Donald Trumpın həyat qanunları. ABŞ prezidenti, Nyu-York, 73 yaş

Mən sevmirəm — uğursuz insanları

Kim düşünürsə — mənim vaxtım artıq keçib, həmin insan dəişətli dərəcədə yanılır.

Öz hislərimi dinləyirəm — bir qayda olaraq aldanmıram. Hamı düşünürdü ki, seçkilərdə qalib gəlməyəcəyəm. Mən isə hər zaman udacağıma inanmışam.

Bütün həyatım — qələbələrdən ibarətdir. Nadir hallarda məğlub oluram. Demək olar ki, heç vaxt.

Sosial media haqqında hər şeyi bilirəm — bəlkədə lazım olandan da çox şeyi. Mənə həyatda deyirlər ki, 140 işarəli Ernest Hemingwayəm.

Yaraşıqlığımın çox hissəsi — varlı olmağımla bağlıdır.

Hər zaman arzulamışam — qiymətsiz olum.

Pullar heç vaxt özlüyündə məni cəlb etməyib — bu mənim üçün sadəcə dünyanın ölçü vahididir.

Bizneslə incəsənət kimi məşğul oluram — kimsə kətan üzərində şəkil çəkir, kimisi isə şeir yazır. Mən isə bacardıqca çox müqavilələr bağlayıram.

Bəzən cəlb edilən ən yaxşı investisiya — sənin hələ yatırmadığın investisiyadır.

Bir çoxlarının fikrincə — mən özümü həvəskar oyunçu kimi aparıram. Həvəskar oyunçular əslində kazinolarda, oyun aparatlarında vaxt keçirirlər. Mən isə əksinə, bu aparatlara və yerlərə sahib olmağı üstün tuturam.

Mən Meksika ilə sərhəddə böyük divar tikdrmək fikrində deyiləm — ancaq heç kim məndən savayı divar tikmək bacarığına sahib olmadığından mən onu çox ucuz qiymətə tikəcəm. Çalışacam ki, Meksika özü bu tikintinin pulunu versin. Mənim sözlərimi unutmayın.

Necə yəni — mən Çini sevmirəm? – bir zamanlar çinlinin birinə evimi 15 milyona satmışam. Bundan sonra onları necə sevməyə bilərəm?

Özümüzü İraqda necə apardığımıza diqqət yetirin — biz məktəb tikirik, yollar salırıq. Sonra isə kimsə o məktəbləri partladır. Biz yenidən məktəb tikirik. Kimsə yolları dağıdır və biz yenə də yol qururuq. Ancaq buna baxmayaraq biz lənətə gəlmiş məktəbi Bruklində tikə bilmirik.

Mənə elə gəlir ki, — biz beynəlxalq ticarət mərkəzini tikməyə başlayarkən həmin binanı bir mərtəbə artıq tikməli idik. Axmaq proyektlər dalınca qaçmaq lazım deyildi.

Fikrimcə ABŞ-ın ən böyük problemi — bacardıqca siyasiredaktor kimi çıxış etmək istəyidir.

Bəyan etməyə şadam — uşaq abortlarına qarşıyam.

Elə bir dünyada yaşayırıq ki, — insanlar düşünür: yaxşı insanın siyasətdə işi olmaz.

Mən hər zaman böyük məmnuniyyət hissi ilə əl sıxıram — fikrimcə əl sıxmağı sevmirsənsə, siyasətçi ola bilmərsən.

Kiməsə elə gəlir ki, mənim barmaqlarım balacadır — ancaq, barmaqlarım uzun və gözəldir – digər bədən hissələrim kimi. Bu məlumatlar ciddi şəkildə məxviləşdirilib.

Gözəl qadınları sevirəm — gözəl qadınlar da məni sevirlər. Yaxşıki, hər iki tərəfdən bu ideal işləyir.

İvankanın (Trampın qızı) — əla bədən quruluşu var. O mənim qızım olmasaydı onunla görüşərdim.

Bizim imkanlı vəziyyətimizi uşaqlarımızın üzərinə yıxmaq lazım deyil — bu onların həyatlarını məhv edər.

Əgər hələdə düşünmək qabiliyyətindəsənsə — geniş məsələlər barəsində düşünməyə çalış.

Bundan böyük günah yoxdur — yaxşı idea düşünüb, realizə etməmək.

Heç vaxt məzuniyyətə çıxmayın — əgər işdən həzz ala bilmirsinizsə, deməli sizə lazımlı olan yerdə işləmirsiniz.

Devizim — hər zaman ən yaxşıları işə götür, ancaq heç vaxt onlara güvənmə.

Əgər sənin rəhbərin sadisdirsə — onu işdən çıxar və özünə yeni rəhbər tap.

Qalibiyyətdən — yalnız uğursuz insanlar həzz ala bilər.

Mən hər zaman üzr istıməyi bacarıram — əgər yanlış oluramsa.

Robert de Niro həyat qanunlarıFidel Kastronun həyat qanunlarıBruce Willisin həyat qanunları

Fikirlərinizi bildirin.