Qadın dolçaların sexsual xüsusiyyətləri

Qarşı tərəfin gözlərində işarə görən dolça qollarını çirməliyərək hərəkət keçməyə can atır.

Dolça bürcü altında anadan olan heç bir qadın ona qarşı kiminsə maraqsız baxmağına imkan verməz.

Lakin, əgər kişi onun üçün maraqsızdırsa, o sühbətləri və saymaz yana hərəkətləri ilə onu bezdirə və özündən çıxarda bilər. Əksinə, onun maraq dairəsindədirsə çox mədəni görünərək öz yaxşı tərəflərini göstərmək bacarığına malikdir. Ancaq bu zaman kişi də az əziyyət çəkməli olmur.

  • Qadın dolçaya bir şəxsiyyət kimi yanaşmalıdır.

  • Ona ilahi bir quvvə kimi səcdə etməlidir.

  • Hər zaman və her yerdə onunla fəxr etdiyini hiss etdirməlidir.

  • Özünü yataqda hər gün, hər saat bacarıqlı göstərməlidir. Nahar vaxtlarında fasiləyə çıxaraq, axşam yenidən əyləncələrə hazır olmalıdır.

Temperament və fantazyalar

Dolça qadınlarla görüşmək bir növ sexsual sürgündə olmaq kimidir. Ancaq bu sürgündən qaşmağı heç kim arzulamır. Eyni zamanda nəzərə alın ki, potensiya da tələbatdan aslı olaraq arta bilər. Dolçadan sonra digər münasibətlər sönük görünür.

Təbiət qadınları ürək açıqlıqla təmin edib. Dolçaları isə sexsual hislər yaşamaqla hədiyyələndirib. Eyni zamanda, dolçalar bu mövzuda söhbət etməyi, müzakirə etməyi və yenilikləri düşünməyi sevirlər. Bu isə intim mövzuda istənilən problemləri həll etməyə kömək edir. özünü dolça qadınların ağuşuna verən kişilər tezliklə sexsual komfortun pik həddində olduqlarından xəyanəti heç düşünmürlər belə.

Aludə olmaq və baş çıxarmaq

Təəssüf ki, bəzən dolça qadınlar kişilərin təkcə intim abaxımdan sıxmırlar, nunu bütün həyatda tədbiq edirlər. Bu şəkildə bütün diqqətdə və idarə etmə istəyində saxlamaq bezdirici ola bilir. Kişi inadkarlığı onları ağla gəlməs məsələlərə təhrik edə bilər.

Bütün ömrü boyu gərginlikdə va narazılıqda aşamağı dolça bacarmaz. Bu səbəbdən də qış ayında anadan olan xanımlar haqda iki fikir səsləndirilir: bir tərəfdən onlar tam inam və qarşılıqlı hörmət bəslədiyi kişi axtarışındadır, digər tərəfdən isə, güclü, məqsədli, müsdəqil liderlərə maraq göstərillər.

Dolçaların sexsual xüsusiyyətləri

Dolça qadınların erotik falı

Birdən-birə bəyəndiyi kişi ilə harda oldu sex dolça qadınlara uyğun məsələ deyil. Qadın seçdiyi kişi ilə maşında və ya dostların bağ evində cinsi əlaqədə ola bilər, lakin, bu sinanmış və əminlik yaratmış kişi olmalıdır.

Dolçanın bədəninə toxunmaq istəyində olmaq asan məsələ deyil. Tələsik hərəkətlər dolçaları qorxuda və uzaqlaşdıra bilər. İncəlik və ehtiyyatlı davranış qalibiyyətin açarıdır. Bahalı hədiyyələr, bahalı turlara dəvət onların könlünü almağa imkan yaradar.

Kişi qadının tam ürəyincə olmaya bilər. O uzun müddətli fikirləşə və götür qoy edə bilər. Bəlkədə onun üç artıq üç məşuqu var artıq. Seksual qrafiki zəngin ola bilər.

Ancaq təcrübəli dolçalar hadisələrin gedişatını ele qura bilərlər ki, heç bir məşuqun bir-birindən xəbəri belə olmaz, bir-birlərinə mane olmazlar.

