Dukan pəhrizində quş ətləri:

Dişi bildirçin

Bu quşları yetərincə tanınmayan qidalara aid etmək olar. Onların əsasən fermerlərin quşçuluq fermalarında ticarət nişanları altında yetişdirilib satıldığını nəzərə alsaq, tanınmamaları da təbiidir. Proteinlə zəngindir, az yağlıdır və orta kalorilidir, bir vaxtlar ov quş olduğu üçün ovlanması da, yeyilməsi də təntənəli şəkildə keçirilərdi. Nəhayət, qiyməti də hamı üçün əlçatandır.

  • Ümumi qidalandırıcı xüsusiyyətləri: Qidalandırıcı planda klassik quş kimi dərisi soyulmalıdır. Hər bişmiş quşun tərkibində 70 kalori var, bu o deməkdir ki, yağsız ağ pendirin tərkibindəkindən daha çoxdur və hər quşda 4 qr lipid, 12 qr protein var.
  • Dukan pəhrizində rolu: Biz pərizimizdə bildirçini tövsiyə edirik, çünki əgər qaydasında hazırlanarsa ləzzətli, yumşaq, tərkibi çox dəyişmədən qalacaq. Xüsusilə də bu qida “slow-foods (XX əsrin ikinci yarısıda “fast fud” anlayışına qarşı İtaliyada yaradılmış restoran mədəniyyətidir)” kateqoriyasına aid olduğu üçün həmişə ənginar, krab, litorin (molyusk növü), midiya (molyusk növü) ilə bir tuturam. Tez yeyib süfrədən duranlar üçün maraqlı olar, çünki tez doyurur.
  • Dukan pəhrizində hazırlanma qaydası: Hazırlamaq üçün ya çuqun qazanda, ya da sobada 0%-li kəsmikli sırok və bol ədviyyatla, bir xörək qaşığı yulaf kəpəyi, incə doğranmı limon ilə birgə bişirə bilərsiniz. Çalışın iki ədəd bildirçin hazırlayasınız. Onda qanınız doymuş olacaq, həm də özünüzü xöşbəxt hiss edəcəksini.
Pendirli bildirçin və kərəviz püresi

Hazırlanması: 10 dəqiqə/Bişirilməsi: 15 dəqiqə

İki nəfərlik porsiya üçün ərzaqlar: 100 qr ağ pendir (0%-li), 2 ədəd bildirçin, 200 qr kərəviz püresi, 1 dəstə şnitt, zirə, duz, istiot

  • Bildirçinlərin bel tərəfindən ətini sümükdən ayırın.
  • Pendiri, kərəviz püresini, şnitti, iki çimdik zirə, duz və istiot əlavə edib qarışdırın.
  • Bildirçinləri hazırlayın və hərəsinin altına bir odadavamlı mətbəx kağızı qoyub odadavamlı kasada yerləşdirin.
  • Sobada 15 dəqiqə ərzində 150°C-də bişirin.
  • Kərəviz püresi ilə isti-isti süfrəyə verin.

Beçə

Beçə 32-38 gün ərzində yetişdirilən, təxminən 450 qr çəkisi olan ev quşudur.

  • Ümumi qidalandırıcı xüsusiyyətləri: Toyuğa yaxın olan beçə proteinlə zəngindir, az kalorilidir. Hər 100 qramının tərkibində 21 qr protein, 147 kalori var. Yağlılıq tərkibi isə dərisi ilə bir yerdə 7 qr, dərisiz 6 qr təşkil edir.
  • Dukan pəhrizində rolu: Pəhrizimizdə bu quş tək yaşayan yaxud iştahası az olan birisi üçün faydalı olacaq, çünki hazırlanması tez başa gəlir. Sadəcə ikiyə bölüb sobada və ya tavada, ya da manqal üstündə qızartmaq üçün əlverişlidir.
  • Dukan pəhrizində hazırlanma qaydası: Tavada və sobada qızartma, manqalda, qazanda hazırlanmağa yararlı olan qidadır. Nəticədə məhsulun keyfiyyətinə bağlıdır. Bir avro əlavə ödəyərək, sertifikatlaşdırılmış beçə alın ki, dadı da yaxşı olsun.
Turşuya qoyulmuş limonda beçə

