Donald Trump uğur prinsipləri.

◊ Həyaınızı sevmədiyiniz işə həsr etməyin. Həvəsdən daha çox xeyir olur. Seçdiyiniz işə özünüzü daha həvəsli həsr etmək üçün onu ürəkdən sevmək lazımdır.

◊ Hədəflərinizi yüksəkdən götürün. Ətrafdakıları təəcübləndirin. Özünüzə sual verin: “Mənim adım çəkiləndə hansı standartlar anlaşılamlıdır?”. Həmin standartları özünüz üçün müəyyən edin və onlara riayət edin. Özünüzü və ətrafdakıları aldatmayın.

◊ Trumpın miqyasları ilə düşünün. Nə qədər çox olsa, o qədər yaxşıdır. Geniş düşünmək mümkün olduğu halda, kiçik düşünmək öz imkanlarını məhdudlaşdırmaq deməkdir. Bu halda özünüzü gözəl prespektivlərdən məhrum etmiş olarsınız. İnsanlar böyük işlər görməyi bacarırlar, lakin bunun üçün istəkləri olmalıdır. Psixoloji qaydalardan başlayın.

◊ Sona qədər dözümlü olun. İnadkarlıq göstərin. Bəzi insanlar səbirsizdirlər və tez nəticə əldə etmək istəyirlər. Lakin, bəzən gözləmək ən doğru seçimdir. Gözləmək üçün isə iradə lazımdır.

◊ Savadınız olmasa, şansınız yoxdur. İnformasiyaları toplayaraq istifadə edin. Təhsil almaq üçün cəld hərəkət edin və həmin tempdə də davam edin. Yaşınızın neçə olduğunu və nələrə nail olduğunuzu düşünməyin. Təhsil intellekti inkişaf etdirir. Bu isə sizə yeni maraqlar tapmaqda yardımçı olacaq. “Hər hansı sahədə fəaliyyətə başlamamışdan öncə bu barədə daha çox şeyləri örgənməyə çalışıram”. Məlumatsızlıq bağışlanacaq məsələ deyil və o uğursuzluğa aparan bir nömrəli səbəbdir. Məlumatsızlığın bəhanəsi yoxdur.

◊ Siz işdən çıxarıldınız! Bu sözü heç vaxt eşitmək istəmirsən. İşdən azad etmə məsuliyyətli və vacib bir işdir. Bu xoş olmasa da, çürümüş bir budağı kəsməklə bütün ağacı xilas etmək mümkündür.

◊ Hərəkətlərlə sübuta yetirməyə çalışın. Hərəkət edərək və risk edərək örgənin. Profesionalın gördüyü iş kənardan tər ilə görülən əziyyət hesab edilmir. Çünki onun arxasında təhsilə həsr etdiyi minlərlə saatlar dayanır. Heç kim görməsə belə, profesionallar daima məşq edirlər, yeni təcrübə mənbələri axtarırlar. Buna görə onlar qüsursuzdurlar. Biznesin problemlərini anlamaq üçün biznesdə iştirak etməlisən. Təcrübə yalnız praktika ilə formalaşır.

◊ İntuisiya – ən yaxşı məsləhətçidir. Özünüzə qulaq asın. Hara düşmək istədiyiniz yalnız sizə məlumdur. Ətrafdakıların hamsının sizin yalnış olduğunuzu deməklərinə baxmayaraq intuisiyanıza güvənməyiniz güc tələb edən məsələdir. Ən son anda baş verənlərin məsuliyyəti sizin üzərinizdə olacaq. Bu sizin pulunuz, sizin həyatınız, sizin biznesiniz və sizin seçiminizdir.

◊ Özünüzü gözəlliklərlə əhatə edin. Hər şeydə həyatınızı yaxşıya doğru dəyişdirin. Tərzi heç bir pula almaq mümkün deyil. “Mənim üçün tərz və uğur ayrılmaz məvhumlardır. Onların yalnız birinə sahib olmaqla razılaşa bilmərəm”.

Donald Trump uğur prinsipləri.

◊ Qalib olmaq üçün danışıqları necə aparmaq lazımdır? Diplomatiyanı hərəkətə keçirin. “Fikrimcə sərfəli müqavilələr bağlamaq bacarığı təzyiq göstərməklə deyil, inandırmaqla əldə edilir. İnandırmaq bacarığı ən böyük diplomatik yanaşma tərzidir. Sizi dinləyənlər sizinlə həmfikrə çevrilməlidirlər”.

◊ Bəyəndiyiniz insanlarla çalışın. Bu ən azından kolleqalarınız arasında düşmənə sahib olmaqdan daha yaxşıdır. “Hər zaman sizi misal göstərsinlər. Bu halda sizə lazım olan insanlar özləri sizə yaxınlaşacaqlar”.

◊ Axına qarşı üzün. Örgəşdiyiiz komfortu görməmək sizi məyus edə bilər. Düzdü, biçilmiş sahədə gəzmək daha rahatdır, ancaq maneəsiz axın ən uğursuz seçim ola bilir. “Əgər sizə problemlərsiz komfortlu həyat xoşdursa, lap yaxşı elə də yaşayın. Ancaq bu mənlik deyil”.

◊ Pul heçdə hər zaman önəmli deyil. Bəzən prosesin özü nəticədən daha vacib olur. “Mən yalnız müqavilənin predmeti və onun icra alqaritmi mənə maraqlı olduğunda müqavilə bağlayıram”.

◊ Şablonlardan uzaq durmağa çalışın. “Hər bir fərqli hərəkət sizə güc verə bilər. Adaptasiya köhnə olsa da, hələdə effektiv mettdur”.

◊ Rəqabət və sürət çox güclü məsələlərdir. Hədəfə addımladığınız yoldan kənara çıxmayın. “Saysız hesabsız prezentasiyalar reklam vərəqləri kimi bir şeydir. Bir çox insanlar, əsasəndə biznesmenlər bunu heç sevmirlər”.

◊ Çox, daha çox. Hər zaman özünüzü üstələməyə çalıın. “Uğur üçün özünüzdə özgüvən və qalibiyyət həvəskarı imicini formalaşdırmalısınız. Bu sizi və ətrafınızdakıları həvəsləndirər”.

◊ Diqqətiniz oyunda olsun. Günahkar axtarmayın. Düşdüyünüz vəziyyəti düzəltməyə çalışın.

Biznes motivasiya haqqında statlarRoman Abramovichdən 10 məsləhətStiv Cobsdan 6 inadkarlıq qanunu

Fikirlərinizi bildirin.