Dukan pəhrizində süd məhsulları:

Ağ yağsız yoğurt və ya şəkər əvəzləyicisi ilə dadlandırılmış yoğurt

Şəkər əvəzləyicisi, az kalorili sodalar, şəkərsiz saqqızlar, yulaf kəpəyi, sirkələr, dərisi və yağı soyulmuş vetçinalar, surimi çubuqları… Bunların hamsı artıq çəkiyə qarşı dayanıqlı qidalardır. Bu məhsullar bütün dünyada artıq çəkiyə qarşı mübarizədə aktivlərdən hesab olna bilər, yəni potologiyalar azalmağa başlayıb və aylarla, illərlə insan həyatını qoruyarlar. Yoğurt da pəhrizimizdə əsas elemetdir.

  • Ümumi qidalandırıcı xüsusiyyətləri: Bütün süd məhsulları kimi yoğurtlar da şəkərin yavaş-yavaş daxil olmasına imkan yaradan laktozu təmin edir və proteinlərin süni ketozunu zəiflədir. Hər yoğurtda 40-50 arası kalori olur.
  • Dukan pəhrizində rolu: Bizim pəhrizimizdə yoğurt xöşbəxtlikdir. Tərkibinə baxsaq, yağsız, şəkər əlavə olunmayan, şirintəhər, sərinləndirici, daşınması asan olan, kalsium və yüksək dərəcədə proteinlə zəngindir, eləcə də kalorisi az qidadır. Bizim pəhrizimizdə xörəyi bitirmək üçün ən asan və təbii vasitədir.
  • Dukan pəhrizində hazırlanma qaydası: Yağsız yoğurtun üç növü var: tərkibi yüngül; qatılaşdırılmış və ya maye halında olan; istənilən qədər yeyilə bilən vanilli, kakoslu, limonlu və ya liçi (Çinin cənubunda yetişən meyvə) ilə dadlandırılmış olan. Pəhriz zamanı istənilən qədər yeyə biləcəyiniz saysız-hesabsız meyvəli yoğurtlar var ki, bir ordu il ərzində dadıb qurtara bilməz. Tərkibində meyvə olanlara qayda belədir: ümumiyylə, yeyilməsinə icazə verilmir, yalnız qadağa qoyanın razılığı ilə ehtiyac olan vaxt qəbulu mümkündür.
Yoğurtlu tort

Hazırlanması: 10 dəqiqə/Bişirilməsi: 30 dəqiqə

İki nəfərlik porsiya üçün ərzaqlar: 4 xörək qaşığı yulaf kəpəyi, 2 xörək qaşığı buğda kəpəyi, 4 ədəd yumurta, 1 ədəd təbii yoğurt (0%-li), 6 xörək qaşığı yağsız quru süd, 1 ədəd acıtma bağlamasının 1/2-i, 1 çay qaşığı maye şəkər əvəzləyicisi və ya zövqə görə aromatizator da ola bilər

  • Sobanı 150°C-də (termostat 5) qızdırın.
  • Bir kasada yoğurtu və yumurtaları qarışdırın. Sonra kəpəkləri, quru südü, acıtmanı, şəkər əvəzləyicisini əlavə edin. Əgər xüsusi təam istəyirsinizsə, onda aromatizatorla dad qata bilərsiniz.
  • Qarışığı bir keks qabına süzüb 30 dəqiqə 150°C-də (termostat 5) bişirin.

Süd məhsulları 0%-li pendir

Uşaqlığında pendir yaxmacı yeyənlər bu qidanı yaxşı xatırlayarlar. Əvvəllər 46% yaylılığı ilə yeyirdilərsə, bu gün bu qida 23 kalori ilə qarşınıza çıxır.