Hazırlanması: 20 dəqiqə/Bişirilməsi: 40 dəqiqə

İki nəfərlik porsiya üçün ərzaqlar: 2 ədəd beçə, 5 budaq kəklikotu, 50 sl toyuq bulyonu, orta ölçüdə 2 baş soğan, 1 diş sarımsaq, 6 ədəd turşuya qoyulmuş limon, duz, istiot

  • Kəklikotunun yarpaqlarını budağından ayırıb beçələrin üzərinə səpin və bir qabda sobaya yerləşdirin.
  • Limonları nazik hissələrə bölüb beçələrin üstünə qoyun.
  • Sobada 20 dəqiqə 180°C-də (termostat 6) bişirin. Verilən bişirilmənin yarısında toyuq bulyonunu əlavə edin.
  • Soğanları kiçik-kiçik doğrayın. Sarımsaqları isə əzin.
  • Beçəni sobadan çıxarıb soğan və sarımsağı ətrafına düzün.
  • Duzunu və istiotunu əlavə etdikdən sonra 20 dəqiqə nəzarət edərək bişirin.

Hinduşka

Hinduşka əti uzun illərdir ki, bayramlarda ən çox üstünlük verilən quş ətidir. Bu qida hər kəsin uyğun qiymətə əldə edə biləcəyi bir neçə tikəlik quruplaşdırılır: “Qızardılmış döş əti”, “eskalop, “köpüklü ağ şəraba oyulmuş tikə”.

Eyni zamanda fermerlərin yetişdirdiyi 4-5 kiloluq, Yeni il bayramında yeyilən bütöv hinduşka əti ala bilərsiniz.

  • Ümumi qidalandırıcı xüsusiyyətləri: Qidalandırıcı xüsusiyyətlərinə gəlincə, az kalorilidir, hər 100 qramının tərkibində 109 kalori var, çox yağsızdır, proteinlə çox zəngindir. B vitamini, dəmir, maqnezium ilə boldur, bu o deməkdir ki, aktivləşdiricidir, eyni zamanda sakitləşdiricidir.
  • Dukan pəhrizində rolu: Pəhrizimizdə böyük rol oynayır, çünki quşlar və digər ət məhsulları arasında ən yağsızdır. Üstəlik, asan hazırlanan reseptləri var. Fikrimizcə, ən yaxşı resept eynən quzunun atxa ayağından hazırlanan reseptdəki kimi, hər gün bir az hissələrə bölüb sarımsaqla sobada bud hissəsinin qızardılmasıdır. Bu, münasib qiymətə, böyük bir masanın ətrafında mehriban ünsiyyətə hazırlıq deməkdir.
  • Dukan pəhrizində hazırlanma qaydası: Hazırlanması doğranmasından tutmuş, bişirilməsinə qədər çox vaxt almır. Çalışın xardal və ya halqavarı doğranmış soğan ilə bişirin. Yaxud hinduşka farşına 1/4 dana əti, 1/4 öküz əti, 1/4 dərisi və yağı soyulmuş donuz əti və 1/4 qaynadılmış göbələk + ədviyyatlar əlavə edərək hazırlaya bilərsiniz.
Hindsayağı hinduşkanın döş əti

Hazırlanması: 5 dəqiqə/Bişirilməsi: 15 dəqiqə

İki nəfərlik porsiya üçün ərzaqlar: 2 hinduşka, 2 xörək qaşığı üyüdülmüş karri, duz, istiot

  • Hinduşka ətini bir neçə hissəyə bölün.
  • Odadavamlı tavaya yerləşdirib qızılı rəng alana qədər qızardın. Sonra duz, istiot və 1/20 litr su və karrini əlavə edin.
  • Su çəkilənə qədər bişirməyə davam edin. İsti-isti süfrəyə verin.

Quşun qara ciyəri

Qidalandırıcı xüsusiyyətlərinə görə uyğun qiymətə əldə edilə bilən əsas qidalardandır. Burada söhbət əsasən xüsusi dadına görə toyuq qaraciyərindən gedir və dovşan qaraciyərindən daha çox tanınır.

