Dukan pəhrizində ət və ət reseptləri:

Antrekot

Bu, çox qiymətli tikədir. Yetkin yaşda axtalanmış erkək dana ətindən az-maz yağlıdır və az ləzzətlidir. Diqqətli olun! Qabırğaüstü ət səviyyəyə görə dəyişir: birinci qabırğa daha ətlidir, acaq qabırğanın kənarları bir az yağlıdır. ikinci qabırğa daha yağlıdır, lakin budüstü az ləzzətlidir. Kürək hissə az enlidir, aponevrozlarla (enli vətər təbəqəsi olub, möhkəm kollagen və elastik liftlərdən təşil olunmuşdur. Enli əzələlərin vətərləri səfhə şəklində olub aponevroz adlanır. Aponevroz bir qədər parıltılı olub ağ-gümüşü rəngə çalır. Histoloji quruluşa görə aponevroz vətərlə eynidir, lakin sinir uclarından və qan damarlarından tam azaddır.) zəngindir və daha sərtdir. Döş əti sümüyü enlidir. Çox yeyənlər üçün uyğundur. Döş əti olmasa, klassik antrekot hesab olunar.

  • Ümumi qidalandırıcı xüsusiyyətləri: Proteinlə zəngindir. Hər 100 qramının tərkibində 24 qr təşkil edir, eləcə də sink, dəmir, fosfor, B12 və TP (təmiz protein) mənbəyidir. Dana antrekotu ən çox lipid (bitki və heyvan mənşəli yağlar və yağabənzər maddələr lipidlərə aiddir) olan tikə hesab edilir.
  • Dukan pəhrizində rolu: Bu tikə çox nazikdir. Sümükdən kiçik hissə ayırdığımız üçün bir az vaxt alır.
  • Dukan pəhrizində hazırlanma qaydası: Bişirilməmişdən 30 dəqiqə öncə soyuducudan çıxarılır, çünki soyuq ət yaxşı bişmir. Antrekotu folqanın içində, yaxud doğranmış yunan qabağı və spagettiyə reyhan və şnitt yarpaqları, halqavarı doğranmış soğan əlavə edərək odadavamlı tavada da bişirmək olar. Nazik halqa şəklində doğranmışını supermarketlərdə tapa bilərsiniz.
Viktoriya antrekotu

Hazırlanması: 15 dəqiqə/Bişirilməsi: 50 dəqiqə

İki nəfərlik porsiya üçün ərzaqlar: 500 qr konservləşdirilmiş pomidor, 150 qr rəndələnmiş yerkökü, 150 qr doğranmış kərəviz, 1 çay qaşığı doğranmış reyhan, 2 ədəd antrekot, duz, istiot

  • Pomidoru bir qaba boşaldın.
  • Kök, kərəviz, reyhan, duz və istiotu əlavə edib qarışdırın.
  • Əti kiçik qabda, hazırlanmış qarışığın iki layı arasında yerləşdirib sobaya qoyun.
  • 40-50 dəqiqə orta dərəcəli sobada bişirin.

Eskalop (Sümüksüz mal əti)

Tikə həddən artıq yağsızdır, həm də yumşaqdır. Bu halda şit olmasın deyə şirəli hazırlanma tələb edir. Əgər qızartma dərəcəsi çox olarsa, onda yumşaqlığını itirə bilər.

  • Ümumi qidalandırıcı xüsusiyyətləri: Həddən artıq yağsızdır. Hər 100 qramının tərkibində 2,5 qr lipid, hər 100 qramında 31 qr protein var. Eyni zamanda B12 vitamini ilə zəngindir.
  • Dukan pəhrizində rolu: Bu qızartma hinduşka qızartmasından proteinlərin yüksək keyfiyyətdə olması ilə fərqlənir. Tikələri üç budüstü ətdən seçə bilərsiniz: budüstünün çox nazik hissəsi, budun yumşaq ön hissəsi (burda kiçik hissə təşkil edir), buduüstünün dərisinin daha qalın, iri və sərt hissəsidir.
  • Dukan pəhrizində hazırlanma qaydası: Ənənəvi formada vam odda bişirilir və sarımsaqlı sousa bişmiş soğan, ədviyyatlı pomidor əlavə edilir. Sobada isidilir. Ona ədviyyəli bitkilər əlavə edilib, üstünə yumurta sarısı sürtüb bişirmək olar, yaxud yumurta sarısı ilə suxarını, yulaf kəpəyini və süd məhsullarından sous hazırlamaq mümkündür.
Qızardılmış eskalop milanez dukan

Hazırlanması: 5 dəqiqə/Bişirilməsi: 6 dəqiqə

İki nəfərlik porsiya üçün ərzaqlar: 2 ədəd çox nazik halqavari doğranmış dana əti, 2 ədəd yumurta, 2 xörək qaşığı yulaf kəpəyi, 1 ədəd limon, cəfəri (zövqə görə), duz, istiot

  • Yumurtaları qırıb istiot və duzla qatın. Sonra eskalopu bu qarışığın içinə batırın. Yulaf kəpəyini bir boşqaba tökün, sonra eskalopların hər tərəfini kəpəkləyin.
  • Yenidən yumurtaya batırın, sonra bir az qalın olsun deyə yulaf kəpəyinin içinə salın.
  • Tavanı isidin, 3 damcı duru yağ damızdırıb yağlayın. Eskalopları tavaya yerləşdirib hər iki tərəfini 3 dəqiqə bişirin.
  • Yüngülcə limon damcısı ilə dad qatın, cəfəri və bir neçə limon dilimi ilə tamamlayıb süfrəyə verin.