  • Ümumi qidalandırıcı xüsusiyyətləri: Qidalandırıcı planda tərkibi proteinlə zəngin, az karbohidratlı və kalsiumla bol qidadır.
  • Dukan pəhrizində rolu: Tez doyurur, yağsızdır, bol vitaminlidir. Digər süd məhsulları kimi ilk planda yer tutur.
  • Dukan pəhrizində hazırlanma qaydası: Yulaf kəpəyindən hazırlanmış qaletin üzərinə çəkə bilərsiniz. Ana yeməyə keçməzdən əvvəl mozerella pendiri yerinə qəlyanaltıda pomidor, şəkər əvəzləyicisi əlavə edilmiş pendirin dadı duzla qarışıb orijinal ləzzət verir.
0%-li ağ pendirlə dukansayağı tarama

Hazırlanması: 10 dəqiqə/Soyutma: 60 dəqiqə

Bir nəfərlik porsiya üçün ərzaqlar: 100 qr qızılbalıq, qırmızı pinaqor və ya treska kürüsü, 1 ədəd kəsmikli sırok (0%-li), 2 ədəd 0%-li ağ pendir, limonun 1/2-nin şirəsi, 1/2 çay qaşığı paprika tozu

  • Kasada qızılbalıq və ya pinaqor, heç biri olmadıqda treska balığının kürüsünü əzin.
  • Kəsmikli sıroku, 0% pendiri, limon şirəsini və paprikanı əlavə edin. Köpüklü olsun deyə 1 ədəd yumurtanın ağını da qarışdıra bilərsiniz.
  • Ən azı 1 saat soyuducuda saxlayın. dukansayağı qaletin üstünə çəkin.

Ağ yağsız pendir

Əgər yoğurt və ağ pendiri müqayisə etsək, iki sadə səbəbdən pendiri seçəcəksiniz. Birincisi, ona görə ki, ağ pendir daha kompaktdır, yüngül və doyumludur. İkinci səbəb proteinlə bir az zəngindir və azca turşudur. Ancaq yoğurtdan az istifadə edilməsinə mane olmur. Səbəblərdən biri də ağ pendirin çeşidlərinin çox olmasıdır.

  • Ümumi qidalandırıcı xüsusiyyətləri: Qidalandırıcı keyfiyyətləri haqqında yoğurt rubrikasında tanış ola bilərsiniz. Yoğurtda olduğu kimi ağ yağsız pendirlər də təbii və aromatizatorlarla dadlandırıb və hər ikisindən istədiyiniz qədər yeyə bilərsiniz. Tərkibində meyvə olanlar qadağandır. Qidalandırıcı xüsusiyyətlərinə görə ağ yağsız pendir yüksək bioloji tərkibli proteinlə boldur. Tərkibində az miqdarda laktoz və bolluca kalsium var. Üstəlik,ləzzətli və tutumludur.
  • Dukan pəhrizində rolu: Bütün yağsız süd məhsulları kimi ağ yağsız pendirin də pəhrizimizdə rolu böyükdür. Yağsız süd məhsulları istehsal edən markalar Fransada ciddi rəqabət aparırlar. Bu markalar arasından nəzəri olaraq, üstünlük verdiyimiz heç bir marka yoxdur. Çünki hərəsinin öz üstünlükləri və aralarında hər 100 ramının tərkibində 60 kalorisi olan sevdiyim məhsul var.
  • Dukan pəhrizində hazırlanma qaydası: Ağ yağsız pendirdən təbii olaraq şəkər əvəzləyicisində, yaxud bir çox reseptlərin hazırlanmasında istifadə olunur.
Çiyələkli muss

Hazırlanması: 20 dəqiqə/Bişirilməsi: sirop üçün 10-15 dəqiqə/Soyuducuda saxlama müddəti: 4 saat

Dörd nəfərlik porsiya üçün ərzaqlar: 400 qr ağ pendir (0%-li), 3 yarpaq jelatin, 2-3 xörək qaşığı şəkər əvəzləyicisi, 2 çay qaşığı çiyələk aromatizatoru, 4 ədəd yumurtanın ağı, bir çimdik duz, 5 damcı qırmızı rəngdə qida rəngləyicisi (fakultativ)

