Depressiyanı artıran 5 ərzaq. Keyfiniz aşağıdır? Amma siz böyük qab salat əvəzinə böyük dilim pizza ilə kifayətlənmək istəyirsiniz? Çox güman ki, bu sizin depressiyanızı yüngül səviyyədən ağırlaşmaya qədər aparıb çıxaracaq. Məsələ orasındadır ki, keyfsiz olduğunuz zaman ürəyinizdən keçən yeməklər sizi dahada depressiyaya sala bilir. Bu fikirləri Nyu-Yorkdan olan dietoloq Keri Qlassman inadla səsləndirmişdir.
İnsan əhavlı ilə bağırsaqları arasında əlaqənin örgənilməsi ilə bağlı aparılan araşdırmalar hər dəfəsində bizi təəcübləndirir. Prihiatriya professoru Qarold Koeniqsberqin açıqlamalarına əsasən “Biz bəzi qidaların bağırsağın mikrobiomasına yardımçı olduğunu və bunun keyfimizə necə müsbət təsir etdiyni müəyyən etdik. Digər tərəfdən uzun müddətli araşdırmalar neqtiv təsirə malik ərzaqları da müəyyən etməyə imkan verdi.”.
Beləliklə, keyfiniz o qədərdə yaxşı deyilsə, bu 5 ərzağın istifadəsindən yayınmağa çalışın. Yoxsa sizin depressiv vəziyyətiniz daha da ağırlaşa bilər.

Şirniyyatlar:
Uğursuz hesab etdiyiniz günü şkaladlı peçenye ilə yekunlaşdırmaq istəyərkən bilin: qanda şəkərin miqdarının artımı ilə baş verən qısa müddətli eyforiya halından sonra, eyni ilə o cür sürətli enmə vəziyyəti yaşanır. Eyni diaqram əksinədə işləyə bilər. Araşdırmalara görə vitaminlər, tərəvəzlər, meyvələrlə dolu pəhrizlər depressiya riskini minimuma endirə bilir.
Energetik içkilər:
Bədəninizi enerji ilə təmin etməli olan energetik içkilər sizi əksinə gücsüz və halsız edə bilər. Az miqdarda kofein sizin narahatlıq hissinizi artıra bilər. Kofeinlə şəkərin birləşməsi sizə vurulan zərbəni daha güclü edə bilər. Ümumi oxunuşa təqdim edilən araşdırmaların nəticəsinə görə uzun müddət depressiyadan əziyyət çəkən insanlar energetik içkilərdən imtina etdikdən sonra tədricən vəziyyətlərinin düzəldiyini, yorğunluq hislərinin aradan qalxdığını bildirmişlər. Kofeinlə şəkərin birləşməsi qanda şəkərin səviyyəsini sürətlə qaldırır və beyinə əlavə stress halları yaşadır. Nəticədə özünüzü daha yorğun, əzgin hiss etməyə başlayırsınız.

Depressiyanı artıran 5 ərzaq

Spirtli içkilər:
Əgər siz gərgin iş günündən sonra bir qədəh çaxırla özünüzə istirahət vermək istəyindəsinizsə, bu həvəsdən çəkinməyiniz yaxşı olardı. Spirtli içkilər mərkəzi əsəb sisteminin qıcıqlandırırki, nəticədə sizin fikirləriniz, anlaqlı vəziyyətiniz, qərarlarınız emosyanal təsirlərə məruz qala bilir. İçmək həvəsi sizdə marağı artırmağa, ölçünü keçməyə səbəb ola bilər. İçkili vəziyyətdə köhnə xatirələrin yada salınması, küskünlüyün artması peşmançılıqla nəticələnəcək qərarların verilməsinə səbəb ola bilər.
Aspartam:
Bu süni şəkər əvəzləyicisidir. Adətən dietik qazlı sularda, bəzi səhər yeməklərinin tərkibində rast gəlinə bilir. Şimal-qərbi Oqayo universitetinin araşdırmalarına əsasən aspartam depressiyanın simptomlarını ağırlaşdırır. Beləki aparılan araşdırma məcburiyyətdən yarıda saxlanılmışdır. Asparin qəbul edən iştirakçıların bəzilərində suiqəst fikirləri yaranmışdır. Həkimlərin fikrincə aspartam serotoninin (xöşbəxtlik harmonunun) ifrazını bloklaşdırır, baş ağrıları, yuxusuzluq, keyfin sürətlə enməsinə səbəb olur.
Soya yağı:
Bu xeyirli olmayan yağ bir çox bağlamada satılan ərzaqların tərkibində mövcutdur. Plos One jurnalının məlumatlarına əsasən yağ 48% depressiya riskini artırmış olur. Məsələ burasındadır ki, Omeqa-6-nın yüksək səviyyədə olması orqanizimdə soyuqdəymə prosesini gücləndirir. JAMA jurnalının məlumatına əsasən bu zaman antiinflamatuar həblrinin qəbulu yaranmış riskin dərəcəsini endirməyə yardımçı ola bilər.

İmmuniteti gücləndirən 5 kokteylKifayət qədər yatsanızda yorğunluğunuz keçmir?

Fikirlərinizi bildirin.