Malın can əti

Bu tikə döş hissəyə aid olub, can əti, yaxud kontrfile də adlandırılır. Malın döş ətinin orta hissəsində yağ təbəqəsi azdır, döş ətinin digər hissələri daha piylidir və az yumşaqdır. Bu, Cənubi amerikalıların məşhur çuraskosudur.

  • Ümumi qidalandırıcı xüsusiyyətləri: Proteinlə olduqca zəngindir. Hər 100 qramının tərkibində 20 qr protein təşkil edir, hər 100 qramında 3 mq dəmir var və B12 vitamini mənbəyidir.
  • Dukan pəhrizində rolu: Faydası çoxdur, çünki proteinlə və dəmirlə zəngindir. 2 kq ispanaqda olan dəmir 100 qr tikədə mövcuddur.
  • Dukan pəhrizində hazırlanma qaydası: Can ətindən bütün qızartma və manqal yeməklərində istifadə olunur. Digər qırmızı ətlər kimi can əti də mümkün qədər güclü odda tez qızardılmalı, ya da ət şirəsini saxlasın deyə yüksək dərəcəli sobada hərtərəfli yaxşı qovrulmalıdır. Bişməsinə az qalmış duzlayın ki, şirəsini itirməsin və qanı süzülməsin. Supermarketlərdə dondurulmuş, qızardılmış, Şarlot soğanında konservləşdirilmiş formada tikələr tapmaq olar.
Malın turşuya qoyulmuş və qızardılmış can əti

Hazırlanması: 20 dəqiqə/Marinad: 5 saat/Bişirilməsi: 4 dəqiqə

İki nəfərlik porsiya üçün ərzaqlar: 1 ədəd 500 qr qalın can əti, 30 ölçü ətirli sirkə, 1 çay qaşığı xardal, 1 diş sarımsaq, 10 qr zəncəfil, 1/2 çay qaşığı dörd ədviyyat-zəncəfil, istiot, mixək və cövüzün qarışığı, 1 balaca dəstə ətirli göyərti, karvel, duz, 1/2 çay qaşığı dənəvər istiot

  • Sarımsaq və qabığı soyulmuş zəncəfili bir dərin boşqabda əzin. Ətirli sirkəni, göyərtini, dörd ədviyyatı, xardalı duzu və üyüdülmüş istiotu əlavə edin.
  • Can ətini iki yerə bölün. Marinadın içinə qoyun. Qida plyonkasına bükün və ət tam ortada olmaqla 5 saat turşuda saxlayın.
  • Bişirilmə vaxtı çatanda turşudan çıxardıb dərhal ətin suyunu süzüb qurulayın. Marinadın yarısını süzgəcdən keçirib təmizləyin və vam odda tavada qaynadıb qatılaşdırın.
  • Odadavamlı manqalı qızdırın və tikələri üstünə qoyun. 3-4 dəqiqə hər tərəfini bişirin, sonra 5 dəqiqə folqa kağızın üstünə qoyun.
  • Bu zaman qatılaşmış marinad sousunu götürün. Dadına baxın. Üzərinə doğranmış kerveli əlavə edin.

Malın döş əti

Döş əti öküzün ən yumşaq, yağsız, dadlı, eyni zamanda ən çox axtarılan və bahalı tikəsidir. Döş əti şatobrian və turnedo hissələrinə ayrılır (şatobrianın diametri təxminən 2-4 sm olub, çəkisi isə istəyə görə dəyişir. Turnedonun diametri 10-12 sm olub, çəkisi 140-180 qr təşkil edir). Qızartma üçün əla seçimdir.

  • Ümumi qidalandırıcı xüsusiyyətləri: proteinlə zəngindir. Hər 100 qramının tərkibində 20 qr təşkil edir. Tərkibindəki yağın miqdarı 5-15% (ümumiyyətlə 10%) arasında dəyişir. Hər 100 qramında 180 kalori var.
  • Dukan pəhrizində rolu: Dequstasiya üçün yaxşı seçimdir. Müxtəlif ölkələrin çox sayda yemək resepti var.
  • Dukan pəhrizində hazırlanma qaydası: Klassik üsulla tavada, yaxud sobada qızardılır. Üçüncü və dördüncü mərhələdə, Stroqonof xörəyi hazırlaya bilərsiniz, ya da suxarı ilə qızarda bilərsiniz.
Pələngin göz yaşları

