David Duchovny həyat qanunları

111
David Duchovny həyat qanunları

David Duchovny həyat qanunları

Aktyoru — mikrafon qarşısına gətirmək asan olsa da, onu danışdırmaq çox çətindir.

Bilmirəm bu müsahibə mənim nəyimə lazımdır. Mənim filimlərimi satmağa ehtiyacım yoxdur. Ümumiyyətlə heç bir şey satmağa ehtiyacım yoxdur.

Görünüşüm məni tam qane edir — bəzən düşünürəm ki, insanlar normadan artıq mənə diqqət yetirirlər. Fikrimcə burda hipnoz məsələsi var: “Siz indi gözlərinizi yumub öskürməlisiniz, siz indi David Duchovny kimi insanı yaraşıqlı hesab etməlisiniz”.

Kiminsə haqqında “ulduz” deyə danışıldıqda — nədənsə həmişə qulağımda “gey” kimi səslənir. Yanımda “ulduz” sözü işlədəndə elə bilirəm “axmaq” deyirlər. Bunun niyə belə olduğunu anlamıram. Bəlkə ulduz olmağın ən yaxşı tərəfi sənin təyyarədə ən yaxşı yerə sahiblənməyin məsələsidir? Adi halda həmin yeri əldə edə bilmərsən. Lakin, bunun hamsı yalandır, heç kim təyyarədə sənə yaxşı münasibət bəsləyən deyil. Əlbətdə, sənə yaxşı qulluq edəcəklər, ancaq düşdükdə “vau, baxın axmaq düşür. Əgər ona istədiyi şirniyyatı verməsəydik, yəqinki hirsindən ağız suyunu tökəcəkdi” deyirlər.

Bir dəfə çəkilişlər zamanı soyunmağımı təklif etdilər. Ancaq, ekranda mənim arxam gözəl görünmədiyindən həmin səhnənin çıxarılmasını təkid etdim. O zamandan anladım ki, istənilən yerin – sən onun müqabilində pul alana qədər gözəldir.

Bakirliyimi 14 yaşımda itirmişəm. O zamandan bəri nə qədər axtarsamda tapa bilmirəm.

Sexlə ölənə qədər məşğul olmaq lazımdır. Lakin, o bir daha heç vaxt uşalığımızda düşündüyümüz kimi gözəl ola bilməz. Çünki uşaqlıqda sex sirr olaraq qala bilirdi.

John Holmesin sonuncu istəyi barəsində eşitmisiz yəqinki — (məşhur amerikalı porno aktyor. Onun sözlərinə görə müxtəlif portnyorlarla 14000 dəfə sexlə məşğul olmuşdur. 1988-ci ildə AİDS-dən dünyasını dəyişmişdir.) O istəyirdi ki, həyat yoldaşı, anal sex şəhzadəsi Misti Don dəfn edilmə mərasimində iştirak etsin və şəxsən özü təşkilatçılıq məsələlərini üzərinə götürsün. Həyatda ən qorxuduğu şey kiminsə onun cinsi orqanını kəsib götürməsi, sonradan bankada qoruyub saxlaması olmuşdur.

Kişilər qadınların bacardıqları qədər yükü üzərlərinə almağı bacarmazlar. Heç nə zamansa yığıncaqlarda bir kişi porno aktyorunun özünü qadın porno aktrisası kimi rahat apardığını görmüsünüz?

Malderlə Skalli arasında — heç vaxt sex olmayıb. Sadəcə əsl dostluq yaşanıb.

Dəişət yorulmuşam insanların suallarından: “Siz özünüz “Məxfi materiallar”-da baş verən hadisələrə inanırsınızmı?”. Bu təcili yardım maşınında olan insanlara ünvanlanan – ölümdən sonra həyata inanırsınızmı sualına bənzəyir.

Heç vaxt insanlar arasında olarkən oxumuram səsim çox pisdir. Ancaq, Tea (həyat yoldaşı) əminliklə bəyəndiyini bildirir. Bəlkə də ona görə ki, oxumaq xoşuma gəlir. Çox vaxt maşınla səyahətlərdə olarkən oxuyuram. Ona görə də, maşınımızın şüşələri qara plyonka ilə örtülüdür. Yəqinki, hamı düşünür ki, bunu pərəstişkarlardan gizlənmək üçün edirərm. Ancaq inanın, birlikdə olanda zaraftalaşmağı çox sevirik.

Həyatımda yemək hazırlamamışam nəzəri baxımdan hazırlaya bildiklərimi özüm belə yeməzdim.

Yarı tərəfim yəhudi, yarı tərəfim şotlandiyalıdır  Ona görə də, nəsə seçib almaq, mənim üçün böyük problemdir.

Əgər Darvini, İsanı və Nisşeni eyni anda bir yerə toplamağı bacarsanız, onların hamsı eyni vaxtda danışmağa başlayarlar.

Əgər sən təhsillisənsə bununla fəxr etməməlisən. Nə qədər kitab oxusanda, nə qədər təhsil alsanda hər zaman ümumiyyətlə kitab oxumayan, lakin səndən iki dəfə çox şey bilən biriləri tapılacaq.

İnanıram ki, şeytanlar mövcutdur. Ancaq, onlar insan həyatı barədə heçnə anlamırlar. Ona görə də, yaşaya bilməyənlərin yanında olurlar.

Qorxulu bir məsələ var uşaq vaxtı sən atana baxırsan və onu heçnədən qorxmayan biri zənn edirsən. Böyüdükdən sonra isə kifayət qədər qorxularının olduğunu anlayırsan. Ən əsası isə artıq sənində qorxuların mövcud olur.

Qorxu sənin incəsənət enerjinin bir hissəsidir. Əgər qorxu hiss etmirsənsə deməli sənətini dəyişdirməlisən.

İşi unutmaq olmaz Garry Shandlinglə (Stand-up janrında çalışan aktyor) Havay adalarında olduğumuz zaman onun üçün zarafat düşünüb, üzərində işləyirdik. Mövzu – cinsi orqanının ölçüləri ilə bağlı öyünən transsexual barəsində idi. Əslində bütün idea mənə aid idi, Shandling isə redaktə edirdi. Zarafat əsnasında transsexual deyirdi: “Mən cinci orqanımın ölçüsü barədə yalan danışmaq istəmirəm. Ancaq, təzəlikcə cinsimi dəyişmişəm. Və mənimlə əlaqədə olan oğlan həyatında bu böyüklükdə vagina görmədiyini deyir”.

Bilmirəm etdiklərimin bir mənası varmi?

Heyvanlarla heç vaxt qəddar davranmamışam.

Pierre Cardin həyat qanunlarıElvis Presley həyat qanunları

Əvvəlki məqaləAvtomobilin cihazlar lövhəsində yerləşdirilən işarələr
Növbəti məqaləİlk tibbi yardım qutusunun tərkibi

Fikirlərinizi bildirin.