Dukan pəhrizində dəniz məhsulları:

Buksınum (elmi təsnifada latınca adı “Buccium undatum”dur. Molyusk tipidir)

Çox dəyər verilən molyuskun nəslinin kəsilmək təhlükəsi var. Yağsızdır, diş altında sərtdir, tutumludur, çox az kalorilidir və yeyilməs asandır. Buksinum “slow-foods” kateqoriyasına daxil olub, stol başında oturan gözüdoymazların yemə sürətini mexaniki olaraq azaldır.

  • Ümumi qidalandırıcı xüsusiyyətləri: Qidalandırıcı xüsusiyyətlərinə görə bu qidanı “xöşbəxtlik” adlandırmaq olar. Belə ki, yağsızdır, ancaq proteinlə zəngindir. Hər 100 qramının tərkibinə 1 qr lipid, 19,4 protein, cəmində 88 kalori var.
  • Dukan pəhrizində rolu: Pəhrizimizdə yalnız üstünlüklər var. Cana faydalı qidadır, tərkibində yod, dəniz proteinlri var. Spirtli içkiləri müşayiət etməsində orijinallığı ilə fərqlənir. Yeganə uyğun olmayan şey davamlı qalxan qiymətidir. Hələ vaxt varkən ondan istifadə edin
  • Dukan pəhrizində hazırlanma qaydası: Yalnız bişmiş halda yeyilir. Diqqətli olun! Nə qədər iridirsə, bir o qədər də sərtdir. Onu bişirməyin bir neçə forması var. Bir litr suya 30 qr duz, bir dəstə müxtəlif göyərti və istiot əlavə edin. 20 dəqiqə qaynatdıqdan sonra mayonez və ya Dukansayağı hazırlanmış aioli (Aioli-sarımsaq, duz, yumurta sarısı, zeytun yağından hazırlanan sousdur) ilə süfrəyə verə bilərsiniz. Karri əlavə etməklə də qızartmaq olar.
Sarımsaq və cəfəri əlavə olunmuş Buksinumun tavada qızartması

Hazırlanması: 10 dəqiqə/Bişirilməsi: 30 dəqiqə

Dörd nəfərlik porsiya üçün ərzaqlar: Adambaşına 400 qr və ya 1,6 kq, 10 stəkan şərab sirkəsi, 1 baş soğan, 1 ədəd yerkökü, 4 diş sarımsaq, 1 dəstə ətirli göyərti, 4 ədəd dəfnə yarpağı, 8 qıça cəfəri, iri dəniz duzu, dənəvər istiot (üyüdüb əlavə edə bilərsiniz).

  • Böyük bir qazanda suyu qaynadın. Suya duz və istiot əlavə edin. Sonra şərab sirkəsi, soğan, halqavarı doğranmış kökləri, ətirli göyərtiləri, bir baş sarımsağı və dəfnə yarpaqlarını suya tökün. Cəfərini doğrayıb qaynayan əlavə edin.
  • Su qaynadıqdan sonra buksinumları 30 dəqiqə orta yanan ocaqda bişirin. Bişdikdən sonra sudan çıxarıb soyumasını gözləyin.
  • Onları tikələrə bölün, sonra odadavamlı tavada az suyun içində dörd diş sarımsağı və cəfərini əlavə edin. Ehtiyac yaranarsa, duz və istiotla dadlandıra bilərsiniz.
  • Bir boşqabda buksinumları üst-üstə yığıb isti-isti süfrəyə verin.

Kalmar (başıayaqlılar sinifindən molyusk tipi)

Cana faydalı, arıqladıcı, ultra-proteinli, az kalorili, arıqlamaq istəyən üçün qəbul edilmiş təbii qidadır.

  • Ümumi qidalandırıcı xüsusiyyətləri: Qidalandırıcı xüsusiyyətlərinə görə kalmar sanki bizim pəhrizimiz üçün yaradılıb: hər 100 qramında 87 kalori, 16 qr protid və 1,4 qr lipid var. Ancaq qızardılmış kalmar təbiiliyini itirdiyi kimi, qastronomikliyini də itirir.
  • Dukan pəhrizində rolu: Pəhrizimizdə kalmar möhkəm çeynəmə tələb edən tutumlu və sərt proteinlər arasında bir blok olamaq üstünlüyünə malikdir. Üstəlik, həzm gec getdiyi üçün uzun müddət doyumlu tutur. Nəhayət, əgər buksinum bişirməyi bacarırsınızsa, onda ləzzətli və zərif alınacaq. Bundan başqa, dondurulmağa yararlı qidadır. Bu halda adi məhsul olmaqdan çıxıb, dəniz fantaziyasını özü ilə bərabər gətirir.
  • Dukan pəhrizində hazırlanma qaydası: Onlarla reseptdə istifadə edilən qidadır, ancaq keyfiyyətli alınması üçün qril aparatına üç damcı duru yağ + hopdurucu kağız, soğan, pomidorlar, balıq tikələri ilə bir yerdə qızardın. Kalmarın iki növü var: böyüklərdə buynuzlar iri olur, kiçik olanlara şipiron da deyirlər. Onla qrildaya daha yaxşı sığır.
Provanssayağı kalmar

Hazırlanması: 20 dəqiqə/Bişirilməsi: 60 dəqiqə

Dörd nəfərlik porsiya üçün ərzaqlar: Pomidor sousu üçün: 1 banka böyük doğranmış pomidor, 1 diş sarımsaq, 1 ədəd baş soğan, 1 ədəd şnitt, bir az cəfəri, kəklikotu, dəfnə yarpağı, duz, istiot. Kalmar üçün: 1 ədəd kalmar, 1 ədəd yağsız balıq bulyonu, 2 ədəd baş soğan

  • Pomidor sousu üçün doğranmış pomidorları, sarımsaq, soğan, şnitt, cəfəri, duz, istiot, kəklikotu və dəfnə yarpağını hazırlayın.
  • Kalmarı orta ölçüdə doğrayın və yağsız balıq bulyonu və doğranmış soğanla birgə odadavamlı tavada bişirin.
  • Kalmarı və pomidor sousunu dərin qazana qoyub vam ocaqda 60 dəqiqə bişirin.