Hazırlanması: 5 dəqiqə/Marinadda saxlanması: 5 saat/Bişirilməsi: 6 dəqiqə

İki nəfərlik porsiya üçün ərzaqlar: Təxminən 150 qramlıq 2 tikə döş əti, keşniş (zövqə görə), doğranmış soğan

Marinad üçün: 3 xörək qaşığı istridyə sousu, 1 xörək qaşığı soya sousu, 1 xörək qaşığı konyak, 1 diş əzilmiş sarımsaq, 1 çay qaşığı dənəvər istiot

Sous üçün: 2 xörək qaşığı yaşıl limon şirəsi, 1 çay qaşığı nuok-mam sousu (Vyetnam mətbəxində balıq sousu), 1/2 çay qaşığı şəkər əvəzləyicisi

  • Marinad sousu hazırlamaq üçün istridiyə sousunu, soyanı, konyakı, əzilmiş sarımsağı və dənəvər istiotu qarışdırın.
  • Əti qida plyonkasına büküb hər tərəfini marinadın içində 5 saat saxlyın.
  • Sousu hazırlamaq üçün yaşıl limon şirəsini nouk-mam sousu və şəkər əvəzləyicisi ilə qrışdırın.
  • Süfrəyə verməməzdən əvvəl çuqun tavada iti odda qızardılması məsləhətdir. Hərtərəfli lazımı qaydada bişirin.
  • Əti çox incə doğrayın, əvvəlcə sousu, daha sonra keşniş və doğranmış soğanı üzərinə əlavə edin.

Dananın qaraciyəri

Ən çox axtarılan tikələrdən olub, ət mağazalarında xüsusi yer tutur və çox baha satılır. Diqqətli olun! Dana qara ciyəri ilə düyə qara ciyərini səhv salmayın. Onun dana qaraciyərinin adı ilə satıldığına rast gəlmək olur.

  • Ümumi qidalandırıcı xüsusiyyətləri: Proteinlə çox zəgin olub, 100 qramında 24 qr təşkil edir. Həm də tərkibində bol-bol TP, B12, A vitaminləri və dəmir var.
  • Dukan pəhrizində rolu: Yağsızdır, dadlıdır, yumşaqdır, tərkibində bütün növ vitaminlər var, uyğun olmayan yeganə şey həddən artıq xolsterinlə bol olmasıdır ki, bu da iştahsızlığa səbəb olur. Əgər xolestrenlə probleminiz yoxdursa və artritdən (oynaq xəstəliyi) əziyyət çəkmirsinizsə, qidalandırıcı tərəflərini nəzərə alıb həfdədə bir dəfə yeməyiniz məsləhətdir.
  • Dukan pəhrizində hazırlanma qaydası: Qaraciyər tavada qızardılır. Vam ocaqda bişirmək məsləhətdir, çünki güclü odda sərt və quru alınır. Duzunu bişdikdən sonra əlavə edin. Soğan və “Venetsiya” sirkəsi (yalnız muskat üzüm növünün şirəsindən alınır) ilə qovurma da edə bilərsiniz.
Moruq sirkəsində dana qaraciyəri

Hazırlanması: 3 dəqiqə/Bişirilməsi: 12 dəqiqə

İki nəfərlik porsiya üçün ərzaqlar: 2 tikə dana qaraciyəri, 1 ədəd halqavari doğranmış kiçik soğan, 1 baş doğranmış Şarlot soğanı, 2 xörək qaşığı moruq sirkəsi, 2 çay qaşığı kəklikotu, 1 ədəd dəfnə yarpağı, duz, istiot

  • Şarlot soğanını və halqavarı doğranmış soğanı orta odda odadavamlı tavada qovurun. Qızılı rəngi aldıqdan sonra boşqaba tökün.
  • Sonra qaraciyər tikələrini tavada 4 dəqiqə hərtərəfli bişirin. Duzlayın, istiotlayın və soyumasın deyə tavanın qapağını örtün.
  • Şarlot soğanını və soğanı isidin, üzərinə moruq sirkəsini, kəklikotunu və dəfnə yarpağını əlavə edin.
  • 2 dəqiqə ərzində isindikdən sonra qaraciyərləri əlavə edib dərhal süfrəyə verin.

Dərisi və piyi soyulmuş donuz vetçinası

Bu növ vetçina yağsızdır, demək olar ki distribusiyada inqilabdır. İri markalar keyfiyyətli, dadlı məhsulla bizi təhlükəsiz qida ilə təmin edir.

