Dayanma və durma (maddə 52)

72
Dayanma və durma (maddə 52)

Dayanma və durma (maddə 52)

I.Nizamlama vasitәlәrindә başqa göstәriş nәzәrdә tutulmamışdırsa, nәqliyyat vasitәlәrinin yolun sağ tәrәfindә – yol çiyinindә (şəkil 1); yol çiyini olmadıqda isә yolun hәrәkәt hissәsinin kәnarında bir cәrgәdә dayanmasına vә durmasına icazә verilir (şəkil 2, 4). Yanqoşqusu olmayan motosikletlәr, mopedlәr vә velosipedlәr yolun hәrәkәt hissәsinin kәnarında iki cәrgәdә dayana vә dura bilәrlәr (şəkil 1, 4).

II.Yolun sol tәrәfindә dayanmağa vә durmağa yaşayış mәntәqәlәrindә tramvay yolunun olması sәbәbindәn sağ tәrәfdә dayanmaq mümkün olmadıqda (şəkil 5); vә ya birtәrәfli hәrәkәt yollarında (icazә verilәn maksimum kütlәsi 3,5 tondan çox olan yük avtomobillәrinә birtәrәfli hәrәkәt yollarının sol tәrәfindә dayanmağa yalnız yük götürmәk vә ya boşaltmaq üçün) icazә verilir (şəkil 6, 7). Yolun hәrәkәt hissәsinә bitişik sәkinin kәnarında durmağa yalnız minik avtomobillәrinә; motosikletlәrә; mopedlәrә vә velosipedlәrә bu şәrtlә icazә verilir ki, onlar piyadaların hәrәkәtinә mane olmasın (şəkil 8, 9, 10).

Yolun hərəkət hissəsinə bitişik səkinin kənarında, 5.15 nişanının 7.6.2, 7.6.3, 7.6.6; 7.6.7, 7.6.8, 7.6.9 lövhəcikləri ilə (şəkil 11) quraşdırıldığı parklanma yerlərində; yalnız minik avtomobilləri, motosikletlər, mopedlər və velosipedlərin parklanmasına icazə verilir (şəkil 12).

III.Yaşayış mәntәqәsindәn kәnarda uzunmüddәtli dincәlmә, gecәlәmә vә istirahәt üçün durmağa yalnız bu mәqsәdlә düzәldilmiş meydançalarda vә ya yoldan kәnarda icazә verilir.

IV.Aşağıdakı yerlәrdә dayanma qadağandır:

1)tramvay yollarında, habelә tramvay yollarının bilavasitә yaxınlığında, әgәr bu, tramvayın hәrәkәtinә maneә yaradarsa (şəkil 13);

2)dәmiryol keçidlәrindә (şəkil 14); tunellәrdә (şəkil 15); habelә estakadalarda, körpülәrdә (әgәr hәmin istiqamәtdә üçdәn az hәrәkәt zolağı varsa) vә onların altında (şəkil 16, 17);

3)1.1, 1.3 vә 1.11 (bütöv xətt tərəfindən) üfüqi nişanlanma xәtlәri ilә dayanmış NV arasında mәsafә 3 metrdәn az olan yerlәrdә (şəkil 18);

4)piyada keçidlәrindә vә onlara 5 metrdәn az yaxınlıqda (şəkil 19);

5)hәrәkәt hissәsindә tәhlükәli döngәlәrin vә yolun uzununa profilinin qabarıq әyintili hissәsinin yaxınlığında – hәr hansı bir istiqamәtdә yolun görünmә sahәsi 100 metrdәn az olduqda (şəkil 20);

6) 1.1,  1.2,  1.3,  1.4 nişanlama xәtti, yaxud ayırıcı zolağı olan üçtәrәfli yolayrıclarındakı yan keçidin qarşı tәrәfindә dayanma halları istisna olmaqla (şəkil 21, 22), hәrәkәt hissәlәrinin kәsişmәsindә vә kәsişәn hәrәkәt hissәsinin kәnarından 5 metrdәn az yaxınlıqda (şəkil 23, 24);

7)dayanacaq meydançasına, meydança olmadıqda isә ümumi istifadәdә olan nәqliyyat vasitәlәrinin dayanacaq yerini işarә edәn  5.12 vә ya  5.13 yol nişanlarına 15 metrdәn az yaxınlıqda (şəkil 26, 27);