  • Yarpaq şəklində olan jelatinləri 5 dəqiqə soyuq suda saxlayın. Şəkər əvəzləyicisini bir qazana qoyub 4 xörək qaşığı su əlavə edin. 2 dəqiqə qaynadın.
  • Sonra çiyələk aromatizatorunu, suyu süzülmüş jelatinləri və qida rəngləyicisini (fakultativ) əlavə edin. Qarışdırın və ocağı yandırın. Bir salat qabında yumurtanın ağına duz töküb çalın. Bu, yumurtanın ağının daha qatı olması üçündür.
  • Yumurtanın ağına ağ pendiri də əlavə edin. Ağ dağılmasın deyə incəliklə çalın. Daha sonra siropu əlavə edib dayanmadan çalın.
  • Köpüyü stəkanlara süzüb 4 saat ərzində soyuducuda saxlayın.

3Kəsmikli ağ pendir

Kəsmikli ağ pendir turşməzə dadı sevənlər üçün sanki möcüzədir. Dadını bir dəfə bilənlər onun cazibəsinə düşür. Damağa yağışmayan kompakt bürüşmüş teksturasını və qabın dibinə çökmüş ikiqat zərdabı sevirik. Canlı və qüvvətləndirən məhsul!

  • Ümumi qidalandırıcı xüsusiyyətləri: Qidalandırıcı xüsusiyyətlərinə görə tərkibi ancaq proteinlərdən ibarətdir, karbohidratlar isə onu qəbul edib, yaxud ekssudatda (iltihab etmiş bədən boşluqlarına süzülüb yığılan maye) yığılıb qalıb.
  • Dukan pəhrizində rolu: Digər süd məhsulları kimi kəsmikli ağ pendir də birinci planda büyük rol oynayır. Bu dəfə istisna hal edib sizə digər markalardan daha irəlidə olnını tövsiyə edəciyik: kəsmikli pendir demək olar ki, yağlı kəsmiklər qədər ləzzətlidir. Yağsız pendirlər 100 qramlıq, 500 qramlıq və 1 kiloluq qablarda qablaşdırılıb. Kiçik qabları daşımaq asandır və axıtmır.
  • Dukan pəhrizində hazırlanma qaydası: Kəsmikli ağ yağsız pendir şəkər əvəzləyicisi ilə yeyilir, yaxud digər çoxsaylı salatlarda, xörəklərdə istifadə olunur.
Kəsmikli ağ pendirli və vanilli tort

Hazırlanması: 20 dəqiqə/Bişirilməsi: 60 dəqiqə/Soyuducuda saxlama müddəti: ən azı 2 saat

2-4 nəfərlik porsiya üçün ərzaqlar: 4 xörək qaşığı yulaf kəpəyi, 2 xörək qaşığı buğda kəpəyi, 375 qr kəsmikli pendir (0%-li), 4 ədəd yumurta, 25 qr yağsız süd, 2 xörək qaşığı vanil, 4 xörək qaşığı toz şəkər əvəzləyicisi (zövqə görə artıq da əlavə edə bilərsiniz), bir çimdik duz

  • Sobanı 180°C-də (termostat 6) qızdırın.
  • Pendirin suyunu süzün. Yumurtaların ağını sarısından ayırın. Pendiri və yumurtanın sarısını bir saat qabında yaxşıca qarışdırın. Kəpəkləri, şəkər əvəzləyicisini, vanili və südü əlavə etdikdən sonra qarışdırın.
  • Digər salat qabında yumurtanın ağını duzla bir yerdə çalıb bundan öncə hazırladığınız qarışığa qatın.
  • Hazırlanmış qarışığı keks qabına töküb 1 saat ərzində buxarda bişirin.
  • Tort bişdikdən sonra sobada soyumasını gözləyin.
  • Daha sonra sobadan çıxarıb ən azı 2 saat soyuducuda saxlayın.