  • Ümumi qidalandırıcı xüsusiyyətləri: Quş vetçinası ilə donuz vetçinası birlikdə Dukan pəhrizinin ən yaxşı texnikası hesab olunur. Qidalandırıcı planda az kalorili qida sayılır. Hər 100 qramının tərkibində 120 kalori, 20 qr protein, 4 qr lipid var.
  • Dukan pəhrizində rolu: Çox faydalıdır, işləyən adamlar onu asan əldə edir. Nahar vaxtı çox da baha başa gəlmir, çünki yeməkxanası və vaxtı olmayanlar, gündəlik restorana getməyə büdcəsi imkan verməyənlər üçün əlverişlidir. Bu qidanı yeyənlərin fikrincə, hinduşka və toyuq vetçinası ilə növbələşdirilərək yeyilərsə, adamı yormur.
  • Dukan pəhrizində hazırlanma qaydası: Hermetik bağlamada saxlanılır, özünüzlə daşımaq rahatdır və harada olsa, – məsələn, ofsdə, maşında, – yemək asandır, çünki qoxusuzdur.
Kasnili donuz vetçinası beşamel dukan

Hazırlanması: 10 dəqiqə/Bişirilməsi: 20 dəqiqə

İki nəfərlik porsiya üçün ərzaqlar: 4 kasni yarpağı, 4 ədəd dərisi və yağı soyulmuş vetçina, 50 ml yağsız süd, 40 qarğıdalı nişastası, rəndələnmiş yağsız Qrüyer pendiri, rəndələnmiş cövüz, duz, istiot

  • Beşamel Dukanı hazırlayın: qarğıdalı nişastasını soyuq südün içinə tökün, sonra qarışıq ilə qarışdırın. Vam odun üstünə qoyun və qatılaşana qədər gözləyin.
  • Duz, istiot, cövüzü əlavə edin.
  • Beşamel Dukanı hindibanın ətrafına qoyun, sonra əti hindibaya bükün.
  • Beamel Dukanın qalan hissəsini hindibanın üstünə süzün.
  • Rəndələnmiş pendiri üzərinə səpin (əgər istəyirsinizsə). 15 dəqiqə sobada bişirin.

Dil

Bir çox istifadə olunan məhsullardandır. Al-qırmızı rəngdə olan dil konservləşdirilir. Dilə laqeyd qalmaq olmur: ya sevilir, ya da sevilmir.

  • Ümumi qidalandırıcı xüsusiyyətləri: Bir yağsız tikə yaxşı protein mənbəyidir. Hər 100 qramının tərkibində 17 qr protein, 10 qr lipid var. Həm lipidi, həm xolestrini, həm də dəmiri azdır.
  • Dukan pəhrizində rolu: Mal dili yeyilmə miqdarına görə subməhsullar və proteinlərdən fərqlənir. Ürək-damar xəstəlikləri riskinin azalmasında rolu var.
  • Dukan pəhrizində hazırlanma qaydası: Acılı və pomidorlu sousla, ya da konservləşdirilmiş tərəvəzli mal əti ilə birgə yeyilir.
Acı sousda mal dili

Hazırlanması: 15 dəqiqə/Bişirilməsi: 2 saat 30 dəqiqə

İki nəfərlik porsiya üçün ərzaqlar: 1 ədəd öküz dili, 2 ədəd yağsız bulyon kub, 1 xörək qaşığı nişasta, 4 xörək qaşığı + 1 stəkan ağ sirkə, 1 balaca banka pomidor pastası, 1 qırmızı istiot püresi, 10 nazik doğranmış turşu xiyar

  • Öküz dilini soyuq suda yaxalayın və soyuq suya ağ sirkə qataraq 15 dəqiqə içində saxlayın.
  • Dili alçaq qazana qoyun və su ilə doldurun, 2 kub öküz bulyonu əlavə edin və 2 saat 30 dəqiqə kəfini yığa-yığa qaynadın.
  • Dil bişdikdən sonra bulyonun içindən çıxarın və dərisini soyub eyni ölçüdə doğrayın. Salat qabına qoyun və qurumasın deyə üstünə bir az bulyon gəzdirin.
  • Bir xörək qaşığı nişasta ilə sous hazırlayın və süzgəcdən keçirilmiş bir stəkan bulyon əlavə edin. Yaxşı qarışdırdıqdan sonra ikinci, sonra üçüncü stəkan bulyonu əlavə edin.
  • Sousu dayanmadan qatılaşana qədər orta odun üstündə qarışdırın. Pomidor pastasını, 1 xörək qaşığı ağ sirkəni, qırmızı istiot püresini və nazik doğranmış turşu xiyarları əlavə edin.

Dovşan əti

Dovşan ət məhsulları arasında ən çox yeyilən dadlı qidadır. Hazırlanması vaxt aldığı üçün bu, tənbəllərə və tələsənlərə çatışmayan xüsusiyyət kimi görünür.