  • Ümumi qidalandırıcı xüsusiyyətləri: Qidalandırıcı nöqteyi-nəzərdən yağsızdır, hər 100 qramının tərkibində 5 qr lipid var, proteinlə zəngindir, hər 100 qramının tərkibində 20 qr təşkil edir və az kalorilidir. Nəhayyət, quş qaraciyəri A vitamini və B vitamin qrupu ilə zəngindir. Bundan əlavə həyat tonusunu qaldıran və stimullaşdırıcı dəmir deposudur ki, bu da pəhriz zamanı vacib məqamdır.
  • Dukan pəhrizində rolu: Pəhrizimizdə əsas qidalardandır, çünki tez doyuran beş əsas qidadan biridir. Yağsız, proteinlə bol və nadir vitaminlər ehtiyyatı olan, eləcə də bu qidanı sevən və xolestrini çox olmayanlar üçün ən uyğun məhsuldur.
  • Dukan pəhrizində hazırlanma qaydası: Müxtəlif cür hazırlanma resepti var, ancaq “pəhrizçilər”in ən çox sevdiyi, donu açıldıqdan sonra alma sirkəsində yaxud ətirli sirkədə tavada bişirməkdir. İni qorxa-qorxa deyəcəksiniz ki, bu bizi oydurmaz. Qeyd üçün deyim ki, qarışıq salatlarda da istifadə edə biləcəyiniz məhsuldur, xüsusilə də hindiba salatında yaxşı alınır. Bundan başqa turşuya qoyulmuş soğandan hazırlanmış paştetə dəfnə yarpağı ilə dad qatsanız, müstəsna ləzzət dadacaqsınız.
Provans göyərtisi ilə quşun qaraciyəri

Hazırlanması: 5 dəqiqə/Bişirilməsi: 15 dəqiqə

İki nəfərlik porsiya üçün ərzaqlar: 1 qutu quş qaraciyəri, 1 kiçik banka doğranmış pomidor, 1 xörək qaşığı ətirli sirkə, provans göyərtiləri, duz, istiot

  • Odadavamlı tavada qaraciyərləri qızarana qədər orta dərəcə odun üstündə bişirin. Sonra zövqə görə duz və istiot, xüsusi aromatlı sirkə əlavə edin.
  • Doğranmış pomidorları tavaya əlavə edin. Daha sonra Provans göyərtiləri ilə xörəyə ləzzət qatın və 15 dəqiqə vam odun üstündə bişirin.

Hinduşka və toyuq vetçinası

Dərisi və yağı soyulmuş donuz vetçinası kimi quşlarda da yağsızlaşdırılmış növləri pərakəndə paylamalarda inqilab ediblər. Dadlıdılar, böyük markaların istehsalı olduğu üçün həm də təhlükəsizdirlər. Germetik qablaşdırmalarda daşınması da rahatdır və harda olsa, məsələn, iş yerinizdə, maşında yemək mümkündür. Nə qoxu verir, nə də ətrafı çirkləndirir.

  • Ümumi qidalandırıcı xüsusiyyətləri: Qidalandırıcı nöqteyi-nəzərdən çox az kalorili qidalardır, proteinlə zəngindir və hər 100 qramının təribində 2-3 qr lipid, 110 kalori, 22 qr protein var. Təqdim olunan rəqəmlər donuzun dərisi və yağı soyulmuş vetçinasındakı kimidir. Bunlar Dukan qidalarının ən yaxşı texniki göstəriciləridir.
  • Dukan pəhrizində rolu: İstifadəsi asandır və xüsusilə də günorta yeməyi zamanı rahatdır, çünki çox baha deyil. Kimin əlinin altında yeməkxana yoxdursa, üstəlik vaxtı azdırsa, gündəlik restoranlara getməyə imkanı məhduddursa, onda bu qida çox əlverişlidir. Əgər bu vetçina ilə yorğunluğunuz aradan qalxmadığını hiss edirsinizsə, onda donuz vetçinası və ya müxtəlif xörəkləri menyuya əlavə edə bilərsiniz, məsələn, qızartmalar yaxşı seçim ola bilər.
  • Dukan pəhrizində hazırlanma qaydası: Bu qidanın qəbulu üçün ən yaxşı vaxt yemək saatı zamanıdır. Omletlərdə, dukansayağı sendiviçlərdə və yulafdan hazırlanmış qaletlərdə, eləcə də buxara verilmiş hindiba ilə də istifadə edə bilərsiniz.
Hinduşka və toyuq ətindən rulet