Üzsüz süd

Mənşəyinə baxsaq, üzsüz süd, – əvəllər qaraciyərdə yığılıb qalırdı, – indi arıqlamaq istəyənlərən açarlarından hesab olunur, xüsusilə də bizim açar qidalarımızdandır. Məhz bu səbəbdən 100 qidadan biridir.

  • Ümumi qidalandırıcı xüsusiyyətləri: Qidalandırıcı xüsusiyyətlərinə görə südün tərkibində yüksək miqdarda protein, məşhur laktoz və kalsium var. Dozasını tuta bilənlər üçün quru üzsüz südün üstünlükləri çoxdur. Saxlanılması rahatdır və karton qablaşdırılmadakı süd kimi tez xarab olub cibə ziyan vurmur. Ucuzdur. Vaxt məhdudiyyətini nəzərə alıb, ağız dadına uyğun və iştaha görə az və çox dərəcədə qatılaşdırılmasını tapa bilərsiniz.
  • Dukan pəhrizində rolu: Süddən imtina etməyənlər, laktoza qarşı həssas olanlar üçün içki və qida olaraq əla keyfiyyətli ucuz məhsuldur. Ucuz olmaqla bərabər, həm də tutumludur, pəhriz zamanı çoxsaylı reseptlərdə və yüngül səhər yeməklərində istifadə olunur.
  • Dukan pəhrizində hazırlanma qaydası: Baxacağınız reseptlər çoxdur, ancaq səhər qəlyanaltılarında və ya desertlərdə daha təbiidir və vanil, qəhvə, darçın, yağsız kakao ilə tez başa gəlir. Səhər yeməyində südlü çayı da yaddan çıxarmadan qəhvədə, cövhər hazırlayarkən yağsız kakaoda istifadə edə bilərsiniz. Süd iştahı böyük olanlar, gün ərzində atışdırmağa bir şey axtaranlar üçün əla çıxış yoludur. Onda vanillə südə dad qatıb içmək haqda düşünün.
Püstə ətirli yumurtalı süd

Hazırlanması: 5 dəqiqə/Bişirilməsi: 30 dəqiqə/Soyuducuda saxlama müddəti: 2 saat

4-8 nəfərlik porsiya üçün ərzaqlar: 1 litr üzsüz süd (2 saat soyuducuda saxlanmış), 6 ədəd yumurta, 2 xörək qaşığı püstə dadlandırıcı, 4 xörək qaşığı maye şəkər əvəzləyicisi, 1 ədəd içi toxumla dolu qabıqlı hil, 5 damcı göy rəngdə şəkər əvəzləyicisi (məcburi deyil), 2 damcı sarı rəngdə şəkər əvəzləyicisi (məcbur deyil)

  • Sobanın şəbəkəsini götürüb 150°C-də (termostat 5) isidin.
  • Hilin toxumlarını qabığından ayırıb süddə qaynadın. 15 dəqiqə dəmləyin.
  • Sonra yumurtaları çalın. Dadlandırıcı və şəkər əvəzləyicilərini əlavə edib qarışdırın.
  • Dəm almış isti südü, daha sonra şəkər əvəzləyicilərini əlavə edib çalın. Odadavamlı kasanı sobanın torunun üstünə qoyub süzün. 30 dəqiqə 150°C-də (termostat 5) bişirin.
  • Əvvəlcə soyumasını gözləyin. Sonra 2 saat ərzində soyuducuda saxlayın.

Kəsmikli sırok

Yağsız 0%-li süd məhsulları qrupunda kəsmikli sıroku sevənlər daha çoxdur. Yoğurt və ağ pendirlə müqayisədə teksturası daha möhkəm, tərkibi sıxdır. Xarici görünüşünə baxsaq sərtdir, ancaq dadı qaymaq kimidir. Sürpriz!

