Dress code – for men. Kişi dress-codu üç hissəyə bölünür – rəsmi, yarırəsmi, qeyrirəsmi. Bu günki gündə rəsmi geyim tərzi dedikdə qalstuklu ciddi klassik kostyumlar nəzərdə tutulur. Əslində isə bu tərz yalnız xüsusi tədbirlər zamanı, diplomatik yığıncaqlarda, təltifetmə mərasimlərində istifadə edilməlidir. Rəsmilik tərzi geyimləri gündəlik və axşam geyimlərinə ayırmaqda başlıca rola sahibdir.

• Morning Dress. Bu ağ köynəklə qara frak və jilet deməkdir. Aksesuarlardan isə cib və ya qol saatlarına, burun dəsmalına icazə verilir.

Dress code - for men

• White Tie. Qara frak ağ jiletka, düm ağ köynək və eyni rəng kəpənəklə uyğunlaşdırılır. Hətda istəsəniz obrazı saatda, dəsmaldan başqa ağ rəngli əlcəklərlədə tamamlaya bilərsiniz.

Dress code - for men

Yarıformal dress-cod teatr, yubiley, toylar və digər bu tupli ziyafətlərin ziyarəti üçündür. Bunun üçün müxtəlif pencəklərdən istifadə edilir.

• Stroller. Bu Morning Dressin rəsmi sərbəst forması hesab edilir. Bu zaman ən yaxşı seçim frakın şaquli xətli olması boz və ya bozun digər rəng çalarlarında olmasıdır. Kəpənək qalstuk və jilet eyni rəng tonlarında olmalıdır.

Dress code - for men

• Black Tie qara kəpənək-qalstukla tamamlanmış qara smoking və jilet nəzərdə tutur. Lakin, qalstuk hazır şəkildə bərkidilməməli, əksinə düzgün olaraq bağlanmalıdır. Ayyaqqabılar klassik oksford və ya derbi olub, materialı dəri olmalıdır. Aksesuarlarda isə qol saatı və dəsmal nəzərdə tutun.

Dress code - for men

Qeyri formal kişi geyimi həmin eyni klassik kostyum hesab edilir. Fakturasından, rəngindən və parçasından onun formallığı müəyyən edilir. Ən ciddi seçim qara klassik kostyum hesab edilir. Digər açıq tonlu kostyumlar isə əksinə, nisbətən az formal hesab edilir.

Normal dress-cod gündüz və ya axşam geyimi arasında ciddi fərq yaratmır. Yazılmamış qanunlara görə səhərlər açıq rəng tonlu geyimlər, gecələr isə tünd rəng tonlu geyimlər geyinilir. Başqa sözlə bu Cocktail geyimi adlandırılır.

Dress-codun bu tipi açıq rəngli köynəklərlə ciddi tünd kostyumu nəzərdə tutur. Corablarda şalvardan bir neçə rəng tonu açıq rəngdə olmalıdır.

• Semi-formal. Bu tərz iş yoldaşları ilə ünsiyyətdə olmaq və biznes müddəfiqləri ilə görüş zamanı geyinilmək üçün nəzərdə tutulub. Açıq rəngli kostyumu rəngli qalstuklarla və köynəklərlə geyinmək olar.

Dress code - for men

Informal – ən çox istifadə edilən geyim tərzi. Burda cəsarətli şəkildə cinslə klassik pencəyin, köynəklə yun gödəkcənin birgə geyinilməsi başa düşülür.

Kişilər üçün iş dress-codun xüsusiyyətləri

Biznes seqmentində dress cod şirkətin ad-sanının nümayişidir. İşçilərin və müdürlərin geyim tərzindən bütünlükdə şirkət haqqında fikir yaratmaq olur. Hər zaman qarşıdan gərən vəziyyətə, vaxta və yerə görə kostyumlar seçilir. Korporativ dress-cod üç yerə ayrılır:

  • Rəsmi. Bu iclaslar zamanı, biznes prtnyorlarla iş görüşməsi zamanı, vəzifəli insanlarla görüşlər zamanı rəhbərlərin seçimi olur. Rəsmi dress-cod birrəngli köynəklər və qalstuklarla klassik kostymuları özündə cəmləşdirir.

  • Korporativ. Şirkətin işçiləri üçün nəzərdə tutulan eyni bir geyim tərzi nəzərdə tutulur. Bu tərz bəzən ofic dress codda adlandırılır.

  • Formalı. Bu tərz xüsusi işləri yerinə yetirən şirkətlərdə və iş yerlərində işçilər üçün nəzərdə tutulmuş formadır (yanğın söndürənlər, kuryerlər, hərbiçilər vəs.).

Dress code - for men

İş geyimləri bəzi əşyaların geyiminə qadağa qoyur:

  • Gün eynəkləri;
  • Trikotaj maykalar (köynəklər);
  • İstehsalçı şirkətin adını aydın şəkildə göstərən şalvarlar;
  • Şortiklər;
  • Ağ və ya rəngli corabları tünd bağlı ayaqqabı ilə geyinmək.
Yay aylarında kişi dress-codunun xüsusiyyətləri

Bir çox məşhurluğa sahib müəssisələr öz işçilərinin görünüşlərinə çox önəm verirlər. Əgər sərin havalarda və ya qış aylarında ofisdə oturan zaman kostyum komfort hissi verirsə, yay aylarında nəzarət və uyğun geyim seçmək məsələləri qəlizləşir. Bu səbəbdəndə kişilərə yay aylarında aşağıdakılar daha məsləhətli hesab edilir:

  • Nazik parçadan tikilmiş kostyumlar və ya sintetik əlavələrlə pampıq geyimlər. Kostyumun rəngi adətən tünd göydən açığa doğru dəyişməli və ya boz, ağ rənglərdə olmalıdır.

  • Corablar şalvarın rənginə uyğunlaşmalıdır.

  • Qolu qısa köynəklərə açıq rəngli qalstuklar əlavə edilir.

İş yerində pencəyin çıxarılmasına icazə verilmir. Həfdənin son iş günü isə sərbəst geyim yol veriləndir (Free Friday və ya Casual Friday). İşçilər bir çox hallarda işə pencəksiz və qalstuksuz gələ bilirlər. Nəticədə şalvarlarda müvafiq olaraq cinslərlə dəyişdirilir.

Dress code - for men

Geyim insanın iş sahəsində nə qədər uğurlu olduğunun göstəricisidir. Düzgn seçilmiş kostyum kişiyə profisional görünüş verərək, Özünü rahat və inamlı görsənməyi təmin edər. Eyni zamanda rəhbərliyi və müştəriləri tərəfindən müsbət qarşılanar.

Kişi geyimində buraxılan 25 səhvQarderobun baza hissəsinin vacib elementləri

Fikirlərinizi bildirin.