Məşuqlar rəqib deyilsə

Eyni anda bir neçə məşuqun olması dolçalar üçün sanki bir məcburiyyətdir. Ətrafındakı kişilərin çatışmamazlığının bir sığortasıdır sanki. Bir neçə insan materialından istifadə edərək qadın dolçalar ideal kollektiv nəticə əldə etmək istəyindədirlər.

Lakin, qarşıda bir çox ideal xüsusiyyətləri özündə birləşdirən kişi olursa bütün təcrübələr dayandırılır. Bu zamandan etibarən sanki həyat yenidən başlayır. Keyfiyyətli tərəf müqbilinə qısqanmağa və narahatçılığa əsas qalmır. Dolça qadağalarla hərəkət etmir, anlayışla addım atır.

Dolçalar üçün sevdikləri kişi birinci və tək olur. Keçmiş isə artıq yox olur.

Kişi dolçaların sexsual xüsusiyyətləri

Kişi dolçalar haqqında fikirlər ikili xarakder daşıyır: ya onlar şıltaq şəkildə vurulurlar, ya da ümumiyyətlə sevə bilmirlər. Hər iki fikri düzgün hesab etmək olar. Hə iki xüsusiyyəti eyni dolça bürcü olan insana şamil etmək olar.

Sexsual fala əsasən dolçalar həm daimi birlikdə olduğu qadınları, həmdə gözlənilməz rastlaşdığı qadınları bacarıqlı şəkildə təmin edə bildirdikləri deyir. Bu onun üçün bacardığı və sevdiyi bir sahədir.

Diqqətlilik, qulluqda durma və ilk addım atma

Qadın mühütünə düşmüş dolça tam səmimiliklə onları valeh etmək istəyir. O rəfiqələr arasında olan biclikləri arxada çevrilən oyunları anlamaz. O qadınların hamsını cazibədar hesab edir və hər biri üçün uyğun söz, uyğun diqqət göstərə bilir.

Az zaman ərzində caymaqlaşan qadınların hamıdan birinci dolçanın yatağına girmək istəyi təəcüblü deyil. Münasibətləri uzun ömürlü alınmayanlar isə dolçanın sevmək bacarığı olmadığını şayə kimi yaymağa çalışarlar.

Dolçaların sexsual kəşfləri

Dolça ilə birlikdə, münasibətdə olan insanların sonradan ayrılarkən əzab çəkmələrinin əsas səbəblərindən biri də, onların sex zamanı vəhdəti düşünmələri, yəni öz həzzi ilə bərabər qarşıdakı insanında tam həzz almasını fikirləşməsidir.

Lakin qadınlar müxtəlifdir. Hər birində özünə uyğun rəftar tərzi var. Hər birinin üstünlük verdikləri həzz formaları, orqazma çatma üsulları var. İntelekt səviyyəsinə malik dolçalar üçün hər bir qadın oxunmamış bir kitab, həll edilməmiş bir məsələdir. Bu bu məsələlər ciddi həll yolları tələb edir.

Dolça heç vaxt yataqda “sənin necə xoşuna gəlir?” sualını verməz. Həmdə demək olarki, heç bir qadın bunu düzgün cavablandırmaz. O bütün variantları yoxlamağa və təcrübədən keçirməyə hazırdır. Qarşıdakı insanın hislərinə əsasən nələri bəyəndiyini müəyyən edər.

Dolça kişilərin erotik falı

Dolçaların xoşuna gəlmə üçün ciddi cəhtlər göstərməyə ehtiyac yoxdur. Dolçalar diqqətlə baxdıqları istənilən qadından xoşlana bilirlər. Sadəcə problem onun diqqətini necə cəlb etməkdədir.

Dolçalar üçün əsas məsələ qadınla maraqlı olmasıdır. Əgər münasibətlərdə maraq olmasa, birlikdə olmaq uzun müddətli olmaz. Hətda maraqlı olsada tam örgənilmiş qadın belə dolçalara maraqlı olmaz.