  • Ümumi qidalandırıcı xüsusiyyətləri: Hər kiçik nəm kağıza sarınmış silindirin içində 30 kalori var.
  • Dukan pəhrizində rolu: Digər yağsız süd məhsulları kimi pəhrizimizdə ilk yerdədir. Bildiyimiz qədər, tərkibində aromtizator qatılmış kəsmikli sırok yoxdur. Ancaq meyvəli və şəkərli olanlar var. Bunların tərkibinə əlavə olunması təlabatın olmadığı müddətcə qatılmır.
  • Dukan pəhrizində hazırlanma qaydası: Qurman xəstələrimizə bir sirr açaq: kəsmikli sıroklarınızı şəkər əvəzləyicisi və sevdiyiniz bir aramatizatorla dadlandırın. Televizora baxa-baxa eskimo yemək istəyirsinizsə, sırokun içinə bir çubuq batırıb soyuducunun buzluğuna qoyun.
Pendirli piroq

Hazırlanması: 15 dəqiqə/Bişirilməsi: 60 dəqiqə/Soyuducuda saxlama müddəti: 5 saat

Dörd nəfərlik porsiya üçün ərzaqlar: 6 ədəd yumurta, 4 ədəd kəsmikli sırok (0%-li), 300 qr ağ pendir (0%-li), 1 xörək qaşığı qarğıdalı nişastası, 2 xörək qaşığı toz şəkər əvəzləyicisi, 2 xörək qaşığı portğal aromatizatoru, 3 xörək qaşığı üzsüz quru süd, 1 xörək qaşığı üzsüz maye süd, 1 xörək qaşığı acıtma tozu, bir çimdik duz

  • Əvvəlcə 2 saat hopdurucu mətbəx kağızını süzgəcə sərərək onun üzərində saxlayın. Sonra salat qabında kəsmikli sıroku, 0%-li pendir, şəkər əvəzlyicisi və portağa aromatizatorunu bir yerdə qarışdırın (1-ci qarışıq). Daha sonra 3 ədəd yumurtanı əlavə edib çalın.
  • Bir kasada quru südü, acıtma tozunu, qarğıdalı nişastasını və maye üzsüz südü töküb qarışdırın (2-ci qaşıq). Sonra 1-ci və 2-ci qarışığı bir yerdə həll edin.
  • Bir salat qabında 3 ədəd yumurtanın ağını ağappaq olana qədər duzla qarışdırıb çalın.
  • Sonra bütün qarışıları bir yerdə həll edib silikon qəlibə, yaxud da sufle qəlibinə tökün. 180°C-də (termostat 6) 1 saat su buxarında bişirin. Sobanızdan asılı olaraq, bişməsinə az qalmış tez-tez nəzarət edin. Bişdikdən sonra soyuması üçün sobanın qapısını açın.
  • Bişdikdən sonra pendirli piroqu qəlibindən çıxarıb boşqabda hopdurucu kağızın üstünə qoyub 5 saat soyuducuda saxlayın. Əgər ehtiyac yaranarsa, hopdurucu kağızı dəyişə bilərsiniz.

Kankoyot pendiri

Franş-komte regionunun pendiridir və pəhrizimizdə yeganə qəbul olunmuş Provans məhsuludur. Üzsüz süddən istehsal olunub, təbii halda və ya bişirimiş şəkildə də yeyilə bilər.

