Daniel Craig həyat qanunları. Aktyor, London

Mən — James Bond deyiləm.

Həyatının ən gözəl anını yaşayan insanın tarixcəsi, — həqiqətəndə xöşbəxt olan və sağlığında hər şeyi yaxşı olan insan yəqinki kinomotoqrafların marağını çəkməz.

Çox cəsarətli biri deyiləm — çox soyuqqanlı da deyiləm. Bəzən mənə elə gəlir ki, rahatlıqla bəzi situatsiyalardan çıxmağı bacarıram. Məhs bu cür fantaziyalar mənə Bond rolundan baş çıxarmağa kömək edir.

Əmin deyiləm ki, — Bondla uzun müddətli vaxt keçirmək istərdim. Yəqinki hansısa gecələrin birində onunla içərdəm, ancaq çox oturmazdım. Ancaq Bondu qınamıram.

Mənim üçün Bond etalaonu — daha çox “İndiana Jons”-dakı Harrison Forddur. Onun sirri onun yanlış edə bilməsindədir. Özdə olduqca gülməli yanlışlıqlar. Ona baxırsan və anlayırsan ki, istənilən vaxt hər şeyi məhf edə bilər. Hər şey puç ola bilər. Və elə bu keyfiyyətlər hadisələrə fərqli maraq qatır.

Bond olduqca yalnızdır — onun acısı məhs bundadır. O bütün cazibəli qadınlarla sevişir, ancaq hamsı sonda onu tərk edir. Bu çox kədərlidir. Bəli, ola bilsin kənardan bu gözəl görünə bilər, ancaq, heç olmasa bir neçə ay belə yaşamağa cəht edin.

Xöşbəxtlikdən Bond bu gün o qədər də sexsist deyil — başqalarının qadınlarını çox ələ keçirmir. Dünya dəyişib.

Kinostudiya olduqca yalançıdır — o akulalarla qaynayır. O qədər də yaxşı insanlar olmasalarda, açıq kitab kimidir: sən gəlirsən baxmaq üçün, biz isə sənə görə qazanırıq. Biz bankir deyilik. Əyləncə industriyasıyıq. Əminəm ki, həyatda daha pis ixtisaslar mövcutdur.

“Kozino Royal”-a qədər çox işlər görməyi çatdırdım — gözəl rejisorlarla çalışdım və koryerama görə çox rahat idim. Bilirdim ki, yaxşı aktyor ola bilərəm. Sonra isə Bond baş verdi. Nəticədə özümdən aslı olmayaraq bu obrazı üzərimə aldım. Hamı mənə sankı mən oyam kimi baxmağa başladı. Nə qədər “belə deyiləm” desəmdə, mənə inanmadılar.

“Spektr”-dan sonra narahat olmağı dayandırdım — Bondla assosiasiya olmaq narahatlığım bitdi. Rahatlaşıb özümə dedim: “Cəhənnəm olun! Mənim James Bond olmağımı istəyirsiniz? Mən James Bond olacam!”.

Evdə məşğul olmağa işim var — kitab oxuyuram və fotoqraflıq edirəm – düzdü, fotoqraflığım olduqca pis alınır. Yəqinki min şəkildən biri alınır. Ancaq, bu yanaşmamı dəyişməyə çalışıram.

Bond rolu məni imkanlı adam etdi — özümə olduqca komfortlu həyat bəxş edə bilərəm. Ailəm və uşaqlarım yaxşıdırlar. Bu isə məni çox rahatladır. Mən həqiqətən inanılmaz varlıyam. Bilirsiz, böyük həvəslə paba girəcəyim və orda kiminsə mənə “Oy, bu deyəsən Daniel Craigdir” deyəcəyi günü gözləyirəm. Məni rahat buraxsınlar. Bu həyatımın ən yaxşı anları olar.

Bütün sahib olduğum mənim həyatımdır — bununla nəsə etməliyəm. Görək nə alınır.

Chuck Norris həyat qanunlarıGabriel García Márquez həyat qanunları

Fikirlərinizi bildirin.