Dil haqqında 8 fakt

341
Dil haqqında 8 fakt

Dil haqqında 8 fakt

  • Yer üzündə hər iki min insandan biri dilsiz doğulur. Ümumiyyətlə dilsiz. Bu fəqrliliyin adı aqlossiya adlanır. Bəxtiniz gətirib ki, bu cür problemlə doğulmamısınız.
  • Bizim dilimiz yalnız dörd növ dad bilmə formasını ayıra bilir. Duzlu, turş, şirin və acı. Dad bilmə üçün dilin üzərində xüsusi reseptorlar möcvutdur. Lakin bu hissiyyat reseptorlarının çoxu dilin kənarlarında deyil, üzərində yerləşır. Buna görə də, siz dilnizin ucunu nəyəsə toxundursanız belə onun acı və ya şirin olduğunu hiss edəcəksiniz. Sadəcə dilin ucunda yaranan hiss nisbətən zəif hiss ediləcəkdir.
  • Digər insanlardan fərqli olaraq çinlilər və yaponlar dadın dörd deyil, beş formasının olmasını iddia edirlər. Beşinci dadı onlar “ağıl” adlandırırlar. Bu dad bizim beyinizizdə ət yemək kimi hissiyat yaradır. Bunun nəticəsi natrium qlutamin hesab edilir. O demək olar ki, bütün ət məhsullarında rastlanır. Bundan başqa pomidorun da tərkibində mövcutdur. Soya sousu isə bir başa olaraq “ağıl” funksiyasının nəticəsidir.
  • Alimlər yaponlardan daha da irəli gedərək, ümumiyyətlə insanın hemoresepsiyası (yəni dil ilə hiss etmə qabiliyyətimizi) “metal”, “yanma”, “nanə”, ” qələvi “və s. daxil olmaqla onlarla dad qrupunu mükəmməl qəbul etdiyini sübut etmişlər.
  • Fərqli insanlarda dilin kvadrat santimetrinə düşən dad reseptorlarının sıxlığı demək olar ki, fərqli olur. Yəni, reseptorlar daha böyük ola bilər. Təsəvvür edin ki, bəzi şanslılar kolbasa dadını on qat çox dadacaqlar! Xoşbəxtlikdən, kainatdakı şeylər o qədər ədalətsiz deyil: dadı tanımaq üçün əsas rolu dil deyil, beyin oynayır. Məhs beynimiz qoxudan gələn siqnallardan istifadə edərək bizdə fərqli ləzzət hissi yaradır. Buna görə də, insan ağzında saysız hesabsız reseptorlara sahib ola, ancaq sendviç yeyərkən ekstaz halı yaşamaya bilərsiniz. Beyin bütün impulsları normallaşdırır və hamarlaşdırır. Siz ac olduqca yemək sizə o qədər çox dadlı gələcəkdir. Tox olduqca isə, əksinə sevdiyiniz yemək belə sizə maraqsız və tamsız görünəcəkdir. Xəstələnib burnunuz tutulduqda isə, ümumiyyətlə tamı qarışdırmış olacaqsınız. Bu halda beyin iyləri tam seçə bilmir və ona uyğun olaraq tam duyma qabiliyyətimiz pozulur.
  • Qoxu kimi dad da tez zamanda yox olur. Siz onunla bir dəqiqə aktiv tanışlıqdan sonra ayrılmalı olursunuz. Ancaq, burun ətrafında yerləşən reseptorlardan fərqli olaraq dildəki mərkəzlər yeni tamlara doğru tez zamanda dəyişə bilirlər. Yəni, əgər siz limon yeyib üzərindən kremli şirniyyat yesəniz, ağız dadınız uzun müddət qarışıq və fərqli tamı sizə yaşadacaqdır.
  • Aşpazlar və qənnadıçılar peşə xəstəliyinə sahibdirlər – “funksional pozuntu”. Bir aşpaz həddindən artıq işləyirsə, isti bir qazanın ətrafında çox uzun zaman dayanarsa və ya vanil və digər darçının qoxusunu çox alarsa, ləzzəti tanımaq qabiliyyəti tamamilə itə bilər. Bu vəziyyət ümumiyyətlə bir neçə saat davam edir və sobadan uzaqlaşdıqdan sonra düzəlir. Ancaq bəzən dad bilməmək uzun müddət baş verir və bu müddət bir faciyəyə çevrilir. Çünki belə bir pozuntu peşə vəzifələrini yerinə yetirməyə mane olur. Əlbətdə ki, o, orduda və ya məktəb bufetində işləmirsə.
  • 2004-cü ildə Britanyanın Uorika Universitetinin alimləri və 2008-ci ildə Sank-Peterburq universitetinin alimləri Yuri Vlasov, Andery Leqin Top Vergata Roma universitetindən olan italialı kolleqaları ilə birlikdə  elektrik dil yaratmaq qərarına gəlirlər. Cihazın məqsədi qəliz tərkibə malik qidalarda tamların müəyyənləşdirilməsindən ibarət idi. Nəzəri olaraq, bu “dil” peşəkar dadçıları əvəz edə bilərdi, amma praktikada olduqca faydasız oldu: küçədən keçən istənilən adam bu cihazdan daha yaxşı yediyinin acılı və turş olduğunu, yağlı və şirin olduğunu deyə bilər. Cihaz, müəyyən kimyəvi siqnalların varlığını və ya olmamasını ayırd edə bilir, amma təəssüf ki, yeməyi sevib sevmədiyini tamamilə deyə bilmir.

Ereksiya haqqında 10 maraqlı faktKlitor haqqında 15 fakt

Əvvəlki məqaləAvtombil (Kuzov) – Kuzovun qaynaq edilməsi və yığılması
Növbəti məqaləBürclərə görə ən aqaressiv kişilər

Fikirlərinizi bildirin.