  • Ümumi qidalandırıcı xüsusiyyətləri: Dovşan əti yağsızdır, proteinlə zəngindir. Hər 100 qr bel ətində 22 qr protein var. Qarayonca bitkisi ilə qidalandığı üçün ətində bol Omeqa-3 (doymamış yağ olan Omeqa-3 (linolenik) qoz, balıq, bütün yaşıl yarpaqlı bitkilərin tərkibində var və insan üçün əsas yağlardan biridir) var.
  • Dukan pəhrizində rolu: Fikrimizcə, dovşan ətindən xörək hazırlamaq xüsui zövq verir, çünki nəticədə fərqli ləzzət alınır. Üstəlik, tikələrin müxtəlif formada doğranması xörəyə ayrı rəng qatır. Bundan başqa dovşanın əzələsi və dərisi sərtdir, eyni vaxtda diş altında da yumşaq və dadlıdır. Nəhayət, dovşan ətinin qiyməti hər cibə uyğundur.
  • Dukan pəhrizində hazırlanma qaydası: Klassikin klassiki hesab olunan xardallı dovşan əti xörəyini hətta uşaqlar da sevir, çünki bişirilərkən xardal acılığını itirir. Dovşan ətini sobada, qida plyonkasına bükərək, hətta şişdə kabab kimi də bişirmək mümkündür. Ən çox üstünlük verilən hissəsi belidir. Yağsız olduğundan paştet və çəkilmiş ətindən başqa xörək də hazırlamaq olur.
Xardallı dovşan əti

Hazırlanması: 15 dəqiqə/Bişirilməsi: 20 dəqiqə

İki nəfərlik porsiya üçün ərzaqlar: 1 bütöv dovşan əti, ağ sirkə, 3 xörək qaşığı xardal, 2 xörək qaşığı üzüm sirkəsi, 1 ədəd doğranış soğan, cəfəri (zövqə görə), duz, istiot

  • Dovşanı doğrayın, təmizləyin və yağını çıxarın. Ağ sirkədə yuyun, yaxalayın və tikələri qurulayın.
  • İri qazanda güclü odun üstünə qoyun və üzüm sirkəsini əlavə edin.
  • Tikələr yaxşı qırmızı rəng alsın deyə hər iki tərəfini çevirib qızardın. 5 dəqiqə od üstündə qaldıqdan sonra xırda doğranmış soğanları, duzu, istiotu cəfərini əlavə edin və 5 dəqiqə də odun üstündə saxlayın.
  • Xardalı əlavə edin, qarışdırın və qazanın qapağını örtün. Qazanın qapağını örtəndən sonra 15 dəqiqə də bişirin.

Dana böyrəyi

Balaca, az tapılan, dadlı qidadır.

  • Ümumi qidalandırıcı xüsusiyyətləri: Proteinlə, dəmirlə və B12 vitamini ilə zəngindir. Hər 100 qramının tərkibində 17 qr protein var. Təəssüf ki, tərkibi xolesterin və sidik turşusu ilə boldur. Ürək-damar xəstəlikləri riski, oynaq ağrısı da istisna deyil.
  • Dukan pəhrizində rolu: Ətin yumşaq və nazik olması heyvanın yaşından aslıdır və çox axtarılan qida olması da bu səbəbdəndir. Mümkün qədər yaxşı təmizlənmişini yeyin. Süddə bişiriləndə eynən dana əti kimi əvvəlcə qırmızı rəng alır, sonra dadı kəskinləşir və əvvəlki tamını itirir.
  • Dukan pəhrizində hazırlanma qaydası: Qril edə, yaxud tavada qızarda bilərsiniz. Duz, kəklikotu, bir kiçik qaşıq duru yağ əlavə edin. Süfrəyə verərkən yanında bir dəstə vəzəri və pomidor qızartması qoyun. Bunlar faydalı qidalardır.
Pomidorlu dana böyrəyi və dukanın kəpəkləri

Hazırlanması: 3 dəqiqə/Bişirilməsi: 12-15 dəqiqə

İki nəfərlik porsiya üçün ərzaqlar: 200 qr dana, yaxud öküz böyrəyi, 4 ədəd soyulmuş pomidor və ya 1/2 tomat pastası, 1 xörək qaşığı buğda kəpəyi, 1 xörək qaşığı yulaf kəpəyi, duz, istiot (zövqə görə)

  • Böyrəkləri qızarana qədər odadavamlı tavada bişirin.
  • Soyulmuş pomidorları, duzu, istiotu əlavə edin və lazım olarsa, azca su tökə bilərsiniz. Su azalana qədər bişirin.
  • Bişənə yaxın sousu qatılaşdırmaq və xörəyi artımlı etmək üçün bir az su süzüb kəpəkləri əlavə edin.

Rostbif (mal ətindən qızartma(Roast beef-ingilis dilindən tərcümdə “qızardılmış mal əti” deməkdir))

Rostbif malın yumşaq, quru və iplə bağlanıb satılan hissəsidir. Ən yaxşı rostbif döş ətindən və kontrfiledən (dananın bel ətinin çöl qismindən alınan sümüksüz ət) çıxarılıb götürülür. Amma qarın nahiyyəsinin altından da yaxşı rostbif alınır. Burqundiya qızartması üçün gərək büzdüm hissənin ətini seçəsiniz.