8)nәqliyyat vasitәsi svetofor siqnallarının, yol nişanlarının qarşısını tutmaqla başqa sürücülәrin bunları görmәsinә mane olduğu vә ya başqa nәqliyyat vasitәlәrinin hәrәkәtini (girmә vә ya çıxma) qeyri- mümkün etdiyi, yaxud piyadaların hәrәkәti üçün maneә yaratdığı yerlәrdә (şəkil 28);

9)nizamlama vasitәlәrindә başqa göstәriş nәzәrdә tutulmamışdırsa – sәkilәrdә (şəkil 9, 10, 11, 12);

10)3.27 yol nişanının vә bu nişanla birlikdә tәtbiq edildikdә  1.4 nişanlanma xәttinin tәsir zonalarında (şəkil 29, 30);

11)avtomagistrallarda vә ya  5.3 nişanı ilә işarәlәnmiş yollarda 5.15 vә ya  6.11 nişanları ilә işarәlәnmiş xüsusi dayanacaq meydançalarından kәnarda dayanma qadağandır.

IV-I.Ümumi istifadәdә olan nәqliyyat vasitәsi sürücüsünün sәrnişinlәri mindirmәk vә düşürtmәk üçün nәqliyyat vasitәsini bu mәqsәdlә xüsusi olaraq müәyyәn edilmiş dayanacaq meydançalarından vә ya  5.12,  5.13 nişanları ilә işarәlәnmiş dayanacaq yerlәrindәn kәnar dayandırması qadağandır.

Taksilәrin bu mәqsәdlә xüsusi olaraq müәyyәn edilmiş vә  5.14 nişanı ilә işarәlәnmiş duracaq yerlәrindәn kәnar yerlәrdә sifariş qәbul etmәk mәqsәdilә durması qadağandır.

V.Nәqliyyat vasitәsini duracağa qoyduqda sürücü mühәrriki söndürmәli; duracaq tormoz sistemini qoşmalı; tәkәrlәri sәkiyә vә ya yolun qırağındakı başqa maneәyә tәrәf çevirmәli vә qapıları kilidlәmәlidir. İcazә verilәn maksimum kütlәsi 3,5 tondan çox olan nәqliyyat vasitәsini yoxuşda vә ya enişdә duracağa qoyduqda, nәqliyyat vasitәsinin öz-özünә hәrәkәt etmәsinә yol vermәmәk üçün sürücü tәkәrlәrdәn heç olmasa birinin altına tıxac qoymalıdır.

VI.Nәqliyyat vasitәlәrinin aşağıdakı yerlәrdә durması qadağandır:

1)dayanmanın qadağan edildiyi yerlәrdә; (şəkil 13,14, 15, 16, 17, 18, 19, 20, 21, 22, 23, 24, 25, 26, 27, 28, 29, 30)

2)yaşayış mәntәqәlәrindәn kәnarda – yolların hәrәkәt hissәsindә (şəkil 31);

3)5.1 nişanı ilә işarәlәnmiş yerlәrdә (şəkil 32);

4)dәmiryol keçidlәrinә 50 metrdәn az yaxınlıqda (şəkil 33, 34);

5)girişin, habelә darvaza qarşısında (şəkil 35);

6) 3.28 yol nişanının vә bu nişanla birlikdә tәtbiq edildikdә  1.10 nişanlanma xәttinin tәsir zonalarında (şəkil 36, 37).

VII.Dayanacağın qadağan edildiyi yerlәrdә mәcburi dayandıqda sürücü nәqliyyat vasitәsinin hәmin yerlәrdәn aparılması üçün mümkün olan bütün tәdbirlәri görmәlidir (şəkil 38).

VIII.Nәqliyyat vasitәsi qapılarının açılması yol hәrәkәtinin digәr iştirakçıları üçün maneә yaradarsa, onları açmaq qadağandır.

IX.Nәqliyyat vasitәsinin öz-özünә hәrәkәtini vә ya sürücü olmadıqda ondan istifadәni istisna edәn zәruri tәdbirlәri gördükdәn sonra sürücü öz yerini tәrk edә vә ya nәqliyyat vasitәsini qoyub gedә bilәr.

Qadağan nişanları (maddə 64)Əlavə məlumat nişanları (lövhəciklər) (maddə 68)

Əvvəlki məqaləÖtmə və qarşılıqlı keçmə (maddə 51)
Növbəti məqaləPilates fitnesin fərqli formasıdır, yoxsa müalicə üsulu?

Fikirlərinizi bildirin.