Hazırlanması: 5 dəqiqə

İki nəfərlik porsiya üçün ərzaqlar: 2 ədəd lay hinduşka vetçinası, 2 ədəd lay toyuq vetçinası, 4 ədəd ağ pendir (0%-li), sarımsaq və göyərti

  • Hinduşka və toyuq vetçinalarının laylarını tavaya yerləşdirin.
  • Ağ pendiri, sarımsaq və göyərtini hər layın üstünə qoyub bükün.
  • Hər ruleti altı hissəyə bölüb boşqaba yığın.
  • Cəfərini doğrayıb üstünə səpin.

Göyərçin

Zərif əti olan bu quş ağzının dadını bilənlər tərəfindən çox axtarılır. Orijinaldır, yağsızdır, az kalorilidir və qiymətinin baha olması səbəbi ilə özündə həmişə bayram ab-havası daşıyır.

  • Ümumi qidalandırıcı xüsusiyyətləri: Qidalandırıcı nöqteyi-nəzərdən göyərçin proteinlə zəngin ətlərdən biri hesab olunur, çünki hər 100 qramının tərkibində 37 qr protein var, yağsızdır. Hər 100 qramının tərkibində 3 qr yağ var. Hətta deyərdik ki, bizim pəhrizimiz üçün yaradılıb.
  • Dukan pəhrizində rolu: Pəhrizimizdə göyərçinin elə bir yeri var ki, pəhriz saxlayırsan hissinə qapılmırsan, bayram əhval-ruhiyyəsi, birlik aşılayır. Proteinlə çox zəngin olduğu üçün tez doyurur. Bu da onu göstərir ki, şirəsini zamanla itirir. Nəhayyət, göyərçinlər yetişdirilmə sənayesinin əlinə keçə bilmədiyinə görə ətin keyfiyyəti də yaxşıdır. Çalışın 400-500 qr dən yemiş göyərçin seçəsiniz. Vəhşi göyərçinlər, alabaxtalar çox tələb olunan quşlardır.
  • Dukan pəhrizində hazırlanma qaydası: Ən yaxşı hazırlanma qaydası digər kiçik quşlarda olduğu kimi çuqun qazandadır. Zərif əti qısa vaxt ərzində bişirilmə tələb edir. Çalışın, turşuya qoyulmuş limonla, sarı göbələklə hazırlayasınız, yaxud ovlanmış göyərçinə dana əti, mal əti, göbələk, şnitt, duz və istiot əlavə edərək hazırlaya bilərsiniz. Sizə BİR DƏFƏ də olsa Bres (Fransada Overyn-Ron-Alp və Burqon-Franş-Komte regionları arasında yerləşən vilayət adıdır) göyərçini dadmanızı tövsiyə edirik.
Ədviyyatlı göyərçin

Hazırlanması: 5 dəqiqə/Bişirilməsi: 15 dəqiqə

İki nəfərlik porsiya üçün ərzaqlar: 2 göyərçin, 2 dəstə şnitt, 1 diş sarımsaq, 2 ədəd mixək, iki çimdik toz darçın, 2 xörək qaşığı şəkər artıran maye, 1 xörək qaşığı soya sousu, 1 xörək qaşığı dənəvər istiot, duz, istiot

  • Qəssabınızdan yalnız qaraciyərini saxlamaq şərtilə göyərçinin içini təmizləməsini xahiş edin. Bir kasada soya sousunu, şəkər əvəzləyicisini, darçını, mixəkləri, üyüdülmüş dənəvər istiot, şnitti və əzilmiş sarımsağı bir yerə yığın.
  • Göyərçinləri bu marinadın içində ara-sıra qarışdıraraq, iki saat ərzində saxlayın. Göyərçinləri marinaddan çıxardıqdan sonra şirəsini saxlayın. Sobanı 180°C-də (termostat 6) qızdırın. Göyərçinin qaraciyərini duzlayıb istiotlayın.
  • Qaraciyərin hər tərəfini odadavamlı tavada qızardın. Bir az sonra marinad şirəsinin yarısını üzərinə əlavə edin. Sonra göyərçinlərin içini qarışıqla doldurub sarıyın. Çuqun qazanda 30 dəqiqə bişirin. Əgər göyərçinlər iridirsə, bişirilmənin yarısında digər tərəfinə çevirin.
  • Bişdiyinə əmin olduğunuza qədər müddəti uzada bilərsiniz. Hamısını tavadan götürdükdən sonra düz qaba qoyun. Qazanı güclü odun üstünə qoyun və marinadın yarısını bişirin. Alınan şirəni bir kasaya doldurub süfrəyə verin.

