Davamlı öyrən – Mümin Sekma
Davamlı öyrən – Mümin Sekma. Həyatda necə uğur qazanmaq olar? Gənclər necə etməlidirlər ki, özlərinə münasib karyera qursunlar? Uğurun düsturu varmı?
Kitabın müəllifi Mümin Sekman hüquqşünas olmasına baxmayaraq, ömrünü bu yöndə araşdırmalara həsr edib, insanlara uğur qazanmağın yollarını öz təcrübəsindən istifadə edərək öyrədir.
İlk olaraq “Fərdi İnkişaf mütəxəssisi” titulunu qazanan müəllif bütün kitablarını insanların həyati biliklərini təkmilləşdirməsinə praktik olaraq yardım üçün yazır. M.Sekman biliklərə yiyələnməyin, yaddaşı gücləndirməyin yollarını göstərir və biliklərdən istifadəni təlqin edir. Çünki uğur biliklərə yiyələnməkdən daha çox, ondan istifadədən asılıdır.
Bu kitab daha çox gənclər, həyatın başlanğıcında olan yeniyetmələr, tələbələr üçün nəzərdə tutulub. Amma karyerasının müəyyən mərhələsində olan və seçimini dəyişmək istəyən insanların da bu kitabdan öyrənəcəkləri az deyil.
MÜMİN SEKMAN
Fərdi inkişaf və sosial uğur sahəsində kitabların müəllifidir.
“Uğurlu olmaq öyrənilə bilər” fikrini müdafiə edən yazıçının kitabları aşağıdakılardır:
1.Ya bir yol tap, ya bir yol aç, ya da yoldan çəkil! (53-cü nəşr)
2.Davamlı öyrən (21-ci nəşr)
3.Uğur qazanmağın türk üsulu (8-ci nəşr)
4.Uğur Universiteti (35-ci nəşr)
5.Fərdi ətalətə qalib gəlmək (43-cü nəşr)
6.Çevik şirkətlər: təşkilati ətalətə qalib gəlmək (7-ci nəşr)
7.Hər şey səninlə başlar (1.000.000 nüsxə)
8.Hər şey səninlə başlar 9+ (Uşaqlar üçün uğur kitabı – 26-cı nəşr)
9.Limit sizsiniz (300.000 nüsxə)
10.Hər şey beyində başlar (150.000 nüsxə)
Bu kitablardan başqa, sıfırdan zirvəyə çıxanların uğur hekayələrindən bəhs olunan “İnsan istərsə: əzmin qələbə hekayələri” silsiləsinin məsləhətçisidir.
İstanbul şəhərində anadan olan yazıçı Ankara Dövlət Universitetinin hüquq fakültəsini bitirib. Amma hüquq sahəsində bir gün belə çalışmayıb.
O, uğurlu insanların həyatını incələyib, zirvəyə necə çıxdıqlarını, onların bunu necə bacardıqlarını öyrənib, uğur qazanmaq istəyənlərlə danışmağı özünə peşə seçib.
Çoxsaylı universitet, şirkət və dövlət qurumlarında uğur haqda seminarlar keçib. Məşhur adamlara uğurun idarə olunması sahəsində məsləhətlər verib. Bir müddət “Uşaqlar eşitməsin” serialında ssenari müəllifi işləyib.
“Fərdi İnkişaf Mərkəzi”nin (kigem.com) yaradıcısıdır. Kigem.com Türkiyənin ilk fərdi inkişaf istiqamətli internet saytıdır və Türkiyədə mütəmadi olaraq “Beyin həftəsi” keçirir.
Türkiyədə “Fərdi inkişaf mütəxəssisi” titulunu ilk istifadə edən şəxs olan Mümin Sekman mərkəzi Londonda yerləşən “The Success Think Tank”ın qurucusudur. Yazar dünyanın hər kvadratmetrinə düşən uğurlu insan sayını artırmağı şəxsi missiyası hesab edir.
Mümin Sekman karyerası statistik rəqəmlərdə:
- Bu günə qədər 7-dən çox kitabı çap olunub.
- Türkiyənin 40 şəhərində seminarlar keçirib.
-
Konfranslarında 100.000-dən çox insan iştirak edib.
- Kitablarının ümumi nəşr sayı 2.000.000 nüsxəni keçib.
- “Hər şey səninlə başlar” adlı kitabı isə 1.000.000 nüsxə ilə nəşr olunmaqla Türkiyədə kitab nəşri sahəsində rekorda imza atıb.
Qadın və kişi – Mark Levi, Biznes motivasiya haqqında statlar