Dünya brendlərinin hazırladıqları 5 maraqlı məhsul

154
Dünya brendlərinin hazırladıqları 5 maraqlı məhsul 2

Dünya brendlərinin hazırladıqları 5 maraqlı məhsul. Porsche-dən bal, Samsung-dan pulemyot və Volkswagen-dən sosiskalar.

Porsche – Bal

Porsche idman, yolsuzluq avtomobilləri və balı ilə məşhurdur. Olduqca qəribədir, elə deyilmi? Şirkət həqiqətəndə arı təsərüfatı yaradaraq bal istehsalı ilə məşğuldur. Porsche sözü gedən bizneslə 2017-ci ilin may ayından etibarən məşğul olmağa başlamışdır. İlk təsərüfatı Saksonidə yaratmağa qərar verdi. 25 kolonla start götürərək 1,5 milyon arıya qulluğa başladı. Ərazinin yaxınlığında onlar üçün hətda poliqon belə inşa etdirmişdir.

Porsche Leipzig GmbH şirkətinin direktoru Zigfrid Bulou, Almaniya, 30 may 2017-ci il.

2017-ci ilin dekabr ayında işçilər 400 kq bal toplayaraq “Turbienchen” adı altında bankasını 8 dollar olamaqla satmağa başladılar. Maraqlısı ondadır ki, məhsulun hamsı qısa zaman ərzində satılmışdır.

Lakin, Porschenin bal biznesinə başlama səbəbi gəlir əldə etmək deyil, təbiətin qayğısına qalmaq olmuşdur. Məsələ ondadır ki, Almaniya hər il ekaloji mühitin çirklənməsinə və müxtəlif xəstəliklərə görə həddindən artıq arının tələf olması ilə rastlaşır. Bu səbəbdən də, şirkət xeyriyyə aksiyası kimi təbiətin qorunmasına öz töhfəsini vermiş olur.

Samsung – Pulemyot

Samsung şirkəti beynəlxalq konqlomerat hesab edilərək tikinti, avtomobil istehsalı, tematik parklar, təyyarə mühərrikləri, xəstəxanalar, daşınmaz əmlak, otellər, tekstil fabrikləri, kimya sənayesi, silah isthsalı və sair sahələrlə məşğuldur.

Sözü gedən fərqli yeniliklərdən biri də Samsung SGR-A1 avtomotik turel hesab edilir. Məhsul Samsung Techwin şöbəsi ilə Koreya universitetinin birgə işi sayəsində Cənubi Koreyada Koreya hərbiləşdirilmiş zonasında hazırlanmışdır.

Dünya brendlərinin hazırladıqları 5 maraqlı məhsul 2

Bu sadə pulemyot deyil. O infraqırmızı kameralarla təchiz edilmiş və səsi tanımaq bacarığına sahibdir. Üzərində lövhə silahı – Daewoo K3 pulemyotu və MGL qumbaraatanıdır.

Düzdü, Samsung rəsmi olaraq silahın tam avtomatlaşdırılmış olması fikrini təqzib edir. Cihaz informasiyanı operatora ötürür və operator öz növbəsində atəş açıb-açmayacağını qərarlaşdırır.

Toyota – Karkas evlər

Toyota şirkəti avtomobillərdən başqa 1975-ci ildən etibarən karkas evlərin istehsalı ilə məşğul olur. Əvvəllər məhsullar öz brendləri adı altında, yəni Toyota Motor Corporation adı ilə satılırdısa, 2004-cü ildən biznes Toyota Group — Toyota Housingin memarlıq bölməsinə keçirilmişdir.

Toyota Motor Corporation işçiləri Kasugai Housing Works şirkətinin zavodunda məhsul yığımı zamanı. Ayti, Yaponiya, 2006-cı il.

Evlər yalnız Yaponiyada satılır. Zəlzələyə qarşı yüksək hesablamalarla inşa edilir. Qiyməti 200 min dollardan başlayır.

Peugeot – Ədviyyat üyüdülmə qabı

Çox az adam bilir ki, fransız avtomobil istehsalçısı bu kimi fəaliyyətə başlamamışdan öncə ədviyyatların üyüdülməsi üçün qabların istehsalı ilə məşğul olmuşdur.

Dünya brendlərinin hazırladıqları 5 maraqlı məhsul 4

Peuge ailəsi 1700-cü illərdə manufaktur işi ilə məşğul olur, 1840-cı ildən etibarən isə əl kofe üyüdücüləri və ədviyyat üyüdən xırda əl dəyirmanları istehsal etməyə başlamışlar.

Şirkət sözü gedən məhsulları hələ də istehsal edir və dünyada ən yaxşı məhsullar kimi tanınır.

Virgin — Virgin Cola

Richard Bransonun xeyli sayda şirkətləri mövcutdur. Hamsı beynəlxalq konqlomerat olan Virgin Groupa daxildir. Olduqca fərqli sahələr üzrə çalışır: avia şirkətlər, idman zalları, otellər və s. 1994-cü ildə hətda biznesmen Virgin Cola istehsalına başlayır.

Dünya brendlərinin hazırladıqları 5 maraqlı məhsul 5

Virgin Cola qazlı içkisi digər koladan heçnə ilə fərqlənmir. Sadəcə qablaşdırılması daha fərqli dizayn edilmiş və qadın bədənini xatırladırdı.

İstehsaldan bir neçə ay sonra onun kolası Britaniya mağaza rəflərinin 50%-ni tutmağa başladı. Richard bütün rəqiblərini bazardan çıxarmaq və bütün bazarı ələ keçirmək istəyir.

Ancaq, onun istəklərini Cola və Pepsi vaxtında anlayaraq supermarketlər üçün olduqca sərfəli təkliflər etməyə başladılar. Nəticədə Virgin Colanın satış həcmi aşağı enir və zavod bağlanır.

Orqanik məhsullar. Onlar həqiqətən xeyirlidirlərmi?Tez yuxuya getmənin 5 asan yolu

Əvvəlki məqaləQarını tez böyüdən yeməklər və içkilər
Növbəti məqaləDünyanın ən inanılmaz 10 çimərliyi

Fikirlərinizi bildirin.