Firəng toyuğu

Buna əsasən “fransız quşu” deyirlər, çünki dünyada ilk istehsalçı Fransadır. Toyuqdan fəqli olaraq, firəng toyuğu uzun müddət yetişdirilmir. Səksəninci gününə qədər yetişdirilib saxlanılır.

  • Ümumi qidalandırıcı xüsusiyyətləri: Qidalandırıcı xüsusiyyətlərinə görə ən yağsız quş hesab edilir, hər 100 qramının tərkibində 5 qr yağ var. Əti xeyli miqdarda karbohidratlara doymamış lipidi olan qidalardan biridir. Proteinlə çox zəngindir, 100 qramının tərkibində 155 qr protein var.
  • Dukan pəhrizində rolu: Pəhrizimizdə tez-tez yadımıza düşməyən, ikinci yerdə yerləşdirdiyimiz və bişirərkən xüsusi diqqət tələb edən qidadır. Bir sözlə, evinə gec ac gəlib tələsik bişirənlər üçün deyil.
  • Dukan pəhrizində hazırlanma qaydası: Hazırlayarkən çuqun qazan seçin, çünki əti sobada qızartmaq onu çox qurudur. Bişirərkən mümkün qədər şirəsi çox olan tərəvəzlərdən istifadə edin ki, ət qurumasın.
Kələmli firəng toyuğu

Hazırlanması: 30 dəqiqə/Bişirilməsi: 30 dəqiqə

Altı nəfərlik porsiya üçün ərzaqlar: 1 firəng toyuğu təxminən 1,2-1,5 kq arasında, 1 baş soğan, 6 ədəd yerkökü, 1 ədəd kələm, 4 ədəd mixək, 1 dəstə qarışıq göyərti, 1 ədəd yağsız toyuğun kub bulyonu, 1 qutu 400 qramlıq doğranmış pomidor, 200 qr Paris göbələyi, 300 qr uzunsov doğranmış toyuq əti, duz, istiot

  • Kökləri soyub halqavarı şəkildə doğrayın.
  • Soğanları soyub dörd yerə bölün və mixəkləri də əlavə edib çuqun qazanda 10 dəqiqə qovurun.
  • Başqa qazanda firəng toyuğunu qızılı rəng alanadək qovurun.
  • Sonra kökləri, soğanı, toyuğu, göbələkləri, pomidoru, doğranmış göyərtini və kələmi də əlavə edib su tökün. Toyuq bulyonunu astaca əzib suya qatdıqdan sonra duz və istiotunu əlavə edin.
  • Qazanın qapağını örtün. Fit çalan qazan fit verənədək – 30 dəqiqə bişirin.

Toyuq

Toyuq heyvandarlıq sənayesinin müasir heyvanlarından sayılır. Toyuq əsasən “kiçik büdcələr” üçün əlverişlidir, tez başa gələn qidadır. Qidalandrıcı baxımdan doyumludur, qiymətidə əlçatandır.

  • Ümumi qidalandırıcı xüsusiyyətləri: Qidalandırıcı nöqteyi-nəzərdən toyuq yağsız qidadır (hər 100 qramının tərkibində 6 qr lipid var) və dərisini soyduqdan sonra 15 qr itirir. Hər 100 qramında 14 kalori var (dərisi daxil).
  • Dukan pəhrizində rolu: Bizim pəhrizimizdə toyuq əsas yer tutur və ilk baxışdan hazırlanması asan görünür. Əgər büdcəniz imkan verirsə, toyuq alın. Yox, əgər buna imkanınız çatmırsa, onda tikələr seçin: döş əti, budlar, qanadlar ola bilər. Təzə, dondurulmuş və ya qızardılmağa hazır məhsullardan yararlana bilərsiniz ki, bunlar da adətən məqbul keyfiyyətə malikdir.
  • Dukan pəhrizində hazırlanma qaydası: Toyuğun müxtəlif hazırlanma qaydası var. Hər ölkənin, hər mədəniyyətin özünə görə resepti var. Fransada ən çox istifadə olunan resept dərisi ilə bir yerdə sobada öz şirəsində qızartmadır. Hər kəs öz ağız dadına görə ədviyyatla, yaxud farş halında hazırlayır. Limonu unutmayın.
Alma sirkəsində uzunsov doğranmış toyuq tikələri