  • Ümumi qidalandırıcı xüsusiyyətləri: Qidalandırıcı xüsusiyyətlərinə görə kankoyot pendirinin hər 100 qramının tərkibində 107 kalori var. Bunun 3,8 qramı yağ, 18,3 qramı isə proteindir. Tərkibində nə karbohidrat, nə də xolesterin var.
  • Dukan pəhrizində rolu: Pəhrizimizdə fransız “pendir ailəsi”nin yeganə nümunəsidir. “Camembert” və “Roquefort” kimi məşhur pendirləri çıxsaq, duzlu və qıcqırmış südün acı dadı hiss edilən pendirdir. Soyuq halda pendirin özünəməxsus yağlı qarışıq duzlu olması ilə bərabər, həm də turşuluğu var. İsti olduğunda dadı itmir, meyvə dadı əlavə olunur. Aldığınız vaxtı yarı maye halda olur və çörəyin, xüsusilə də yulafdan hazırlanmış qaletin üstünə rahat yaxılır. Pendirdən yaxşı başı çıxan adam bircə dəfə dadsa, rahatlıqla sizə məsləhət görəcək.
  • Dukan pəhrizində hazırlanma qaydası: Çay qaşığı ilə yeyə, yaxud çörək, qalet üstünə yaxmac edə biləcəyiniz kankoyot “pəhrizçilər” üçün çox vaxt bağlı qapıları, məsələn, raklet (süzmə pendirlə kartofdan hazırlanan xörək) ilə digər xörəklərdə ərimiş halda onların üzünə açır. Franş-Komtedə yumurtanın yanında, yaxud elə omletin içində yeyilir. Digər kiçik bişmiş tərəvəzlərlə, məsələn, pomidor, kök, gül kələm, brokoli ilə assorti edilib qarnir kimi süfrəyə verilə bilər. Ya da bir xörək qaşığı balqabaq şorbasına əlavə edə bilərsiniz. Marketlərdə hazır sarımsaq, çəhrayı soğan, ətirli otlarla dadlandırılmış və şnitt ətirli olan kankoyot tapmaq olur.
Cır yerkökü qaletli hinduşka vetçinası

Hazırlanması: 15 dəqiqə/Bişirilməsi: 15 dəqiqə

Bir nəfərlik porsiya üçün ərzaqlar: 2 ədəd cır yerkökü, 1 baş soğan, 1 ədəd yumurta, 1 xörək qaşığı qarğıdalı nişastası (doza bu qədər məqbuldur), duz, istiot. Qarnitur üçün: 1 hinduşka vetçinası tikəsi, 2 çay qaşığı kankoyot (doza bu qədər qəbul olunub), duz, istiot, cəfəri

  • Sobanı 210°C-də (termostat 7) isidin.
  • Cır yerköküləri yuyub rəndələyin. Soğanı soyub xırda-xırda doğrayın.
  • Cır yerkökünü və soğanı yumurta və qarğıdalı nişastası ilə qarışdırın, duzlayıb istiotlayın.
  • İki qaleti birləşdirib perqament kağızın üstündə qoyun və 15 dəqiqə sobada bişirin.
  • Yarıbişmiş olanda qaletləri çıxarın. Bişməsini yoxlayın, çünki bişmə dəqiqəsi sobalara görə fərqlənir. Qaletlər qızarmış olmalıdır. Bişdikdən sonra qaletləri çıxarın.
  • Qaletlərin birini boşqaba qoyub üstünə bir çay qaşığı kankoyot pendiri yaxın. Sonra hinduşka vetçinası üzərinə əlavə edib bir çay qaşığı kankoyot da sürtün, digər qaleti üzərinə qoyub hazırlanma prosesini bitirin. Doğranmış cəfərini üzərinə əlavə edin.

Toyuq yumurtası

Bütün mədəniyyətlərdə qəbul edilmiş və yüksək qiymətləndirilən qidadır. Az kalori ilə tez doyuran və asan hazırlanan, demək olar ki, bir xörəyi əvəz edən qidadır. Bildirçin yumurtasından istifadəyə də icazə verilir.