Dolçalar tapmaca tapmağı sevirlər

Dolçaları valeh etmək istəyindəsiniz? Öz üstünlüklərinizi müəmmalı şəkildə biruzə verdirin. Gözlərinə baxaraq danışmayın, sanki nələrisə gizlədirsiniz.

Onlarla söhbət zamanı şən və sevincək görünün. Lakin, geniş təfəruatlara varmayın. Öz fikirlərinizi əsaslandırmağa çalışmayın. Dolçalara sizi kəşf etməyə imkan verin.

Əlbətdəki, ən əsası yaraşıqlı axmaq kimi görünməməyə çalışın. İlk görüş çox önəmlidir. Dolçalar ilk görüş zamanı insan haqqında fikir yürütməyə önəm verillər.

Ruhən bağlılıq

Kişi dolçalara uzun-uzadı söhbətlərlə qadın uzqgörənliyini anlatmaq mənasızdır. Hav ünsüründən olan dolçalar onsuzda bu kimi şeylərə meyilli deyillər. Bəlkədə o həyatla bağlı düşüncələrini dilə gətirmir, çətinlikləri bölüşmür. Həc bu səbəbdən də, ona əziyyət verməyə dəyməz.

Ən rahatı və xoşa gələn tərəf onu sexsual yeniliklərə cəlb etmək olar. Beləliklə, özünüz uçun və onun üçün yeni kəşflər edə bilərsiniz. Birlikdə qət edilən yol dolçalar üçün müqəddəs hesab edilir. Əgər sizinlə uzun müddətli sevgi görüşlərindən sonra ayrılsa belə, əmin olun sizi hər zaman xatırlayacaq. Yeni məşuqlarına yaxşı mənada misal çəkəcək.

Dolça hər yerdə özünü rahat hiss edir
Dolça və qoç

istənilən ortamda, istənilən yaşda və istənilən xarakterdə insanlarla öz aralarında rahat yola gedirlər. Bir çox hallarda cütlüklər arasında qoçlar liderlik edirlər. Dolçalarla qoçlar arasındakı münasibətlərdəki uyğunluq tez baş verir.

Dolça və buğa

bir-birlərini nəyinki sevirlər hətda bir-birləri üçün dəli olurlar. Dolça kənara nə qədər baxsada buğanın çağırışlarına məmnuniyyətlə cavab verir. Buğanı sevmək ağır işdir. Bu səbəbdən də imkan düşən kimi dolça sevgililərini rahatlıqla dəyişir.

Dolça və əkizlər

sanki iki damcı civədir. Gah bir-birlərini cəlb edərək birləşirlər, gah da əks istiqamətlərə qaçaraq parşalanırlar. Bir-birlərini tapan zaman bürclər öz dünyalarını yaradaraq biləşirlər, portnyorun maraqları ilə yaşayırlar, çətinliklərə baxmayaraq sevdiklərini qoruyurlar. İdeal cütlük, möhkəm əlaqə, xöşbəxt ailə.

Dolça və xərçəng

birlikdə olan zaman həfdənin hər birinci gün həyatlarını yeidən başlamağa qərar verirlər. Beşinci gün dalaşmağa, şənbə günü barışmağa, bazar günü hər şeyi unutduracaq sexlə məşğul olmağa, sonra isə yenidən narazılığa başlamaq. Əgər həyatları bu şəkildə spiral vari davam edirsə yaxşı hal hesab edilə bilər. Əks halda ürək açan olmur.

Dolça və şir

münasibətlərində dolça hər zaman şirin caynaqlarından qaçmağa nail olur. Sevgi şikarını əldə etmək üçün şir bütün gücünü sərf edərək istənilən variantlara əl atmağa hazır olur. Lakin, sonucda şir dolçanın şikarına çevrilmiş olur. Ehtirasın coşması fonunda münasibətlərin müddəti dolçanın istəklərinin bitdiyi yerə qədər davam edir. O ya onu ev pişiyi edər, yada vəhşi təbiətə buraxar.