Ağ molyusk (elmi təsnifatda ikiqapaqlı (ikilaylı) molyusk tipidir. “Cerastoderma edule” adlanır)

Narıncı qabıqlı molyuskların içində ağ və şirəli olması, eləcə də sərtliyi ilə seçilir. Ən yaxşısı Normandiya molyuskudur. Breton molyuskundan xeyli fərqlənir.

  • Ümumi qidalandırıcı xüsusiyyətləri: Qidalandırıcı xüsusiyyətlərinə görə ağ molyuskalar məhz bizim pəhrizimiz üçündür. Dadı, orijinallığı, az kalorisi, protein və münasib qiyməti ilə fərqlənir. Hər 100 qamında 47 kalori var.
  • Dukan pəhrizində rolu: Bizim pəhrizimizdə kiçik də olsa əlavə artım hesab etmək olar, ancaq təsadüfü də demək olar. Pəhriz uzun müddət çəkə bilər. Bu halda yodlu olması işinizə yarayacaq. çox yağsız, çox proteinli, çox az kalorili qidadır. Yuyulub qumunun təmizlənməsi və bişirilməsi çox vaxt aparır.
  • Dukan pəhrizində hazırlanma qaydası: Hazırlanması asandır. Ağ molyusk tavada hər tərəfi qıpqırmızı qızardılmaqla hazırlanır. Qızardıldıqda bütün gizlənmiş qumlar da ortaya çıxır. Bişdikdən sonra qabığından ayırmaq asandır və çox ləzzətli xörək hazırdır. Vam odda tamarind (Hindistanda yetişən paxlalı bitkidir. Hindistan tamarindi də deyilir) və keçniş sousunda bu molyukun bişirilməsi dəbdəbəli masanı sevən Lukull (Qədim Roma sərkərdəsi və siyasi xadimi olub. Tarixdə masasının dəbdəbəli olması ilə yadda qalıb) təmtərağı ab-havası yaradır.
Karrili ağ molyusku

Hazırlanması: 30 dəqiqə/Bişirilməsi: 15 dəqiqə

Altı nəfərlik porsiya üçün ərzaqlar: 1 dəstə keşniş, 2 dəstə şnitt, 10 stəkan ağ şərab, 20 qr xama 3%-li, 1 xörək qaşığı karri

  • Molyusku qaşıyıb yuyun. İti odda 10 dəqiqə ağ şərab və 10 ml suda bişirin. Hərdən qarışdırın. Ağzı açılıbsa, deməli, bişib.
  • Qabıqlarından ayırın və isti saxlayın. Şnittləri soyub nazik-nazik doğrayın.
  • Odadavamlı tavada 2 xörək qaşığı suda şnittləri qızardın. Sonra karrini süzün, doğranmış keşnişin yarısını, yağsız xamanı töküb 5 dəqiqə vam odda bişirin. Daha sonra molyuskları əlavə edin.
  • Yavaşca qarışdırıb hazırlanmış qarışığı stəkanlara süzün. Üzırinə keşniş səpib süfrəyə verin.

Güvəcdə Sən-Jak molyusku (elmi təsnifatda adı “Pecten maximus” olub ikilaylı molyuskdur)

Bahalı və çox ləzzətli, eyni zamanda yağsız, tərkibi proteinli və yodla zəngin qidadır.

  • Ümumi qidalandırıcı xüsusiyyətləri: Qidalandırıcı xüsusiyyətlərinə, bioloji tərkibinə görə Sən-Jak protein bloku hesab olunur. Hər 100 qramının tərkibində 0,8 qr lipid var, yəni çox yağsızdır və tərkibindəki 2,4 qr karbohidratın hesabına bişmə prosesində karamel rəngi alır. Sən-Jak molyusku həm də heyvan ətində nadir hallarda olan B12 vitamini ilə olduqca zəngindir.
  • Dukan pəhrizində rolu: Pəhrizimizdə çoxlarının sevdiyi qidadır. Təəssüf ki, istisnalar kateqoriyasında yer tapmasına səbəb qiymətinin baha olmasıdır. Əgər onu dondurulmuş alsaq və yulafla bişirməyə vaxt ayırsaq, onda qiyməti azalmış olacaq, beləliklə, həftədə iki dəfə məmnuniyyətlə, böyük iştaha ilə, həvəslə yeyiləcək qida olacaq. Tərkibi və şəkərinin karameli xatırlatması onu ləzzətli yeməyə çevirir. Bir sirr açaq. Molyuskların içini bütün gün süddə saxlayaraq donunu açın. Donu açıldıqdan sonra təzə kimi yumşaq olacaq.
  • Dukan pəhrizində hazırlanma qaydası: Klassik hazırlanma qaydası tavada “3 damcı duru yağ + hopdurucu kağız” formuluna əsaslanır. Bişirərkən verilən dəqiqədən birini itirsəniz, tərkibinin sehrini itirmiş olacaqsınız. Həmişə “çoxdansa, az yaxşıdır” məntiqi ilə düşünün, çünki bu molyusk süzmə kimi yaxıla bilir, həm də adi formada yeyilir. Diqqətli olun! Əgər dondurulmuş şəkildə alacaqsınızsa, balıqartırma müəssisəsində yetişdirilib-yetişdirilmədiyini yoxlayın, çünki süni yolla artırılan molyusklar o qədər də dadlı olmur. Ən yaxşı növü “qırmızı normand” hesab olunur. 6,5 kq qabıqlı molyuskdan 1 kq təmiz kürəcik əldə edilir.
Güvəcdə Sən-Jak molyusku

