Dəmiryol keçidlərinin siqnallaşdırılması (maddə 70)

73

Dəmiryol keçidlərinin siqnallaşdırılması (maddə 70)

I.Dәmiryol keçidlәrindәki işıq siqnalları eyni sәviyyәdә quraşdırılmış, növbәliklә işlәyәn vә keçiddәn hәrәkәti qadağan edәn iki yanıb-sönәn qırmızı işıqdan ibarәtdir.

II.İşıq siqnallarını ahәnglә sәslәnәn vә keçiddәn hәrәkәti qadağan edәn sәs siqnalları müşayiәt edә bilәr.

III.Qırmızı işıqların arasında, yaxud onların üzәrindә yerlәşәn vә yanıb-sönәn ağ işıq hәrәkәtә icazә verir.

IV.Şlaqbaum quraşdırılmış keçidlәrdә bağlı, yaxud bağlanmağa başlayan şlaqbaum olduqda, keçidә daxil olmaq qadağandır.

V.Şlaqbaum ardıcıllıqla qırmızı vә ağ zolaqlarla rәnglәnmәlidir, ortada isә qırmızı rәngdә disk nәzәrdә tutula bilәr. Sutkanın qaranlıq vaxtı işıqlandırılmayan yollarda şlaqbaum işıqlandırılmalı vә ya qırmızı işıqlar nәzәrdә tutulmalıdır.

VI.Dәmiryol keçidlәrinә yaxınlaşma  1.1 vә  1.2 xәbәrdarlıq nişanları ilә, yaxud şlaqbaumla nişanlanmalı, keçidin bilavasitә yaxınlığında isә hәr bir tәrәfdәn 1.3.1 vә  1.3.2 xәbәrdarlıq nişanları quraşdırılmalıdır.

VII.Dәmiryol keçidi önündә yaşayış mәntәqәlәrindәn kәnarda yol boyu  1.4.1,  1.4.2,  1.4.3,  1.4.4,  1.4.5, 1.4.6 lövhәlәri quraşdırılır. Hәmin lövhәlәr hәrәkәt boyu yolun sol tәrәfindә dә quraşdırıla bilәr. Bu zaman onları 1.1 vә ya  1.2 xәbәrdarlıq nişanları müşayiәt edә bilәr.

VIII.Hәrәkәt intensivliyi az olan keçidlәrdә  2.5 üstünlük nişanı quraşdırılır. Hәmin keçidlәrdә nәqliyyat vasitәlәrinin hәrәkәtini dәmiryol keçidi üzrә növbәtçi nizamlayır.

Nәqliyyat vasitәlәrinin texniki vәziyyәti vә onların texniki baxışdan keçirilmәsi (maddə 30)Online sürücülük imtahan testləri 63 (şərhsiz) – Yol hərəkəti qaydalarıOnline sürücülük imtahan testləri 65 (şərhsiz) – Yol hərəkəti qaydaları

Əvvəlki məqaləServis nişanları (maddə 67)
Növbəti məqaləNV-nin yolun hərəkət hissəsində yerləşməsi (maddə 49)

Fikirlərinizi bildirin.