Dukan pəhrizində bitki mənşəli proteinlər:

Tofu

Soya südündən hazırlanaraq, sıxılmış məhsuldur. Surimi kimi mənşəcə yapon mətbəxindəndir və özünəxas xüsusiyyəti ilə geniş yayılmışdır. Düzbucaqlı formada istehsal olunur. Tərkibi əsasən flan (krem-jele) və feta (qoyun südündən hazırlanmış yunan pendiri) arasında süd məhsuludur. Fransada hələ ki, o qədər də məşhur deyil.

  • Ümumi qidalandırıcı xüsusiyyətləri: Qidalandırıcı xüsusiyyətlərinə görə təxminən yağsız ətin tərkibini xatırladır, belə ki, hər 100 qramının tərkibində 16 qr protein, 8 qr lipid, 1 qr karbohidrat və hər 100 qr-da 142 kalori var. Üstəlik dəmir, maqnezium ilə zəngindir və SIFIR xolesterinə malikdir.
  • Dukan pəhrizində rolu: Bizim pəhrizimizdəki yeri möhkəmdir. 70 qidanın arasına daxil etdiyimiz proteinlər arasında on görə vacib qidadır ki, balıq və ət qədər proteinə malikdir, ancaq az yağlıdır. Tofunun proteinləri heyvanlarda olduğu kimi tam deyil. Belə ki, əsasən amin turşusu, metionin çatışmamazlığı onların assimiliyasında, belə desək, bir “deşik” kimi mane olur. Onları brləşdirmək üçün metioninlə zəngin, heyvani qidalardakı qədər bioloji dəyəri olan pəhrizimdə icazə verdiyimiz yeganə dənli bitki olan yulafdan istifadə edə bilərsiniz.
  • Dukan pəhrizində hazırlanma qaydası: Tofu tam hazır olmamış, doğranmış və əlavə dad verilmiş, salatlarda və qəlyanaltında istifadə olunan qidadır. Onu tavada bişirmək, qril aparatında qızartmaq, vam ocaqda hazırlamaq və ya pörtlətmək də mümkündür. Tofunun şit dadına ləzzət qatmaq üçün soya sousu, soğan və sarımsaq, zəncəfil karri, xardal, çilli tozu, xüsusilə də “Worcestershire” sousu (İngilis qrafı Verçesterin şərəfinə hazırlanmış sousdur. Əsas tərkibi şəkər, balıq və sirkədən ibarətdir) ilə yemək lazımdır.
Tofudan və %-li pendirdən hazırlanmış muss

Hazırlanması: 10 dəqiqə/Bişirilməsi: 3 saat

Altı nəfərlik porsiya üçün ərzaqlar: 300 tofu, 8 ədəd 0%-li ağ pendir, 50 qr yağsız süd, 8 qr toz jelatin, 1 ədəd limonun şirəsi, 1 ədəd limonun sedrası (limon qabığının qurusu), 4 xörək qaşığı toz şəkər əvəzedicisi (miqdarı zövqünüzə görə əlavə edə bilərsiniz), 1/2 çay qaşığı üyüdülmüş darçın, 1 çay qaşığı narınc çiçəyi suyu

  • Südü, limon sedrasını və darçını qazana qoyun. Qaynadıldıqdan sonra 20 dəqiqə dəmlənməsini gözləyin.
  • Mikserdə tofu ilə şəkər əvəzləyicisini, pendiri, limon şirəsini qarışdırın. Qarışığı isti süd, limon sedrası və darçınla bir yerdə qarışdırıb dəm almasını gözləyin. Artıq ləzzətli köpük hazırdır.
  • Qarışığı qazana süzdükdən sonra az miqdarda su əlavə edib yüngül isidin ki, jelatin həll olunsun. Qarışdırın. Koktyel qədəhinə süzməzdən əvvəl azca soyudun.
  • Yenidən otaq şəraiti dərəcəsində soyumasını gözləyin, sonra 3 saat ərzində soyuducuda saxlayın.

Yulaf kəpəyi

Uzun illər at yemi kimi və döşəklərin hazırlanmasında istifadə olunan bu qida günümüzdə çox qiymətli ərzaq və insanın qida rasionunun qoruyucusu kimi tanınır.

  • Ümumi qidalandırıcı xüsusiyyətləri: Qidalandırıcı nöqteyi-nəzərindən bir nömrəlidir. Özünə suyu hopdurma gücünü nəzərə alıb, suyu çox əlavə etməklə hazırlamaq lazımdır ki, mədədə yerini ala bilsin. Xolestrini azaldır, şəkərin sorulmasını ləngidir, bağırsaqdan rahat keçir və bağırsaq xərçəngi riskini azaldır.
  • Dukan pəhrizində rolu: Pəhrizimizdə əvəzsiz qidadır. Eyni zamanda pəhrizimizin açarıdır, strateji əhəiyyətlidir və geniş yayılmaqdadır. Beta-qlukan molekullarına görə yapışkan və adheviz olub, bütün bağırsağın yağlı, şirin və hiperkalorili şirəsinə yapışır. Yeni növ qidadan bəhs edirik. Kaloriləri sayəsində qidamıza parazitlik edən əks-təsir qida da demək olar.
  • Dukan pəhrizində hazırlanma qaydası: Hazırlanması bu qidanın başqa tərəflərini də göstərir: ləzzətlidir, şirindir, yüksək dərəcədə doyumludur və arıqlamaq üçün keyfiyyətli bütün növ pəhrizlərdə istifadəsi mümkündür. Yulafdan istifadə qaletlərlə başlayıb blində bitdi, sonra fasilədə, daha sonra isə çörəkdə, pitsada, pankekdə, biskivitlərdə dayandı. Vaxtı olmayanlar yoğurtla da yeyirlər, bu zaman sıyıq dadını almış olurlar. Daha çox mikrodalğalı sobada süd və şəkər əvəzləyicisinin qarışığından yulaf aşı bişirilir.
Yulaf kəpəyindən dukansayağı qalet

Hazırlanması: 5 dəqiqə/Bişirilməsi: 6 dəqiqə

Bir nəfərlik porsiya üçün ərzaqlar: 2 xörək qaşığı yulaf kəpəyi, 1 xörək qaşığı buğda kəpəyi, 2 xörək qaşığı ağ pendir 0%-li, 1 ədəd yumurta

  • İri bir kasada kəpəkləri, pendiri və yumurtanı qarışdırın. Odadavamlı tavanı 3 damcı duru yağla yağlayın.
  • Qaletləri təxmini 3 dəqiqə orta dərəcə odda tavadan qopana qədər qızardın, sonra digər tərəfinə çevirib eyni qaydada qızardın.
  • Əgər xolesterin problemi varsa və ya yumurta sarısını rasionunuzda azaltmaq istəyirsinizsə, təkcə yumurta ağı ilə də hazırlamaq olar.
  • Qaleti hazırlayarkən şəkər əvəzləyicisi və müxtəlif ədviyyatlar, duzlu çeşidinə isə göyərtilər əlavə etmək olar.

Dukan pəhrizində ət və ət reseptləriAktiv insanlar üçün gündəlik qidalanma

Fikirlərinizi bildirin.