Darçının kişilər üçün xeyri

258
Darçının kişilər üçün xeyri
Darçının kişilər üçün xeyri

Darçının kişilər üçün xeyri. Darçın həmişəyaşıl tropik darçın ağacının cavan budaqlarının soyulub qurudulmuş qabığından alınır.

Elmi adındakı növ adı olan “cinnamomum”, yunancada “kinnamomon” sözündən yaranıb. Bəşər tarixinin ən qədim ədviyyatlarından biridir. Eramızdan əvvəl 3000 –ci ildə çinlilər tərəfindən istifadə olunurdu. Avropada XVI-XVIII əsrdə ən dəyərli və bahalı ədviyyatlardan biri hesab olunurdu. Məşhur tacir Anton Fugger 1530 –cu ildə imparator V. Karlın borc sənətlərini onun gözləri qarşısında darçın ədviyyat çubuqlarından yaranan bir odla yandırmış, beləcə öz zənginliyini sübut eləmişdir.

Darçın dünyanın ən qədim ədviyyatlarından hesab edilir. Misirdə bədənin balzamlaşdırılması zamanı əlavələrdən biri kimi istifadə etmişlər. Qədim Romada isə yeməklərin hazırlanmasında ədva kimi yüksək qiymətləndirilmişdir. Qədim Yunanıstanda dərmanların və ətirlərin tərkibinə salınmışdır.

Darçın orqanizmi şlaklar, toksinlər, sərbəst radikallardan, qurdlardan təmizləyir, hətta xərçəngəleyhinə təsir edir. Sinir sisteminə də çox müsbət təsir edir, sakitləşdirir, qorxu, narahatçılıq, streslə mübarizə etməyə kömək edir. Bunun üçün darçını sadəcə iynəmək kifayətdir.

Darçın beynin fəaliyyətini və yaddaşı yaxşılaşdırır. Uşaqlara müxtəlif sıyıqlar, un məmulatları bişirdikdə ora mütləq darçın əlavə edin. Artıq xolesterindən təmizləyir.
Darçın qanı duruldur, damarlarda trombların əmələ gəlməsinə mane olur. Şəkərli diabet xəstəliyi olan insanlara da darçın xeyir gətirə bilər. Darçın qanda şəkərin səviyyəsini aşağı salır.

100 qr darçının tərkibi:
  • Kalori dəyəri – 261
  • Zülal – 3.9 qram
  • Yağ – 3,2 qram
  • Karbohidrat – 78.8 qram

Darçının bir başa işlədilməsi – yeməklərin hazırlanması zamanıdır. Ədviyyatın işlədilməsi istənilən kulinariya nümunəsinin fərqli və ecazkar tama sahiblənməsi ilə yekunlaşar.

Ədviyyatın kimyəvi tərkibi

Ətirli darçın aşağıdakılarla zəngindir:

  • B qrup vitaminləri və A, PP, K, C, E vitaminlərlə;
  • Mikroelementlərlə: maqnium və maqnezium, fosfor və kalsium, kalium və sink, dəmir və natrium;
  • Evqenol və efir yağlarla;
  • Qida lifləri;
Kişilər üçün xeyri barədə

Kişi cinsi zəifliyində darçından geniş istifadə edilir. Bunun üçün bir neçə maraqlı sirlər mövcutdur. Beləki, müasir dövrdə kişilər həddindən artıq çox narahatlıq və həyəcanlı anlarla rastlaşmalı olurlar. Eyni zamanda fiziki yorğunluq tez-tez rast gəlinir, stress halları çoxalır. Nəticədə, bütün bunlar libido göstəricisinin aşağı düşməsi, potensiyanın zəifləməsi, erektil disfunksiya ilə yekunlaşır. Darçının isə tərkibi yuxarıda sadaladığımız kimi xeyli sayda vitaminlər və mineral maddələr olduğundan tonus səviyyəsi qalxır, həyat enerjisi artır və müvafiq olaraq kişi təbii güçü çoxalır.

Darçının yeməklərə əlavə edilməsi kişi sağlamlığına yalnız müsbət təsir etmiş olur. Müalicəvi təsirləri tez zamanda hiss edilir və narahatlıq halları aradan qalxır: sidikqovucu sistemin infeksiyası hallarını aradan qaldırır, maddələr mübadiləsini normallaşdırır. Eyni zamanda şəkər xəstəliyindən əziyyət çəkən kişilərdə şəkər göstəricisini aşağı salır. Bu cür xəstələr darçından hazırlanmış həblərdən də istifadə edə bilərlər.

Darçın bakterial göstəricilərə sahib olduğundan tərkibində evqenola rast gəlinir. Nəticədə vaxtaşırı qəbul sidikqovucu sistemdə baş vermiş soyuqdəymə hallarının qarşısını ala bilir. Şabalıdı rəngli toz potogen bakteriyalara ölümcül təsir göstərdiyindən, prostatit və vezikulit xəstəliklərini zəiflədir. Kişilər daha çox sistit və uretritdən, orxit və pielonefritdən əziyyət çəkirlər. Eyni zamanda, uzunmüddətli düzgün qidalanmama səbəbindən xolesistit və bakterial qastrit, disbakterioz, enterit kimi kənarlaşmalar yarana bilər.

Bir çox kişi ixtisasları və uyğun olaraq işləri fiziki güc tədbiq etməklə əlaqəlidir. Nəticədə sümük və əzələ ağrılarına rast gəlinə bilər. Əgər darçın yağı ağrı olan nahiyyəyə sürtülərsə oynaq ağrılarından azad olmaq mümkündür.