Hazırlanması: 20 dəqiqə/Ocaq üstündə bişirilməsi: 30 dəqiqə/Sobada bişirilməsi: 20 dəqiqə

Altı nəfərlik porsiya üçün ərzaqlar: 400 qr kiçik ölçülü donu açılmış Sən-Jak kürəciyi, 250 qr donu açılmış çəhrayı krevetka, 250 qr donu açılmış midiya, 10 qr xama (3%-li), 10 qr ağ şərab, 2 baş orta ölçülü soğan, 2 ədəd orta ölçülü şnitt

  • Soğanları və şnittləri xırda-xırda doğrayın və 6 xörək qaşığı suda odadavamlı tavada qovurun.
  • Hərdənbir qarışdırın. Dondurulmuş məhsulları ağ şərabda donu açılanadək saxlayın. Xamanı soğan və şnitt qarışığına əlavə edib vam odda 5 dəqiqə saxladıqan sonra Sən-Jak kürəciklərini, krevetkaları və midiyaları əlavə edin.
  • Hamısını qarışdırıb 20 dəqiqə vam odda bişirin. Sobanın torunu çıxarıb 180°C-də (termostat 6) qızdırın.
  • Sobanın torunun üstünə 6 ədəd odadavamlı kasa (qazança) qoyub hazırlanmış qarışığı tökün.
  • 20 dəqiqə bişirin.
Krab (oynaqlı dəniz xərçəngi)

Ləzzətli ağ əti olan krab həm də super delikates hesab olunur. Yeganə uyğun gəlməyən şey qiymətinin baha olması və xolesterin qorxusudur.

  • Ümumi qidalandırıcı xüsusiyyətləri: Qidlandırıcı xüsusiyyətlərinə görə yağsız, proteini bol və kalorisi az qidadır. Hər 100 qramının tərkibində 2 qr lipid, 20 qr protein, 100 kalori var.
  • Dukan pəhrizində rolu: Pəhrizimizdə xüsusi yeri var. Orijinaldır, bioloji dəyərlərinə görə proteinlə zəgindir, yağsızdır. əgər krab seçəcəksinizsə, çatka növünü seçin.
  • Dukan pəhrizində hazırlanma qaydası: Hazırlanması asandır. Dukansayağı hazırlanmış mayonez böyük süfrələrdə ləzzətlə yeyilir. Əgər çəki atmaqda çətinliyiniz varsa, və yorğunluq hiss edirsinizsə, keyfiyyət və məmnunluq hissini birlikdə yaşamaq üçün krab yeyin.
Krab kotleti

Hazırlanması: 2 dəqiqə/Bişirilməsi: 5-10 dəqiqə

Dörd nəfərlik porsiya üçün ərzaqlar: 500 qr krab tikəsi, 1 ədəd yumurtanın çalınmış sarısı, 3 xörək qaşığı qarğıdalı nişastası, 1/2 sıxılmış limon, 2 xörək qaşığı üyüdülmüş zirə, 2 xörək qaşığı doğranmış keşniş, 1 çay qaşığı sarıkök, 2 xörək qaşığı üyüdülmüş zəncəfil

  • Sonabı 180°C-də (termostat 6) qızdırın.
  • Yumurta sarısından başqa qalan inqrediyentləri qarışdırın.
  • Bu qarışığı bir saat saxladıqdan sonra kotlet edin.
  • Kotletləri yumurta sarısına batırıb 5 dəqiqə 180°C-də (termostat 6) sobada bişirin.

Kiçik krevetkalar və qamba (iri krevetka növü olub, təxminən 15 sm-dir) (böyük krevetka)

Arıqlamaq üçün proteinlə zəngin məhsuldur. Əgər pəhrizinizdə müxtəliflik, xüsusi ləzzət, rəngli bir qida axtarırsınızsa, bu məhsullardan dada bilərsiniz.

  • Ümumi qidalandırıcı xüsusiyyətləri: Qidalandırıcı xüsusiyyətlərinə baxsaq, proteinlə nə qədər zəngindirsə, bir o qədər də yağsız və kalorisizdir. Xolesterin problemi yoxdursa, krevetka qadağan edilmir. Xolesterin problemi olana krevetkanın başı və kürüsünü yeməmək şərtilə qalan hissələri qadağan edilmir.
  • Dukan pəhrizində rolu: Geniş insan kütləsinin əldə etməsi asanlaşdıqdan sonra və balıqçılığın inkişafından sonra dənizlərdən, okeanlardan gətirilmiş şimal krevetkaları, qambalar, çəhrayı krevetkalar, Seneqal çəhrayı krevetkası və s. növlərinin marketlərdə tapılması asanlaşıb. Krevetka yumurta, tunes balığı, quş qaraciyəri və s. ilə yeyilərsə, çox doyumlu olur. Üstəlik, “slow-food” kateqoiyasına daxildir, çünki qabıqlarından ayırmaq vaxt alır. Nəhayət, sərtdir, gec həzm olunur, lakin dadı və teksturası nadir olanlardandır.
  • Dukan pəhrizində hazırlanma qaydası: Hazırlanması bütün mədəniyyətlərdə istənilən formada mümkündür. Qabığından çıxarılmış, yaxud dondurulmuş halda marketlərdə tapa bilərsiniz. Qabığından çıxarılmış və dondurulmuş, yuyulmamış kiçik krevetkalar almamağa çalışın, çünki bişirilən zaman əti kauçuk təsiri bağılayır, üstəlik, çox sulu olur. Klassik hazırlanma qaydası “sarımsaqlı qızartma” dır və ya duru yağdan istifadə etmədən mayonezlə qızardılır, eləcə də salatlarda inqre
Zəncəfilli qızardılmış qamba

Hazırlanması: 5 dəqiqə/Bişirilməsi: 15 dəqiqə

İki nəfərlik porsiya üçün ərzaqlar: 8 ədəd böyük qamba, 4 ədəd kiçik soğan, 1 ədəd əzilmiş zəncəfil kökü, 1 ədəd hisəverilmiş yağsız balıq kubu, duz, istiot.

