Dahilər və ya qəddar ərlər. Onlar həddindən artıq istedatlı olmuşlar. Ancaq xarakterlərinin qəlizliyi ilə seçilmişlər. Bu gün sizə tarixin dahilərinin bəziləri haqda məlumat vermək istərdik. Onların həyat yoldaşları çox əziyyət çəkiblər.

Aleksandr Blok

“Mənə səninlə görüşmək qorxuncdur. Ən qorxduğum məsələ isə səni görməməkdir”, – deyə Blok yazılarında yazmışdır. Bu hislər onu aldatmır. Ən azından ifadənin birinci hissəsi onu çox qorxuzudu. Onun Lyuba Mendeleevlə ailə qurması sevgiyə dayansa da, şairin ər rolunda çıxış etməsi olduqca qəribə görünürdü. Sankı o ömür boyu yeniyetməlik illərində ilişib qalmışdı. Həyat yoldaşı ilə əlaqələri ruhən onu sevməsindən uzağa gedə bilmirdi. Belə ki, o ciddi şəkildə ailə borcunu icra etməkdən imtina edirdi.

Toydan sonrakı il ərzində cütlüyün arasında yaxınlıq baş vermir. Blok yalnız kənarda faişələrlə kifayətlənirdi. Sonradan, zamanla Lyuba ərini yoldan çıxara bilir. Ancaq, yenə də, kişi həyat yoldaşı ilə daha çox mənəvi münasibətlərə üstünlük verirdi. Fikirlərini isə arvadına qarşı sevgisinin soyumaq qorxusu ilə izah edirdi. Lyubadan başqa istənilən qadınla cinsi əlaqədə olan şair bu faktları arvadından gizlətməyə çalışmır və onun dedi-qoduları eşitməsinə məhəl qoymurdu.

Albert Einstein

Dahilər və ya qəddar ərlər 2

Dahi fizik ilk həyat yoldaşı ilə münasibətləri zamanı uzun-uzadı manifest yazmaqdan çəkinməmişdir. O kənarda yaşadığı eşq əyləncələrinə rəğmən həyat yoldaşı ilə münasibətlərinin korlanmaması üçün əlindən gələni etməyə çalışırdı. Məqsədi uşaqlarının əziyyət çəkməməsi ilə bağlı idi. 11 il birlikdə yaşadıqdan sonra Einsteinin həyat yoldaşı Mileva Mariç ərindən uzun bir tələblər siyahısı alır.

O hər zaman ərinin ağ rəngli geyimlərinin daim ağ qalmasına nəzarət etməli, gündə üç dəfə Albertə yemək verməli idi. Hərəkətləri və sözləri ilə uşaqların yanında onu aşağılamamalı idi. Ən əsası isə, Mileva Enşteyindən ailə borcunu, yəni sex gözləməməli idi. Eyni zamanda kənarda yaşanan münasibətlərlə bağlı onu iddiham etməməlidir.

Xanım artıq ərinin evdə oturmayacağı və onunla səyahət etməyəcəyi fikri ilə barışmalı idi. Siyahıda əlavə qeyidlər yer almaqdadır: “Siz əgər mən xahiş edərəmsə susmalısınız” və “Mən əgər sizə deyərəmsə gedin, narazılıq yaratmadan kabineti və ya yataq otağını tərk etməlisiniz”.

Ivan Bunin

Dahilər və ya qəddar ərlər 3

Yazıçı həyat yoldaşı Vera Nikolayevna ilə birlikdə Rusyada olan Oktyabr çevrilişindən narahat olaraq Fransaya emiqrasiya edir. Lakin, bu ona evinin içində bir balaca şuluqluq salmağı qadağan etmədi. Buninin soncu sevgisi – Qalina Kuznesova onun o qədər ağlını başdan aldı ki, Qalinanı digər, “Belveder”-dəki villasında yerləşdirir. Yazıçının hər zaman az yaşlılara xüsusi marağı olmuşdur.

Həyat yoldaşı emiqrant vəziyyətlərində hamının müzakirə etdiyi ərinin yeni münasibətlərinə ilk başdan məhəl qoymamağa çalışdı. Daha sonra isə qadın çarəsizlikdən ərinin Qalinanı qızı kimi sevdiyini özünə aşılamağa başladı. Güyakı, əri birinci evlilikdən olan oğlan uşağını itirdiyindən, bu qızla özü oğlunu qəlbində yaşadırdı. Əgər elədirsə, deməli xanım da uşağı sevməlidir.