  • Ümumi qidalandırıcı xüsusiyyətləri: Qidalandırıcı xüsisiyyətlərinə görə heyvanın keyfiyyəti mənsub olduğu yerə bağlıdır, bununla belə proteinlərlə, dəmir və B12 vitamini ilə həmişə zəngindir.
  • Dukan pəhrizində rolu: Rostbifin bizim pəhrizimizdə xüsusi yeri var, çünki sobadan çıxarılan kimi öz şirəsində süfrəyə verilməlidir. Növbəti günlər isə soyucuda saxlanılan tikəni soyuq qəlyanaltı olaraq, ingilissayağı xörəyi, yəni bir neçə ətin assortisi + sirkə, ənginar, xiyar turşusu ilə hazırlaya bilər və ya sadəcə xardalla da bişirə bilərsiniz. Daşınması asandır, yağsız donuz vetçinasını əvəz edir.
  • Dukan pəhrizində hazırlanma qaydası: Klassik rostbif sobada hazırlanır, amma Brüssül kələmi, əyalət pomidorları, soğan növləri və hisəverilmiş donuz əti ilə birgə qazanda bişirilən çox sayda yemək reseptləri var.
Sobada bişirilmiş rostbif

Hazırlanması: 10 dəqiqə/Bişirilməsi: 20-30 dəqiqə

4-6 nəfərlik porsiya üçün ərzaqlar: Təxminən 1 kq rostbif, 4-5 diş sarımsaq, duz, istiot

  • Sobanı 260º C-də qızardın. Sarımsaq dişlərini soyun. Birini götürün və incə-incə doğrayın. İtiuclu bir bıçaq götürüb rostbifi bir neçə yerdən deşin və hər deşiyə sarımsaq dişini yerləşdirin. Qalanlarını isə tavaya qoyun.
  • Rostbifi tavada sobanın torunun üstünə qoyun və çox isti dərəcədə 7-8 dəqiqə saxlayın. Sonra termostatı 220º C-yə endirin. Ət şirəsini itirməsin deyə bişməsi üçün 20-25 dəqiqə kifayət edir. 4 dəqiqə əlavə saxlayın ki, lazımı nəticəni ala biləsiniz. Bişdikdən sonra duzunu və istiotunu əlavə edin.
  • Sobanı söndürün və sobanın qapısını yarıaçıq saxlayıb 6-8 dəqiqə dincə qoyun. Rostbifi çıxarın. İpləri açın və piylərini götürün. Tikələrə bölün. Dərin boşqaba qoyun. Tavanı çıxarın.
  • Bir stəkan su əlavə edin və ətin bulyonunu süzün, sarımsaqlarla birgə yenidən qızdırın.
  • Qızdırılmış sousu bir qaba boşaldın. Doğranmış rostbifi sarımsaqlarla birgə süfrəyə verin.

Romşteks (“Rump steak” ingiliscə söz olub “malın omba hissəsi” kimi tərcümə edilir)

Pəhrizdə ən çox tövsiyə olunan ət tikəsidir. Yumşaq, yağsız və ləzzətlidir. Qızardılmaq üçün nəzərdə tutulan tikə yağsız olub qısa əzələ liftlərindən ibarətdir.

  • Ümumi qidalandırıcı xüsusiyyətləri: Romşteks heyvanın yağsız və ləzzətli hissələrindən biridir. Hər 100 qramının tərkibində 4-5 qr lipid var. Proteinlərlə – dəmir və sinklə zəngindir. Bircə 5%-li döyülmüş bifştekslə rəqabət aparır.
  • Dukan pəhrizində rolu: Romşteks pəhrizimizdə önəmli rolu var. Romşteks hissəsi döş ətindən ayrılır. O da döş əti qədər dadlıdır. İkinci hissəsi az yumşaqdır. Satışa qoyulmazdan əvvəl yeddi gün saxlanılır. Tərkibində və toxumasına görə daha sərtdir və yağsızdır.
  • Dukan pəhrizində hazırlanma qaydası: Klassik hazırlanma qaydası qızartma və kababdır. Dondurulmuş formada tapmaq mümkündür. Donunun açılması üçün əvvəlcədən soyuducudan çıxarıb 6-7 saat gözləyin.
Provanssayağı romşteks

Hazırlanması: 30 dəqiqə/Bişirilməsi: 12-15 dəqiqə

İki nəfərlik porsiya üçün ərzaqlar: 300 qr romşteks, 2 ədəd kiçik badımcan, 1/2 qırmızı xırda doğranmış bibər, 1 ədəd doğranmış soğan, 2 ədəd uzunsov pomidir, 3 diş əzilmiş sarımsaq, 1/2 qaşıq qırmızı istiot, 1/2 qaşıq mərzə, cəfəri (zövqə görə), duz, istiot (zövqə görə)

  • Badımcanların saplağını saxlamaq şərti ilə yuyub qurulayın. Badımcanları uzunsov formada doğrayın.
  • Doğranmış badımcanları duzlayın və 20 dəqiqə duzda saxlayın. Bibəri, sarımsağı və soğanı 5 dəqiqə suda saxlayın. Bölünmüş pomidorları, bibərləri və mərzəni əlavə edin və 5 dəqiqə vam odda bişirin.
  • Duzlayın, istiotlayın, qarışdırın və bir kənarda saxlayın.
  • Əti nazik doğrayın. Badımcanları yaxalayın və bir qabda sobaya qoyun.
  • Sobanı 210° C-də (termostat 7) tənzimləyib 10 dəqiqə bişirin. Tez-tez hər üzünü çevirin. Sobadan çıxarın və hər lay badımcanın üstünə pomidor və ət tikələri qoyun.
  • Qabı yenidən sobaya yerləşdirin və 20 dəqiqə bişirin. Hazır olduqdan sonra üzərinə cəfəri əlavə edin.