  • Soğanları soyub xırda-xırda doğrayın.
  • Zəncəfilin qabığını incə şəkildə soyub nazik doğrayın.
  • İki xörək qaşığı su əlavə edib odadavamlı tavanı isidin.
  • Yaxşı isindikdən sonra doğranmış soğan və zəncəfili əlavə edib azca qovurduqdan sonra qambaları tökün.
  • Yağsız hisəverilmiş balıq kubu əzib əlavə etdikdən sonra 15 dəqiqə bişirin.
  • Duzlayıb istiotlayın.

Omar (Oynaqlı onurğasız dəniz xərçəngi)

Özünüzü mükafatlandırmaq və pəriz zamanı durğunluq dövrü ilə mübarizə aparmaq istəyirsinizsə bu qidanı seçin. Omar həm də bayramların tacı hesab edilir.

  • Ümumi qidalandırıcı xüsusiyyətləri: Qidalandırıcı xüsusiyyətlərinə görə omar yağsızdır, proteinlə zəngindir və az kalorilidir. Hər 100 qramının tərkibində 1 qr lipid, 20 qr protein, 91 kalori var. Dərisinin çəkisi 300 qr, bir kiloqramının qiyməti 66 avro olan bu qidaya xərc çəkməyə dəyərmi? B12 vitamini ilə bol olan qidalardandır. Bu qidanın dondurulmuşunu müxtəlif qiymətlərə tapa bilərsiniz.
  • Dukan pəhrizində rolu: Tərkibi yağsızdır, proteinlə zəngindir, az kalorilidir, ancaq qiymətinin baha olması maddi imkanı olmayanlarda qıcıq yaradır. Omarı canlı və dondurulmuş şəkildə almaq mümkündür və yalnız canlı halda dodurulmalıdı. Əti ümumi çəkisinin 30%-ni təşkil edir. Dişi omarlar erkəklərdən daha böyük olur və dişilərin ətinə erkəklərindən daha çox üstünlük verilir.
  • Dukan pəhrizində hazırlanma qaydası: Omarın klassik bişirilmə qaydası qaynatmaqdır. Bişirərkən dukansayağı mayonezdən istifadə edin. Ağzı açıq sobada bir az bişdikdən sonra sobanın torunun üstünə keçirmək lazımdır, yaxud kürüsündən sous üçün istifadə edərək amerikansayağı qızartmaq da olar. Diqqətli olun! Çox bişirildikdə şirəsini itirib sərt olur.
Jeleli omar medalyonu

Hazırlanması: 20 dəqiqə/Bişirilməsi: 30 dəqiqə/Dondurulması: minuimum 2 saat

Altı nəfərlik porsiya üçün ərzaqlar: 1 ədəd bişirilib dondurulmuş omar, 3 ədəd qızılbalıq tikəsi, 3 ədəd bütöv yumurta, 1 ədəd 24 qramlıq madera şərabında jele paketi, 1 banka ağ ənginar, bir neçə yarpaq cəfəri.

  • Yumurtaları bişirdikdən sonra iki yerə bölün.
  • Bağlamanın üzərində göstərilən resept üzrə jelni madera şərabında hazırlayın.
  • Ənginarları bişirin. Soyumasını gözləyin və suyunun süzülməsi üçün süzgəcə qoyun.
  • Kiçik bir qabda omarı hissələrə bölüb medalyon kimi düzətdikdən sonra üstünə yumurtaları düzün. Jeleni süzüb 2 saat ərzində soyuducuda saxlayın.
  • Süfrəyə verilən vaxt şirəni qabın ortasına süzüb ənginarları və ikiyə bölünmüş qızılbalıq tikələrini qoyun.
  • Xörəyə bir az rəng vermək üçün doğranmış cəfəriləri üzərinə səpin.

İstridyə

Əla keyfiyyətə malik və müxtəlif qiymətlərə rast gəlinən qidadır. Əgər qidadan başı çıxan alıcısınızsa, onda birbaşa istehsalçının özündən almaq lazım olduğunu bilirsiniz.