Hazırlanması: 5 dəqiqə/Bişirilməsi: 20 dəqiqə

İki nəfərlik porsiya üçün ərzaqlar: 500 qr uzunsov doğranmış toyuq əti, 10 qr alma sirkəsi, xırda doğranmış cəfəri, 1/2 çay qaşığı zəncəfil, duz, istiot

  • Odadavamlı tavada tikələri qızartmağa başlayın.
  • Bir az qızardıqdan sonra, duzunu, istiotunu əlavə edin. Üyüdülmüş zəncəfil və cəfərini üstünə səpdikdən sonra alma sirkəsini əlavə edin.
  • Tez-tez hər tərəfinə çevirərək 5 dəqiqə bişirin. Boşqaba qoyduqdan sonra üzərinə bir az da cəfəri səpin.

Dəvəquşu steyki

Eksotik, orijinal ətdir, həm də bayram deyərkən ilk ağıla gələn qidalardandır. Bu ətə yeniliklərə açıq olanlar və qeyri-adiliyi sevənlər üstünlük verir. Qidalandrma dəyəri yüksək, əti qırmızı, təhlükəsiz, ləzzətli və zərif olan quşdur.

  • Ümumi qidalandırıcı xüsusiyyətləri: Qidalandırıcı xüsusiyyətlərinə görə orqanikdir, kalorisi və xolesterini azdır. Digər ətlərlə müqayisədə az yağlıdır. Hesab edin ki, bu bizim yüz qidamızın altına imza atdığımız sənəddir.
  • Dukan pəhrizində rolu: Pəhrizimizdə bu qidanın qəbul edilmsinə icazə verməkdən çox tövsiyə edirik, çünki çox yağsızdır və proteinlə çox zəngindir. Yeganə uyğun gəlməyən şey baha olmasıdır. Yaxşı keyfiyyət və münasib qiymət üçün supermarketlərə üz tuta bilərsiniz.
  • Dukan pəhrizində hazırlanma qaydası: Çalışın bişirərkən 4%-li pendiri və bir çay qaşığı portveyn (şirin şərab növü) əlavə edəsiniz. Qonaqlarınızı heyrətləndirəcəksiniz. Klassik hazırlanma qaydası var, belə ki, şirəli qalmasını və zərif dadının itməməsini istəyənlər onu tavada qızartmağa üstnlük verir. Raqu hazırlaya və ya manqalda qızarda bilərsiniz.
Reyhanlı dəvəquşu karraççiosu

Hazırlanması: 20 dəqiqə

Dörd nəfərlik porsiya üçün ərzaqlar: 500 qr dəvəquşunun döş əti, 1 kiçik reyhan dəstəsi, 6 xörək qaşığı parafin yağı, 1 çay qaşığı zeytun aromatı, 10 ədəd reyhan yarpağı, duz, istiot

  • Dəvəquşu ətini çox nazik-nazik doğrayıb bişirin.
  • Reyhan yarpaqlarını yuyub xırda-xırda doğrayın. Qurudun.
  • Kiçik yarpaqlarından seçib bəzək üçün saxlayın. Reyhan yarpaqlarını, parafin yağını, zeytun aromatını, duz, istiotu mikserə doldurun. Məqsəd yaşıl rəngdə, bir az qatı, ancaq yumşaq sous almaqdır.
  • Tikələri bir boşqaba elə yerləşdirin ki, bütün boşqabı tutsun.
  • Bir balaca reyhan sousundan, sonra istiotdan boşqaba qoyun. Bir dəstə kahı ilə reyhanı boşqabın artasında qoyub dekor üçün bəzəyin.

Dukan pəhrizində balıq məhsullarıDukan pəhrizində ət və ət reseptləriDukan pəhrizinin mərhələləri və fiziki hərəkət

Fikirlərinizi bildirin.