  • Ümumi qidalandırıcı xüsusiyyətləri: Qidalandırıcı xüsusiyyətlərinə görə bir yumurtanın tərkibində 80 kalori var. Bunun 68-i sarısının, 12-si isə ağının payına düşür. Tərkibindəki 6,5 qr proteinin yarısı sarısında, yarısı isə ağındadır. Tərkibində karbohidrat və heç bir lif yoxdur, lakin dəmirlə, vitamin A və E ilə, iki ən yaxşı antioksidant (zədələnmiş hüceyrələri qoruyan maddələr) – D vitamini və B qrup vitaminləri ilə zəngindir.
  • Dukan pəhrizində rolu: Bizim pəhrizimizdə yer tutmasının bir neçə səbəbi var. Yumurta bütün dünyada daha doyumlu hesab olunan təbii halda qablaşdırılmış ton balığı, quş qaraciyəri və krevetkalarla bir yerdə qəbul olunur. Uzun çəkən bir yemək dəvətinə gedəcəksinizsə, tutumlu olduğunu nəzərə alıb bərk bişmiş yumurtanı ən azı saat yarım əvvəl yeyin. Yeganə məhdudlaşdırıcı faktor tərkibində 270 mq miqdarında olan xolesterindir. Bu da ancaq xolesterini çox olan adamlar üçün məhduddiyyət yarada bilər. Ən pis halda belə, – xüsusilə də əgər pəhrizinizdə digər yağlı qidalar qəbul etmirsinizsə, – həftədə 4 ədəd yumurtanın qəbulu sizi narahat etməsin.
  • Dukan pəhrizində hazırlanma qaydası: Yumurtanı bir neçə cür hazırlamaq olar. Bərk halda qaynada bilərsiniz, yaxud tavada omlet edə və ya buxarda bişirə bilərsiniz. Nəzərə alın ki, mədə də onu bişirilmə formasına görə həzm edir. Məsələn, qazanda qaynadılmış 2 ədəd yumurta 105 dəqiqə ərzində, alaçiy yumurta 135 dəqiqə ərzində, alaçiy omlet 151 dəqiqə ərzində, tam bişmiş yumurta isə 170 dəqiqə ərzində həzm olunur. Yumurtadan qatı kremlərin hazırlanmasında, sufledə, məşhur yulaf qaletində, bir çox alatlarda, məsələn, məşhur ançous (balıq adıdır) salatında istifadə edilir.
Meksikasayağı qaynadılmış yumurta

Hazırlanması: 10 dəqiqə/Bişirilməsi: 20 dəqiqə

Dörd nəfərlik porsiya üçün ərzaqlar: 4 ədəd yumurta, 1 baş ağ soğan, 1 ədəd göy bibər, 1 diş sarımsaq, 2 ədəd təzə pomidor, 1/2 çay qaşığı üyüdülmüş Çili bibər, 800 qr qurudulmuş pomidor, duz, istiot

  • Soğanı soyub halqavarı doğrayın.
  • Bibəri yuyub xırda-xırda doğrayın. Doğrayarkən tumlarını təmizləyin. Soğan və bibəri 10 dəqiqə vam odun üstündə bir xörək qaşığı suda bişirin. Pomidorların qabığını soyub xırda-xırda doğrayın.
  • Üyüdülmüş Çili bibərini, əzilmiş bir diş sarımsağı, pomidorları, qurumuş pomidoru, bir stəkan suyu əlavə edib qaynama dərəcəsinə çatmasını gözləyin. Qaynadıqdan sonra odu azaldın və 10 dəqiqə dəm almasını gözləyin. Duz və istiot əlavə edin.
  • Bu ərəfədə yumurtaları hazırlayın. Bir qazanda su isidin. Hər yumurtanı qırıb bir fincanın içinə qoyun. Su qayanamağa başlayanda fincanı suyun üzərinə yaxınlaşdırıb bir cəhdlə çevirin.
  • İkinci yumurtanı da eyni qayda ilə sındırıb qzanın digər hissəsinə əlavə edin.
  • 3 dəqiqənin tamamında yumurtaları kəfgirlə götürüb hazrlanmış tərəvəzlərin üstünə qoyun.

Dukan pəhrizində balıq məhsullarıDukan pəhrizində ət və ət reseptləriDukan pəhrizinin mərhələləri və fiziki hərəkət

Fikirlərinizi bildirin.