  • Ümumi qidalandırıcı xüsusiyyətləri: Qidalandırıcı xüsusiyyətlərinə görə istridyə yağsızdır. Hər yüz qramının tərkibində 2- qr arasında karbohidrat və 65 kalori var. Bu qidanı dəmir xəzinəsi də adlandırmaq olar. Tərkibindəki dəmir, qızrmızı ətin tərkibindəkindən üç dəfə çoxdur, eləcə də vitaminlərlə və nadir mikroelementlərlə – mis, selen və sinklə zəngindir. Ancaq istridyənin ömrünü dənizi süzgəcdən süzməklə keçirdiyini nəzərə almalıyıq, bu o deməkdi ki, dənizin çirkabını, eləcə də hepatit virusunu da özü ilə götürür.
  • Dukan pəhrizində rolu: Bizim pərizimizdə köməkçi vasitədir, çünki yağsız, proteinlə zəngin, az kalorili qidadır. Üstəlik, istridyənin yeyilməsi vaxt aparır, həm də yaxşı doyumludur. Bundan başqa müxtəlif növləri olan qidadır. Belonların (belon çayının adından götürülüb) xüsusi dadı var. On iki ədəd belonun qiyməti 20 avro edir, ancaq şərab dadına bənzər və xoş dadının olması, ətinin sədəf kimi olmasına görə bu qiymətə dəyər. Yapon istridyəsi və Marenna istridyəsinin dadı qozu xatırladır, Breton istridyəsində yod dadı hiss olunur. Bu növ istridyələr əlçatandır.
  • Dukan pəhrizində hazırlanma qaydası: istridiyə adətən limonla bişirilir. Yulaf kəpəyindən, qaletdən istifadə etməyin əsl vaxtıdır! Diqqətli olun! İstridyəni heç vaxt buzun üzərnə qoymayın, yoxsa ətrini itirəcək.
İstridiyə zapekankası

Hazırlanması: 15 dəqiqə/Bişirilməsi: 30 dəqiqə

Dörd nəfərlik porsiya üçün ərzaqlar: 36 ədəd istridyə, 1 baş soğan, 2 ədəd mixək, 1 ədəd kök, 10 ml ağ şərab, 10 ml su, 1 dəstə ətirli göyərti. Beşamel Dukan: 100 ml üzsüz süd + 2 çay qaşığı qarğıdalı nişastası, rəndələnmiş pendir (zövqə görə), duz, istiot.

  • Bulyonu hazrlayın: bir qazana istridyələri, soğanı və halqavarı doğranmış kökü, ətirli göyərtiləri, suyu və ağ şərabı bir yerdə qoyub 20 dəqiqə bişirin.
  • Onlar qazanda bişdiyi müddətdə Beşamel sousunu hazırlayın. Qağıdalı nişastası və südü qazanda bir yerdə qarışdırın.
  • Vam odun üstündə qarışdıra-qarışdıra bir neçə dəqiqə bişirin. Sonra duz və istiotla dadlandırın.
  • İstridyələri açın. Sonra üzərinə bir qab isti sous və daha sonra rəndələnmiş pendir səpib sobaya qoyun.
  • İki dəqiqə bişirildikdən sonra süfrəyə verin.

Lanqust (buğumayaqlılar tipinin, ali xərçənglər sinifinin oynaqlılar dəstəsinin Palinuridae ailəsində aid olan yeməli xərçəngdir)

Omar kimi yüksək keyfiyyətə malikdir. Pəhriz zamanı yorğunluq və tükənmə hiss edirsinizsə, ehtiyacınız olan qidadır. Bir növ özünü mükafatlandırmadır.

  • Ümumi qidalandırıcı xüsusiyyətləri: Lanqust qidalandırıcı xüsusiyyətlərinə görə yağsızdır. Hər 100 qramının tərkibinə 1,5 qr lipid, 18 qr protein var. Az kalorilidir. 100 qramının tərkibində 90 kalori olması pəhriz üçün yararlıdır. Təəssüf ki, qiyməti bahadır. Bir kiloqramının qiyməti 132 avro təşkil edir.
  • Dukan pəhrizində rolu: Bizim pərizimizdə ideal qidadır, çünki lazım olan bütün tələblərə cavab verir. Yağsızdır, proteinlə zəngindir, az kalorilidir, dadlıdır və sərt olmaqla bərabər, həm də doyumludur. Doyunca yeyilə bilən qidalar arasında yer tutması bir az maddi vəziyyəti aşağı olanlar üçün uyğun deyil. Lanqust canlı və ya dondurulmş şəkildə satılır. Ancaq dondurularkən canlı olması vacibdir. Adətən iki nəfərlik porsiya üçün 800 qr lanqust lazım gəlir. Dondurulmuş halda satılanlar nisbətən keyfiyyətsiz hesab edilir.
  • Dukan pəhrizində hazırlanma qaydası: Lanqstun klassik hazırlanma qaydası kauçuk kimi sərt olmasın deyə 10 dəqiqədən artıq olmamaqla bişirməkdən ibarətdir. Sonra bizim pəhrizimizdəki Dukan yağsız mayonezi ilə soyuq şəkildə yeyin. Və ya qızdıraraq üzərinə şnitt, mərzə, sarımsaq, cəfəri, istiot və limon şirəsinin qarışığından hazırlanmış sousu əlavə edərək süfrəyə verə bilərsiniz.
Krevetkalar və vokda (sacabənzər tava) lanqust quyruğu

Hazırlanması: 15 dəqiqə/Bişirilməsi: 10 dəqiqə

İki nəfərlik porsiya üçün ərzaqlar: 20 ədəd çəhrayı krevetka, 1 kiçik dəstə şüyüd, 1 ədəd qırmızı bibər, 20 ədəd lanqust quyruğu, 1 ədəd ağ yoğurt (0%-li), 1 ədəd bibər, duz, istiot.

  • Voku yüngül yağladıqdan sonra hopdurucu kağızla yağı hopdurub krevetkalrı düzün.
  • Şüyüdü və bibəri doğrayıb krevetkaların üzərinə əlavə edib bir neçə dəqiqə bişirin.
  • Lanqust quyruqlarını tökün.
  • Daha sonra yoğurtu, acı bibər, yüngül istiot və duz əlavə edin.
  • İstiyə davamlı kasalarda süfrəyə verin.

Lanqustin

Rəngli, bir az bayram ab-havası yaradan və ənənəvi pəhrizlərdə istifadədən çox uzaq bir qidadır. Bununla bərabər bahadır. Pəhriz tutulan zaman yorğunluq hiss etiyinizdə qızartma üçün nəzərdə saxlanmalı qidadır.