Dolça və qız

münasibətlərində qız hər zaman dolçanı maraqlandırır. Bir çox hallarda bu intelektin sayəsində baş verir. Sexsual düşüncələr ikinci plana keçir. Dolçalara qızlarla bir çox şeyləri təcrübədən keçirmək xoş gəlir. Öz soyuqqanlılığı ilə qız bütün cəhtlə dolçanı yanında saxlamağa çalışır. Dolça isə öz növbəsində düşdüyü vəziyyətdən çox məmnun görünür.

Dolça və tərəzi

birləşməsi maraqlı və xoşagəlimli cütlük hisləri bəxş edir. Dolça bir çox hallarda tərəzilərə yaxşı mənada həsədlə baxır. Birlikdə olmağı, qucaqlaşmağı, birlikdə vaxt keçirməyi sevirlər. Dolça ilə tərəzilərin qurduqları ailə həyatı kifayət qədər uzun müddətli ola bilər.

Dolça və əqrəb

münasibətlərində isə, əqrəb bütün ehtirası ilə dolça barəsində maraqlana bilər. Ərqəblərin bütün istəkləri onları ələ almaqdan ibarət olur. İlk başdan qızışan hislər zamanla dolçalar üçün yorucu hala çevrilir. Təssüfki, dolçaları sadəcə qucaqda boğmaqla çox şeyə nail olmaq olmur.

Dolça və oxatan

görüşündə dolça oxatanla tanış olduqdan sonra həyatı dərk etməyə, anlamağa başlayır. Əks cinsin nümayəndəsi ilə birlikdə olmaq bacarığı formalaşır. Lakin, hər ikisinin kənarda münasibət qurmaq hallarıda mövcut olduğundan onlar arasında demək olar ki, qızqanclıq narazılıqları yaranmır.

Dolça və oğlaq

birikdə olanda oğlaq dolça üçün sanki podyumda bir model kimi və ya kəşflər üçün uyğun labarotoriya kimi görünür. Oğlağın üzərində dolça yeni texnikaları örgənir, sınaqdan keçirir. Bu sınaqlar əsas sex mövzusunda aktivlik təşkil edir. Tanışlıqdan sonra oğlaq təəcüb içərisində dolça ilə fəxr edir.

Dolça ilə dolça

dost, yoldaş və qardaşdılar. Ancaq məşuq olsalar bu daha gözəl olur. Əsas odur ki, portnyorların maraq sahəsi fərqli olsun. Əks halda bir-birləri ilə rəqabətə girərlər, bu isə münasibətlərin sonu deməkdir. Dəlisov sevgi dolçalar arasında olmur. Eyni zamanda əzablı boşanma hallarına da rast gəlinmir.

Dolça və balıqların

münasibətində balıqlar dolçaların baxışlarına həvəslə cavab verirlər. Münasibətlər zamanı dolşaya çox bağlanırlar. Lakin, sonradan əzabla onun sevgini digər bürclər arasında necə paladığına baxarlar. Nəticədə qısqanclıq baş verə bilər. Bu səbəbdən də, çox vaxt münasibətlər bitmiş olur.

Dolçalar üçün önəmli daşlar

Təbii firuzə dolçanın bütün başlanğıclarında ona köməkdir. Düzdür, kişilər üçün firuzə ilə işlənmiş aksesuarlar elede çox deyil. Lakin, qiymətli daşın əsasən xanımla tanış olarkən dolşanın üzərində olması vacib məsələdir.

Mavi rəngin istənilən rəng çaları dolça üçün düşərlidir. qızıl və ya platin üzərində olan boz-mavi sirkon daşlar dolça kişilərin cazibədarlığını artıran ünsürdür. Spafirin boz çalarları isə qadın dolçalara baş gicəlləndirmə bacarığının artmasına yardımşı olur.

Yaşma, xalsedon isə ailəli dolçalar üçün düşərli hesab edilir.

Buğaların sexsual xüsusiyyətləriTərəzilərin sexsual xüsusiyyətləriƏqrəblərin sexsual xüsusiyyətləriOğlaqların sexsual xüsusiyyətləri

Fikirlərinizi bildirin.