David Beckham həyat qanunları.  Futbolçu, London, 45 yaş

“Manchester United”-də mən hər gün çalışmalı idim — öz müqviləmin pulunu çıxarmaq üçün. İndi isə ingilis futbolunda hər şey başqa cürdür: sən premyer liqada on oyun oynadın və böyük maşına, yaxşı pullara sahib olursan. Bəlkədə bu yaşlı adamın deyinməyi kimi səslənir. Ancaq, bu məni dəli edir.

Bəzən mən oyanıram və düşünürəm — Necədə gözəl səhərdir. Saçımı qırxmağa yollanıram.

Mənim anam gecəyə qədər qadın bərbəri kimi çalışırdı — eyni zamanda üç uşağa baxmağa çatdırırdı. O mənə əməyə və təmizliyə sevgini örgətdi. Bəlkədə mənə axşamlar divanda oturub televizora baxmaq rahat olardı. Oturub uşaqların evin zibilini atıb-atmadığına diqqət etməzdim.

İnsanlar mənim tatularıma baxırlar — orda isə dini rəsimlər çoxdur. Baxdıqdan sonra soruşurlar: “Yəqinki siz dindar insansınız?” Mən bütün dinlərə hörmət edirəm, ancaq özümü heç birinə aid edə bilmirəm. Mən sadəcə vicdanla və insanlara hörmətlə yaşamağa çalışıram.

Mənim uşaqlarım küncdən zərbə qaldırmağa gedəndə kimlərsə düşünür: — “Onlar axı Beckhamın oğlanlarıdır. Yəqinki, uşaqlar topu havada döndərmək istəyirlər.” Onlar isə atırlar və atış qeyri-dəqiq olur.

Mən inanıram — kimsə göylərdən bizi izləyir.

Bir dəfə Nyu Yorkdan böyük bir reklam posteri gördüm — mən alt paltarında təsvir olunmuşdum. Çox qəribə hislər məni bürüdü. Sonra isə bir oğlan mənə yaxınlaşdı və dedi: “İlahi sənin cinsi orqanın raket boydadırki.”

Babam mənə bir vacib şeyi örgətdi — hər zaman üzərində “Alka-Zeltser”-i götür. Və hər şey yaxşı olacaq.

Otel otağına yerləşməmişdən öncə — mən mütləq bütün ayaqqablarımı, xalatlarımı çamadandan çıxartmalıyam, jurnalları yerinə qoymalıyam. Səliqənin xəstəsiyəm. Hər yerdə səliqə olmalıdır.

Həyatımın ən xöşbəxt anları “Mançestir Yunayted”-də keçib — klubda dahi oyunçularla birgə oynayırdım. Uşaqlıqdan bunun arzusunda idim.

Victoriaya (idmançının həyat yoldaşı) görə fəxr edirəm — o Spice girls-u buraxdı. Dünyanın ən məşhur qadın qrupundan uzaqlaşaraq uğurlu geyim dizayneri olmaq istədi. Və bunda onda alındı. Fikrimcə bu inanılmazdır.

Təzəlikcə mənə dedilər — hər nə olursa olsun, hər zaman nəyisə səbirsizliklə gözləmək lazımdır. Əks halda siz hər şeydən bezərsiniz və yaşamağa məna tapmarsınız.

Uşaqlıqda əmin idim ki, böyüyəcəm — və London marafonunda qaçacam. Ancaq 26 mil məsafə mənim üçün indidə uzaq yol hesab olunur. Ən yaxşısı həmin yolu velosipedlə getməkdir.

Əgər əvvəlki kimi Los-Ancelsdə yaşasaydıq — mən həqiqətəndə ciddi şəkildə yenidən meydançalara qayıtmaq haqqında düşünərdim. Ancaq biz Londondayıq. Uaqların burdakı məktəb xoşlarına gəlir.

Alt geyimlərini reklam etmək rahat məsələ deyil — heç kimin tüklü ayaqlardan xoşu gəlmir.

Heç harda özümü komfortlu hesab etməyəcəm — meydançadakı kimi. Mən 22 il futbol oynamışam. Ancaq, 38 yaşımda arzuladığım hər şeyi qazanmışam.

Mənim hobbiyə vaxtım yoxdur — mənim hobbim mənim işimdir. Və birdə yəqinki uşaqlarım.

Jurnalistlər yəqinki hələdə mənə uzun saronqu (uzun don) bağışlaya bilmirlər. — Bu fransada keçirilən dünya çempionatında baş vermişdir.

Düşünmürəmki, — qadın ətrindən sexsual yer üzündə nəsə olsun. Duşdan yenicə çıxmış qadın ətrindən başqa.

Uşaqlar çox sevirlər — mənim onlara pasta hazırlamağımı.

Biz kinoya gedən zaman — və ya alış-verişdə olan zaman hamı Burklini tanıyır (Beckhamın oğlu). Onu və onun şəklini çəkən “kişini”.

Düşünmürəmki, nədəsə fərqlənirəm — digər işləyənlərdən və atalardan fərqim yoxdur.

Hər gün futbol üçün darıxıram — bəzən mənə elə gəlir ki, indi rahat şəkildə futbola qayıda bilərəm. Hətda əlli yaşım olanda belə İngiltərə millisinə baxıb düşünəcəm: “İlahi axı məndə belə bacarıram.” Yaxşıki ətrafımda realist dostlarım var. Onlara deyəndəki içimdə bir nöqtəm ağrayır və mən qayıtmaq istəyirəm, onlar mənə deyirlər: “David həmin yeri sığalla və sus”.

Mənim bir neçə qədəhə ixtiyarım çatır — həfdə sonları qırmızı şərab. Ancaq mən aludəçi deyiləm. Hər şey kantrol altındadır.

Bircə dəfə atam mənə hər şeyi düz etdiyimi deyib — İngiltərə millisinin xeyrinə yüzüncü qolu vuranda.

Çirkin deyiləm — bunu dəqiq bilirəm.

Futbolçuların bizes-imperyalarıBen Affleckin həyat qanunlarıDonald Trumpın həyat qanunları

Fikirlərinizi bildirin.