  • Ümumi qidalandırıcı xüsusiyyətləri: Qidalandırıcı xüsusiyyətinə görə lanqustinlərin yalnız faydası var. Yağsızdırlar. Hər 100 qramının tərkibində 1 qr lipid var. Proteinlə zəngindir. Hər 100 qramının tərkibində 17 qr protein və 91 kalori var.
  • Dukan pəhrizində rolu: Bizim pəhrizimizdə rolu böyükdür. Əgər lanqustini sevirsinizsə və büdcəniz imkan verirsə, tərəddüd etmədən alın. Çox dadlı və zərif qidadır. Az klorili və yağsızdır. “Slow-foods” kateqoriyasına daxil etmişik, çünki açılması vaxt aparır. Nəhayət, gec həzmə gedir. Uzun müddət doyumlu saxlayır.
  • Dukan pəhrizində hazırlanma qaydası: Lanqustinlər klassik üsulla hazırlanır. Bir az ağ şərab, kök, bir baş soğan və bir dəstə ətirli göyərti əlavə edib bişirin. Diqqətli olun! Çox bişirilmə dadını qaçıracaq. Kiçik lanqustinləri 3 dəqiqə, böyük lanqustinləri isə 7 dəqiqə bişirmək lazımdır. Böyük lanqustinlərin qiyməti kiçiklərin qiymətindən yüksək olsa da, kiçiklər daha tamlıdır. Onları qabığından çıxarıb pişikotu salatına protein əlavə etmə üçün istifadə edə bilərsiniz.
Lanqustin qızartması

Hazırlanması: 15 dəqiqə/Bişirilməsi: 20 dəqiqə

İki nəfərlik porsiya üçün ərzaqlar: 12 ədəd lanqustin, 2 dəstə şnitt, 4 ədəd pomidor, 1 dəstə ətrili göyərti, 10 ölçü ağ şərab, konyak dadlandırıcısı, 2 xörək qaşığı xama (3%-li), duz, istiot.

  • Lanqustinləri beş dəqiqə bişirin.
  • Qabıqlarından çıxarıb iki qabda yerləşdirin.
  • Şnittləri, qabığı soyulmuş, tumları təmizlənmiş və doğranmış. pomidorları, ətirli göyərtilərin üzərinə duz və istiot əlavə edib, 2-3 dəqiqə suda qaynadın.
  • 10 ml suya 20 damcı konyak dadlandırıcısı və ağ şərab əlavə edib 10 dəqiqə vam odun üzərində qaynadın.
  • Sonra yağsız xamanı əlavə edib lanqustinlərin üstünə süzün. 150°C-də (termostat 5) 10 dəqiqə sobada saxlayın.
  • Kiçik qablarda süfrəyə verin.

Midiya (Mitilid ailəsindən molyusk tipi)

Qidalandırıcı xüsusiyyəti qastronomik qədər maraqlıdır. Dəniz proteinlərinə görə qiyməti aşağıdır. Yeganə nöqsanı dəniz suyunu fasiləsiz olaraq filterdən keçirməsidir. O, ətrafındakı hər şeyi yığır. Buna görə də alarkən xüsusi diqqət yetirin və saxlama qaydalarına riayət edin.

  • Ümumi qidalandırıcı xüsusiyyətləri: Hər 100 qramının tərkibində 66 kalori, 12 qr protein və 2 qr lipid var. Qiyməti də ucuz deyil.
  • Dukan pəhrizində rolu: Pəhrizimizdə xüsusi yeri olan qidadır. Ətin tərkibində olduğu qədər proteinlə, dəmirlə zəngindir. Hər iki qadından birində dəmir çatışmamazlığı olduğunu nəzərə alsaq, onların bu qidanı qəbul etmələri məsləhətdir. Midiyalar yağsız və çox az kalorilidir. Bundan başqa “Slow-foods” kateqoriyasına daxil olan yeməklərdəndir. Qurmanlar üçün əla qidadır. İmkan düşdükcə mümkün qədər çox yeyin.
  • Dukan pəhrizində hazırlanma qaydası: Midiyalar bol soğan, sarımsaq və ağ şərabla bir yerdə alkoqol buxarlananadək bişirilir. Bişəndə gözləmək lazımdır ki, sarımsaq qoxusu tam itsin. Qabığından çıxarıb günorta üçün salatlar, “Bridelight” süd məhsullarından istifadə edib normandiyasayağı xörək hazırlaya bilərsiniz. Nəhayət, qabığından ayırdıqdan sonra tavada qızardıb omletə əlavə etmək olar. Sınaqdan keçirin!
Qaymaqlı normandiya midiyası

Hazırlanması: 5 dəqiqə/Bişirilməsi: 10-20 dəqiqə

İki nəfərlik porsiya üçün ərzaqlar: 1 kq təmizlənmiş midiya, 2 ədəd şnitt, 4 ədəd bişmiş kəvər, 2 xörək qaşığı alma sirkəsi, 1 ədəd bişmiş kök, 2 xörək qaşığı qaymaq (3%-li).

  • Midiyaları bir qazana qoyun.
  • Qazanı midiyaların üstünə su çıxanadək doldurub alma sirkəsini suya süzün.
  • Xırda doğranmış kəvəri, halqavari doğranmış kökü və şnitləri əlavə edin.
  • Midiyaları arada qrışdırın ki, tam açılsın.
  • Sonra yağsız qaymağı əlavə edib qarışdırın.

Dəniz kirpisi

Dəniz kənarında yaşayanlar və ümumiyyətlə, bu qidanı sevənlər üçün imperatorlara layiq qidadır. Yayda üzməyə, hərəkət etməyə tənbəllik edən kirpinin qiyməti qışda baha olur.