Zamanla vəziyyət dəyişməyə başladı. Bunin həyat yoldaşı da özünə gənc oğlan sevgilisi tapır. Eyni zamanda onun Qalinasının da sonradan qızları daha çox sevdiyi müəyyən olur.

İvan Qroznıy

Hələdə onun neçə dəfə evləndiyi dəqiq məlum deyil. Rəsmi mənbələrə əsasən İvanın evlilik sayı yeddiyə bərabər olmuşdur.

Birinci, ən sevdiyi qadını – Anastasiya Zaharinanı yayılan dedi-qodulara görə zəhərləyiblər. İkinci xanımı, xarakteri və həvəsləri ilə seçilən knyaz qızı Mariya Temryukovnanı məşuqi ilə birlikdə dövlət çevrilişi etməkdə iddiham edərək adını xəstəliklə əlaqələndirib öldürmüşlər. Qroznıy üçüncü dəfə Marfa Saburova adlı qadınla evlənir ki, o da toydan sonra iki həfdə yaşayır və zəhərlənərək öldürülür.

Dördüncü həyat yoldaşını saray adamları bəyənmir və IV İvanı ona qulaq asmaqda günahlandırırlar. Sonra isə şərləyirlər. Monastra göndərilir. Bu müddət ərzində isə şahın Mariya Dolqorukaya gözü düşür. İlk toy gecəni Mariyanın yalnız İvanın xoşuna gəlmədiyi məlum olur. Günahlarına görə buzlu göldə xanımı boğurlar.

Sonradan 17 yaşlı Anna sinəsində olan ağrılara görə toydan üç ay sonra dünyasını dəyişir. Vasilisa Melentevanı diri-diri basdırırlar. Və yalnız Mariya Naqoyun bəxti gətirib, ərini özündən öncə torpağa basdırmış olur.

Carl Gustav Jung

Dahilər və ya qəddar ərlər 5

Freydin dahi tələbəsi yalnız bir dəfə ailə qurur. Öz qanunu həyat yoldaşı ilə 15 ildən artıq yaşayır. Emma Raushenbah dörd qız və bir oğlan uşağı dünyaya gətirir. Ancaq xanım nə dərəcədə xöşbəxt olur?

Jung öz vəzifəsindən istifadə edərək analiz üçün qəbuluna gələn xəstələri ilə intim münasibətlərə daxil olur. O daim tələbələri və xəstələri ilə isti münasibətlər yaşayır, onların üzərilərində həm psixoloji, həm də sexual təcrübələr keçirir. Ancaq nədənsə bu təcrübələrin heç birini xanımına yaşatmaq istəmir.

Lev Landau

Dahilər və ya qəddar ərlər

“Kiçik ticarət köşkü” – Landau evliliyi məhs bu cür adlandırırdı. Dahi fizikin fikrincə ailə və sevgi bir-biri ilə uyğunluq təşkil edə bilməz. O sevgilisi Korudan münasibətlərini ailə icdivacı ilə korlamamağı xahiş edirdi. Alim əlində olan ən qiymətli şeyi itirəcəyindən çox qorxurdu. Ancaq, sonda evlənir. Lakin, toydan öncə qıza onu heç vaxt qısqanmayacağına and içdirib.

“Hələki mənim məşuqələrlə bağlı söhbətlərim teoretik xarakter daşıyır… Bizim ailədə qısqanclıq ola bilməz. Mənim məşuqələrim mütləq olacaq! Həyatımı gözəl, maraqlı və rəngarəng yaşamaq istəyirəm”.

Fizik öz məşuqə hüquqlarını təsdiqlətmək üçün uyğun zaman müəyyən edir – Koranın hamiləlik dövrünü. Lev bir axşam evə gələrək bildirir: “Kora, əzizim – bu gün sənə çox şad xəbər gətirmişəm. Bu gün axşam evə tək gəlməyəcəm. Yanıma mənimlə birlikdə olmaq üçün qız gələcək. Ona demişəm ki, sən bağ evindəsən. Ya o biri otaqda sakit otur, ya da bir neçə saatlıq evi tərk et. Siz görüşməməlisiniz. Bu onu qorxuda bilər”.

Əlbətdəki bu halda Koranı başa düşmək olar – o bütün bunlara dözməyərək evi tərk edir. Ancaq Landau sona qədər sevdiyi qadının niyə belə etdiyini anlamır.

Bakir və bakirə kimi dünyasını dəyişmiş 6 dahi şəxsiyyətRuth Westheimer – sexual ədəbiyyatın dahisi

Fikirlərinizi bildirin.