vurulması

Fikirlərinizi bildirin.