  • Ümumi qidalandırıcı xüsusiyyətləri: Qidalandırıcı xüsusiyyəti baxımdan az kalorili, yağsızıdr. Hər 100 qramının tərkibində 128 kalori, 2,8 lipid var. Tərkibində 12,5 qr karbohidrat daşıyır.
  • Dukan pəhrizində rolu: Pəhrizimizdə maraqlı element demək olar. Ailəsi ilə “məhsul yığımına” gedən “kirpiçilər” üçün böyük maraqdır. Həmin adamlar üçün pəhrizdə qəbul edilən qidadır. Unutmayaq ki, bu gün pəhriz saxlamaq deyiləndə ilk ağıla gələn stress, ac qalmaq və daim narazılıq hissinin olmasıdır. Qaşqabağını tökənlər, monotonluğa qarşı çıxanlar, pəhrizlə bağlı məhrumiyyətlərin olacağını düşünənlər üçün bu növ qidaları yumşaldıcı vasitə hesab etmək olar.
  • Dukan pəhrizində hazırlanma qaydası: Dəniz kirpisi yeməyinin yeganə və böyük qaydası var: oturaraq, ayaqlar suda, balıq ovunda. Yox, bu şəraitdə deyilsinizsə, onda bir balıqçıdan alırsınız, qayçını işə salırsınız. Limon şirəsində hazırlayırsınız. Ancaq mütləq daxilində dəniz suyunu saxlayın. Qastronomlarda yaxşı reseptlər olur, ancaq yenə də ən çox istifadə olunan resept xama ilə hazırlanandır ki, pəhrizdə bu, elə də çox qəbul edilmir.
Çalınmış yumurtada dəniz kirpisi

Hazırlanması: 20 dəqiqə/Bişirilməsi: 20 dəqiqə

Dörd nəfərlik porsiya üçün ərzaqlar: 8 ədəd dəniz kirpisi, 8 ədəd təzə yumurta, 50 qr ağ pendir (0%-li), üyüdülmüş cövüz, duz, istiot.

  • Kirpilri açıb dillərini çıxarın. Qabığını yuyub qurudub saxlayın.
  • Yumurtaları çəngəllə çalın qayğanaq bişiriləcək hala gətirin. Duz və istiotla dadlandırın.
  • Bir tavada yumurtaları buxarın üstünə qoyun və yaxşıca çalın. Sonra kirpilərin dillərini əlavə edin.
  • Bişdikdən sonra ağ pendiri əlavə edin. Dadını yoxlayın. Ehtiyac varsa, dadlandırıcılar əlavə edib sonra cövüzü səpin.
  • Kirpilərin qabıqlarının içini çalınmış ymurta ilə doldurun.

Oktapod (səkkizayaqlı molyusk)

Sprut yapışqan, az dadlı, bişirilməsi çətin olan, çox baha olmayan və fransız mədəniyyətinə çox tanış olmayan, lakin faydaları çox olan və yetişdrilməsi lazım gələn molyuskdur.

  • Ümumi qidalandırıcı xüsusiyyətləri: Qidalandırıcı xüsusiyyətinə görə oktapod yağsızdır, çox az kalorilidir və proteinlə zəngindir. Hər 100 qramının tərkibində 72 kalori, 0,9 lipid və 10,5 protein var. Kiçik sirri var: bişmiş oktopodun 100 qr-da 2 qr karbohidrat var.
  • Dukan pəhrizində rolu: Pəhrizimizdə çox az yağlı, ancaq bol proteinli qida kimi yeri var. Ətinin bir az sərt olması çeynəmə posesini uzadır və özündə quruplaşdırdığı keyfiyyətlərə görə həzmə də gec gedir. Beləliklə, çox tutumlu və uzun müddət tox saxlayan qidadır. Bizim dəniz məhsulları arasında ən sevimli qəlyanaltımızdır.
  • Dukan pəhrizində hazırlanma qaydası: Oktapodun hazırlanması zamanı onun əsas nöqsanı üzə çıxır: bişirilmə prosesində əzələləri qısalır və dişin kəsə bilmədiyi qədər sərtləşir. Oktapodun liflərini qırıb yumşaltmaq üçün onu oxlovla döymək, sonra dondurmaq və nəhayət, sərtliyini tamam itirməsi üçün çox bişirmək lazımdır. Ənənəvi bişirilmə qaydası qazanda 45 dəqiqə bişirməkdir. Sonra başını və ayaqlarını hissələrə bölüb salatda istifadə etməkdir. Bütün ispansayağı hazırlanma qaydalarında duru yağdan istifadə edilir. Portuqallar tamam yumşaltdıqdan sonra çox nazik şəkildə doğrayıb çipsi kimi qızardırlar. Çox yağlı olmasın deyə tavada “3 damcı duru yağ + hopdurucu kağız” üsulundan istifadə edərək qızarda bilərsiniz.
Sousda oktapod

Hazırlanması: 15 dəqiqə/Bişirilməsi: 5 dəqiqə

Dörd nəfərlik porsiya üçün ərzaqlar: 1 ədəd oktapod, 1 dəstə ətirli göyərti (dəfnə yarpağı, kəklikotu, və rozmarin) 1 baş ağ soğan, 1 diş sarımsaq, 1 dəstə cəfəri, Dukan üsulu vineqret sousu.

  • Oktapodu maksimum 5-10 dəqiqə ətirli göyərti ilə vam odun üstündə bişirin. Onun ağarmasını və şişməsini gözləyin.
  • Suyunu süzün, soyuduqdan sonra kiçik hissələrə bölün. Üzərinə cəfəri, soğan və doğranmış sarımsağı əlavə edin.
  • Dukansayağı veneqret sousunu hazırlayıb oktapodun üzərinə süzün və 4 saat soyuducuda saxlayın.