Mal ətindən steyk

Ən çox tələb olunan qidadır. Bu sözün Amerika mənşli olması barədə çoxsaylı faktlar var. Ən çox istifadə olunan döyülmüş steykdir. Pəhrizdə çox yağlı olmayan steyklər də var.

  • Ümumi qidalandırıcı xüsusiyyətləri: Proteinlə çox zəngindir. Hər 100 qramının tərkibində 20 qr protein var, tərkibindəki yağ miqdarı 5%-dən 20%-dək dəyişir. Yağın çox olması proteinlərin miqdarını azaldır. Dukan pəhrizində steyklərin yağlılıq miqdarı 5-10% arasında dəyişir. Hər 100 qr-da 180 kalori mövcutdur.
  • Dukan pəhrizində rolu: Mal ətinin tikələri bir neçə hissəyə bölünərək onlara ad verilib: bavet (dananın qarın boşluğunun altında, qabırğalara bitişik ət), aloyo (bifşteks hazırlanmasında istifadə edilən mal ətinin xüsusi tikəsi), romşteks, diafraqma hissəsi, budüstü və qəssabların da ad verdikləri tikələr var: armud, hörümçək, merlan. Mal steykini müxtəlif yeməklərdə istifadə etmək olar: xardallı bifşteks, Mərakeş keftası və s.
  • Dukan pəhrizində hazırlanma qaydası: Mal steykini tavada və sobada bişirmək olur. Steykin yanında tər cəfəri, sarımsaq, Şarlot soğanı ilə pomidor qovurması süfrəyə vermək olar. Döyülmüş steyklə kəklikotu, Provans göyərtiləri, rozmarin əlavə edə bilərsiniz. Əgər küftə kimi hazırlamaq istəyirsinizsə, sarımsaq və soğanla dad qatmaq olar.

Dondurulmuş, döyülmüş (alarkən yağının nə qədər çox olmasına diqqət yetirin) və təzə ət kimi ala bilərsiniz. Bişirməzdən əvvəl soyuducunun içində bir neçə saat öncədən donunun açılmasını gözləyin.

Ət ruleti

Hazırlanması: 15 dəqiqə/Bişirilməsi: 45 dəqiqə

İki nəfərlik porsiya üçün ərzaqlar: 200 qr çəkilmiş mal əti (5%-li), 150 qr çəkilmiş yağsız dana əti, 1 ədəd yumurta, 1/2 cəfəri dəstəsi, 1 baş Şarlot soğanı, 1 diş sarımsaq, Tanduri (hind mətbəxində ədviyyatlı yoğurt), azca yağsız, turşu xiyar, süd, duz, istiot (zövqə görə)

  • Öncədən sobanı 180° C (termostat 5) qızdırın. Şarlot soğanını soyun, sonra isə blenderlə doğrayın. Cəfəri və sarımsağı blenderə əlavə edib qarışdırın.
  • Əvvəl hər iki əti, sonra isə yumurtanı əlavə etdikdən sonra yaxşı qarışdırın və südü tökün. Duzlayın, istiotlayın və tandurini əlavə edin.
  • Hamsını orta ölçülü qaba qoyun. Çörək formasına salın və 45 dəqiqə bişirin.
  • Birinci gün isti-isti yeyin. Sonrakı günlər soyuq qəlyanaltı kimi turşu xiyarla yeyə bilərsiniz.

Qraubünden əti

İsveçrənin Qraubünden kantonunun adından götürülüb. Malın quru, yağsız əti duzla, ədviyyatlarla 5-17 həfdə ərzində qurudulur, sonra mümkün qədər çox nazik tikələrə bölünür.