Mütəxəsislərin fikrincə kişilərdə sidikyollarının qeyri spesifik soyuqdəymə halları yaşanan zaman onlar təcili darçın istifadəsinə başlamalıdırlar. Ədviyyatdan daimi istifadə gözəl proflaktik tədbir kimi qəbul edilə bilər. Darçın prostatitin xroniki formasında yardımçı olur. Orqanizimdə qlikozanın mübadiləsi sürətlənir, testestron ifrazı artır. Testestron ifarzı olmadıqda isə, kişilərdə normal erektil funksiyadan söhbət belə gedə bilməz.

Darçının kişilər üçün xeyri 2

Yaş keçdikcə, əsasən 45 yaşdan sonra kişi orqanizimində harmonal fonda fizioloji dəyişikliklər start götürür. Prosesin gedişatı nəticəsində qanın qatılaşması hiss edilə bilər. Darçın isə qan laxtalanmasına qarşı mübarizə aparır və insulut-infakt hallarını azaldır, bel nahiyyəsinə qan axınını təmin edir, prostatitin qarşısını alır. Darçın bu kimi xüsusiyyəti sayəsində həkimlər tərəfindən prostatit müalicəsində mütləq qaydada məsləhət görülür. Bundan başqa, darçın orqanizimə ehtiraslandıcı effekt bəxş etdiyindən onu təbii afrodiziak kimi qiymətləndirirlər. Bu halda kişinin əhvalını yüksəldir, gücünü və sexual imkanlarını artırır.

Təsir məsələlərinə gəldikdə isə adi çaya əlavə edilərək içildikdən həmən sonra fərqlilik hiss edilməkdədir. Təsir gücü adətən yüngül qəbul edilmiş çaxırdan və ya spirtə qatılmış jenşendən sonrakı təsirlə eyniləşdirilir.

Lakin, mütamadi istifadəni qərarlaşdırmısınızsa, bu halda müddətin bir ay davam etməsi məsləhət görülür. Bu müddətdən sonra qəbul miqdarını azaltmalı və müəyyən qədər fasilə verməlidiniz. Darçının normadan artıq istifadəsi ürəkbulantısı, qaytarma, yuxusuzluq, əzələlərdə dartınmalarla müşahidə oluna bilər.

Potensiya üçün darçınlı reseptlər

Darçın istifadəsi üçün xeyli sayda reseptlər övcutdur. Onların bir çoxu ereksiya halının normallaşması və potensiyanı qaldırmaq üçün sınaqdan keçirilmişdir. Adətən suda, şərabda, konyakda, araqda hazırlanır. Su ilə hazırlanan zaman isə çox vaxt digər müalicəvi bitkilər də əlavə edilir.

Darçınlı çay

Sözü gedən çayla darçın potensiyanı artırır, kişilərə özgüvən və güc verir. Bunun üçün bir darçın çubuğu götürülür və dəmlənməsi üçün çini qaba qoyulur. Qaynar su əlavə edilərək 10-15 dəqiqə dəmlənir. Limon və bal əlavəsi içkinin tamını daha da yaxşılaşdıracaqdır. Səhərlər içildikdə yuxudan sonra tez ayılmağa, güc toplamağa və daha şən olmağa imkan verir.

Darçın zənçəfil kökü ilə

Bu resept arıqlamaq üçün olduqca xeyirlidir. Çini qaba bir qaşıq keyfiyyətli yaşıl çay əlavə edilir, böyük darçın çubuqları salınır, üzərinə kiçik dilim zənçəfil kökü tökülür. Bütün əlavələrə qaynar su süzülərək 10-15 dəqiqə dəmlənməyə buraxılır. İçkinin ətri olduqca təravətli olacaq. İstəyə görə bal və ya nanə yarpaqları əlavə edilə bilər.

Darçınlı, ballı, limonlu içki

Gün boyu sükan arxasında oturan kişilər üçün spirt tərkibə sahib olmayan olduqca xeyirli içkidir. Səhərlər və axşamlar içilir.

Hazırlanması üçün gərəkli əlavələr:

  • 0,5 litr təbii arı balı;
  • 2 böyük limon;
  • 4 xörək qaşığı darçın tozu.

Sitrus ətçəkən maşından keçirilir. Bütün əlavələr yaxşı qarışdırılaraq şüşə qaba yerləşdirilir. Soyuducuda saxlanılır. Siz qarışığı isti çaya da əlavə edərək içə bilərsiniz. Ancaq, nəzərə alın ki, isti çayda bal keyfiyyətini itirmiş olur.

Ev şəraitində hazırlanan araqla darçın

Potensiya üçün nəzərdə tutulan içki gözəl nəticələr vədd edir. Bunun üçün 1,5 litir ev şəraitində hazırlanmış keyfiyyətli araq götürülərək yarım stəkan şəkər və bir xörək qaşığı darçınla qarışdırılır. 2 qabıqlı limon ət maşınından keçrilərək əlavə edilir.

Bütün əlavələr qarışdırıldıqdan sonra qaranlıq və sərin yerdə təxmini üç həfdə saxlanılır. Sonra 2:1 ölçüdə su ilə şəkər qaynadılaraq sirop hazırlanır və əlavə edilir. İçki axşamlar yarım stəkan olmaqla qəbul edilir.

Yaşıl çayın kişilər üçün xeyriBalqabaq tumunun kişilər üçün xeyriBadam – kişi orqanizmi üçün xeyri və ziyanı

Fikirlərinizi bildirin.