Mürəkkəbböcəyi molyusku

Müərkkəbböcəyi cana faydalı, həddən artıq yağsız, proteini bol, az kalorili qidadır. Bu cür sərt qidanı pəhrizdə görmək sizi təəccübləndirəcək, ancaq lazımdır. Mürəkkəbböcəyin kalmardan fərqi sümüyünün ağ rəngdə olmasıdır. Bu cür sümüklərə qəfəsdə saxlanılan quşlarda və tısbağalarda rast gəlinir.

  • Ümumi qidalandırıcı xüsusiyyətləri: Qdalandırıcı xüsusiyyətlərinə görə pəhriz zamanı çox faydaları var. Hər 100 qramının tərkibində 1,5 qr yağ var. Kalorisi çoxdur, hər 100 qramında 78 kalori var və proteinlə zəngindir. Tərkibindəki 2,4 qr karbohidrata görə karamel rənginə çalır.
  • Dukan pəhrizində rolu: Bizim pəhrizimizdə mürəkkəbböcəyə hər şeydən əvvəl proteinlə bol olduğu üçün yer vermişik. Üstəlik, birləşdirici toxumaları sayəsində əti sərtdir, buna görə də çeynəmə prosesi uzun çəkir. Bu qida həm də gec həzm olunduğu üçün adamı uzun müddət tox tutur. Əgər lazımı qaydada hazırlasanız, dadından zövq alacaqsınız. Dondurulması mümkündür. Ətin sərtliyini yumşaltmaq üçün dondurulması və ya bişirməzdən əvvəl döyülməsi məsləhətdir.
  • Dukan pəhrizində hazırlanma qaydası: Reseptlər kalmarda olduğu kimi saysızdır. Ən məşhuru sacda bişirməkdir, çünki qida keyfiyyətini itirmir. Xırda doğranmış soğan və “3 damcı duru yağ + hopdurucu kağız” üsulundan sonra ayaqlarını kəsmədən saca qoyun. Uzun müddət vam odun üstündə bişirin. Nəticədə həmişəki kimi yumşaq və ləzzətli xörək alınacaq.
Yağsız kakaoda mürəkkəbböcəyi

Hazırlanması: 15 dəqiqə/Bişirilməsi: 35 dəqiqə

İki nəfərlik porsiya üçün ərzaqlar: 2 ədəd mürəkkəbböcəyi, 2 baş soğan, 2 ədəd kök, 2 diş əzilmiş sarımsaq, 1 butulka şərabın 1/4-i, 1 az ətirli sirkə, 1 çay qaşığı maye, yaxud üyüdülmüş dadlandırıcı, 2 çay qaşığı yağsız quş ətinin sousu, 1 sətkan su, 3 çay qaşığı yağsız kakao, duz, istiot.

  • Mürəkkəbböcəyini təxminən 10 dəqiqə bişirdikdən sonra kvadrat şəklində hissələrə bölün. Soğanla kökü də doğruyun.
  • Şərabı və sirkəni bir qazana süzüb qaynayanadək gözləyin. Spirti buxarlanacaq.
  • Sonra soğanı, sarımsağı, yerkökünü və dadlandırıcını, quş sousunu və suyu əlavə edin.
  • 15 dəqiqə bişirin. Sonra yağsız kakaonu əlavə edin və qarışdırın.
  • Daha sonra mürəkkəbböcəyini tökün. Duzlayıb istiotladıqdan sonra sousun azalması üçün bir neçə dəqiqə vam odda bişirin.
  • İsti-isti süfrəyə verin.

Krab

Bayram etmək, özünüzü yaxşı hiss etmək istəyirsinizsə, krab yeyə bilərsiniz.

  • Ümumi qidalandırıcı xüsusiyyətləri: Qidalandırıcı xüsusiyyətinə görə proteinlə zəngin, yağlılıq dərəcəsi az olan qidadır. Hər 100 qramında 20 qr protein və cəmi 1 qr yağ var. Bununla bərabər tərkibi yodla zəngindir ki, bu da pəhriz zamanı vacib məsələdir.
  • Dukan pəhrizində rolu: Öncə qeyd edək ki, qabığından ayırmaq üçün çox vaxtınız gedəcək. Krabın bişməsi çox uzun çəkmir. “Əlinə keçəni udanlar” üçün uyğun qidadır. Beyinə kifayət qədər müddətə toxluq siqnalı ötürməyi bacarır.
  • Dukan pəhrizində hazırlanma qaydası: Klassik hazırlanma qaydası var. Mayonezi heç nə əvəz etmir. Sadəcə, bizim üsulumuzla hazırlanmış moyenezdən istifadə edin. Duru yağ əlavə etməyin.
Dukansayağı mayonezli krab

Hazırlanması: 25 dəqiqə/Bişirilməsi: 20 dəqiqə

İki nəfərlik porsiya üçün ərzaqlar: 1 ədəd canlı krab, 2 ədəd bərk bişmiş yumurta, dukan mayonezi.

  • Krabı yaxşıca yuduqdan sonra suda qaynadın və 20 dəqiqə bişirin.
  • Suda soyumasını gözləyin. Qarın hissəsini açıb bütün ətini və yağlı hissəsini götürün.
  • İri şəkildə doğrandıqdan sonra dukansayağı mayonezlə qarışdırın.
  • Süfrəyə bişmiş yumurtalarla birlikdə verin.

Dukan pəhrizində quş ətləriDukan pəhrizində bitki mənşəli proteinlərDukan pəhrizində süd məhsulları

Fikirlərinizi bildirin.