  • Ümumi qidalandırıcı xüsusiyyətləri: Qraubünden əti ən çox proteini olan məhsuldur. Hər 100 qramının tərkibində 40 qr protein var. Öküzün döş əti qədər proteini boldur, çünki qurudulmuş, şirəsiz ətdir, beləcə, proteinin miqdarını süni şəkildə qaldırır. Bu da yedikdən sonra toxluq hissini gücləndirir.
  • Dukan pəhrizində rolu: Bu qidanın pəhrizimizdə rolu vacibdir, çünki təkcə proteinlə zəngin deyil, istifadəsi də rahatdır. Bununla bərabər həm də dadlıdır. Daşınması asandır və soyuducuda həmişə yeri olan qidadır. Krujeva formasında, yəni çox nazik tikələr halında daha yaxşı olur.
  • Dukan pəhrizində hazırlanma qaydası: Boşqabda xırda turşu xiyarla süfrəyə verilir. Pəhrizin 3-cü mərhələsini keçdiyiniz dövrdə yemişlə də yemək olar. Eləcə də dukansayağı sendviçlə yulaf kəpəyinin ortasında, yaxud ağ pendirlə rulet etmək mümkündür.
Ət ruleti dukansayağı Qraubünden

Hazırlanması: 5 dəqiqə/Sərin yerdə saxlanması: 1 saat

İki nəfərlik porsiya üçün ərzaqlar: 100 qr Qraubünden əti, 1/2 xiyar, 100 qr ağ pendir (0%-li), 1 diş sarımsaq, limon şirəsi, duz, istiot

  • Xiyarı soyun və ortasını çıxarıb xırda-xırda doğrayın.
  • Xiyarı, əzilmiş sarımsağı pendirə qatın, sonra bir neçə damcı limon şirəsi, duz və istiot əlavə edin. Bu qarışığı 1 saat sərin yerdə saxlayın.
  • Yaxşı soyuduqdan və bərkidikdən sonra ətin içini doldurun və rulet formasında bükün.
  • Ruletin yaxşı alınması üçün diş çöpündən istifadə edərək bərkidə bilərsiniz.
Ov məhsulu

Vəhşi heyvanlar, yaxud ev heyvanı olmayanların əksəriyyəti dərisi yağsız və bərk olması ilə, təbii qidalarla qidalanmaları ilə, nəhayət, zəngin proteinləri ilə fərqlənir. Beləliklə də “pəhrizçi”lərin dostu hesab edilir.

  • Ümumi qidalandırıcı xüsusiyyətləri: Qidalandırıcı baxımdan ov məhsullarının hər 100 qramının tərkibində 100 kalori olur. Bununla da ətin sərtliyi və doyumlu olması ilə təkcə yağsız balıqla rəqabət aparır.
  • Dukan pəhrizində rolu: Pəhrizimizdə ən çox məsləhət gördüyümüz qidadır və dörd əsas məqama görə yollar kəsişir: tünd dad, baha qiymət, mövsümi qida və mövsümünə görə məcburi sousların olması. Dadına görə ən cavan heyvanı seçmək və bir az uyğun qiymətə tapmaq istəyirsinizsə, ovçularla əlaqə saxlaya bilərsiniz. Mövsümə gəlincə, dondurulmuş halda marketlərə üz tutun. Və souslar hazırlayarkən qızartmaya üstünlük verin. Yağsız sıroklardan istifadə edin, aşqar, ədviyyat və marinadlardan yeməklərinizə bolluca əlavə edə bilərsiniz.
  • Dukan pəhrizində hazırlanma qaydası: Ov məhsullarında daha çox cavan heyvanların bəzi hissələrinə üstünlük verilir. Məsələn, lələkli heyvanlardan qırqovul və ördəyin bəzi yumşaq hissəsi marinadla hazırlanır. Ancaq iri heyvanlar – böyük dovşan, maral, cavan qaban, çöl donuzu kimi heyvanlar sousla hazırlanmalıdır. Ət hazır olduqdan sonra sousun içindən tikələri götürün. Onu dadı və tərkibi yerində qalacaq.
Dişi maral ətindən raqu (xırda doğranmış ətə deyilir)

Hazırlanması: 10 dəqiqə/Bişirilməsi: 2 saat/Marinad: 1 gecə

Dörd nəfərlik porsiya üçün ərzaqlar: Raqu hazırlamaq üçün- 800 qr dişi maral əti, 4 ədəd yerkökü, 2 baş Şarlot soğanı, 3 baş soğan, 4 ədəd mixək, 10 ədəd keşniş toxumu, 10 ədəd çəhrayı dənəvər istiot (Braziliya istiotudur, spesifik rəngi ilə seçilir), iki çimdik üyüdülmüş zəncəfil, 1/2 çay qaşığı 4 ədviyyat, 4 dənə dəfnə yarpağı, 1 kəklikotu budağı, 1 rozmarin budağı, 1 şüşə qırmızı şərabın 1/4 hissəsi, 1 litr suyun 1/4 hissəsi, duz, istiot

  • Maral ətini bir gecə qırmızı şərabda bütün ədviyyatlarla bir yerdə saxlayın. Növbəti gün çuqun tavada qızardın.
  • Sonra basdırmaya qoyduğunuz ətin şirəsini üstünə əlavə edin və qazanın ağzını açmadan 1 saat, daha sonra ağzı açıq halda daha 1 saat bişirin.
  • Bütün xörəyi boşqabda süfrəyə verin. Yanında Romanesko kələmindən püre, kərviz, şüyüd yeyə bilərsiniz.

Dukan pəhrizinin mərhələləri və fiziki hərəkət

Fikirlərinizi bildirin.