Dəmiryol keçidlərində hərəkət (maddə 44)

306
Dəmiryol keçidlərində hərəkət (maddə 44)

Dəmiryol keçidlərində hərəkət (maddə 44)

I.Nәqliyyat vasitәlәrinin sürücülәri dәmir yollarını qatara (lokomotivә, drezinaya) yol vermәklә, yalnız dәmiryol keçidlәrindә keçә bilәrlәr.

II.Sürücü dәmiryol keçidinә yaxınlaşdıqda yol nişanlarını, svetoforları, nişanlama xәtlәrini, şlaqbaumun vәziyyәtini vә keçid növbәtçisinin göstәrişlәrini әsas tutmalı, yaxınlaşan qatarın (lokomotivin, drezinanın) olmadığını yәqin etmәlidir.

III.Keçidә girmәk:

1)svetoforun siqnalından asılı olmayaraq şlaqbaum bağlı olduqda vә ya bağlanmağa başladıqda (şəkil 2);

2)svetoforun qadağan siqnalı yandıqda (şlaqbaumun vәziyyәtindәn vә mövcudluğundan asılı olmayaraq) (şəkil 2);

3)keçid növbәtçisi qadağan siqnalı verdikdә (növbәtçi әlindәki jezli, qırmızı fәnәri vә ya bayraqcığı başı üzәrindә tutaraq vә ya qollarını yana açaraq sinәsi, yaxud kürәyi sürücüyә tәrәf dayandıqda) (şəkil 3);

4)keçiddәn o tayda tıxac yarandıqda vә bu, sürücünü keçiddә dayanmağa mәcbur etdikdә (şəkil 4);

5)keçidә qatar (lokomotiv, drezina) yaxınlaşdıqda (görünmә hәddindә);

6)qarşıdan hәrәkәt zolağına girmәklә, keçid qarşısında dayanmış nәqliyyat vasitәlәrinin yanından keçib getmәk qadağandır (şəkil 5).

Bundan әlavә:

1)şlaqbaumu özbaşına açmaq;

2)qeyri-nәqliyyat vәziyyәtindә olan kәnd tәsәrrüfatı, yol, inşaat vә s. maşınları vә mexanizmlәri dәmiryol keçidindәn keçirmәk;

3)dәmiryol stansiyası rәisinin icazәsi olmadan, sürәti saatda 8 kilometrdәn aşağı olan nәqliyyat vasitәlәrinin, habelә traktora qoşulan yük kirşәsinin hәrәkәti qadağandır.

IV.Keçiddәn hәrәkәt qadağan olunan hallarda sürücü stop-xәttin,  2.5 nişanın vә ya svetoforun yanında, bunlar olmazsa, şlaqbauma azı 5 metr qalmış, şlaqbaum olmadıqda isә birinci relsә azı 10 metr qalmış dayanmalıdır.

V.Sürücü keçiddә mәcburi dayandıqda, adamları dәrhal nәqliyyat vasitәsindәn düşürmәli vә keçidi boşaltmaq üçün tәdbirlәr görmәlidir. Eyni zamanda sürücü:

1)yaxınlaşan qatarı saxlamaq üçün maşinistә dayanma siqnalı vermәyi imkan daxilindә iki adama başa salıb; onları dәmiryol xәtti boyunca 1000 metr mәsafәdә hәr iki tәrәfә (bir nәfәr olduqda isә yolun daha pis görünәn tәrәfinә) göndәrmәlidir;

2)nәqliyyat vasitәsinin yanında qalmalı vә ümumi hәyәcan siqnalları vermәlidir;

3)qatar görünәn kimi, ona tәrәf qaça-qaça dayanma siqnalı vermәlidir.

Qeyd: Dayanma siqnalı qolun dairәvi hәrәkәt etdirilmәsindәn ibarәtdir (gündüz parlaq rәngli parça, yaxud yaxşı görünәn hәr hansı әşya ilә, gecә mәşәl vә ya fәnәrlә). Ümumi hәyәcan siqnalı bir neçә dәfә, bir uzun vә üç qısa sәs siqnalı vermәkdәn ibarәtdir.

Piyada keçidləri və ümumi istifadədə olan nəqliyyat vasitəsinin dayanması (maddə 54)Hərəkətə başlama, manevretmə (maddə 42)Qadağan nişanları (maddə 64)Nәqliyyat vasitәlәrinin texniki vәziyyәti vә onların texniki baxışdan keçirilmәsi (maddə 30)

Əvvəlki məqaləOrigami idmana çevrilib
Növbəti məqaləQoç ♥ Şir

Fikirlərinizi bildirin.